yolda ola biləcək təhlükələrdən, gözlənilməz hadisələrdən
qoruyur. Bu Oğlağın daşıdır. Tərəzi və Buğa üçün də
faydalıdır. Balıqlara və Xərçənglərə məsləhət deyil. Bu həyatın
mikroskopudur.
Sitrin (qızıl rəngli topaz) - billurun gözəl müxtəlif
növlərindəndir, sarı-limon, qızılı rəngli, həmişə parlaq daşdır.
Bu yalan xəbərlər və xəyanət daşıdır, bu işdə öz sahibinə uğur
gətirir. Lakin həmişə belə bir təhlükə var ki, sitrinu süni şəkildə
rənglənmiş qəmgin morionla qarışıq salmaq olur. Əkizlərə və
Dolçaya daha çox uyğun gəlir. Əqrəb Oğlağın onu gəzdirməsi
məsləhət deyil.
Süleyman daşı - qara-qırmızıdan tutmuş sarıya qədər
calan rəngli, yarımqiymətli daşdır. Bu daş qəlbin hislərinin,
məhəbbət və dostluğun simvoludur. Onun bir sıra müalicəvi
xassələri var: o yüksək hərarətə kömək edir, boğaz və baş
ağrılarını yüngülləşdirir. Belə hesab edirlər ki, süleyman
daşından olan bəzəklər öz sahibinə yaxşı əhval- ruhiyyə, şad,
sevincli fikirlər gətirir. Bu həmdə sevgililərin talismanıdır və
“təmizlik daşı” hesab olunur. İnamlara görə, oğurlanmış
Süleyman daşı təzə sahibinə köhnə sahibinin problemlərini
gətirir, bundan başqa bir sıra arzuolunmaz pisliklər, öz
əmlakını itirmək təhlükəsi, öz nüfuzunu ləkələmək, bir sözlə
hər cür itki gətirir. Qız bürcündə doğulanlar üçün bu daş daha
yaxşıdır, belə ki, onlara əsil ruh dincliyi gətirir. Oxatanlara
başqalarına öz iradələrini qəbul etdimıək, öz ehtiraslarını təmin
etmək imkanı verir. Süleyman daşını daimi gəzdirənlərə
müsbət emosiya verir. Əgər istirahət və sakitlik arzusunda
olsanız onu çıxarın. Oxatan başqaları üzərində hökmranlıq
verir. Qırmızı rəngli daşı Oxatan və Şirlərin gəzdimıəsi
məsləhətdir. Qoçlar çılğın olduqlarından və tez də
sakitləşdiklərindən bu daş həmişə onlara gərginlik gətirər.
448
Buğalar qırmızı rəngli daşa meyllidirlər. Göy rəngli Süleyman
daşı Balıqlar çoxlu bədbəxtlik gətirə bilər, Şir və Oxatanlara
xoşbəxtlik gətirir.
Tov az - sarı parıltılı daşdır, rəhbərliyin rəğbətini
qazanmağa kömək edir, var-dövlət gətirir. Onun təsiri
həllolunmaz, çətinə düşmüş işlərin həllində düzgün yol
tapmağa, pis niyyətli adamları duymağa kömək edir. Astmanı,
podaqranı, yuxusuzluğu müalicə edir. Ehtirasları bəzəyir,
kişilərə müdriklik verir, qadınlara isə nəsil artırmaqda yardımçı
olur. Bəzi mənbələrə görə daşın adı Qırmızı dənizdə olan
Topazos adasından götürülmüşdür. Qoç, Xərçəng, Oğlaq,
Tərəzi bürcündən olanlara çox faydalıdır. Əqrəblərə də
məsləhət görülür. Balıqlar üçün pis daşdır. Buğaların adi
xoşbəxtliyini belə dağıdır. Bu daşla düzgün rəftar etməyənləri
psixi xəstə edir.
Turınalin - moruğu rənli daşdır, rəssamların talismam
hesab olunur, şöhrətlənmə və yaradıcı qüvvə bəxş edir. Bu daşı
35 yaşma catmamışlarm gəzdirməsi məsləhətdir. Ala- bəzək
turmalin yaradıcı qüvvə verir, qara tunmalin isə cadugərlərin
daşıdır. Bu daş yalnız böyüklərdə yaxşı işləyir, uşaqlara onu
gəzdirmək məsləhət deyil. Qadınlar onu yastığın altında,
kişilər isə alt cibdə gəzdirsələr yaxşıdır. Xərçəng və Əqrəb
üçün yaxşı daşdır. Oğlaq və qızlara uyğun gəlmir.
Əqiq - yarımqiymətli daşdır. Onun rəngi olduqca
rəngarəngdir. Şəkildən asılı olaraq müxtəlif növləri olur; ulduz
şəkilli, göz şəkilli, dairəvi, tutqun dumanlı, landşaft görnüşlü
və s. Əqiqin sol əldə gəzdirilməsi əsəbləşməkdən, başqasının
dalınca danışmaqdan qoruyur, göz dəymədən, zəhərlənmədən
və hir çox başqa bəlalardan xilas edir. Sahibinə yalnız güc
vermir, həm də onun yaxşı danışmasına səbəb olur, görmə
qabiliyyətini artırır. Bu
449
daşı matəm vaxtı gəzdirmək məsləhət görülür. Astro- loqlara
əqiqi boğaz və diş ağrısı olanda, öskürəkdə gəzdirmək daha
məqsədəuyğundur. Qədim Misirdə belə hesab edirdilər ki,
əqiqdən olan gözmuncuğu şimşəkdən qoruyur, susuzluğu
aradan qaldırır. Qədim yunan və romahlara görə əqiq bitkiləri
doludan və gecə şaxtasından qoruyur və bol məhsula marağı
olanlara uğur gətirir. Əqiq məhəbbət yaradır, ayrılığın
ağrılarını yüngülləşdirir, adamların gizli fikirlərinə aydınlıq
gətirir.
Müxtəlif vaxtlarda zəhərdən qorunmaq üçün ondan
istifadə edilmişdir; ağ və sarı əqiq cadugərlikdən və vampir
hücumundan qoruyur, sakitlik, xeyirxahlıq, daxili inam yaradır.
Ən sakit pıçıltıya qulaq asmağa imkan yaradan əqiq, lazımsız
səs-küyə qarşı biganə olmağa kömək edir.
Əqiq Buğa bürcündən olanlara daha çox uyğun gəlir.
Onu həm də Xərçəng, Dolça və Tərəzi bürcündən olanlar da
gəzdirə bilər. Balıqlar və Oxatanlara uyğun deyil, arzularına
çatmaqda onlara mane olur. Qoç bürcündən olanları başqalarını
gözündə acizləşdirir.
Firuzə - məhəbbət, gözəllik, xeyirxahlıq və inam
simvoludur. Hələ Qədim Misirdə eramızdan çox əvvəl Sinay
yarımadasında firuzənin yeri məlum olmuşdur. Bu daşdan olan
qolbağılar Orta Asiyada aparılan qazıntılar zamanı aşkar
olunmuşdur. Müsəlman dünyasında firuzə qələbə daşı hesab
olunduğundan daha məşhur olmuşdur. Onun adı da elə buradan
yaranmışdır- fars dilində “firuz”, “qalib gələn”, “qalib ”
mənalarını verir.
Bu daş Kolumbaqədərki Amerikada yaşayan asteklərə
də məlumdur. Onlar firuzəyə müqəddəs daş kimi pərəstiş
edirdilər. Ənənələrə görə hindlilərin başçısını öz
450
Dostları ilə paylaş: |