olan bütün adamlar üçün almaz talismandır. Filosoflar onu
bədənlərində gəzdirməkdənsə, stolun üstünə qoysalar yaxşıdır.
Almazı 12 Zodiak bürcünün hamısı gəzdirə bilər.
Brilliantla olan nişan üzüyü-bağlanan nikahın uzunömürlü
olması üçün zəmanətdir.
Eyni zamanda belə hesab olunur ki, almaz skleroz və
epilepsiyanı müalicə edir, bədəndə daş əmələ gəlməsinin
qarşısını alır, içərisində ləkə olan almaz pis, bədbəxtlik gətirən
daş hesab olunur. Almazın gücü onun emalından,
düzəldilməsindən xeyli dərəcədə asılı olur.
Aylı daş (adulyar) - daxilində qızılı parıltılı
göyümtül-gümüşü daşdır: süd kimi ağ, yüngülvarı bənövşəyi
rəngli görünüşü var. Bədbəxtlik, uğursuzluq daşı kimi məlum
olsa da bu düzgün deyildir. Mirvaridən fərqli olaraq Ayın
müsbət xassələrini özündə təcəssüm etdirir və şıltaqlıq,
qərarsızlıq, xəyalpərəstlik xəstəliyinə tutulma- yanlara
xoşbəxtlik gətirir. Xülyaçıhq, xəyalpərəstlik keyfiyyətlərini
daha da artırır və bununla təhlükəli ola bilər. Çox ciddi
xarakterlikdən və dözümsüzlükdən əziyyət çəkən adamlar
üçün aylı daş xeyirlidir. Günəşə zidd olan bu daş epilepsiyadan
və əsəblə bağlı, digər xəstəliklərdən qoruyur. Təzə ay çıxan
vaxt o soyuyur və daha parlaq olur; bu vaxt ona cadugərlik
gücü qayıdır. Belə bir inam da var ki, ciyər xəstəliklərinin
müalicəsinə kömək edir. Melanxolik temperamcntlilərlə
bağlılığı şübhəsizdir.
Aylı daşla insan istirahət edir. Lakin sakit, təklikdə
istirahət etmək məsləhətdir, əks halda daş bədənin qocalmasmı
sürətləndirir. Xərçəng, əqrəb, balıqlar üçün daha faydalıdır
427
Aleksandrit - Əgər “xoşbəxtlik-sizin başa düşül-
məyinizdədirsə”, onda sizi əhatə edənlərə aleksandrit hədiyyə
edin. Bu daşın ikili parıldaması başqalarının qəlbini başa
düşmək və ona əziyyət verməmək arzusunun rəmzidir. Bu daş
rəhm, mərhəmət gətirir, öz sahibini sözəyatan, güzəştə gedən,
üzüyola, sakit, dine edir. Bəziləri belə hesab edir ki,
aleksandritin ikili rəngli arteriya(ürəkdən bədənin müxtəlif
üzvlərinə qan aparan damar) və vena(qanı orqanlardan ürəyə
gətirən damar) qanı deməkdir. Bu belədir, yoxsa yox, hər halda
bu daş, şübhəsiz ki, qan dövranını nizama salır, qanı təmizləyir
və damarları möhkəmləndirir. Lakin gecə aleksandriti
çıxarmaq məsləhətdir, onu suya qoymaq olar, səhər isə həmin
sudan bir qurtum içmək lazımdır - bu ürək-damar xəstəlikləri
zamanı kömək edir. Onun “təklik, tənhalıq daşı” adlandırılması
ilə bağlı qəmgin əfsanə kökündən yanlışdır. Bu daş daha çox
insanların qəlblərini düşünən ağıllı və xeyirxah adamların
daşıdır. Astroloqlar belə hesab edir ki, aleksandrit çox ağır
daşdır. Bəzən o guya gözlənilən bədbəxtçiliyi insanın gizli
emosional vəziyyətinə təsir etməklə xəbər verir. O, tez-tez
rəngini dəyişir. Sarı aleksandrit bədbəxtçiliyə işarədir. Bu daş
yaxın vaxtları göstərən sirli barometri xatırladır. Çox vaxt
hadisələri xəbər verməklə yanaşı həm də hadisələrə təsir edir.
Bəzi adamlara bədbəxtlik gətirir xarakterin möhkəmliyini
yoxlamaq üçün ciddi sınaqlarla üzləşdirir. Yalnız güclü adam
onu gəzdirə bilər. Əgər həmin adam sınaqdan çıxarsa, onu
xoşbəxtlik gözləyir və o bütün ağır problemlərdən xilas
olacaqdır.
Balıqlar və Xərçənglərə aleksandrit gəzdirmək məsləhət
görülmür. Qız bürcündən olanlar da bu daşdan uzaq olsalar
yaxşıdır. Əqrəb, Oxatan və Oğlaqlar üçün
428
daha uğurlu daşdır. Şüurlu surətdə çətin sınaqlara gedənlər
üçün bu daş yaxşı köməkçidir.
Ametist - ovda və idman yarışlarında uğur gətirən daşdır.
Keflənməkdən qoruyur. Ametist onu hədiyyə edənə qarşı
məhəbbət oyada bilir, onu gəzdirənin ürəyi yeni məhəbbətə
açılır. Daş uğur, sakitlik, xöşbəxtlik, rifah gətirir, əsəb
pozğunluğunu sakitləşdirir, qisasçılıq hissini nizama salır.
Ametist Əqrəb büreü altında doğulanların einsindən, yaşından
və ictimai vəziyyətindən asılı olmayaraq hamısı üçün
xoşbəxtlik daşı hesab olunur. Dul qadınlar və kişilər dünyasını
dəyişən həyat yoldaşlarına əbədi məhəbbətlərini və yeni ailə
qurmaq istəmədiklərini bildirmək üçün ametist gəzdirirlər.
Buna görə də ametist sadiq, sədaqətli məhəbbət rəmzidir və
“dul qalmışların daşı” adlanır. Ametist həm də din adamlarının
daşıdır.
Ametist Balıqlar, Şir və Oğlaqlar üçün məsləhət deyildir.
Tərəzi, Əkizlər və Dolça bürcündən olanlar üçün faydalıdır.
Avropalılar üçün səmimilik və təmizqəlblilik, Hindistanda
sülhsevərlik, Misirdə sadiq məhəbbət, sağlamlıq və xoşbəxtlik
simvolu hesab olunur.
Akvamarin - şəffaf, yaşılaçalar- göy daşdır. Eyni
zamanda parlaq göy akvamarinlərə də rast gəlmək olur. Bu
xöşbəxt ər-arvad ittifaqı, qarşılıqlı məhəbbət və hörmət
gözmuncuğudur. Daş öz sahibinin fikrini onu hədiyyə edənə
yönəldir. O, eyni zamanda dənizçilərin peşə talismanıdır,
səyahət vaxtı təhlükəsizliyi və dəniz döyüşlərində qələbəni
təmin edir. Fırtınanı sakitləşdirmək və ehtirasları soyutmaq
gücünə malikdir. Boğaz və diş ağrılarını müalicə edir; bu
xəstəlikdən əziyyət çəkənlər yaxşı olardı ki, gümüşə salınmış
akvamarindən olan boyunbağı gəzdirsinlər.
429
Dostları ilə paylaş: |