yol verilməz hesab olunur. Xoşbəxt seçim - 1, 3, 5, 7 və 9 daş
qəbul olunur. Daşın təsiri onun ölçüsündən asılı deyildir, təsir
onun təmizliyi ilə artır. Müxtəlif qüsurlar, tutqunlaşmalar daşın
mənfi xassələrini artıra bilər.
İstənilən ünsiyyətin,
0
cümlədən daşlarla ünsiyyətin
qurulmasında ilk addım - simpatiyanın, meylin yaranmasıdır,
ona görə də - düzdür çox dəqiq olmasa da - daş əldə etməyin ən
sadə üsulu - simpatiyanız olan daşı əldə etməyinizdir. Əgər
insan xoşu gəlməyən hər hansı daşı nəyinsə xatirinə taxırsa, ən
yaxşı halda onunla kontakt yarada bilməyəcəkdir. Bu mənfi
ünsiyyət daşlara da təsir göstərir. Buvaxt daşların rəngi dəyişir,
məsələn opal hətta parçalana bilər. Ona görə də daş seçərkən
ilk şərt sizin tərəfinizdən olan inam və rəğbətdir.
Öz daşınızla ünsiyyət yaratmağınız üçün xeyli
çalışmalısınız. Qədim incəsənətə uyğun olaraq, aldığınız daşla
tənhalığa çəkilib təklikdə qalmalısınız, onu ovçunuzun içinə
alıb diqqətlə ona baxmalısınız, diqqətinizi cəmləməli, özünüzü
nazik dumana bürünmüş halda hiss etməlisiniz. Sonra bu
dumanı daşın vasitəsilə bədəninizə çəkməli və bütün
bədəninizə tökməlisiniz. İlk dəfədən hər şeyin uğurlu olması
heç də vacib deyildir. Müvəffəqiyyət çoxsaylı və gərgin, inadlı
çalışmadan sonra təmin oluna bilər.
Maraqlı bir cəhəti də qeyd etmək lazımdır. Xarici
cəlbediciliyinə baxmayaraq bir çox daşlar həm də pis ad
çıxarmışlar. Məsələn, opal uzun illər bədbəxtlik gətirən daş
hesab olunmuşdur. Yalnız XIX əsrdə ona yeni münasibət
yarandı və yayılmağa başladı. Opalın şöhrətinin qayıtmasına
ingilis kraliçası Viktoriya xeyli kömək etmişdir. Avstraliyadakı
opal mədənini hamıya bildirməyə çalışan kraliça opal
gəzdirirdi.
424
Bəli cansız hesab etdiyimiz qiymətli daşlarla bağlı
əsrlərin sınağından keçib gələn baxışları təhlil edərkən, sanki
insanın canlı bir varlıqla ünsiyyəti necə qurması tarixçəsinə
nəzər saldıq. Özünü bütün canlılardan üstün tutan insan bütün
tarixi dövrlərdə təbiətdən asılı olduğunu etiraf etmək
istiqamətində aparılan bütün söhbətlərdən çox böyük ustalıqla
boyun qaçırsa da daxilən bu asılılığı həmişə duymuşdur.
Maraqlıdır ki, təbiət bütün başqa canlılara nisbətən insana qarşı
daha diqqətcil olmuş, öz şüuru, ağılı və dəiTakəsi ilə öyünən
insanın bütün şıltaqlığına dözmüşdür. Hər dəfə təbiətin qayğısı
ilə üzləşən insan özünün təbiətə qarşı vəhşi hərəkətlərindən əl
çəkməkdənsə bu səmimilikdən suiistifadə edərək mövcud
münasibətləri daha da gərginləşdirmişdir.
Real həyatda hər hansı bir adama təbiətin bizə etdiyinin
milyondan birini etsək özümüzü həmin adama qarşı
sahibi-ixtiyar kimi apararıq. Özümüzü dərk edəndən
valideynlərimizin
bizim
üçün
etdiklərini
dəfələrlə
sadaladıqlarının tez-tez bundan bizi şantaj etmək üçün istifadə
etdiklərinin şahidi olmuşuq. İnsan üçün vacib olan hava, su,
qida, yaşayış məskəni, bir sözlə insan üçün mühüm olan hər
şeyi bizə təmənnasız bəxş edən və heç vaxt bundan bizə qarşı
suiistifadə etməyən təbiətə münasibətimiz məqbul hesab edilə
biləmi? Bütün verdikləri azmış kimi, təbiət bütün ömrümüz
boyu bizi hifz edir, yol göstərir, hər eür təhlükədən qorunmaq
üçün öz predmetlərini bizə təklif edir. Bəli daşlar da bizə
yardımçıdır. Onlar da bizim yaşamağımız üçün kifayət qədər
öz köməklərini əsirgəmirlər. Bəs biz? Bütövlükdə təbiətə,
onun ayrı-ayrı predmetlərinə, o cümlədən daşlara qarşı düzgün
olmayan münasibətimizi nə üçün dəyişdirmək istəmirik?
425
Qiymətli daşlarla bağlı bəzi mülahizələrinmizdən sonra
ayrı-ayrı daşların xassələrini qısa şərh etməyi cəhd edək.
Almaz - ən bahalı, gözəl və nəcib daşdır. O, günahsızlıq,
məsumluq, sadə ürəklilik, sarsılmazlıq, mətanət və mərdlik,
xəstəlik və hər cür azar üzərində qələbə rəmzidir. Bu daşın
möcüzəli, ecazkar xüsusiyyətlərə və qeyri-adi gücə malik
olduğunu qeyd edirlər. O, bütün işlərdə uğur gətirir,
gözdəymədən, tilsimlənmədən, cadudan qoruyur, döyüşdə
cəsarət və mərdlik verir, sağlam və uzun ömrü təmin edir.
Yaralanmadan qoruyur və pis yuxuları qovur. Talisman kimi
brilliantı sol qolda və ya boğazda gəzdirirlər, lakin daşın
çərçivəsi onun dəriyə toxunmasına mane olmamalıdır-dəriyə
toxunanda onun gücü daha da artır. Daş hədiyyə veriləndə və
ya miras qalanda çox böyük xeyirxah gücə malik olur. Almaz
yüksək temperatur, soyuqdəymə, sarılıq, yaralar, ürək-
bulanması, qara ciyərin böyüməsinə qarşı ən yaxşı müalicədir.
Astroloqlar belə hesab edir ki, almaz qorxulu daşdır, lakin
qorxmaq lazım deyil, sadəcə olaraq o diqqət tələb edir. Almaz
sahibinə o vaxt xoşbəxtlik gətirir ki, o nəyə isə həsr olunur ya
da vərəsəlik kimi qalır. İnsan almazı hədiyyə alanda o daha
yaxşı olur.
Almaz şahların və ilk din xadimlərinin daşıdır. Qalan
adamlara bu daş çox vaxt biganədir. Əyanlar nəslindən olanlar
bu daşı gəzdirə bilərlər, lakin unutmasınlar ki, 7-9 il ərzində bu
daşı heç bir xeyir gətinnəyəcək.
Almaz bütün daşlardan ən bahalısıdır. Qoç bürcündən
olanlara daha çox kömək edir. Zodiakm ilk daşı hesab olunur.
Öz bioritmi ilə işləməyi bacaranlara çox kömək edir. Almaz
bəşəriyyətin məqsədini və hər bir adamın vəzifəsini yaxşı bilir.
İntellektual əməklə məşğul
426
Dostları ilə paylaş: |