Hind mifologiyası qiymətli daşlar xəzinəsi ilə
bəzədilmişdir. Burada Krişna allahının iqamətgahı haqqında
rəvayət verilir: - bu real olmayan xəyali Devarka şəhəridir.
Onun həyətləri yaqutdan, stolları zümrüddən (yaşıl rəngli
qiymətli daş), dam örtükləri mirvaridəndir və xiyabanlarına
sapfır (göy yaqut) səpələnmişdir. Eyni zamanda yerdə
yarımqaranhq hind məbədlərində də yaqutlar, süleyman
daşları, almazların sirli işıqları parlayır. Rusiyanın 195 karathq
(qiymətli daşların 200- 206 mq-yə bərabər çəki ölçüsü) məşhur
“Orlov” almazı vaxtı ilə brahman məbədindəki bütün göy
yuvasında parıldayırdı. Ümumiyyətlə ən böjhik almazlar
Hindistanda olmuşdur. Bu qiymətli daşın çıxarılmasının orjinal
üsulu haqqında əfsanə də burada yaranmışdır. Bu əfsanə Kiyev
knyazı Müqəddəs Yaroslavın “Məcmuəsinə” (qədim Rusiyada
müxtəlif kitablardan götürülmüş ayrı-ayrı parçalardan ibarət
əlyazması məcmusu) də daxil olmuşdur. “Min bir gecə”
nağılmdaki 77-ci nağılda bu əfsanədən danışılmış məşhur
səyahətçi Marko Polo özünün “Kitab’hnda bu əfsanədən
yazmışdır. Almazla səpələnmiş və ilanlarla dolu uçruma ölümə
məhkum edilmiş qurbanları atırdılar. Yırtıcı quşlar yemi əldə
etmək üçün uçruma şığıyır, onu dağın başına qaldırırdılar; bu
vaxt ətə yapışan qiymətli daşlar tökülürdü. Çox güman ki,
əfsanə qədim hind ənənəsi ilə bağlı olmuşdur: bu ənənəyə görə
yeni mədən açarkən şər ruhlara heyvan qurban verirdilər.
Əgər Hindistanda qırmızı rəngli qiymətli daşlara
üstünlük verilirdisə, digər qədim dövlət olan Misirdə yaşıl və
göy rənglər yüksək qiymətləndirilirdi. Misirlilər üçün onlar
əbədilik, daimilik və sarsılmaz sakitlik ideyalarının həyata
keçməsi simvolu idi. Ola bilsin ki, bu Misir
410
mədənlərində bu rənglərin daha çox olması ilə izah olunurdu.
Arxeoloqlar burada gözəl zümrüdün və göy xrizolitin
(qızılaçalan yaşılımtıl-sarı rəngli qiymətli daş) qədim
dövrlərdə çıxarma üsulunu aşkar etmişlər.
Tumanxamonun məqbərəsindən tapılan qədim Misir
mədəniyyətinin qiymətli əmanətləri əsasən firuzə və
lyanis-lazur (lazurit) qiymətli daşları ilə bəzədilmişdir.
Tumanxamonun sinəsindəki asmada (kulonda) qanadı açılmış
müqəddəs skarabey (qədim misirlilərdə pul və ya daş üzərində
qazılmış və ya gildən qayrılmış müqəddəs böeək şəkli) əsası
qızıl göy pasitadan olan arakəsmə mina texnikası ilə
hazırlanmışdır. Böcəyin özü yarımqiymətli yaşıl daşlardan
kəsilmişdir.
Qədim misirlilərin baxışlarında qızılı-göy rəngli peyin
böcəklərinin tutduğu yer çox təəccüblüdür. Dünyanın bir çox
ölkələrində yayılmış bu böcəklər hər yerdə qara rənglidir,
yalnız Misir və Nubiyada yaşıl rəngli skarabeylər yetişdirilir.
E.ə. IV əsrdə yaşamış Misir yazıçısı Qorapollon
skarabcylərin
“öz-özünə yaranması” haqqında yazır.
Skarabeylər mal peyinindən Yer kürəsini xatırladan şara- oxşar
barama düzəldirlər və 28 günlüyə torpağa basırırlar. Bu günlər
ərzində Ay Zodiakm (planetlərin göydə hərəkət etdiyi dairə)
12 bürclərini keçir. Ayın yolu Günəşin yolu ilə kəsişəndə suya
atılan barama açılır və ondan skarabey uçur.
Qədim misirlilərdə skarabey ikinci dəfə doğulmanm,
dirilmənin və ruhun əbədi həyatının simvolu idi. Misirlilər onu
“xepru” adlandırırdılar ki, bu da “mövcud olmaq, yaşamaq”
mənasını verir.
Assuriyada və Babilistanda Qiymətli və yarım- qiymətli
daşlardan hazırlanmış möhür-silindirlər geniş
411
yayılmışdır. Kağızı əvəz edən gil lövhəciklərdə onun izini imza
əvəzinə vururdular. Demək olar ki, hər bir babilis- tanhnm öz
möhürü var idi. Onlarda Allahlar, müxtəlif səhnələr və döyüşlər
təsvir olunmuşdur. Maraqlıdır ki, tibb işçisinin möhüründə
adından başqa cərrah bıçağı və lanset (neştər) şəkilləri də var
idi. Nigah bağlayarkən hər iki tərəfin möhürü vurulurdu.
Borcun ödənilməsini kreditorun (borc verənin)işarəsi bildirirdi.
Adlı-sanlı, tanınmış və varlı adamların lazurit, əqiq, yəşəm
daşlarından bir neçə möhür-silindrləri var idi və onları
boyunbağı kimi gəzdirirdilər.
Assuriyalıların və babilistanhlarm həyatında astro-
logiya xüsusi yer tuturdu. Zodiakm hər bir bürcü ilə müəyyən
qiymətli daşı əlaqələndirmək ənənəsi məhz onlardan gəlmişdir,
(bu ənənəni onlar da misirlilərdən götürmüşlər). Belə hesab
olunurdu ki, bu daşlar həmin bürc altında doğulan adamlara
himayədarlıq edir. Qədim traktatlarda qiymətli daşları Zodiak
bürcünə görə aşağıdakı şəkildə yerləşdirirdilər.
Zodiak
Tilsim- himayədar
Qoç
Ametist (şəffaf göy və ya
bənövşəyi rəngli qiymətli daş)
Buğa
Əqiq
Əkizlər
Beril (sarıyaçalar və ya yaşıl
rəngli rəngli şəffaf qiymətli daş)
Xərçəng
Zümrüd
Şir
Yaqut
Qız
Yaşma (yəmən daşı)
412
Tərəzi
Almaz
Əqrəb
Topaz (müxtəlif rəngli qiymətli
daş)
Oxatan
Firuzə
Oğlaq
Opal
Dolça
Sapfır
Balıqlar
Xrizolit(qızılaçalar yaşılımtıl- sarı
rəngli qiymətli daş)
Maraqlıdır ki, Misir papiruslarında, qədim bizanslıların
əsərlərində çox cuzi dəyişikliklərlə məhz eyni daşlar sadalanır.
Günəşin il ərzində keçdiyi yolda (ekliptika) yerləşən hər
yeni bürcə onun daxil olması yeni ayın başlanmasını göstərir;
belə ki, bu 12 daşla yalnız göy bürcləri (ulduzlar topası) deyil,
həm də onlara müvafiq olan adlar təsvir olunurdu.
Əhdi-ətiqdə yəhudilər üçün simvolik olan müvafiq 12
qiymətli daşdan danışılır. Bibliyada dəfələrlə və müxtəlif
səbəblərlə bağlı qiymətli daşlar xatırlanır. Məsələn, qeyd
olunur ki, Solomon hökmdarının səltənəti altı şüah sapfırlə
cilalanmışdır. Bu şüaların sehrli gücə malik olduğu qeyd
olunurdu. Biz bilirik ki, kristal sapfıri və ya yaqutu düzgün
cilalasaq parlaq görünən ulduz şəkilli strukturu müşahidə
olunur.
Qədim Yunanıstanda daşlara mistik səcdə ciddi şəkildə
özünü göstərməmişdir, onlar əsasən daşlann gözəlliyinə səcdə
edirdilər. Ellinist dövrü dünyaya qliptikanm (daş üzərində naxış
açma sənəti) tayı-bərabəri olmayan nümunəsini verdi; -
qiymətli daşlar üzərində bu oyma, naxış məşhur kameya - (daş
və ya balıqqulağından
413
Dostları ilə paylaş: |