qayrılan bəzək) adlanırdı. Kameyanın vətəni İskəndəriyyə
şəhəri olmuşdur, burada birici Ptolomeyin sarayında
qliptikanın bu sahəsi inkişaf etdirilmişdir. Ennitajda saxlanan
və bütün dünyada məşhur olan Qonzaq kameyası burada
düzəldilmişdir. O, üçqath sardoniks qiymətli daşının
parçasından kəsilmişdir. Eyni zamanda daşın çoxrəngliliyi
rəssama yalnız heykəltaraşlıq deyil, həm də nəqqaşhq
sahəsində böyük effekt əldə etməyə imkan vermişdir.
Kameya başhea olaraq qadın zinnəti idi. Onları saneağa,
medalyona, üzüyə, boyunbağına qoyurdular.
Qədim dövrlərdə qiymətli daşların istifadə olunan üç
məqsədindən: gözmuneuğu, möhür, bəzək-ən çox bəzək
üstünlük təşkil edirdi. Bununla belə, qədim Yunanıstanda
möhür də geniş yayılmışdır. Yunanlar möhürlərdə Allahı təsvir
eyməyi çox xoşlayırdılar. Bununla belə “dövlət” Allahlarının
(Zevs, Appolon və ya Demetri) təsvirlərinə olduqca az rast
gəlinirdi. Əsasən sadə adamların özlərinə himayədar
seçdikləri, sadə adamlara yaxın olan Allahların (Afradita, Erot,
Nika, Hermes) təsvirlərinə daha çox üstünlük verilirdi.
Hər bir daşda onun sehirli xassəsini gücləndirmək üçün
məhz nə təsvir etmək lazım olması haqqında bütöv bir təlimat
sistemi var idi. Ametist yunanca kefli olmamaq mənasını verir.
Görünür bu onun qınmzı çaxırın çox güclü durulaşdırılmasmı
xatırladan bənövşəyi rənginə görə belə adlandırırdılar- bu cür
çaxırdan keflənmək olmurdu. Ametistin üzərində Ay və ya
Günəş işarəsi oymaq qəbul olunmuşdur. Belə hesab edrdilər ki,
məhz bu vaxtı daşa yalnız keflənməkdən deyil, həm də
zəhərlənməkdən qorumaq bacarığı verilirdi.
414
Həndəsə və mexanikanı yaxşı bilən Roma alimləri
kimya və mineralogiya haqqında olduqca dumanlı baxışa
malik idilər. Onlar belə hesab edirdilər ki, qiymətli daşlar da
ağac kimi yerdə bitir. Ona görə də daşlar yaxşı və ya pis
yetişmiş ola bilər. Məsələn, zəif rəngli yaqut yetişməmiş hesab
olunurdu. Xarakterik haldır ki, “gemma” (üstündə yazı və ya
şəkil qazılmiş qiymətli daş) latın dilində eyni zamanda
qiymətli daş və tumurcuq mənalarını verir.
Roma imperiyasının son əsrləri-bütpərəstlik dininin
ölməsi və mövhumatın çiçəklənməsi dövrüdür. Qiymətli
daşlara naxışlar vurmaq texnikası olan qliptikaya maraq azalır.
Asanlıqla emal olunan materiallar seçilirdi. Məişət
gözmunçuğu daha geniş yayılmışdır. Ermitaj toplusundaki
sardoniks “tibbi” gözmunçuğu üçün maraqlı nümunə ola bilər.
Burada bir əlində Meduzanm (bədəni həlməşik maddədən
ibarət oxayaqcıqlı dəniz heyvanı) başı, digərində isə qılınc olan
Pcrseyin kobud fiquru oyulmuşdur. Daşın əks tərəfində isə
yunan dilində: “Qaç, podaqra (bədəndə maddələr
mübadiləsinin pozulması nəticəsində əmələ gələn oynaq və
toxuma xəstəliyi), Hersey səni təqib edir. ” yazısı oyulmuşdur.
Roma imperiyasının süqutu ilə qiymətli daşların
cilalanması, onlara naxış vurulması və təraşlanması incəsənəti
tənəzzül edir. Qərbi Avropanın öz ustaları daha olmur.
Qiymətli daşlar və zərgərlik məmulatları Bizansdan
gətirilməyə başlanır.
Orta əsrlərdə qiymətli daşların müalicəvi və qommaq
xassələri haqqında əfsanələr daha geniş yayılmışdır. Onu
zəhərləyəcəklərindən daim qorxan ingilis kralı Torpaqsız
İohan özü ilə həmişə firuzə gəzdirirdi; o dövrün inamına görə
firuzə zəhəri aşkar edirdi. Şotlandiya
415
kraliçası Mariya Styuart bu məqsədlə almaz gəzdirərdi. Belə
hesab olunurdu ki, yaqut qanaxmam dayandırır, yəşəm daşı
qızdırma və özündəngetmə xəstəliyini müalicə edir, almaz
hamilə qadınlara doğuş vaxtı kömək edir, zümrüd gələcək
haqqında fikir söyləmək gücünə malikdir və onu gəzdirənin
əqli qabiliyyətini daha da gücləndirir. (Hələ vaxtilə imperator
Heron yaşıl kristala baxmaqla öz gələcəyini qabaqcadan
görməyə cəhd etmişdir.) Konk- vistadorlar (Mərkəzi və cənubi
Amerikanı tutmuş ispan və portuqal istilaçıları) Cənubi
Amerikanı ələ keçirdikdə inklərin məbədində çoxlu zümrüd
tapdılar, bu da onları daha da həvəsləndirdi. Lakin heç bir
işgəncə zümrüd mədənlərinin yerini deməyə hinduları məcbur
edə bilmədi. Qəribə olsa da böyük coğrafi kəşflər dövründə
belə hesab edirdilər ki, topaz dəniz tufanını sakitləşdirir.
İntibah dövrünün böyük memarı və zərgəri Benvenuto Çellini
yaqutu bütün daşlardan üstün tutur, onu tilsim (talisman) hesab
edirdi.
XVII-XVIII əsrlərdə Fransa və İngiltərədə qiymətli və
yarımqiymətli daşlarla bəzədilmiş məhəbbət gözmun- cuqları
dəbdə olmuşdur.
Şərqdə qiymətli daşlara ənənəvi olaraq böyük əhəmiyyət
verilmişdir: əsrlər boyu onların insanlara astroloji və praktiki
təsiri öyrənilmişdir. Şərqin istənilən bəzək dükanında elə bu
gündə sizə deyərlər ki, məsələn, əqiq (qırmızı və narıncı rəngli
qiymətli daş) mübahisə və dalaşmaqdan qoruyur, firuzə-
qələbə daşıdır və s.
Hal-hazırda biz yenidən qədim biliklərə müraciət edirik
və
ondan
öz
sağlamlığımız,
müvəffəqiyyətimiz,
xöşbəxtliyimiz, arzularımızın həyata keçməsi üçün xeyir
tapınq. Daşlar insanlara böyük təsir gücünə malikdir. Onlar
insanın enerjisini düzəldir, onun quruluşunu nizama
416
Dostları ilə paylaş: |