qoruyurdu, daşlardan istifadə etməyə başlayan insan öz beynini
inkişaf etdirirdi. Heç təsadüfi deyil ki, bəşəriyyətin həyatının
ən uzun dövrü “daş dövrü” adlanır. Təbiətin digər
predmetlərindən fərqli olaraq insanlar daşlara daha çox bağlı
olmuşdur. Həm özlərini qorumaq, həm də maddi təlabatlarmı
ödəmək üçün insanlar daşlardan daha çox istifadə etmişlər.
Kəsici aləti kimi istifadə etdikləri daşların ayrı-ayrı çıxıntılarını
düzəldərək tutmaq üçün əlverişli hala salan insanın beyni
inkişaf etməyə başlamışdır. Təbiətdəki ayrı-ayrı səsləri
duymağa başlayan qədim əcdadlarımız bu səsə uyğun ilk
musiqi nömrələrini də daşların köməyi ilə yaratmışdırlar.
Qobustandakı qabal daşı və buradakı daşlar üzərində rəqs edən
adamların rəsmləri insanların daşa bağlı olduqlarına əsas verir.
İbtidai insanları çox az rast gəlinən parlaq, əlvan, şəffaf
daşların düz forması və rənglərin oynaması xüsusi ilə
heyrətləndirirdi. İbtidai insanlar animist olduqlarından, özlərini
əhatə edən hər şeyi - göyü, yeri, suyu, daşı - ilahiləşdirir və
canlı kimi qəbul edirdilər. Təbii olaraq onlar bütöv, nöqsansız
parlaq daşları ali qaydalara aid olan varlıq kimi qəbul edir və
fövqəladə hallarda (xəstəlik, uğursuz ov vaxtı və s.) onun
köməyinə müraciət edirdilər. İnsan və ətraf mühit, o cümlədən
daşlar arasındaki əlaqə “kömək edir-kömək etmir” prinsipi
əsasında qurulurdu. Minillik tarixin süzgəcindən keçərək yaxşı
yamandan ayrıldı, əhəmiyyətli olanlar və tarixin sınağından
keçənlər bəşəriyyətin yaddaşına hopdu. Əsrlər keçdi, insan və
təbiət arasındaki qarşılıqlı əlaqələr dağılmağa başladı, rasional
XIX əsr isə canlı və cansız arasında möhkəm bir sədd yaratdı,
hər şeyi çox ciddi qaydalara tabe etdi, bu qaydalara tabe
olmayanları kənara atdı. Bu vaxt
407
homeopatiya (böyük dozaları sağlanr adamda müalicə edilən
xəstəlik əlamətlərinə oxşar əlamətlər törədən dərmanların kiçik
dozaları ilə müalicə üsulu), minerallarla müalicə kimi çoxlu
“irrasional əlaqələr” kənarda qaldılar. Yalnız XX əsrin
ortalarında mikro aləmin tədqiqi nisbilik nəzəriyyəsinin
meydana gəlməsi, təhtəlşüurun bir sıra sirrinin açılması və
nəhayət informasiya nəzərriyyəsinin meydana gəlməsi XX
əsrdə yaranan qaydaları dağıtdı.
İnsan və Daşların qarşılıqlı münasibətinin tarixini
izləməyə cəhd edək.
İlk əvvəl onu qeyd edək ki, qiymətli daşlar aləmi lap
qədim dövrlərdən başlayaraq ən fantastik mövhümata
bürünmüşdür. Bu daşlara olduqca qəribə xassələr aid edirdilər.
Məsələn, belə hesab edirdilər ki, sapfırin (göy yaqut) olması
ilanı öldürür, şəffav göy və ya bənövşəyi daş olan ametisti dilin
altında gizlətdikdə keflənməyin qarşısını alır. Bundan başqa
qədim kitablarda düşmən yaxınlaşarkən səs çıxaran daşlar
haqqında, vəfalı və vəfasız qadınları fərqləndirən daşlar
haqqında xatırlamalara rast gəlinir.
Qədim Roma yazıçısı və alimi Böyük Pliniyin “Təbii
tarix” əsərində qiymətli daş olan billur - əqiq təsvir olunur:
onda bəzən Apollon (qədim yunanlarda günəş allahı, şeir, sənət
hamısı gözəllik simvolu) və 9 muza (qədim yunan
mifologiyasında incəsənət və elm ilahəsi, ilham mənbəyi)
görünürdü. Bununla belə, onlar süni şəkildə işlənib
hazırlanmamışdı; təbii şəkildə olan ləkə (xal) elə dağılır ki, hər
bir muza xas olan fərqli işarələr gözün qabağına gəlirdi.
Qiymətli daşların simvolik əlamətləri və xassələri
haqqında qədim lapidazlarda - daşlar haqqında kitablarda
yazılmışdır. Bəşər tarixində mineralogiya üzrə ilk əsər
408
olan bu kitablar sadə, primitiv baxışlar və mövhümat əsasında
qurulmuşdur. Lakin artıq elə bu kitabların özündə elmi
dünyagörünüşün ilk əlamətlərinə rast gəlinir. Qədim baxışların
bir çoxunda xalqın müşahidəsi, duyma qabiliyyəti, qabağı
görməsi özünü biruzə verirdi. Məsələn, qədim dövrlərdə almaz
möhkəmlik və mərdlik, qorxma- mazlıq, ağrı və xəstəlik
üzərində qələbə simvolu idi. Bizim dövrümüzdə almazın ən
bərk metalları emal etmək xassəsi hamıya məlumdur. Kvars
(silisium oksidi) lap qədimdən sehirli enerjinin gizli yeri hesab
olunurdu. İndi isə biz bilirik ki, kvars ona mexaniki qüvvənin
təsiri ilə elektrik gərginliyi yaratmaq xassəsinə malikdir.
Qədim astrologiya astranomiya ilə məşğuliyyəti
stimullaşdırdı, əlkimya elmi kimyadan əvvəl yarandı, lapi-
darlar isə mineralogiyanın rüşeymiərini özündə gizlətmişdir.
Əlbəttə simvollar kimi qiymətli daşlarla bağlı mövhümat
yalnız tarixçilər üçün deyil hamı üçün maraqlıdır.
Müxtəlif dövrlərdə müxtəlif xalqların özlərini simvolik
daşları olmuşdur.
Eramızdan bir neçə min il əvvələ aid olan müqəddəs
hind kitablarında - “Vedlər”də çoxlu qiymətli daşlar xüsusilə
qırmızı albalı rənglərin (tünd qırmızı) uyğunluğunda olan
daşlar haqqında qeydlər var. Rəvayətə görə, bu göydə döyüşən
allahların qanının damcısıdır. Damcılar Qanqanm qızmar
qumuna düşür yaqut və süleyman daşma çevrilirlər. Başqa bir
əfsanədə deyilir ki, qiymətli daşlar insana ölməzlik bəxş edən
ilahi mayenin amritin damcısıdır. Allahlar amritin yalnız bərk
hala düşdükdən və öz sehirli gücünü itirdikdən sonra insanlara
qismət olmasına imkan verirdilər.
409
Dostları ilə paylaş: |