Bu daş olduqca fəal yaradıcı adamlardan başqa hamıya
məsləhət görülür. Bu daşı Balıqlar və Xərçəng gəzdirə bilər.
Əqrəblərə heç uyğun gəlmir - onların qarşısında həlledilməz
vəzifələr-heç vaxt heç bir şəraitdə yalan danışmaq olmaz-
qoyur. Əkizlərə bu daş heç uyğun gəlmir. Avropalılar
akvamarini qoçaqlıq, hindlilər isə müdriklik daşı kimi qəbul
edirlər.
Almandın - Əyləncə və bal daşıdır. O, sahibinin həyatını
sevimli edir. Oğlağa daha çox uyğundur. Kişiləri
yaralanmaqdan qoruyur, qadınlara doğruş vaxtı kömək edir.
Xərçəng və Buğanın gəzdirməsi də məsləhətdir. Əqrəblərə
qarşı biganədir. Əkizlər və Balıqlara məsləhət deyildir.
Amazonit - ipək kimi parıltılı, göyümtül və ya
yasılacalar rənglidir. Əsəb yorğunluğunu müalicə edir,
qocalarda
gənclik ehtirasları oyadır, dərinin rəngini
yaxşılaşdmr. Lakin talisman kimi ondan az istifadə olunur.
Belə hesab edirlər ki, bu daş təbii tənbəlliyi inkişaf etdirir.
Amazonit ilk növbədə evdar qadınların daşıdır. Təsiri güclü
olmasa da, belə hesab edirlər ki, o ailəni möhkəmləndirir,
gənclərə möhkəm ailə qurmaqda kömək edir. Yaşlı adamları
cavanlaşdırır, dərinin vəziyyətini yaxşılaşdırır və əsəb
yorğunluğuna kömək edir. Əkizlər, Tərəzi və Dolça bürcündən
olanlara amazonit uğur gətirir. Əqrəblərə məsləhət görülmür.
Bir çox xalqlarda amazonit sağlamlıq, cəsarət, güc və sadiqlik
simvoludur.
Beril - göy rəngli daşdır. Səmimilik, istiqanhhq,
mehribanlıq hisslərini möhkəmləndirir, məhəbbətlə bağlı
işlərdə xoşbəxtlik gətirir. İnsanı həmişə şən, gülərüzlü,
sevincli, şux, mehriban, nəvazişli edir. İnsanın təfəkkürü və
əqli ilə güclü bağlı olan beril fəlsəfi tətqiqatlarda və
məşğələlərdə kömək edir. Əgər berilə çox baxılsa, o,
430
gömıə qabiliyyətini yaxşılaşdırır, gözün üstünə qoyulsa gözün
gicişməsinin qarşısını alır. Beril - ailə ocağı daşıdır, ailənin
sakitliyinin və səadətini qoruyur. Öz təmizliyi ilə o fəlsəfi əqlə
kömək edir. Qədim dövrdə onu həm də qadın daşı hesab
edirdilər, o qadın xəstəliklərini müalicə edirdi. Əkizlərə qəlb
məsələlərində uğur gətirir. Uzaq səfərə çıxanlar bu daşdan
həyatı qorumaq üçüntalisman kimi istifadə edirdilər.
Qam kəhrəba (acıat) - talisman kimi məşhurdur, lakin
onun xassələri ilə bağlı göstərişlər aydın deyildir. Onu Böyük
ana daşı adlandırırlar və göstərirlər ki, bu daş qədim dünyanın
gücünə malikdir. Ona yumşaltmaq, yüngülləşdirmək, ayırmaq,
həmfikir olmaq xassəsi xasdır:
0
kişini qadından ayırır,
məhəbbətdə unutqanlıq, yadır- ğamaq yaradır, ayrılıqdan
yaranan əzabları yüngülləşdirir. Qadınlarda öz rəfiqələrinə
meyl yaradır, doğumu yüngülləşdirir, lakin hamilə qadınlara bu
daşı gəzdirmək məsləhət görülmür. O, yalanı acır, onu vasitəsi
ilə bütün gizli olanlar aydınlaşır. Lap qədim dövrlərdən bizim
günlərə qədər qara kəhrəba podaqranm (bədəndə maddələr
mübadiləsinin pozulması nəticəsində əmələ gələn oynaq və
toxuma xəstəliyi) qarşısını almaq üçün qolbaq kimi
gəzdirilmişdir. Deyirlər ki, o qıc olmanın qabağını alır. Bu
olduqca faydalı daşdır. Qara əqiqdən yüngüllüyü ilə seçilir. Bu
daş gecə qorxularından qoruyur, o gecə sirləri ilə və qorxu
üzərində qələbə ilə bağlıdır. Ona görə də bu daş nədənsə
qorxan və bu qorxunu dəf etmək istəyənlər üçün faydalıdır.
Xərçəng və Balıqlar üçün daha xeyirlidir. Oğlaqlara bu lazım
deyil, çünki onlar özləri qorxunu dəf edə bilirlər. Oqrəblərə öz
mənfi təbiətlərini dəf etməkdə kömək edir. Buğa və Tərəzilərə
pis təsir edir, onların
431
xasiyyətlərini dəyişir. Qız bürcündən olanlara da uyğun gəlmir.
Qızılı topaz - Coşqun və təhlükəli ehtiraslardan azad
edir, həyatdan olduğu kimi zövq almağı öyrədir, xəyanətdən
qoruyur, etibarlı dostluq və məhəbbət bəxş edir. Buğa bürcündə
doğulanlar üçün məsləhət deyil, belə ki, qəzəbli və azğın
fantaziyalar “bağışlaya” bilər. Dad bilmə hisslərini gücləndirir,
qəzəbi, hirsi qovur. Noyabrda doğulanlara dostluq və məhəbbət
bəxş edir. Qədim dövrlərdə onu daxili işıqlandırma daşı
adlandırmışlar. Onu ağılsızlıqdan, yuxusuzluqdan və pis
gözlərdən qorunmaq üçün istifadə edirlər. Rəssamların
talismanı hesab olunur. Sonsuz qadınların hamilə olmasına
kömək edir, qara ciyəri müalicə edir, yaxından görməni
düzəldir, qızlara gözəllik verir, istisna olmadan hamıya
müdriklik gətirir.
Qızılı topaz gedonistlərin talismamdır. Həyatdan zövq
almağa kömək edir, iştahahanı artırır, nifrəti qovur və
inamsızlıq haqqında xəbərdarlıq edir. Bu sirləri açan,
detektivlərə və başqalarına təsir edən daşdır.
Daş bülluru - parlaq, çox təmiz kvars suyudur, fal
açmada böyük əhəmiyyəti var. Məharətli, bacarıqlı falçılar
onun bülluruna baxaraq keçmişin və gələcəyin mənzərəsini
görə bilirlər. Bunun üçün büllur qaranlıq otaqda elə yerə
qoyulur ki, ona içiq şüası düşsün; bu şüa onu daha da
parıldadır. Falşılar uzun müddət diqqətlə ona baxır, bütün
iradələrini çəmləşdirərək, gözlərini qırpmadan belə onda
müəyyən predmet görməyə çalışırlar. Bəzən büllur daşı və ya
muncuğu ipək sapa taxıb onu əllərində tuturlar və ona
yellənməyi əmr edirlər. Büllurun gələcəyi görmə (bəsirət) ilə
əlaqəsi onunla izah olunur ki, kvars (onun təkmilləşmiş forması
büllurdur.) sanki planetin dərisidir, bununla o kosmosu və
mistik aləmi hiss edir. Kvarsm müxtəlif növləri
432
Dostları ilə paylaş: |