özünü göstərir. Ən yeni texnologiya dünyanı idarə edir. Elm
yalnız dünyanı dərk etmək forması deyil, həm də dünyanı
yenidən qurmağın başlıca vasitəsi oldu. İnsan planetar
miqyasda geoloji gücə çevrildi, belə ki, çox vaxt onun gücü
təbiətin gücündən üstün olur.
Əqlə, maarifə, biliyə inam bəşəriyyətin mənəvi
həyatının əhəmiyyətli amili olmuşdur. Lakin xalqlarda inam
doğuran Avropa maarifçiliyinin idealı qanlı hadisələrlə heçə
endirildi; bu hadisələr ən sivil ölkələrdə belə təkrar olundu.
Aydın oldu ki, elmin və texnikanın ən yeni nailiyyətlərindən
adamlara ziyan gətirmək üçün də istifadə etmək olar. XX əsrdə
avtomatlaşdırmanm imkanlarının artması əmək prosesinin də
nadir - yaradıcı başlanğıcı sıxışdırıb çıxarmaq təhlükəsini
yaratdı-insan əməyinin avtomatlaşdırılması kimi ənənə özünə
yol açdı. Kompüter, informasiya və informasiyalaşdırma
intellektual əməyi inqilabiləşdirməklə və insanın yaradıcı
yüksəlişində mühüm amil olmaqla cəmiyyətə, insana, kütləvi
şüura güclü təsir vasitəsinə çevrilirdi. Yaxşı təhsil almış xüsusi
biliklərlə və yüksək texnologiyaya malik olan adamların
hazırladıqları yeni növ cinayətlərə imkan yarandı.
Cəmiyyətin mənəvi həyatında elmi-texniki tərəqqinin
rolunu təhlil edərkən, tələbələrin nəzərinə çatdırmaq lazımdır
ki, elmi-texniki tərəqqi cəmiyyətin mənəvi həyatının
mürəkkəbləşməsi amili kimi çıxış edir. O çox vaxt gözlənilməz
nəticələri ilə insanları çaşdırır və cəmiyyətdə mənfi hadisələrə
gətirib çıxarır. Buna görə də insan həmişə hazır vəziyyətdə
dayanmalı onun özünün yaratdığı süni dünyanın çağırışına
cavab verməyi bacarmalıdır.
386
XX əsrin mənəvi inkişafının tarixi göstərir ki, elm və
texnikanın çağırışına cavab tapılması üçün, keçmişin dramatik
dərslərini və yeni təhlükənin mümkünlüyünü dərk etmək üçün
çox iş görmək lazımdır və buna görə də cəmiyyətin mənəvi
əsasını möhkəmləndimrək üçün yorulmaz və gərgin iş
vacibdir. Bu birdəfəlik həll olunacaq vəzifə deyildir. Bu
vəzifələr həmişə qarşımızda dayanır və hər bir nəsil keçmişin
dərslərini nəzərə almaqla və gələcək haqqında düşünərək onu
həll etməlidir
Cəmiyyətin mənəvi həyatında dövlətin roluna da
xüsusi diqqət yetinnək məqsədə uyğundur. XX əsr dövlətin
qüdrətinin görünməz dərəcədə artmasını və onun ictimai və
fərdi həyatın bütün sahələrində o cümlədən mənəvi həyata
təsirinin yüksəlməsini nümayiş etdirdi. İnsanın dövlətdən
hərtərəfli asılhğı faktı göz qabağındadır, praktiki olaraq əhalini
özünə tabe edən dövlət şəxsiyyətə təsir mexanizminə nəzarəti
də öz əlində cəmləşdirir. Dövlət totalitarizminə XX əsr
tarixinin müstəqil fenomeni kimi baxmaq lazımdır. Onu bu və
ya digər ideologiyaya və ya dövrə və hətta siyasi hakimiyyətin
tipinə bağlamaq olmaz, lakin bu məsələlər son dərəcə vacibdir.
Diqqətə çatdırmaq lazımdır ki, hətta özlərini
demokratiyanın carçısı hesab edən ölkələr belə XX əsrdə
vətəndaşların şəxsi həyatına soxulmaq ənənəsindən qaça
bilməmişlər (ABŞ-da “makkartizm”, AFR-də, “peşələrə
qoyulan qadağalar” və s.). Vətəndaşların hüquqları ən müxtəlif
şəraitdə və ən demokratik dövlət quruculuğunda belə pozulur.
Bu o deməkdir ki, dövlət özü xüsusi problem kimi böyümüş və
belə bir meyl yaranmışdır ki, cəmiyyət və şəxsiyyəti əzməkdən
belə çəkinmir. Təsadüfi deyil ki, müəyyən mərhələlərdə
şəxsiyyəti dövlətin özbaşınalığından qorumağa cəhd edən
hüquqların qorunması
387
istiqamətli müxtəlif formalı qeyri-dövlət təşkilatları yaranır və
inkişaf edir.
Dövlətin qüdrətinin və təsirinin artması dövlət
qulluqçularının sayının artmasında özünü göstərir, repressiya
orqanlarının və xüsusi dəstələrin təsirinin və iş strukturunun,
güclü təbliğat infonnasiya aparatı yaradılır və o cəmiyyətin hər
bir vətəndaşları haqqında hərtərəfli məlumat toplamağa qadir
olur və onlar dövlət ideologiyasının tələb etdiyi ruhda
insanların şüurunda kütləvi dəyişiklik yarada bilirlər.
Vəziyyətin mürəkkəbliyi, ziddiyyətliyi ondan ibarətdir ki,
dövlət həm keçmişdə, həm də indi cəmiyyət və fərd üçün
vacibdir. Məsələ ondan ibarətdir ki, ictimai varlığın təbiəti
elədir ki, insan hər yerdə xeyir və şərin mürəkkəb dialektikası
ilə toqquşur. Bu problemi ən güclü insan əqilləri həll etməyə
çalışmışlar, cəmiyyətin inkişafını istiqamətləndirən bu
dialektikanın səbəbləri hələ də dərk olunmaz qalır. Güc- zor
işlətmək, əzab çəkmək hələ də insan həyatının labüd
yolçusudur. Mədəniyyət, sivilizasiya, demokratiya əxlaqı
yaxşılaşdırmaq əvəzinə vəhşilik və barbarlığm sığınacaq
tapdıqları ocaq üzərində bir pərdədir. Bu pərdə müxtəlif
vaxtlarda bəzən bir yerdə, bəzən isə digər yerdə, bəzən isə bir
neçə yerdə eyni vaxtda götürülür və bəşəriyyət vəhşilik,
qəddarlıqlarla üz-üzə qalır. Bütün bunları, cəmiyyətin bu
fəlakətlərə düçar olmasının qarşısını almağa cəhd edən dövlətin
mövcudluğu şəraitində baş verir. Bu dövlət çox vaxt sivil
görünməyə cəhd edir.
Cəmiyyətin dövlət tərəfindən məhkum olunduğu bu
əzabı dövlətin olmadığı şəraitdə mövcud ola biləcək əzablarla
müqayisə etsək belə qənaətə gəlmək olar ki, dövlət bütövlükdə
vətəndaşların təhlükəsizliyinin əsası kimi çıxış edərək, hər bir
vətəndaşın payına düşən əzabı
388
Dostları ilə paylaş: |