xeyli azaltmağa nail olur. N.A.Berdyayev qeyd etmişdir ki,
dövlət yer üzündə cənnət yaratmaq üçün yox, onun cəhənnəmə
çevrilməsinin qarşısını almaq üçün mövcuddur.
Tarix, o cümlədən ölkəmizin tarixi göstərir ki, dövlət
dağılanda və ya zəifləyəndə insan heç kəs tərəfindən nəzarət
olunmayan şər qüvvələr qarşısında müdafiəsiz qalır.
Qanunçuluq, məhkəmə, idarəetmə gücsüzləşir. Fərdlər
qeyri-dövlət təşkilatlarından və güclü dövlətlərdən müdafiə
olunmaq üçün kömək gözləyirlər-onların fəaliyyəti və təbiəti
kriminal xarakter daşıyır. Qulçuluğun bütün əlamətləri ilə
özünü göstərən şəxsi asılılıq belə qurulur. Hələ vaxtı ilə Hegel
qeyd etmişdir ki, insanlar müdafiəsiz vəziyyətə düşməlidir ki,
etibarlı dövlətçiliyin zəruriliyini və ya “güclü əli” hiss etsinlər.
Hər dəfə dövləti yenidən qurmağa məcbur olur və onları
azadlıq yolundan yayındıranlar haqqında pis xatirələrlə
yaşayırlar.
Beləliklə müasir cəmiyyətin həyatında dövlətin
əhəmiyyəti böyükdür. Lakin bu vəziyyət dövlətin özündən və
bütöv cəmiyyəti udmağa hazır olan dövlət maşınının
hakimiyyətini genişləndirmək ənənəsində ifadə olunan
gücündən irəli gələn təhlükəyə göz yummağa imkan verir.
XX əsr təcrübəsi göstərir ki, cəmiyyət iki eyni dərəcədə
təhlükəli olan ifrat tərəflərdən: bir tərəfdən, dövlətin
dağılmasından, digər tərəfdən isə, dövlətin cəmiyyətin
həyatının bütün tərəflərinə artan təsirindən- özünü
qorumalıdır. Bütöv dövlətin, eyni zamanda ayrıca şəxsin
mənafelərini təmin edə bilən optimal yol dövlətsizlik xaosu və
dövlət tiraniyası arasındakı kifayət qədər dar aralıq məsafədən
keçir. Bu yolda dayanmaq, heç bir tərəfə düşməmək olduqca
çətindir. Əfsuslar olsun ki.
389
XX əsrdə SSR-ı dağıdıldıqdan sonra yaranan dövlətlər bu yolu
tuta bilmədilər.
Dövlət hakimiyyətinin hərtərəfli güclənməsinə qarşı
dayanmaq üçün bu təhlükəni dərk etməkdən böyük səhvləri
nəzərə almaqdan və bundan nəticə çıxarmaqdan, hamıda və hər
kəsdə cavabdehlik hisslərinin oyadılma- smdan, dövlət işindən
sui-istifadənin
tənqidindən,
vətəndaş
cəmiyyətinin
yaradılmasından, insanın hüquqlarının və qanunçuluğun
qorunmasından başqa yol yoxdur.
Cəmiyyətin mənəvi həyatının dialektikasmı daha yaxşı
təhlil etmək məqsədi ilə mühazirədə “kütlənin üsyanı”
anlayışına da aydınlıq gətirmək vacibdir. ’’Kütlənin üsyanı”
ifadəsini ispan alimi Oiteqa Qassenti XX əsrin spesifik
fenomeninin xarakteristikasını açmaq üçün işlətmişdir-onun
məzmunu cəmiyyətin ictimai strukturunun genişlənməsi və
sürətinin artması təşkil edir.
XX əsrdə nisbətən nizama salınmış cəmiyyət və onun
şəffaf ictimai iyerarxiyasını cəmiyyətin kütlə- viləşməsi əvəz
etdi və bu da bir sıra problemlər o cümlədən mənəvi problemlər
doğurdu. Bir ictimai qnıpun fərdləri başqasına keçmək imkanı
qazandı. Fərdin ictimai rolu çox vaxt təsadüfi bölünməyə
başlandı,
çox
vaxt
onun
uyğun
gəlib-gəlməməsi
(kompetensiyası), təhsili və mədəniyyəti nəzərə alınmırdı.
İctimai vəziyyətdə daha yüksək pillələrə qalxmaq üçün hər
hansı sabit meyar mövcud deyildir. Kütləviləşmə şəraitində
kompetensiya və peşəkarlıq arxa plana keçdi. Ona görə də
cəmiyyətdə ən yüksək vəzifələri bunun üçün kifayət qədər
hazır olmayanlar tuta bilirdilər. Kompetensiyanın nüfuzunu
çox asanlıqla hakimiyyət və gücün nüfuzu əvəz edirdi.
Ümumiyyətlə kütləvi cəmiyyətdə qiymətvermə meyarı
dəyişkən və müxtəlifdir. Əhalinin böyük
390
əksəriyyəti də baş verənlərə biganədir, ya da kütləvi
informasiya vasitələrinin zorla yeritdiyi və kimlərsə tərəfindən
formalaşdırılmış standartları, zövq və meylləri qəbul edir,
ancaq özləri sərbəst heç nə işləyib hazırlamırlar. Mühakimə
və davranışda olan sərbəstlik və orijinallıq alqışlanmır və
daha çox risk, cəsarət tələb edirdi. Bu vəziyyət metodik
təfəkkür qabiliyyətinin ictimai vətəndaş və şəxsin cavabdehlik
qabiliyyətinin itməsinə kömək etməyə bilməzdi. Adamların
çoxusu onlara qəbul etdirilmiş streotiplə yaşayır və onu
dağıtmağa cəhd edərkən narahatlıq hiss edirlər. Tarixi səhnəyə
“insan-kütlə” çıxır. Şübhəsiz ki, öz bütün mənfi tərəflərinə
baxmayaraq “kütlənin üsyanı” fenomeni ciddi iyerarxiya
qumluşunu qurmağa, eyni zamanda qəddar dövlət tiraniyası
vasitəsi ilə möhkəm qayda-qanun yaratmaq üçün əsas ola
bilməz. Kütləviləşmənin əsasında hamının qanun qarşısında
bərabərliyini və hər bir kəsin öz taleyini seçmək hüququnu
nəzərdə tutan cəmiyyətin liberallaşması və demokratikləşməsi
prosesi dayanır.
Beləliklə, kütlənin tarixi səhnəyə çıxması adamların öz
qarşılarında açılan imkanları dərk etməsi və həyatda hər şeyə
nail olmağın mümkünlüyü və bunun üçün heç bir dəfedilməz
maneənin olmamasını duyması nəticəsində mümkün oldu.
Lakin elə bunun özündə də təhlükə var. Belə ki, görünən
ictimai məhdudluğun olmamasına ümumiyyətlə məhdudluğun
olmaması kimi; ictimai təbəqə iyerarxiyasının dəf
olunmasına-mənəvini, biliyi, kom- petentliyi nəzərdə tutan
iyerarxiyanın dəf olunması kimi; imkanlara bərabərliyi və
tələbatın yüksək standartlarına layiq olmadan yüksək mövqeyə
can atmağın özünü doğrultması kimi; dəyərlərin plyuralizmi və
nisbiliyinə-
391
Dostları ilə paylaş: |