ümumi fonu Avropa mədəniyyətinin “qızıl dövrü” adlanan
XVII-XIX əsr ziyalılarını öyrədən səviyyədən xeyli aşağı idi.
XX əsr mədəniyyət fonunun göstəriciləri və onun aşağı
düşməsi səbəbləri nə ilə nəzərə alınır?
İştimai həyatın tədrici demokratikləşməsi prosesi
yüksək maddi səviyyəyə çatmaq, əsas istehsal proseslərinin
təchizatı kütləvi çəmiyyətin formalaşmasına gətirib çıxarırdı;
burada mədəni dəyərlər elitar mülk (var-dövlət) olmaqdan
çıxdı və eqalitar (bərabərləşdirici) xarakter aldı, bu da kütləvi
mədəniyyətin, yəni kütləvi informasiya vasitələrinin yaratdığı
və xüsusi, texniki cəhətdən yüksək təchiz olunmuş sənayenin
yaydığı ortaq mədəniyyətin yaranmasını şərtləndirdi. Kütləvi
şüur əhalinin geniş təbəqəsini mədəniyyətin imkanları
haqqında, incəsənəti qəbul etmək üçün zəmri olan vərdişi
haqqında məlumatlandırmaq kimi tarixi bir məqsədi olsa da,
kütləvi şüur yüksək incəsənətə toxunmağı əvəz edə bilməz.
Lakin istənilən səviyyədə mədəniyyət sözün geniş mənasında
humanist oriyentasiyah dəyərdir. Bu dəyərləri parçalayan hər
nə varsa o antimədəniyyətdir.
“Kütləvi mədəniyyət” ifadəsi adətən etinasızlıq hissi
ilə işlədilir, lakin bu anlayış müsbət mənada da işlədilə bilər:
mədəniyyətə milyonlarla adam can atır. “Kütləvi
mədəniyyəf’in pis mənada işlədilməsi onunla bağlıdır ki, heç
də çox vaxt kütləyə əsl mədəniyyət səviyyəsinə qalxmağa
imkan verilmir, əksinə “mədəniyyətin” özü əhalinin geridə
qalmış təbəqəsinin sadə zövqünə uyaraq aşağı düşür, əsl
tərbiyə görənləri təəccübləndirən bu səviyyəyə enir; əhalinin
yüksək təhsilli və tərbiyəli hissəsinə nə isə quru bir şey sarımaq
gülüncdür.
383
Mədəniyyətin kütləviliyi - bu heç də onun vacib olaraq
aşağı, guya primitiv düşüncəlilər üçün nəzərdə tutulan
səviyyəsi deyil, bu onun formal xarakteristikasıdır-
özünəməxsus incəsənət bazarıdır. Axı geniş əhali kütləsinə də
nəsə vermək lazımdır, onları mənəvi yüksəkliyə qaldırmaq,
böyük mədəniyyət inciləri ilə tanış etmək lazımdır. Xalqın
mədəniyyətini yüksəltmək üçün mədəniyyət tarixinə,
bəşəriyyətin bütün mədəni irsinə müraciət etmək lazımdır-
cəmiyyətin yüksək təhsilli təbəqəsini aşağı, nə isə sadə bir
səviyyəyə endirmək olmaz. Cəmiyyətdə həmişə müxtəlif
intelektual imkanlı və təhsilli adamlar olub və olacaqdır.
Mədəniyyət xadimi, əlinə qələm götürməyə cəhd edən istənilən
adam cəmiyyət qarşısında, insanlar qarşısında məsuliyyət
daşıyırlar. Mədəniyyətin taleyi insanların əlindədir.
Beləliklə, mədəniyyət tarixən müxtəlif bərabərli sistem
kimi real mövcuddur, öz ümum şey formasına, öz simvoluna,
ənənəsinə, idealına, dəyər oriyentasiyasına və nəhayət fikir və
həyat tərzinə malikdir - bütün bunlar mədəniyyətin mərkəzi
gücü, canlı ruhudur. Bu mənada mədəniyyətin varlığının
mənası yüksək fərdi xarakter daşıyır, fərdin dərin şəxsi
təcrübəsi kimi mövcuddur.
§4. Cəmiyətin mənəvi həyatının dialektikası
Müasir mənəvi vəziyyətin xarakterik xüsusiyyəti onun
dərin ziddiyyətliliyindədir. Bir tərəfdən onda yaxşı həyata
ümid var, bu da müəyyən mənada ruh yüksəkliyi yaradır. Digər
tərəfdən isə, o böyük həyəcan və ehtiyatlılığa səbəb olur, belə
ki, ayrıca bir adam təklikdə qalır, informasiya dənizində baş
verən böyük işlərin qarşısında çaşır, qorunmaq təminatını itirir.
384
Müasir mənəvi həyatın ziddiyyətliliyinin hiss olunması
elmdə, texnikada, təbabətdə parlaq qələbələr əldə etdikcə,
maliyyə qüdrəti artdıqca, adamların rahatlığı və yaşayış
səviyyəsi yüksəldikcə daha çox dujmlur. Aydınlaşdı ki, elmin,
texnikanın və tibbin nailiyyətləri insanın rifahı üçün yox, onun
pisliyinə də istifadə oluna bilər. Pul, rahatlıq naminə bir qrup
adamlar qəddarcasına başqalarını məhv edə bilərlər.
Beləliklə, zəmanəmizin başlıca ziddiyyəti ondan
ibarətdir ki, elmi-texniki tərəqqi mənəvinin tərəqqisi ilə
müşayiət olunmur. Əksinə parlaq gələcək təbliğatına aludə
olmuş əhalinin böyük əksəriyyəti öz mənəvi dayaqlarını itirir,
mənəviyyatın və mədəniyyətin yeni dövrə uyğun gəlmədiyini
bəyan edirlər. Məhz buna görə də XX əsrdə Hitler və Stalinin
düşərgələri, terrorizm, insan həyatının dəyişməsi mümkün
olmuşdur. Tarix göstərmişdir ki, hər bir yeni əsr əvvəlkinə
nisbətən daha böyük itkilər gətirmişdir-ictimai həyatın
dinamikası bu günə qədər belə olmuşdur. Bununla belə ən
dəhşətli faciələr və represiyalar müxtəlif ictimai-siyasi
proseslərdə və dövlətlərdə o cümlədən mədəniyyətin,
fəlsəfənin, ədəbiyyatın inkişaf etdiyi, yüksək humanitar
potensialın olduğu ölkələrdə də baş vermişdir. Çox vaxt bunları
yüksək təhsilli və maariflənmiş adamlar həyata keçirmişlər.
Maraqlıdır ki, vəhşilik və insanlara nifrət faktları heç də həmişə
geniş ictimai müzakirəyə çıxarılmamışdır. Fəlsəfi təhlil XX
əsrin mənəvi atmosferini və hadisələrin gedişini müəyyən edən
və XXI əsrdə də öz təsirini saxlayan başlıca amilləri aşkar
etməyə kömək edir.
Elmin və texnikanın görünməz tərəqqisi XX əsrin təkrar
olunmaz özünə məxsusluğunu müəyyən etdi. Onun nəticələri
müasir insanın həyatının bütün sahələrində
385
Dostları ilə paylaş: |