Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə118/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   148

məhdudlaşa  bilməz,  dünyanın  və  öz-özünün  estetik 

qavranılması  olmadan  insan  əsas  olanı-  özünün  dünya  ilə, 

özünün daxili bütövlüyü ilə, üzvi əlaqəsini itirir. 

Estetik şüurun ayrılmaz aspekti estetik hissdir. Estetik 

hiss  dünyanın  gözəlliyindən  zövq  almağın  işıqlı  hissidir. 

İnsanın  həyata  emosional-estetik  münasibəti  həmişə 

gerçəkliyin hər hansı əhəmiyyətli tərəfinin açılmasıdır. Estetik 

hiss  mənəvi  həyəcanların,  təəssüratların  ali  formasına  aiddir. 

Onlar  ətraf  gerçəkliyin  hadisələrinin,  incəsənət  əsərlərinin 

qavramimasında  ən  gözəl  anlayışı  şüurlu  və  ya  şüursuz  əldə 

rəhbər tutmaq bacarığını güman edirlər. Estetik hiss əxlaqı və 

idrakı hisslərlə vəhdətdə yaranır və onlarla birlikdə zənginləşir. 

Estetik  hiss  əz  predmet  məzmununu  ümumiləşdirmək 

səviyyəsinə görə konkret (məsələn, bu və ya başqa bədii əsərə 

olan  hiss)  və  mücərrədə  (faciəli,  uca  hisslər)bölünür.  İnsan 

mülayim,  mötədil  zövq  almaq  hissindən  estetik  heyranlığa 

qədər bir sıra pillə keçə bilər. 

Estetik hiss inkişaf və təkmilləşərək insanın qarşısında 

gerçəkliyin  yeni-yeni  tərəflərini  -  gözəllik  və  eybəcərlik, 

komik və faciə, uca və alçaq- açmışdır. Bu hiss insanın mənəvi 

aləmində o qədər dərin ayırmışdır ki, hətta müəyyən vaxtdan 

sonra  ayrı-ayrı  sabit  estetik  baxışlar  çoxlu  sayda  çalarlar 

yaratmışdır.  Belə  ki,  estetik  qavrayış  sistemindəki 

obyektiv-komik  özünün  yumor,  acı  istehza,  faciəli  komediya 

və  s.  kimi  çalarını  yaratmışdır.  Gerçəkliyin  satirik 

qavranılmasmdan  fərqli  olaraq  yumor  hissi  -  insanın  özünə 

əziz olana qarşı açıq ürəklə zarafat etmişdir; bu vaxt o özünə 

doğma  olan  obyektə  qarşı  dərin  estetik  münasibətini  təzahür 

etdirir. 

Estetik hissin inkişafı insanı təkrarolunmaz fərdə çevirir, 

onun aləmini ayırır və eyni zamanda onda mənəvi 

362 



keyfiyyətləri  harmonik  uyğunlaşdırır.  Estetik  hissi  inkişaf 

etmiş  insan  yaradıcı  coşqunluğu  olan,  həyata  yaradıcı 

münasibətdə  olan  insandır.  Sağlam  estetik  tələbatı  inkişaf 

etmiş  adama  uzun  müddət  həm  mənəvi,  həm  də  fiziki 

cavanlığını saxlamaq xarakterikdir. Həqiqətən də təbiətlə daim 

ünsiyyət,  əməkdə  insanlar  arasındakı  münasibətdə  gözəlliyi 

görmək  və  yaratmaq,  incəsənəti  dərindən  duymaq  və  başa 

düşmək-bütün  bunlar  insanın  həyat  qabiliyyətini  artırır,  onu 

lazımsız mənfi hisslərdən və həyəcanlardan xilas edir. 

Bəşəriyyəti kamilləşdirən estetik emosiyalar həm də hər 

bir adamı kamilləşdirir. Məhz buna görə hər bir adamın mənəvi 

aləmi fərdi və təkrarolunmazdır. İnsanın azad və geniş inkişaf 

etmiş  estetik  tələbatı  onda  yalnız  özünə  xas  olan  emosional 

həyat eşqi yaradır, onun ömrünü maraqlı və gözəl edir. 

Estetik şüur insan fəallığının bütün aktında (hərəkətində, 

işində)  -  istər  elmi  təfəkkürdə,  hissi  düşüncədə,  istehsal 

fəaliyyətində,  istərsə  də  məişət  sahəsində  mövcuddur.  İnsan 

istənilən təzahürə, ona qarşı dayanan hər bir obyektiv hadisəyə, 

bir  sözlə,  onun  təcrübəsinə  daxil  olan  hər  şeyə  estetik 

mövqedən  yanaşır.  Estetik  şüur  adamların  mənəvi 

zənginliklərinin  mühüm  tərkib  hissəsini  yaradır.  Təbiət 

hadisələrinin  estetik  xassələrini  estetik  inkişaf  etmiş  göz  və 

qulaq görə və eşidə bilər. 

İncəsənət  -  bu  peşəkar  fəaliyyət  sahəsidir,  burada 

estetik  şüur  yanaşı  gedən  ünsürdən  əsas  məqsədə  çevrilir. 

Fəaliyyətdə iştirak edən estetik məqam nə qədər güclü olsa da 

tədqiqatın  əsasını  o  müəyyən  etmir,  incəsənətdə  estetik  şüur 

əsas olur. İctimai şüurun bu formasında incəsənətin yerini və 

rolunu nəzərə alaraq mühazirədə incəsənətin fəlsəfəsini xüsusi 

təhlil etmək məqsədə 

363 



uyğundur.  İnsan  fəaliyyətinin  bütün  sahələrində  özünü 

göstərən gerçəkliyə estetik münasibət müstəqil bir fəaliyyətin 

predmetinə  çevrilməyə  bilməzdi.  Estetikliyin  bədiilikdə 

təcəssüm olunduğu, eyni zamanda həm məzmun, həm vasitə, 

həm  də  məqsəd  daşıdığı  insan  fəaliyyətinin  bu  xüsusi  növü 

incəsənətdir;  o  heç  vaxt  insanı  tək  qoymamış,  həmişə  onun 

tələbatına və ideyalarına cavab vermişdir. 

İncəsənət insanın özünü göstərmək vasitəsidir, ona görə 

də  incəsənətin  predmeti  həm  insan  və  dünyanın  münasibəti, 

həm insanın bütün öz ölçüləri ilə - psixi, ictimai, əxlaqı və hətta 

məişət - birlikdə olan münasibətdir. 

İncəsənət  təbiət  sirrinin  sirri  olan  insanı  hərtərəfli 

götürür, bu fenomeni öyrənməyə çalışır. İncəsənət bizimlə öz 

xüsusi  dilində  danışır,  o  aydın  olana  qədər  onu  öyrənmək 

lazımdır. 

Hələ ibtidai icma quruluşunda yaranan incəsənət üz əsas 

xüsusiyyətlərini  antik  dövrdə  mənimsəmişdir,  bununla  belə, 

xüsusi fəaliyyət növü kimi düşünülmürdü. Platona qədər (onun 

özü  də  daxil  olmaqla)  ev  tikməyi  bacarmaq,  gəmiçilikdəki 

vərdişlər,  həkimlik  etmək,  dövləti  idarə  etmək,  poeziya, 

fəlsəfə, bir sözlə hər şey incəsənət adlanırdı. Əgər bizim üçün 

Homerin poemaları incəsənət əsəridirsə, onun müasirləri üçün 

bu  poemalar  fəlsəfi  ümumiləşdirmə,  etik  normaların  etalonu, 

dini sistemlərin izahı, incəsənət nümunəsi hesab olunurdu. 

Fəlsəfədən,  elmdən,  dindən  və  etikadan  fərqli  olaraq 

incəsənət  oradan  başlanır  ki,  estetik  fəaliyyətin  məqsədi, 

dünyanı  dərk etmək və dəyişdirmək, etik norma sistemini və 

dini əqidələri şərh etmək yox, bədii fəaliyyətin özü uydurulmuş 

aləmi yaratmağa imkan verir və hər şey 

364 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə