Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə109/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   148

Məsələn,  ictimai  ədalətin  yüksək  prinsiplərini  təsdiq  edən 

kommunist ideologiyası son anda cəmiyyət və şəxsiyyət üçün 

məhvedici  mifologiya  formasına  çevrildi  ki,  bu  da  ictimai 

şüurun  bütün  formalarına  ilk  növbədə  ictimai  elmlərə, 

ədəbiyyat və incəsənətə, fəlsəfəyə mənfi təsir göstərdi. Onları 

pis günə düşmüş ictimai varlığın məddahlarına çevirdi. Əlbəttə 

məsələ  yalnız  ideologiyanın  yalanında  və  onun  təbliğində 

deyil.  Gerçəkliyin  özü  yalan  idi;  biz  utopiyanı  reallaşdımıaq 

istəyirik, ancaq həyatın özünü utopiyaya çeviririk. 

Bu cür oxşarlığı elmlə aparaq:  elm hipotezlər qurduğu 

yerdə  ideologiya  onun  bir  sıra  təzahürlərindən  əsassız 

konstruksiya qura, onu gerçəkliyin real inikası kimi qəbul edə 

bilər.  Bu  özünü  ideologiyanın  ictimai  psixologiyadan  “geri 

qalması”  faktorunda  təzahür  edir.  Bu,  geri  qalma  ən  ümumi 

qanunauyğunluq deyil, onlar arasında qarşılıqlı münasibətlərin 

müxtəlif tiplərin istisnasını təşkil edən təzahürüdür. İdeologiya 

həm  adi  şüuru  müəyyən  edə  bilər,  həm  də  ondan  tam  ayrıla 

bilər-  bu  əsasən  totalitar  rejimə,  xüsusən  onun  can  vemıə 

dövrünə  xasdır.  Totalitar  dövlətin  məntiqi  ən  ümumi 

inamsızlığın üzərində qurulmuşdur; bu cəmiyyətdə heç kəs heç 

kəsə  inanmır  və  eyni  zamanda  etibar  etməyə  qorxur.  Bu  ən 

ümumi qorxunun ictimai psixologiyasıdır. 

Bütün  bunlar  həm  də  onu  şərtləndirir  ki,  ictimai 

psixologiya və ideologiya gerçəkliyin eyni hadisəsini müxtəlif 

foiTnada  əks  etdirə  bilərlər.  İdeologiya  və  ictimai 

psixologiyanın qarşıdurması faktı yalnız onun adi şüurdan geri 

qalmasına  deyil,  həm  də  ictimai  psixologiyanın  özünün 

pozulmasına,  onun  ahəngsizliyinə  və  sarsılmasına  gətirib 

çıxarır. Əgər ictimai şüurun strukturu üçün kəskin ziddiyyətə 

gəlib çıxan ahəngsizlik xarakterikdirsə də, o 



334 


tədricən öz möhkəmliyini və birliyini itirir. Bu isə onu göstərir 

ki,  gündəlik  yaşayışımız  real  dünya  ilə  onun  şüurda  inikası 

arasında kəskin ziddiyəT mövcuddur. 

’’İdeologiya”  termini  mahiyyətcə  iki  fərqli  mənalarda 

işlədilir. Birinci məna “ideologiya” sözünün etimologiyası ilə 

müəyyən  olunur.  Onun  kökü  “ideya”dır  ki,  artıq  Platonun 

vaxtında bu söz ilk surət, yəni nə isə öz-özünə mövcud olan 

mənasını verirdi. Elə buradan da “ideologiya” termini aparıcı, 

rəhbər  ideya,  bir  növ  bizim  həyata  keçirmək  istədiyimiz 

fikirlər  mənasında  işlədilmişdir.  Bu  mənada  ideologiya 

tənzimləyici gücə malik olan nəzəri və ya praktiki vəzifələrin 

bu və ya digər həlli yollarını axtaran və dünyagörüşlə, xüsusən, 

dəyərli  oriyentasiyalarla,  əqidələrlə,  başlıcası  isə  biliklərlə, 

etibarlılıqla bağlı əqidələrlə sıx bagb olan metodoloji prinsip 

kimi çıxış edir. 

Siyasətə  tətbiq  edərək  “ideologiya”  hakimiyyəti  ələ 

keçirməyin  müəyyən  yoluna  istiqamətlənmiş  siyasi  inam  və 

əqidə  sistemi  mənasını  verir.  Burada  həm  qabaqcadan  hasil 

olunmuş  yanlış  qənaətə  əsaslanan  fikirlər,  həm  də  yalan 

ideyalar ola bilir; məsələn, faşist və hər eür ekstremist partiya 

və hərəkatların ideologiyası. Bu mənada ideologiya hər hansı 

məqsədə  çatmaq  üçün  bütün  qəbul  olunmuş  vasitələrin 

məcmusu kimi çıxış edir. Siyasi ideologiya öz təsbit olunmuş 

ifadəsini  ilk  növbədə  siyasi  partiyaların  proqram  və 

nizamnaməsində,  dövlət  konstitusiyasında,  siyasi  və  dövlət 

xadimlərinin nəzəri əsərlərində tapır. Burada ideologiya siyasi 

şüur kimi fenomenlə sıx bağlıdır. 

335 



§3. Cəmiyyətin mənəvi həyatının 

formaları 

ictimai şüurun 

İctimai  şüurun  formaları  -  Cəmiyyətin  özünü 

düşünmə  və  ətraf  aləmin  mənəvi  -  praktiki  mənimsənilməsi 

üsuludur.  Onlara  eyni  zamanda,  insanların  dünyanı 

dəyişdiiTnək  sayəsində  çoxsahəli  fəaliyyətləri  gedişində 

işlənib  hazırlanan  obyektiv  fikir  formasının  qurulmasının 

ictimai  -  zəruri  üsulu  kimi  də  tərif  vermək  olar.  Onlar 

məzmunlarına  görə  onları  doğuran  ictimai  əlaqələr  və 

münasibətlər  kimi  tarixidirlər.  İctimai  şüurunun  əsas 

formalarının  hər  biri  ictimai  həyatın  müəyyən  aspektini  əks 

etdirir və onu mənən təzələyir. İctimai şüurun formaları nisbi 

müstəqilliyə,  buna  görə  də  şəxsi  təbiəti  və  daxili  inkişafının 

məntiqinə  malikdir.  Onlar  ətraf  gerçəkliyə  və  orada  gedən 

proseslərə  fəal  təsir  edir.  İctimai  şüurun  formalarını 

fərqləndirmə meyarları aşağıdakılardır: 

inikas obyektləri (ətraf aləm və onun bütövlü- lüyü, 

təbiətdən üstün əxlaqı, estetik, hüquqi, siyasi münasibətlər) 

gerçəkliyi əks etdirmək üsulları (anlayışlar, surətlər, 

nomıalar, prinsiplər, təlimlər və s.) 

ictimai  şüurun  hər  bir  formasının  funksiyaları  ilə 

müəyyən  olunan  cəmiyyətin  həyatında  onların  rolu  və 

əhəmiyyəti. 

İctimai  şüurun  bütün  formaları  qarşılıqlı  surətdə 

əlaqəlidir  və  əks  etdikləri  varlıq  sahələri  kimi  bir-biri  ilə 

qarşılıqlı  təsirdədir.  Dövrdən,  cəmiyyətin  xarakterindən, 

zamanın  tələbindən  və  qarşıda  dayanan  vəzifələrdən  asılı 

olaraq ictimai şüurun bu və ya digər ünsürləri və formaları ön 

plana keçə bilər. 

336 



ictimai  şüurun  formaları  ilə  bağlı  mövcud  olan  bəzi 

fikirlərə münasibət bildirmək də tələbələr üçün maraqlı olardı. 

Bir  çox  ədəbiyyatlarda  gerçəkliyin  mənimsənilməsinin  üç 

növü; elmi, estetik və dini növləri qəbul olunmuşdur. Siyasət, 

hüquq və əxlaq mənəvi istehsal “sahələri” kimi qəbul olunmur. 

Əxlaq  -  ona  görə  ki,  peşəkarlar  tərəfindən  yaradılmamışdır. 

Biz  tarixdə  peşəkarlar,  ideoloqlar  tərəfindən  yaradılan  və 

tətbiq  olunan  heç  bir  əxlaq  norması  tapa  bilmərik.  Hətta  İsa 

peyğəmbərin  “öldürmə”,  “oğurlama”  vəsiəti  -  əxlaq 

praktikasının  kortəbii  işləyib  hazırladığı,  yəni  peşəkarların 

fəaliyyətinin nətieəsi olmayıb bəşəriyyətin kortəbii kəşfi olan 

prinsiplərin təsbit edilməsidir. 

Siyasət  və  hüquq  ona  görə  mənəvi  istehsala  daxil 

edilmir  ki,  siyasi  və  hüquqi  fəaliyyət  sayəsində  yaradılan 

fərdlərin  ictimai  əlaqələri  və  münasibətləri  çox  vaxt  mənəvi 

deyildir.  Cəmiyyətdə  əlaqə  və  münasibətlərin  ən  müxtəlif, 

çoxsaylı növləri olsa da, çox güman ki, ikisi: maddi və mənəvi 

-  əsasdır.  Həm  bu,  həm  də  digəri  adamlar  arasında  əlaqə  və 

münasibətlərin subyekti eynidir. Buna görə də münasibətlərin 

(həm də əlaqələrin) əsas növləri arasındakı bütün fərq onların 

əsasmdadır: nəyə əsasən onlar təşəkkül tapmışdır. Əgər bu əsas 

maddidirsə  onda  bu  münasibət  də  elə  olaeaq,  yox  əgər  bu 

anlayış surətdirsə onda bu eür münasibət mənəvidir. 

Belə  ki,  insanlar  arasındakı  siyasi  və  hüquqi 



münasibətlər, ilk növbədə, onlar haqqında anlayışa görə yox, 

real  dövlət  hakimiyyətinə  görə  təşəkkül  tapır.  Dövlət  isə  öz 

aparatı, məmurları, ordusu, hakimi və türməsi ilə - maddi bir 

hadisədir. Ona görə də siyasi, həm də hüquqi münasibətlər öz 

əsasında  maddidir.  Onda  gerçəkliyin  mənimsənilməsinin  üç 

növü: elmi, estetik və dini növü 



337 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə