çünki hakimiyyət başqalarını idarə etmək üçün xalq tərəfindən
verilən səlahiyyətə malikdir və onlara tərbiyəvi təsir etməlidir.
Qanunlara riayət olunmasını dövlət təmin edir, lazım gəldikdə
isə hətta məcburiyyətə də əl atılır. Təəssüf ki, sadə adamlar
(təkcə onlar yox) hüquqi şüurun çox aşağı səviyyəsindədirlər,
ancaq bu hüquqi şüurun məğzi yox onun müxtəlif
səviyyələridir. Hüququ başa düşmək üçün nəyin qanuni və ya
qanuna zidd olmasını, eyni zamanda onun yerinə
yetirilməsinin məcburi olmasını dərk etməkdir. Hüquq
cəmiyyətdə azad adamların yaşamasının zəruri şərtidir. Əgər
sən azad olmaq istəyirsənsə, onda öz azadlığını
məhdudlaşdırmalı, başqalarına azadlıq verməlisən.
Beləliklə, hüquqi şüurun adi - praktiki səviyyəsi
qüvvədə olan qanuni əxlaqi tələblərə uyğunluğu mövqeyindən
qiymətləndirməyə cəhd edir, nəzəri hüquqi təfəkkür isə
qüvvədə olan hüquqa onun ictimai və siyasi mənası, ictimai və
siyasi həyatın real proseslərinin obyektiv şərtlənmiş səmərəli
tələblərinə müvafiq mövqedən baxaq. Təbii ki, insan ağlı canlı
varlıq kimi hüquqi şüurdan və müvafiq davranışdan kənar,
yəni hüquqi ölçüdən kənar yaşaya bilər. Lakin bu vaxt o
istənilən qəbul olunmuş və olunmamış davranışlara əl atır,
qorxu, təlaş, həyəcan içərisində yaşayır, mənasız həyat keçirir.
Yalnız qəbul olunmuş hüquq normalarına hörmət və ona uyğun
yaşamaq insanın mənəvi dünyasına uyğundur.
Əxlaqi şüur. Hüquqi nizamasalma - insanların
davranışının qanunlar sisteminin köməyi ilə nizama
salınmasıdır. Onun təsirindən kənarda insan münasibətlərinin
bö}mk hissəsi qalır ki, bu da əxlaq adlanır. Qanunla, məsələn,
ədəb qaydalarının pozulması, nəzakət- sizlik üçün heç bir cəza
nəzərdə tutulmur. Bu ictimai və
344
şəxsi fikirlə məzəmmət olunur. Platon qeyd edir ki, biz çox
vaxt ictimai rəylə hesablaşırıq ki, nə isə deyəndə, hər hansı
hərəkəti edəndə bizə dəli deməsinlər. Bu qorxunu biz eyib
hesab edirik (Платон Поли. Собр. Соч. Рр 1928, Т13. С. 45).
Bu isə çox vaxt qanunda olmayan qadağalar qoyur.
Cəmiyyətdə adamların həyatı yalnız hüquqi deyil, həm də
nizamlayıcı prinsiplərinə tabe edilir ki, bu da etika ilə öyrənilir.
Etika adamlar arasına mövcud olan münasibətlər və bu
münasibətlərdən doğan vəzifələr haqqında elmdir. Lakin
substansiya ictimai qovuşmuş həyatı olmadan ağlabatan
deyildir, yəni əxlaq fenomeni yalnız cəmiyyətdə adamların
qarşılıqlı münasibətində onların təbiətə, Allaha münasibətində
mümkündür, bu cür həyat isə tələb edir ki, şəxsi yaxşılıq,
səxavət insan varlığının ən ümumi prinsipinə çevrilsin.
Əxlaq yazılmamış qanunların tarixən sistemidir, ictimai
şüurun əsas dəyər formasıdır ki, burada insan hərəkətlərinin,
rəftarın ən ümumi və normativ qiymətləri öz əksini tapır.
Əxlaqi baxışların özü bizə ümumi işlərin qayğısına qalmağı
müəyyənləşdirir, belə ki, bunsuz əxlaq eqoistliyə gətirib
çıxarar.
Əgər insan əxlaqi cəhətdən tərbiyəli və xüsusən də
dindardırsa, bu və ya digər həyati qərar qəbul edərkən xarici
qaydalardan doğan mülahizələrə (karyera, gəlir və s.) deyil,
sırf vicdanın səsinə uyğun hərəkət etməlidir. Əxlaqlı adam
həssas, vicdana çox qəribə özünənəzarət qabiliyyətinə
malikdir. Vicdan mexanizmi şəxsiyyətin haçalanmasmı aradan
qaldırır. Məhkəmədə olan cinayətkar özünü müdafiə üçün
törətdiyi əməlin ehtiyatsızlıqdan, səhlənkarlıqdan irəli
gəldiyini bildirir. Özünün günahsız olması üçün təbii baş verən
hadisəni başqa istiqamətə yönəltməyə çalışır. Hətta onu
müdafiə
345
edən vəkil belə ittihamçının cam ilə bağlı dəlillərin qarşısında
aciz qalır cinayət törədərkən ayıq başlı caninin seçim imkanı
olmuşdur
Əxlaq insanın ailəyə, öz xalqına, vətənə, digər xalqlara
münasibətində özünü göstərir. O, şəxsiyyətin özünün özünə
münasibətinə də şamil edilir. Əgər adam özünə işgəncə verirsə
və ya intihar edirsə cəmiyyət onu pisləyir: insan - ictimai
varlıqdır. Cəmiyyət insandan tələb edir ki, o özünə cəmiyyətin
mənafeyinə uyğun münasibət göstərsin: öz sağlamlığını
qorusun, əməklə məşğul olsun, özünü ləyaqətli aparsın.
İnsanın hər şeyə qarşı biganə olmasına mənəvi haqqı yoxdur.
İnsan öz pis (və ya yaxşı) hərəkətləri üçün onun obyektiv
əxlaqi qiyməti haqqında biliyinə uyğun cavabdehlik daşıyır.
Qərəzli, tamah- karcasma olan hərəkət təsadüfən cəmiyyət
üçün əhəmiyyətli olsa da “yaxşı hesab edilə bilməz”.
Əxlaqi şüur özündə əxlaqi prinsipləri və normaları
birləşdir. Beləliklə, əxlaq - həm adamların, onların
davranışlarının obyektiv münasibətlərinin müəyyən tərəfi, həm
də şüur formasıdır. Biz həm əxlaqi davranışın haqqında, həm
də əxlaqi baxışlar, anlayışlar haqqında danışırıq. Əxlaqi şüur
mürəkkəb struktura malikdir. Yetkin dünyanın ictimai
idealından irəli gələn ən ali təzahürü haqqında baxışlar və
anlayışlar kimi əxlaqi kateqoriyalar, əxlaqi hisslər və əxlaqi
ideal onun ünsürlədir.
İnsanın əxlaqi həyatının əsas təzahürü cəmiyyət və
insanın özü qarşısında cavabdehlik hissi və bundan irəli gələn
günahı və peşmançılığı dərk etməlidir. Adamların öz qarşılıqlı
münasibətlərində əsas götürdükləri qaydalar əxlaq normalarını
təşkil edir, o kortəbii olaraq yaranır və yazılmamış qanunlar
kimi çıxış edirlər: ona hamı lazım
346
Dostları ilə paylaş: |