həm bilik sistemi, həm mənəvi istehsal, həm də onun əsasında
praktiki fəaliyyətidir.
Hər 5np elmi idrak üçün nə tədqiq etdiyi və necə tədqiq
etdiyi əhəmiyyət kəsb edir. Nə tədqiq edildiyi sualının
cavabında elmin predmetinin təbiəti açılır, tədqiqatın necə
aparılması sualında isə tədqiqatın metodu açılır. Gerçəkliyin və
ictimai
praktikanın
keyfiyyətcə
müxtəlifliyi
insan
təfəkkürünün çox planlı xarakterini, elmi biliyini müxtəlif
sahələrini müəyyən edir.
Müasir elm-çox sahələrə ayrılmış ayrı-ayrı elm
sahələrinin məcmusudur. Elmin predmeti yalnız insan üçün
məlum olmayan dünya, varlığın hərəkətinin müxtəlif forma və
növləri deyil, həm də onların şüurda inikası, yəni insanın
özüdür. Elmin predmetini təbii-texniki-təbiət qanunlarının və
onun mənimsənilməsini və yenidən dəyişdirilməsini öyrənən
və ictimai-müxtəlif ictimai hadisələri və onların inkişaf
qanunlarını, o cümlədən ictimai varlıq kimi insanı
öyrənən-hisslərə bölürlər. İctimai elmlər içərisində həm təbiət,
həm cəmiyyət, həm də təfəkkürün ən ümumi inkişaf
qanunlarını öyrənən fəlsəfi fənlərin kompleksi xüsusi yer tutur.
Elmin predmeti onun metodlarına, yəni obyektin
tədqiqat üsulu vasitələrinə təsir edir. Belə ki, texniki elmlərdə
tədqiqat üsullarından biri eksperiment olduğu halda, ictimai
elmlərdə bu statistikadır. Bununla belə, elmlər arasındakı
sərhəd kifayət qədər şərtidir. Elmi idrakın müasir inkişaf
mərhələsi üçün yalnız öz predmetinə görə qarışıq fənlərin
(məsələn, bio-fızika) yaranması deyil, həm də elmi
metodologiyanın qarşılıqlı zənginləşməsi xarakterikdir.
Ümumi elmi məntiqi üsul induksiya, deduksiya, analiz, sintez,
eyni zamanda sistemi və gümanlı yanaşma və bir çox başqa
üsullarıdır. Hər bir
368
elmdə empirik səviyyə, yəni toplanmış faktiki material-
müşahidə və eksperimentin nəticələri və nəzəri səviyyə, yəni
müvafiq nəzəriyyələrdə, qanunlarda və prinsiplərdə ifadə
olunan empirik materialların ümumiləşdirilməsi fərqləndirilir;
faktlara əsaslanan elmi mühakimələrin, hipotezlərin sonradan
təcrübə ilə yoxlanmağa ehtiyacı var. Ayrı-ayrı elmin nəzəri
səviyyəsi kəşf olunmuş prinsiplər və qanunların ümumi nəzəri,
fəlsəfi izahına bütövlükdə elmi idrakın dünyagörüşü və
metodoloji tərəflərinin formalaşmasına doğru sıxlaşdırıhr.
Elmi idrakın mühüm komponenti bu elmin dünyagörüşü və
metodoloji əsasını təşkil edən məlumatların fəlsəfi şərhidir.
Artıq faktların seçilməsinin özü-xüsusi ilə də ictimai elmlərdə -
alimin böyük nəzəri hazırlığının və fəlsəfi mədəniyyətinin
göstəricisidir. Elmi biliklərin inkişafının müasir mərhələsi
yalnız faktların nəzəri dərk olunmasını deyil, eyni zamanda
onların alınması üsullarının təhlilini, yeninin axtarışının ən
ümumi yolları haqqında düşüncələri tələb edir.
Elmin ictimai funksiyalarının izahına xüsusi diqqət
yetirmək lazımdır. Elm-mürəkkəb, çoxtərəfli ictimai hadisədir;
cəmiyyətdən kənarda elm nə yarana, nə də inkişaf edə bilməz,
amma cəmiyyətin yüksək inkişaf səviyyəsini də elmsiz
təsəvvür etmək olmaz. Maddi istehsalın tələbatı elmin
inkişafına, onun tədqiqat istiqamətinə, elm isə öz növbəsində
ictimai inkişafa təsir edir. Böyük elmi kəşflər və onunla sıx
bağlı olan texniki ixtiralar bütün bəşəriyyətin taleyinə güclü
təsir göstərmişdir.
Tarixin müxtəlif dövrlərində elmin rolu eyni
olmamışdır, lakin artıq antik dövrdə onun əhəmiyyətini başa
düşmüşdülər. Antik dövrdə elm fiziki və əqli əməyin
369
bölünməsi nəticəsi kimi mövcud olmuşdur. İctimai şüurun
müstəqil forması kimi elm ellinizm dövründən fəaliyyət
göstərməyə başlamışdır. Elmin bilik forması kimi fəlsəfədən,
dindən ayrılmasım Aristotelin adı ilə bağlayırlar. Lakin onda
elmi biliyin ünsürləri istehsala olduqca zəif təsir göstərirdi;
istehsal qullar tərəfindən əsrlərlə işlənmiş vərdişlərə əsaslanan
empirik biliyə söykənən əl alətləri vasitəsi ilə həyata keçirilirdi.
Feodalizm şəraitində natural təsərrüfat əl alətləri ilə keçinir və
ustaların fərdi bacarıq və təcrübəsi ilə məhdudlaşırdı. Lakin
artıq bu vaxt biliyin inkişafı prosesi başlanır; gizli formada olsa
da, məsələn, kimya əlkimya formasında inkişaf edirdi.
Kapitalizm elə praktiki problemlər qarşıya qoydu ki, bunu
yalnız elm vasitəsi ilə həll etmək olardı. Elm daha çox
məhsuldar qüvvələrin mənəvi məzmununa çevrildi. Tarixin
sonrakı gedişi istehsalın daha çox “elmləşməsi” ilə özünü
göstərdi. Təbii elmlərlə yanaşı humanitar fənlər də inkişaf
edirdi. Yalnız maddi aləmə deyil, həm də mənəvi dünyanın
qanunauyğunluqlarına yüksək maraq yarandı.
İstehsala olan tələbatın dunuadan artması və dünya
bazarının genişlənməsi elmin sonrakı inkişafını şərtləndirdi.
Bununla belə cəmiyyətin intellektual funksiyası inkişaf edərək
əməyin subyektindən daha çox ayrılır və hakim sinfin və
sürətlə formalaşan ziyalı təbəqənin fəaliyyətində cəmləşirdi.
Bundan başqa elmi iş istehsalın təşkili üzrə əməkdən ayrılır,
alimlərin sahəsi olurdu. Alimlər arasında da ixtisaslaşma
gedirdi. Bu prosesin müsbət əhəmiyyəti var idi, idrakın
dərinləşməsi üçün şərait yaradırdı, lakin bununla yanaşı onun
mənfi cəhətləri də vardır; dar ixtisas alimin biliyini
məhdudlaşdırır, elmi yaradıcılığın məhsuldarlığını aşağı
370
Dostları ilə paylaş: |