Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə123/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   148

təhlilinə yer verilsə də, bu məsələni yenidən tələbələrlə təhlil 

etmək məqsədəuyğundur. 

Cəmiyyətin  mənəvi  həyatı  ilə  bağlı  söhbətimizin  tam 

alınması  üçün  mədəniyyəti  də  təhlil  etmək  vacibdir,  çünki 

mədəniyyyət cəmiyyətin bütün mənəvi həyatının vahid- bütöv 

sisteminə  daxildir.  Əvvəllər  cəmiyyətin  mənəvi  həyatında 

yaranmış  “kəsik”  -  məhz  mədəniyyət  (mənəvi  mədəniyyət 

nəzərdə  tutulur)  fenomeni  olmuşdur,  ona  görə  də  bir  növ 

mövzunun yekunu kimi onu təhlil edib, eyni zamanda qısa da 

olsa mədəniyyətin mahiyyətini aydınlaşdırmağa çalışacağıq. 



Mədəniyyətin  fəlsəfəsi.  Hansı  növə  aid  olmasından 

asılı  olmayaraq  insan  fəaliyyəti  son  anda  da  maddi,  ya  da 

mənəvi  dəyərlərin  istehsalına  gətirir.  Fəaliyyətin  bu  sahəsi 

həyata  keçmə  üsuluna,  nətiçələrinə  və  içtimai  məqsədlərinə 

görə  bir-birindən  fərqlənirlər.  Maddi  və  mənəvi  dəyərlərin 

məcmusu,  eyni  zamanda  onların  yaranması  vasitələri, 

bəşərİ

3

^ətin gələcək tərəqqisi naminə onlardan istifadə etmək 



bacarığı,  onları  nəsildən-  nəsilə  vermək  -  məhz  bunlar 

mədəniyyəti təşkil edir. Təbiətə, yəni əl dəyməmiş təbiətə qarşı 

duran  nə  varsa  mədəniyyətə,  insan  əməyi  ilə  becərilənə  və 

yaradılana  aiddir. 

Maddi  və  mənəvi  mədəniyyəti 

fərqləndirmək qəbul olunmuşdur. 

Maddi mədəniyyətə ilk növbədə ictimai varlıq girdabına 

daxil edilmiş istehsal vasitələri və əmək alətləri aiddir. Maddi 

mədəniyyət,  onun  inkişafının  səviyyəsi  və  xarakteri  həmin 

cəmiyyətdə hakim olan istehsal münasibətləri ilə sıx bağlıdır 

və  onunla  müəyyən  olunur.  Maddi  mədəniyyət  anlayışı 

insanlara  xidmət  edən  şeylər  və  proseslərin  geniş  dairəsini 

əhatə edir. Maddi 

377 



mədəniyyət  insanın  təbiətə  praktiki  yiyələnməsi  səviyyəsinin 

göstəricisidir. 

Mənəvi  mədəniyyətə  elm  və  onun  nailiyyətlərinin 

istehsala və məişətə tətbiq  edilməsi səviyyəsi,  əhalinin  təhsil 

səviyyəsi,  maarifin,  tibbi  xidmətin,  incəsənətin,  cəmiyyətdə 

adamların  davranışmdakı  əxlaq  normalarının,  məntiqi 

təfəkkürə  və  dil  zənginliyinə  malik  olmaq  vəziyyətləri, 

adamların  maddi  və  mənəvi  təlabatları  və  maraqları  aiddir. 

Mənəvi  mədəniyyəti  əsasını  təşkil  edən  dindir.  Mənəvi 

mədəniyyət “şeylər” formasında: kitab, şəkil, kino, arxitektur 

tikintilər,  heykəllər  və  s.  yığılır.  Bütün  bunlar  müasir  nəsillə 

yaşayır  və  əməkdaşlıq  edir  və  mədəniyyət  adlanır  və  yalnız 

canlı  əqllə  münasibətdə  onun  zənginliyi,  insanların  mənəvi 

xəzinələri  olması  aydın  olur.  Beləliklə,  mədəniyyət 

bəşəriyyətin  həm  maddi,  həm  də  mənəvi  istehsal  sahəsində 

əldə  etdiyi  bütün  nailiyyətləri  əhatə  edir.  Ona  yalnız  əməyin 

məzmunu, onun məhsulları deyil, bilik deyil, həm də vərdişlər 

daxildir  ki,  bunlara  yiyələnməklə  insan  praktiki  və  nəzəri 

vəzifələri  yerinə  yetirə  bilir.  Mədəniyyətin  inkişafının 

başlanğıc forması və ilkin mənbəyi insan əməyi, onun həyata 

keçirilməsi  vasitələri  və  nəticələrdir.  Mədəniyyət  aləmi 

bəşəriyyətin  əvvəlki  nəslinin  reallaşmış  təfəkkürü,  iradə  və 

hissi kimi ayrıca adamın şüurundan asılı olmadan yaranmışdır. 

Mədəniyyətdən  kənar  insan  və  cəmiyyətin  həyatı 

mümkün deyildir. Hər bir yeni nəsil öz həyatını yalnız təbiətin 

əhatəsində  deyil,  həm  də  əvvəlki  nəslin  yaratdığı  maddi  və 

mənəvi  dəyərlər  aləmində  başlayır.  Bacarıq,  bilik,  insani 

hisslər, qabiliyyət yeni nəslə irsən verilmir, o artıq yaradılmış 

mədəniyyətin  mənimsənilməsi  gedişində  formalaşır.  İnsan 

mədəniyyətinin nailiyyətlərinin bir nəsildən digərinə verilməsi 

olmadan tarixi təsəvvür etmək 

378 



olmaz:  uşaq  fikirləşməyə  və  danışmağa  başlayır,  böyüyür, 

yalnız  mədəniyyətlə  ünsiyyətdə  böyüklər  kimi  düşünə  bilir. 

Əgər  insan  mədəniyyəti  yaradırsa,  mədəniyyət  də  insanı 

yaradır. 

Mədəniyyət  əvvəlki  nəslin  yaratdığı  maddi  və  mənəvi 

dəyərlərin  passiv  anbarı  olmayıb,  həyatın  yaxşılaşdırılması 

üçün bəşəriyyətin istifadə etdiyi fəal yaradıcılıqdır. Cəmiyyət 

toplanmış mədəniyyət xəzinələrindən istifadə edərək onu daha 

da  təkmilləşdirir.  Mədəniyyət  yalnız  insan  fəaliyyətinin 

nəticəsi  olmayıb,  həm  də  tarixən  yaranan  əmək  vasitəsi, 

adamların  qəbul  olunmuş  davranış  aktları,  etika  adlanan 

ünsiyyət  üsulu,  öz  hisslərini  təzahür  etdirmək  vasitəsi,  qəbul 

etmək, eyni zamanda təfəkküıfn səviyyəsidir. 

Dəyərlər  ideyasına  da  toxunmaq  məqsədəuyğundur. 

Mədəniyyət  -  maddi  və  mənəvi  dəyərlərdir.  Dəyər  deyərkən 

maddi və mənəvi reallığın bu və ya digər obyekti, onların insan 

və  bəşəriyyət  üçün  müsbət  və  ya  mənfi  əhəmiyyətinin 

işıqlandırılması  nəzərdə  tutulur.  Adətlər,  din,  incəsənət  və 

ümumiyyətlə  “mədəniyyət  işığı”  ilə  işıqlandırılan  şeylər  və 

hadisələrin yalnız insan və cəmiyyət üçün xüsusi mənası var. 

Sakitlik, gün batan cağı, dan yeri, aylı gecədə təklikdə və ya 

günəşin düşdüyü yarpaqları seyr etmək bizi ruhlandırır. Bütün 

bunlar  nə  isə  yüksək  və  təntənəli  qəbul  olunur  və  yaşanır. 

Başqa  sözlə  desək,  real  faktlar,  hadisələr,  xassələr  bizim 

tərəfimizdən  yalnız  qəbul  edilib,  dərk  olunmur,  həm  də 

qiymətləndirilir, bizdə iştirak hissi, zövq almaq, sevmək və ya 

nifrət  etmək  hissləri  oyadır.  Bu  mümkün  və  qeyri-mümkün 

ləzzət və nifrət zövqü: yaxşı, gözəl, əla, nəzakətli, ədəbli, incə, 

zərif, xeyirxah, əzəmətli, yüksək, məhrəmlik, ülvi, müqəddəs 

və s. - təşkil edir. Bu və ya digər şey bizim 

379 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə