Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə121/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   148

salır, mədənijo'ətin inkişafına mənfi təsir göstərirdi. Məhz bu 

vaxt təbii-elmi və humanitar biliklərin arasında, ümumiyyətlə 

elm  və  əxlaqi-etik  şüur  arasında  uyğunsuzluq  daha  da 

dərinləşir. 

Kapitalizm  yarandığı  vaxtdan  indiyə  qədər  elmi  və 

maddi  istehsal  arasında  qarşılıqlı  əlaqə  daim  dərinləşir  və 

təkmilləşir.  Bu  gün  bu  proses  istehsalın  daha  çox 

avtomatlaşmasında,  insan  beyninin  qismən  kibernetik 

qurğularla,  kompüterlə  əvəz  olunmasında  öz  əksini  tapır. 

Elmin köməyi ilə az əmək çəkməklə böyük nailiyyət qazanmaq 

mümkün olmuşdur. 

Elmin  ictimai  əhəmiyyəti  adamların  həyat  və  əməyini 

yüngülləşdirmək, 

cəmiyyətin 

təbiət 

üzərində 



ağıllı 

hakimiyyətini 

aıtımıaq, 

ictimai 


münasibətlərin 

təkmilləşdirilməsinə  kömək  etmək,  insan  şəxsiyyətini 

harmonikləşdirməkdən  ibarətdir.  Müasir  elm  öz  kəşfləri  və 

ixtiraları  hesabına  adamların  həyatını  və  fəaliyyətini 

yüngülləşdirmək  üçün  xeyli  iş  gömıüşdür.  Elmi  kəşflər  və 

ixtiralar əməyin məhsuldarlığının yüksəlməsinə və məhsulların 

artmasına  gətirib  çıxarmışdır.  Lakin  elm  xəzinəsi  bütün 

adamlara eyni ölçüdə xoşbəxtlik gətirməmişdir. Elm çox güclü 

silahdır,  kimin  əlində  olmasından  asılı  olaraq  adamlara  ya 

xoşbəxtlik,  ya  da  ölüm  gətirə  bilər.  Elm  insansız  gücsüzdür, 

bununla  belə  elm  insansız  məqsədsizdir.  Əksər  kəşflər  və 

ixtiralar həm səmərəli, həm də dağıdıcı təsirə malikdir və buna 

görə güclü  imkana və təhlükəyə malikdir. Hər şey  onun kim 

tərəfindən və necə istifadə olunmasmdadır. 

İ.Kant  böyük  alim  olsa  da  həm  elmə,  həm  də  alimə 

ehtiyatlı  və  tənqidi  yanaşırdı.  J.J.Russo  kimi  o  ictimai,  o 

cümlədən  elmi  tərəqqinin  ziddiyyətlərini  görür,  toplanan 

biliklərin insanlara xeyir gətirməsindən ehtiyat edirdi. 



371 


Tarix sübut edir ki, elmi kəşflərin hələ təhlükəsi görünmədiyi 

vaxtdan  ayrı-ayrı  mütəfəkkirlər  onlarda  olan  öldürücü 

təhlükələri  görürdülər.  Qonkur  qardaşlarının  söylədikləri  bir 

fikir ətrafında düşünməyə dəyər; “Deyirlər ki, Bertelo yazır ki, 

elmi inkişafın yüz ilindən sonra insan atom nə olduğunu biləcək 

və  öz  arzusu  ilə  günəş  işığını  azalda,  söndürə  və  yenidən 

yandıra biləcək. Klod Bernar öz tərəfindən bəyan etmişdir ki, 

fiziologiyanın  öyrənilməsindən  yüz  il  keçdikdən  sonra  insan 

həyatını  idarə etmək və  adam  yaratmaq mümkün olacaq. Biz 

etiraz etmədik, lakin düşünürük ki, dünya bu ana çatanda Yer 

kürəsinə qoca ağsaqqal Allah əlində açar bağlamaları enəcək və 

bəşəriyyətə deyəcəkdir: “Cənablar bağlanırıq!”. 

Son  vaxtlara  qədər  alimlər  öz  kəşflərinin  dramatik  və 

faciəli  nəticələri  haqqında  fikirləşmirdilər.  Elmi  biliyin  hər 

artımı əvvəlcədən xeyirli hesab olunur və bəraət qazandırılırdı. 

Xirosima  və  Naqasakidən  sonra  vəziyyət  dəyişdi:  elmi 

kəşflərin  mənəvi  dəyəri  problemi  yarandı.  Məlum  oldu  ki, 

həqiqət xeyirdən kənar, dəyərlər meyarından kənar mövcud ola 

bilməz. Estetik inkişaf etmiş adama o tam açılır. Həqiqətin yeni 

anlamı  yarandı:  həqiqət  sadəcə  olaraq  doğru  bilikdən  daha 

böyükdür.  Kim  elmdə  irəliyə  gedib  əxlaqda  geri  qalırsa,  o 

irəliyə getməkdən daha çox geriyə gedir. 

Bəşəriyyət  bu  gün  Hamletsayağı  olum,  ya  ölüm  sualı 

qarşısında  dayanmışdır.  Hər  hansı  ehtiyatsızlıq  bəşəriyyəti 

məhvolma  təhlükəsi  qarşısında  qoya  bilər.  Dünyada  xeyirlə 

yanaşı şər də inkişaf etmişdir. Bir sözlə, elmin inkişafı bir sıra 

həyat  əhəmiyyətli,  əxlaqı  xarakterli  problemlər  yaratmışdır. 

Məgər indi klonlaşdırma problemindən yan keçmək olarmı, bir 

haqda ki, bunu insanın 

372 



üzərində  həyata  keçirmək  istəyirlər?  Bu  insan  ləyaqətini 

azaltmaqla yanaşı, həm də onu təhqir edir. 

Elmin  funksiyaları:  dərketmə,  izahetmə,  praktiki  - 

fəaliyyət, proqnozlaşdırma, dünyagörünüşü, ictimai yaddaş və 

s. - haqqında qısa məlumat vermək məqsədəuyğundur. Tarixin 

2,5 min illik dövrü ərzində elm inkişaf etmiş, zaman keçdikcə 

keyfiyyətcə  dəyişmişdir.  Elm  daim  öz  həcmini  genişləndirir, 

daha  da  mürəkkəbləşir.  XX  əsrin  60-cı  illərindən  Amerikalı 

elm  tarixçisi  və  filosofu  Tomas  Kunun  elmin  inkişafı 

konsepsiyası  daha  çox  tərəfdar  toplamışdır.  Kunun  elmi 

biliklərini  təkamülü  ilə  bağlı  düşüncələrinin  əsasını  belə  bir 

fakt  təşkil  edirdi  ki,  ictimaiyyatcı-alimlər  əsaslı  məsələlərlə, 

ictimai  nəzəriyyələrin  başlanğıc  əsasları  ilə  bağlı  fikirlər 

ayrılığına  görə  şöhrətlənirlər:  təbiətşünaslar  isə  bu  məsələ  ilə 

bağlı az mübahisə edirlər. Adi vaxtlarda isə onlar sakitcə işləyir 

və sanki yazılmamış razılaşmanı müdafiə edirlər: nə qədər ki, 

hamının  olduğu  elm  məbədi  silkələnmir  onun  özülünün 

keyfiyyəti  də  müzakirə  olunmur.  Kun  elmi  metodologiyaya 

“paradiqma”  anlayışının  gətirdi  ki,  bu  sözün  də  hərfi  mənası 

nümunə deməkdir. Burada biliyin təşkilinin xüsusi üsulu qeydə 

alınır;  dünyaya  yeni  baxışı  müəyyən  edən,  deməli  həm  də 

tədqiqatlara  təsir  edən  göstəriş  verilir.  Burada  konkret 

problemlərin  həllinin  hamı  tərəfindən  qəbul  olunmuş 

nümunələri verilir. 

Elmin  inkişafının  alternativ  modelini  ingilis  filosofu 

İ.Lakatos  irəli  sürmüşdür.  Elmi-tədqiqat  proqramının 

metodologiyası  adlanan  bu  konsepsiyada  seçilən  tədqiqat 

proqramının  səmərəli  həyata  keçirilməsi  tələb  olunur.  Elmin 

dəyişikliyi  fenomeninin  dərk  olunmasında  K.Pop-  perin 

konsepsiyası mühüm rol oynamışdır. O, “elmi səmərələşdirici 

nəzəriyyə” hazırlamağı qarşısına məqsəd 

373 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə