Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə124/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   148

gözümüzdə yalnız öz obyektiv xassələrinə görə deyil, həm də 

bizim ona münasibətimizə görə müəyyən dəyərə malikdir. “O 

mənə  ona  görə  əziz  deyil  ki,  yaxşıdır,  yaxşıdır  ona  görə  də 

əzizdir” - fikri təsadüfü deyilməmişdir. Beləliklə, demək olar 

ki,  dəyər-subyektiv-  obyektiv  reallıqdır.  Zövqlə  bağlı 

mübahisə etmək olmaz desələr də, əslində hər kəs öz zövqünün 

üstün olduğunu qorumaq uğrunda mübahisə edir. 

İctimai  və  şəxsi  həyata  cəlb  olunan  və  ya  insan 

tərəfindən yaradılan hər bir şey öz fiziki varlığı ilə yanaşı, həm 

də  ictimai  varlıqdır:  o  tarixən  ona  həvalə  olunan  insan 

funksiyasını  yerinə  yetirir  və  buna  görə  də  ictimai  dəyərə 

malikdir;  məsələn,  stol  -  yalnız  dörd  ayağa  bərkidilmiş  taxta 

parçası olmayıb, insanların  yemək və işləmək vaxtı oturduğu 

bir  şeydir.  Dəyər  yalnız  maddi  deyil,  həm  də  mənəvidir: 

incəsənət  əsərləri,  elmin,  fəlsəfənin  nailiyyətləri,  əxlaq 

normaları və s. Dəyər anlayışı maddi və mənəvi mədəniyyətin 

varlığının ictimai mahiyyətini ifadə edir. Əgər nə isə maddi və 

ya  mənəvi  dəyər  kimi  çıxış  edirsə,  bu  o  deməkdir  ki,  o 

istər-istəməz  şəxsiyyətin  ictimai  həyat  şəraitinə  daxil  olub, 

onun  təbiət  və  ictimai  gerçəkliklə  qarşılıqlı  münasibətdə 

müəyyən  funksiya  yerinə  yetirir.  Adamlar  öz  tələbatları, 

maraqlan  nöqteyi-nəzərindən  toqquşduqları  hər  şeyə  qiymət 

verirlər.  Bizim  dünyaya  münasibətimiz  qiymətləndirmə 

xarakteri  daşıyır.  Bu  qiymət  obyektiv,  düz,  mütərəqqi  və  ya 

yalan, 

subyektiv 



və  ya  qərəzli  ola  bilər.  Bizim 

dünyagörüşümüzdə dünyanın elmi dərk olunması və ona dəyər 

münasibəti  bir-biri  ilə  qırılmaz  vəhdətdədir.  Beləliklə,  dəyər 

anlayışı mədəniyyət anlayışı ilə sıx bağlıdır. 

Mədəniyyət nəsildən-nəsilə estafet kimi verilir. Əgər hər 

bir nəsil əvvəlki nəslin nailiyyətlərini tamamilə 



380 


süpürüb atsaydı mədəniyyət tarixi cəfəngiyyat, mənasız olardı. 

Mədəni irsdə gələcəyə lazım olanı və artıq keçmişdə qalmalı 

olanları fərqləndirmək lazımdır. 

Mədəniyyət və sivilizasiya ilə bağlı mühüm məqamları 

qeyd  etmək  məqsədəuyğundur.  Mədəniyyət  nəzəriyyəsi 

sahəsində  məhşur  mütəxəssis  Z.Snou  bütöv  bir  orqan  kimi 

mədəniyyət  daxilində  iki  mədəniyyətin  -  elmi-texniki  və 

humanitar-bədii  mədəniyyətin  olduğunu  qeyd  etmişdir. 

Vaxtilə  bu  bir  fərqləndirmə  ümumi  mədəniyyət  sahəsinin  iki 

“yarımsahəsini”  təmsil  edən  “fıziklər’Və  “liriklər”arasmdakı 

mübahisədə özünü göstərmişdir. Bu mübahisələr hər hansı bir 

sahənin  şişirdilməsinin  mənasızlığını,  mədəniyyətin  qlobal 

vəhdətini, xüsusilə onun elmi və bədii-humanitar aspektlərinin 

məq- sədəuyğunluğunu göstərdi. 

Məlumdur  ki,  “mədəniyyət”  və  “sivilizasiya” 

sözlərinin  mənası  ətrafında  mübahisə  gedir,  çox  vaxt  bu  çox 

kəskin xarakter alır və çox az halda kimsə bu sözləri qarışdırır; 

bu  sözlərin  konteksti  eynidir,  bəzən  onları  sinonim  kimi 

işlətmək də düzdür: onlar bir-biri ilə sıx bağlıdır. Lakin onlar 

arasında  oxşarlıqla  yanaşı  fərq  də  var  və  bəzən  bu  fərq  çox 

kəskin  düşmənçilik  səviyyəsində  əkslik  formasında  özünü 

göstərir. Doğrudan da: çox incə dil duyumuna malik olan elə 

bir  adam  olmaz  ki,  məsələn,  Şekspirin,  Nizaminin,  Fizulinin 

yaradıçıhğmı sivilizasiya fenomeninə, atom bombası və başqa 

insanları məhv edən vasitələri ilə mədəniyyət fenomeninə aid 

etsin-  əslində  hər  ikisi  -  insan  əqlinin  və  əlinin  məhsuludur. 

Mədəniyyəti  sivilizasiyadan  ilk  dəfə  İ.Kant  fərqləndirmiş  və 

bu  problemləri  aydınlaşdımıışdır.  Əvvəllər  mədəniyyət 

deyərkən, təbiətdən fərqli olaraq, insanın yaratdığı hər şeyi aid 

edirlər. Məsələn, Herder məsələni məhz bu cür qoyurdu. 



381 


lakin  artıq  onda  aydın  idi  ki,  insan  öz  yaradıcılığında  pis  və 

hətta  çox  pis  işlərdə  görür.  Sonralar  mədəniyyətə  ideal 

fəaliyyət  göstərən  sistem  və  peşəkar  bacarıq  kimi  baxdılar, 

lakin  nəzərə  alınmadı  ki,  çox  böyük  peşəkarlıqla,  yəni 

bacarıqla adam öldürmək olar, lakin heç kəs bunu mədəniyyət 

fenomeni etməyəcəkdir. Məhz Kant bu məsələni çox dahiyanə 

həll etdi. O, mədəniyyət deyərkən yalnız onu nəzərdə tutdu ki, 

o  insanların  xeyrinə  xidmət  edir  və  mahiyyətcə  humanistdir:

 

humanizmdən və 



mənəvidən kənar həqiqi mədəniyyət yoxdur. 

Mədəniyyətin məğzini özünün anlamasından çıxış edən 

Kant “bacarıq mədəniyyətini”, “tərbiyə mədəniyyətinə” qarşı 

qoydu,  sırf  xarici,  “texniki”  tipli mədəniyyəti  isə  sivilizasiya 

adlandırdı.  Uzaqgörən  dahi  sivilizasiyanın  gizli  inkişafını 

görür  və  bunu  həyəcanla  qarşılayırdı,  sivilizasiyanın 

mədəniyyətdən  aralı  düşməsini  deyirdi:  mədəniyyət 

sivilizasiyaya  nisbətən  xeyli  ləng  irəli  gedir.  Bu  aydın 

məhvedici nisbətsizlik dünya xalqlarına çoxlu  bəlalar  gətirir: 

mənəvi ölçüsüz götürülmüş sivilizasiyaya bəşəriyyətin texniki 

özünüməhvinə  aparır.  Mədəniyyət  və  təbiət  arasında  çox 

qəribə  oxşarlıq  var:  təbiətin  yaratdığı  hər  şey  mədəniyyətdə 

olduğu kimi çox ciddi quruluşa malikdir. Axı cəmiyyət də çox 

mürəkkəb bir orqanizmdir. 

Kütləvi  mədəniyyət  və  antimədəniyyət  problemlərinə 

diqqəti  yönəltmək  maraqlı  olardı.  XX  əsrin  əvvəllərində  O. 

Şpenqlerin  “Avropanın  sönməsi”,  jhiksək  mədəniyyətin 

məhvi,  mədəni-mənəvi  dəyərlərin  sivilizasiya  dəyərlərinə 

çevrilməsi  ilə  bağlı  həyəcanlı  çağırışı  səsləndi.  Əsrin 

ortalarında mədəni pessimist əhval-ruhiyyə “kütləvi cəmiyyət” 

və  “kütləvi  mədəniyyət”  anlayışları  ilə  ifadə  '  olunmağa 

başladı. Bütövlükdə kulturoloqların pessimizmi ona əsaslanır 

ki, XX əsr mədəniyyətinin 

382 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə