Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə122/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   148

qoymuşdur.  Müasir  fəlsəfənin  vəzifəsi  elmi  biliklərin 

artmasını,  elmi  biliyi  qeyri-elmi  bilikdən  ayırmağı  dərk 

etməkdir. Popperin əsas silahı saxtalaşdırma prinsipidir: yalnız 

o  nəzəriyyə  elmi  hesab  oluna  bilər  ki,  o  təkzib  olunur 

(saxtalaşdırılır). Təkzib olunmayan nəzəriyyə elmi ola bilməz. 

Əgər nəzəriyyəyə təkzib tapılmayıbsa o həqiqət hesab olunur. 

Elmi  biliyin  yüksəlişi  məhz  təkzibləri  irəli  sürməkdir  ki, 

nəticədə də elmi problemlər həll olunur. 

Elmin  inkişafının  mühüm  qanunauyğunluğu  elmi 

biliklərin  diferensiyası  (ayrılma)  və  inteqrasiyası  (birləşmə) 

proseslərinin vəhdəti hesab olunur. Müasir elm özündə 15 min 

müxtəlif  fənləri  birləşdirir.  Bu  məsələ  ilə  bağlı  yığcam 

mülahizələri tələbələrin diqqətinə çatdırmaq lazımdır. 

Şübhəsiz  ki,  dünyanın  elmi  mənimsənilməsi  insanın 

məhsuldar,  lakin  heç  də  qüdrətli  olmayan  qabiliyyətidir.  Ona 

görə  də  bəşəriyyət  uzun  tarixi  praktika  ilə  işləyib  hazırladığı 

dünyanın dərk edilməsinin digər üsullarından imtina etmir. 

İqtisadi  şüur.  Cəmiyyətin  iqtisadi  həyatının  müxtəlif 

tərəfləri  müvafiq  iqtisadiMMaT  elmləri  tərəfindən  öyrənilir. 

Lakin elə problemlər var ki, fəlsəfə ondan yan keçə bilməz. Bu 

ilk  növbədə  bütövlükdə  cəmiyyət  və  onun  iqtisadi  həyatı 

arasındakı  münasibət  və  onun  cəmiyyətə  göstərdiyi  təsir, 

iqtisadi  həyatın  özünün  inkişaf  mənbələri  və  onun  əsas 

təzahürü, onun obyektiv və subyektiv tərəflərinin münasibəti, 

iqtisadi  şüur  və  onun  cəmiyyətin  iqtisadi  həyatına  təsiri, 

cəmiyyətdə  mövcud  olan  iqtisadi  münasibətlər,  adamların 

iqtisadi  maraqları,  müxtəlif  ictimai  qrupların,  ayrı-ayrı 

adamların  və  cəmiyyətin  iqtisadi  maraqlarının  bir-biri  ilə 

qarşılıqlı fəaliyyəti kimi problemlərdir. Eyni zamanda belə bir 

məsələ də var ki. 

374 



cəmiyyətin  iqtisadi  həyatına,  onun  inkişafına  şüurlu,  eyni 

zamanda  elmi  təsir  nə  dərəcədə  mümkündür.  Nəhayət, 

cəmiyyətin iqtisadi həyatı və iqtisadi islahatların təkamülünün 

qarşılıqlı münasibəti, burada dövlətin rolu məsələsindən də yan 

keçmək olmaz. 

Bu  problemlər  yalnız  iqtisadi  deyil,  həm  də  ictimai- 

fəlsəfi  xarakter  daşıdığından  iqtisadi  şüurun  təhlili  olduqea 

vacibdir.  Cəmiyyətin  iqtisadi  həyatının  subyektiv  tərəfi 

adamların  şüurunun,  iradə,  məqsəd,  qiymət  oriyentasiyasının 

və  s.  təzahürüdür.  Bütün  bunlar  subyektin  daxili  aləminin, 

onun  psixi  durumu  və  intellektinin  ifadəsidir.  Söhbət  ilk 

növbədə adamların iqtisadi şüurundan gedir, onun məzmununu 

insanların iqtisadi həyatının obyektiv məzmunu təşkil edir. Bu 

hər şeydən əvvəl bu və ya digər iqtisadi hadisələrin və onlar 

haqqında  subyektiv  baxışların  subyektiv  qavranılması  ola 

bilər. Bu, məsələn, malın faydahhğma, keyfiyyətinə, dəyərinə, 

pulun  roluna  bu  və  ya  digər  maliyyə  əməliyyatının, 

mahiyyətinə və s. aid ola bilər. 

Bu  vaxt  hər  hansı  iqtisadi  həyat  hadisələrin  adamların 

şüurunda  inikası  həm  onların  gündəlik  praktiki  təcrübələrinə 

əsaslanan  adi  məişət  baxışların  səviyyəsində  -  adamların 

gündəlik iqtisadi şüuru belədir, həm də müxtəlif nəzəriyyələr, 

məntiqi  cəhətdən  əsaslandırılmış  nəzəriyyələr  sistemi 

səviyyəsində - bu nəzəri iqtisadi şüurdur - baş verə bilər. Bu, 

məsələn, A.Smitin dəyər nəzəriyyəsi, Bem-Baverkin faydalılıq 

nəzəriyyəsi,  Mark-  sm  izahı  dəyər  nəzəriyyəsi,  Keynsin 

iqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlənməsi  və  s. 

nəzəriyyələr  ola  bilər.  Adi  və  nəzəri  iqtisadi  şüur-iqtisadi 

həyatın  və  proseslərin  dərk  olunmasının  müxtəlif 

səviyyələridir.  Mühazirədə  həm  də  iqtisadi  şüurun  təzahürü 

kimi adamların iqtisadi psixo 

375 



logiyası problemini də araşdırmaq məqsədəuyğundur, iqtisadi 

nəzəriyyələrin ideoloji istiqaməti, obyektiv iqtisadi maraqların 

dərk  olunması,  subyektiv  maraq,  doğru  və  yalan  iqtisadi 

mənafe,  iqtisadi  proseslərə  şüurlu  təsir,  iqtisadi  şüurun 

səmərəliyi,  iqtisadi  məsələlərə  yaradıcı  şüur  və  başqa 

məsələlərə  mühazirədə  qısa  yer  vermək  lazımdır;  belə  ki,  bu 

problem  cəmiyyətin  iqtisadi  həyatı  ilə  bağlı  mövzunun 

təhlillində müəyyən dərəcədə öz təhlilini tapmışdır. 



Ekoloji şüur. Cəmiyyət və təbiətin qarşılıqlı münasibəti 

problemi fəlsəfədə aktual problemlərdən biridir. Hələ neçə on 

illiklər  əvvəl  onlar  arasındakı  real  qarşılıqlı  əlaqə  birtərəfli 

xarakter  daşıyırdı.  Bəşəriyyət  təbiətdən  götürür,  onun 

ehtiyatlarını  istismar  edir  və  düşünürdü  ki,  bu  ehtiyatlar 

sonsuzdur. Ən yaxşı halda bu qarşılıqlı əlaqə poetik gömnürdü; 

insan  təbiətin  gözəlliyindən  zövq  alır,  ona  hörmət  və 

məhəbbətə  çağırırdı.  Bütövlükdə  isə  bəşəriyyət  emosional 

çağırışdan irəli getmirdi. Cəmiyyətin mövcudluğu və inkişafı 

üçün təbiətin nə olması anlamı hələ formalaşmamışdır. Bu gün 

təbiət  və  cəmiyyətin  qarşılıqlı  münasibəti  problemi  nəzəri 

səviyyədən çox aktual bir səviyyəyə qalxıb və bunun həllindən 

bəşəriyyətin  gələcəyi  asılıdır.  Bu  baxımdan  ekoloji  şüur  ən 

aktual ictimai şüur formasından biridir. Cəmiyyətin həyatında 

mövcud olan qlobal problem kimi ekoloji problemi həll etmək 

üçün  cəmiyyətdə  formalaşan  ekoloji  şüurun  səviyyəsi 

məsələsinin aktuallığını nəzərə alaraq mühazirədə bu problemə 

xüsusi  ilə  toxunmaq  vacibdir.  Cəmiyyətdə  ekoloji  tərbiyə  və 

təhsil  dövlət  səviyyəsində  həyata  keçirilməlidir.  İctimai 

həyatın  təbii  əsası  ilə  bağlı  mövzuda  ekoloji  problem,  onun 

həlli ilə bağlı vəzifələr və bundan irəli gələn ekoloji şüurun 

376 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə