Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə117/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   148

bir-birinə  tellərlə  birləşir”.  Estetik  hislərə  sahib  olmadan  heç 

bir sahədə mənəvi cəhətdən inkişaf etmək olmaz. 

Antik  dövr  öz  mənəvi  fəaliyyəti,  həm  də  yalnız  onun 

məzmunu  deyil,  eyni  zamanda  forması  üzərində  fəal 

düşünürdü,  bu  da  gözəllik  ölçü,  harmoniya,  kamillik  kimi 

estetik anlayışların varlığın əsas kateqoriyaları tərkibinə daxil 

edilməsində özünü göstərmişdir. Antik dövrdə yalnız gözəllik 

və harmoniya kimi əsaslı kateqoriyalar deyil, həm də müasir 

baxışların əsasını təşkil edən daha “texniki” estetik anlayışlar 

işlənib hazırlandı. Bu ilk növbədə mimesisa (yamsılama, təqlid 

etmə)  və  katarsisa  (təmizləmə,  saflaşdırma)  anlayışlarıdır. 

Mimesisa anlayışı ilə antik dövr dünyasının təqlid edilməsinin 

xüsusi forması əks etdirilirdi; bu sənətkarlığa və incəsənətə xas 

idi,  onlar  gerçəkliyin  təbii  aləmi  ilə  yanaşı  ikinci  gerçəklik 

yaradırdılar; katarsisa anlayışında isə incəsənətin saf- laşdırıcı 

psixoloji  gücü  haqqında  təlim  qoyulmuşdur-  bu  da  sarsıntı 

yolu  ilə  dinləyicilərdə  həyəcan  və  estetik  zövq  effekti 

yaradırdı. 

Antik  mütəfəkkirlər  özlərinin  estetikliyə  olan 

bağlılıqlarını onunla izah edirdilər ki, yalnız bu forma varlıq və 

dünyanı  bütövlükdə  adekvat  ifadə  edir,  öz  əsasında  şeylərin 

arxasında  gizlənən  hannoniya  və  gözəlliyin  əsaslı  prinsipləri 

sanki xaotik formada yerləşir. Antik dövr üçün gözəllik yalnız 

bu dünyaya baxan insan deyil, dünyanın özünün atributu idi. 

Bundan  başqa,  gözəllik  və  harmoniya  əqlin  sinonimi  hesab 

olunurdu,  çünki  aydındır  ki,  gözəllik  qanunu  ilə  yaradılan 

dünya ağılsız qurula bilməz və əksinə, əgər o ağılla qurulubsa, 

onda aydındır ki, haımoniyanm qanunları ilə yaradılıb. 

Estetikliyə  xüsusi  refleksiya  insanın  birinci  plana 

keçirildiyi intibah dövründə başlandı. Estetik termininin 



359 


nüfuzu  kəskin  şəkildə  yüksəldi  və  o  fəlsəfi  biliklər  tərkibinə 

qayıtdı. Estetikanın mənəvi fəaliyyətin müstəqil forması kimi 

ayrılması  faktı  qanunauyğun  olaraq  Gözəlliyin  ayrılmasına 

gətirib  çıxartdı;  əvvəllər  o  Həqiqət  və  Xeyiri  sintetik 

birləşdirir, onların daxilində gedirdi, indi isə inkişaf etməkdə 

olan  tarixi  faciələrin  bərabər  hüquqlu  personajı  kimi  liderlik 

mövqeyi uğrunda mübarizədə iştirak edirdi. 

XVIII  əsrdə  alman  filosofu  A.Baumqarten  fəlsəfənin 

bölməsini  göstərmək  üçün  “estetika”  terminini  irəli  sürdü. 

Estetika  yunan  sözü  olub  duyan,  hiss  edən,  hissiyyatlı 

mənalarını verir və “hissi idrakı öyrənən” elmdir. 

Tələbələrin  nəzərinə  çatdırmaq  lazımdır  ki,  gözəllik 

“hissi idrakın kamilliyi” elan olundu. Gözəlliyin gəldiyi yer isə 

antik dövrdə qəbul olunduğu kimi öz özlüyündə olan aləm yox, 

insanın  yaradıcı  fəaliyyətinin  nəticəsi  kimi  incəsənət  oldu. 

İncəsənət təbiətə insanın estetik hissi nöqteyi nəzərindən, əxlaq 

nöqteyi  nəzərindən  baxır.  Hissi  cazibədarhğm  əxlaqı  şəfqətə 

girdiyi Gözəllik möcüzə kimi təsir edir. 

Yalnız  incəsənətin  estetik  xassəyə  malik  olmasının 

qəbul  edilməsi  estetik  şüuru  ümumiləşdirmə  funksiyasından 

məhrum  edirdi,  bütün  digər  fəaliyyət  növlərindən, 

ümumiyyətlə isə ictimai həyatda estetikanı zəiflədir, estetikanı 

məqsədə  çevirirdi.  Bu  nöqteyi-  nəzərdən  həqiqət  dünyaya, 

gözəllik  isə  insan  yaradıcılığına  və  ya  sosiumdan  kənar 

götürülən  təbiət  gözəlliyinə  aid  edilmişdi.  Tarixdə  ilk  dəfə 

olaraq  Həqiqət  və  Gözəllik  arasında  məntiqi  fərq  müəyyən 

olundu. Elə bu fərq təbiəti və insanın yaradıcı ruhunu ayınr. 

Bu  baxışların  geniş  sürətdə  əsaslandırılmasını 

romantiklər (A. və F.Şleqellər), klassik alman idealistləri 

360 



(K.Fişer),  neokantçılar  (Q.Koqen)  vemıişdir.  Bu  “təmiz 

incəsənət”,  yəni  incəsənət  naminə  incəsənət  estetik 

nəzəriyyəsinin əsasını təşkil edir. Gözəllik burada Həqiqət və 

Xeyirdən  üstün  götürülür.  B.Kroçeyə  görə  incəsənət 

özlüyündə  reallıqdan  üstündür:  o  idrakdan  və  əxlaqdan 

kənardır. Bu nöqteyi nəzərə görə, incəsənəti yaradan insan HƏ 

təbiətə,  nə  də  cəmiyyətə  möhtac  deyil,  o  özü  tam  yetkindir. 

Göteyə  görə,  Həqiqət  və  Gözəllik  arasında  kəskin  hədd 

yoxdur,  əksinə  Gözəllik  Həqiqətdir;  o  təbiətin  gizli 

qanunlarının  təzahürünün  məğzidir,  bu  fenomeni  toplasaq 

bizim  üçün  təbiət  həmişəlik  gizli  qalar.  Təbiət  qanunları  və 

gözəllik qanunlarını bir-birindən ayırmaq olmaz. Təbiətdə olan 

bütün  gözəlliklər  təbiət  qanunlarının  ifadəsidir.  İnsan  burada 

artıq incəsənət üçün yetkin deyil: o qanunauyğun olaraq xarici 

aləmə, özü də  yalnız təbiətə deyil, həm də  cəmiyyətə, başqa 

adamlara müraciət edir. Digər tərəfdən elm və dünyanın dərk 

olunması üçün kifayət deyildir. Göteyə görə, təbiət öz sirlərini 

açmağa başladığı adamda incəsənət vasitəsi ilə onu daha geniş 

şərh etməyə ehtiyac oyanır. 

Maarifçilik  dövrü  və  praktiki  olaraq  XIX  əsrin 

əvvəllərinin bütün  rəsmi ideologiyası rasionalizmə girmişdir, 

yəni varlığın əsas məsələlərinin təbii-elmi əqllə həllinə etibar 

etməyə meylli idilər; bu baxışlara görə, incəsənət dünyanı dərk 

etmək vasitəsi yox, yalnız insanın özünü təsdiq forması hesab 

olunurdu. 

XIX 


əsrin 

sonlarında 

Avropa 

fəlsəfəsi 



“rasionalizmin  böhranı”  haqqında,  (Kyerkeqor,  Nitşe, 

Şpenqler)  mədəniyyətə  üç  vəhdəti  -  əql,  iradə  və  hiss,  yəni 

Həqiqət,  Xeyir  və  Gözəllik  qaytarmağın  zəruriliyi  haqqında 

kəskin danışmağa başladılar; onlar təsdiq etdilər ki, insan həm 

dünyanı, həm də öz-özünü dərk edərkən əql və ya iradə ilə 

361 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə