Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə113/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   148

olan  səviyyədə  tabe  olur.  Bu  həm  cəmiyyətin  adamlara 

qoyduğu tələblərin ölçüsü, həm də bəyənmək və ya məzəmmət 

etmək fomrasmda layiq olduğunun əvəzi ölçüsüdür. Tələb və 

ya  əvəzin  düzgün  ölçüsü  ədalətdir:  cinayətkarın  ədalətli 

cəzalandırılmasıdır; adamdan bacardığından artıq tələb etmək 

ədalətsizlikdir;  adamların  qanun  qarşısındakı  bərabərliyindən 

kənar ədalət yoxdur. 

Əxlaq  nisbi  iradə  azadlığını  ehtimal  edir,  bu  da 

müəyyən mövqeyin şüurlu seçilməsi, qərarın qəbul edilməsi və 

götürdüklərinə  cavabdehlik  imkanın  təmin  edilməsidir.  Əgər 

insanların  davranışlarının  fövqəltəbii  qüvvələr  tərəfindən, 

xarici şəraitdən və ya anadangəlmə instinktləri ilə əvvəlcədən 

müəyyən 

olunsaydı, 

onda 

davranışın 



əxlaqi 

qiymətləndirilməsindən  danışmağın  mənası  olmazdı.  İnsanın 

hərəkətləri heç bir şeylə şərtlənməsəydi, mütləq idarə azadlığı, 

yəni  tam  özbaşınalıq  hökmranlıq  etsəydi,  onda  da  əxlaq 

olmazdı.  Onda  ictimai  norma, 

0

  cümlədən  əxlaq  norması  da 



mövcud olmazdı. Əxlaqi normalar, prinsiplər və qiymətlər son 

anda davranışın qaydasını ifadə edir və möhkəmləndirir, bu da 

adamlar tərəfindən əməkdə və ictimai münasibətlərdə işlənib 

hazırlanır. 

Əxlaqın  kökləri  nəsillərin  təcrübəsinə  görə  tarixi 

tərəqqinin tələblərinə və maraqlarına cavab verən, cəmiyyət və 

insanın qorunması və inkişafı üçün faydalı olan davranışlarda 

möhkəmlənən  adətlərə  gedib  çıxır.  Əxlaq  ilkin  olaraq, 

adamların  faktiki  Özlərini  necə  aparmalarında,  özlərində  və 

başqalarında hansı hərəkətə yol verməklərində, kollektiv üçün 

faydalılığı 

baxımından 

bu 

hərəkəti 



necə 

qiymətləndirmək-lərində ifadə olunurdu. 

Tarixi  inkişaf  gedişində  əxlaq  məlum  varislik,  nisbi 

müstəqillik kəsb edir hər yeni nəsil bütün davranış 



347 


normalarını  yenidən  yaratmır,  keçmiş  dövmn  əxlaqi 

dəyərlərini  mənimsəyir,  onun  formasını  dəyişdirir  və  inkişaf 

etdirir.  İdrakın  başqa  sahələri  kimi  əxlaqda  da  tarixi  tərəqqi 

müşayiət olunur. Quldarlıq cəmiyyətinin əxlaqı qula “öz təbiəti 

ilə rəzil olan” adam kimi baxırdı və ona görə də onlarla heyvan 

və  əşya  kimi  davranmağa  bəraət  qazandırırdı.  Feodalizm 

dövründə istismarın bütün iyrəndiyinə baxmayaraq əxlaqda bir 

sıra  irəliləyiş  var  idi:  şəxsiyyət  mənən  zənginləşdi,  onun 

cəmiyyətlə  münasibəti  mürəkkəbləşdi,  cavabdehlik  hissi 

yüksəldi,  şərəf,  ləyaqət,  borc  və  s.  anlayışların  məzmunu 

zənginləşdi.  Feodal  alicənablığı  təhqir  üçün  duelə  çağırmağa 

məcbur  edirdi.  Lakin  feodalın  əxlaqı  kəndlini  soymağa,  ilk 

gecə hüququ və s. kimi normalara icazə verirdi. 

Bunlarla  yanaşı  insan  şəxsiyyətinin  cəmiyyətə,  ailəyə, 

vətənə düzgün əxlaqi oriyentasiyasının nəzəri axtarışı meydana 

gəldi  və  inkişaf  etdi.  Biliyin  xüsusi  forması  kimi  əxlaqi 

baxışlar meydana gəldi. 

Əgər  əxlaqi  normalar  bu  qədər  dəyişkəndirsə,  onların 

doğruluğundan  danışmaq  olarmı?  Etik  relyativizmin 

nümayəndələri  əxlaqi  qiymətin  obyektiv  meyarının  mövcud 

olması imkanını inkar edirdilər. Əslində, elm sahəsində həqiqət 

və  yanılmalar  olduğu  kimi,  əxlaq  sahəsində  də  adamların 

davranışlarının  düzgün  və  ya  yanlış  qiymətləndirilməsi 

mövcuddur. Əxlaq normaları elmi əsaslandırılmaya möhtacdır 

ictimai  tərəqqinin  mənafeyinə  xidmət  edən  əxlaq  normaları 

doğrudur. 

Əxlaqın başlanğıc kateqoriyaları xeyir və şərdir. Xeyir 

insanların  xoşbəxtliyinə  kömək  edən  ifadədir.  Şübhəsiz  ki, 

əxlaq - necə ki, xeyir - bizim üçün, Hegelin sözləri ilə desək, 

özünün  başqa  özü  ilə  vəhdətədir,  yəni  nisbi  və  mütləqin, 

ümumi və təkcənin əxlaqi sintezidir. 

348 



Yalnız xeyir özünü doğruldur və özünə inam yaradır. Xeyirxah 

insan  öz  düzgün  və  xeyirxah  işləri  ilə  özünü  doğruldur. 

Xeyirxahlığı  qiymətləndirmək  və  onun  mədəni  əhəmiyyətini 

başa  düşmək  üçün  insanın  özü  onu  sınamalıdır.  Başqasının 

xeyirxah işini qəbul etmək və onda yaşamaq lazımidir və hiss 

etmək lazımdır ki, mənim xeyirxahlıq işığım mənim ürəyimi, 

sözümü və həyatımın işlərini mənimsəyir və onu yeniləşdirir. 

Bəlkə  başqasının  qeyri-xeyirxahhğını,  onun  düşmənçiliyini, 

nifrətini,  kinini  duyasan,  varlığın  ümidsiz,  əbədi  atmosferi 

kimi, həyat sistemi kimi hərtərəfli, uzun sınamaq daha  yaxşı 

olar. 

Adamların  ictimai  və  şəxsi  həyatında  mənfi  hadisələr, 



ləngidən  və  dağıdan  qüvvə  şər  adlanır.  Şər  iradə  cəmiyyətin 

mənafeyinə  zidd  olanlara  cəhd  edir.  Bununla  belə  tarixin 

dialektikası  daxilən  ziddiyyətlidir.  Hegelə  görə,  şər  tarixin 

yalnız  tonnozlayıcı  deyil,  həm  də  hərəkətverici  qüvvəsinin 

təzahür etdiyi forma kimi çıxış edə bilər. Göte qeyd edirdi ki, 

şər, inkar, tərəddüd kimi,  insan əqlinin  həqiqəti dərk etməyə 

ədəbsiz hərəkətinin zəruri anı kimi, insan illüziyasına istehza 

kimi  çıxış  edir.  Tarixdə  irəliyə  doğru  hər  bir  addım  köhnə 

“müqəddəslərə”  qarşı  etirazdır  və  müasirləri  tərəfindən  şər 

kimi qiymətləndirilir. 

İnsanın  başqa  adamlara  müəyyən  münasibətlə  bağlı 

olduğu  hər  yerdə  qarşılıqlı  vəzifələr  yaranır.  Cəmiyyətin  hər 

bir üzvünə öz xalqı, vətəni, digər xalqlar, öz ailəsi tərəfindən 

qoyulan ictimai vəzifələr əxlaqi borc forması alır. Kanta görə, 

xeyirxah  insanın  bu  borca  riayət  edərkən  göstərdiyi  əxlaqi 

möhkəmliyidir.  Həqiqi  əxlaq  ayrı-ayrı  adamlar  və  onların 

yaşadıqları təbii  və ictimai  mühit  arasındakı  lazımi  qarşılıqlı 

fəaliyyətdir. Təbiət qarşısında da insan borcludur. Cəmiyyətə 

və onun inkişafına xeyirli 

349 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə