Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə111/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   148

larından - uzaq dayanır və biliyi yalnız bilik xatirinə müdafiə 

edir.  Diogen  boçkaya  girən  kimi  onlar  da  öz  otaqlarına 

çəkilirlər. 

Elm,  incəsənət,  fəlsəfə,  din  -  hamısı  siyasi  mübarizə 

tufanına elmi kəşflərin və ya texniki nailiyyətlərin sülh və ya 

mübarizə işinə kömək etməsi - bu siyasi məsələdir, incəsənətin 

bu və ya digər məhsullannm hamısı məqsəd və işlərə xidmət 

etməsi, onların hansı hisslər oyatması - bu da siyasi məsələdir. 

Fəlsəfə xalqların elmi  dünyagörüşünü formalaşdırırmı, onları 

parlaq  ideala  və  əqlə,  ədalətli  dövlət  quruculuğuna 

istiqamətləndirirmi, yoxsa yox - bu da siyasi məsələdir. Məgər 

filosof  humanizminə,  ictimai  ədalətə  və  təcavüzkarlığa, 

millətlərarası  düşmənçiliyə  biganə  qala  bilərmi?  Fəlsəfə  öz 

mahiyyətinə,  tarixi  missiyasına  görə  siyasətdir:  fəlsəfə 

müəyyən  ictimai  -  siyasi  funksiya  yerinə  yetirir.  Əgər  tarixə 

nəzər salsaq görərik ki, filosoflara ictimai hadisələrin nəbzini 

öz əllərində saxlamağa cəhd, yüksək vətəndaşlıq hissi xasdır. 

Bir  çox  görkəmli  mütəfəkkirlər  siyasi  təlimlərin  müəllifi 

olmuş,  digərlərinin  fəlsəfi  sistemləri  üçün  siyasi  fəlsəfə 

ayrılmaz tərkib hissəsi olmuşdur. 

Siyasi  təlimi  və  onun  refleksi  kimi  siyasi  fəlsəfəni 

fərqləndinnək  lazımdır.  Siyasi  fəlsəfə,  siyasi  təlimləri  fəlsəfi 

cəhətdən əsaslandırır və bununla fəlsəfə və siyasətin qarşılıqlı 

əlaqəsinin  bir  tərəfi  əks  olunur.  Bu  qarşılıqlı  əlaqənin  ikinci 

tərəfi - siyasət və siyasi təlimlərin fəlsəfəyə təsirindədir. 

Siyasi  fəlsəfənin  yaranması  Platonun  adı  ilə  bağlıdır. 

Platonun  fəlsəfi  sistemindən  onun  siyasi  -  hüquqi  aspektini 

siyasət, dövlət və hüquq haqqında təlim - 

341 



çıxarmaq yalnız şarti ola bilər, belə ki, bu onun fəlsəfəsi ilə sıx 

bağlıdır. 



Hüquqi  şüur.  Mühazirədə  hüquqi  şüur  və  onun 

mədəniyyəti 

ojıan 

hüquqi 


itaətə 

diqqət 


yetirmək 

məqsədəuyğundur.  Hüquqi  şüur  -  adamların  qüvvədə  olan 

hüquqa  münasibətini,  hüquq,  vəzifə,  qanunilik  və  qeyri 

qanunilik  nöqteyi-nəzərdən  adamların  davranış  həddini 

bilməyi  ifadə  edən  baxış  və  anlayışdır;  bu  hüquqi  nəzəriyyə, 

hüquqi  ideologiyadır.  Hüquqi  şüur  obyektiv  ictimai 

münasibətlərin  ideya  ifadəsidir,  öz  növbəsində  cəmiyyətdə 

hakim olan iqtisadi və ictimai münasibətləri əks etdirən hüquqi 

münasibətlər  xarakterinə  malikdir.  Hüquq  hüquqi  şüurun 

formalaşmasına təsir edir; hüquqi şüur isə hüquqda və ədalət 

məhkəməsində  reallaşır.  Hüquq  kimi  hüquqi  şüur  da  tarixən 

müəyyən  iqtisadi  əsasda  yaranmış  və  inkişaf  etmişdir  və 

ictimai  siniflər  və  dövlətlərin  meydana  gəlməsi  ilə  bağlıdır. 

Hüquqi  şüur  hüquq  və  qanuna  hömıət  etməyi  bacarmaq,  öz 

dövlət  vəzifələrini  və  şəxsi  vəzifələrini  könüllü  yerinə 

yetirmək,  cinayət  törətmədən  öz  həyatını  qurmaqdır.  Hüquqi 

şüurun  əsasını  şəxsi  ləyaqət  hissi,  vicdan  və  iradənin  daxili 

intizamı,  vətəndaşların  bir-birinə,  hakimiyyətə,  hakimiyyətin 

vətəndaşlara  qarşılıqlı  hörməti  və  inamı  təşkil  edir.  Tarix 

cəmiyyətin  yaxşı  və  mütərəqqi  adamlarının  hüquqi  şüunınun 

hüququn  qüvvədə  olan  nonnaları  ilə  kəskin  ziddiyyətlərinin 

şahidi olmuşdur. 

Hüquqi şüur sanki siyasi və əxlaqi şüur arasında aralıq 

vəziyyətdədir.  Siyasi  şüurdan  asılı  olaraq  o  dövlətə  siyasi 

hakimiyyət  uğrunda  mübarizə  kimi  deyil,  sözsüz  tabeçiliyi 

tələb  edən  xarici  nizama  salma  qüvvəsidir.  Dövlətdən  deyil 

insan özündən gələn və onun üçün mütləq əhəmiyyət xarakteri 

daşıyan, lakin qanun gücü olmayan 



342 


əxlaq  normalarından  fərqli  olaraq  hüquqi  şüurda  haqq  və 

ədalət  anlayışları  dövlət  qanunu  kimi  düşünülür,  onun 

pozulması üçün maddi təsirli sanksiya tələb olunmalıdır. Əgər 

hüquqda  məcburetmə  ünsürü  yoxdursa,  sözün  əsl  mənasında 

hüquq  yox  əxlaqi  arzudur.  Hüququn  əxlaqın  müdafiəsinsı 

ehtiyacı  var:  əxlaqla  daima  qarşılıqlı  fəaliyyətdə  olmayan 

hüquqi şüurun laxlayan, səbatsız əsası var. Lakin əxlaq hətta 

əla qanunlardan da yaxşı və inamhdır- düşünənlər yanılmırlar. 

Gündəlik  həyatda  biz  davranış  qaydaları  və  normaları 

haqqında  unuduruq,  lakin  onlar  bizim  üçün  həmişə 

sarsılmazdır.  Hüquqi  şüur  səviyyəsində  onlar  parıldayır  və 

dərk olunmuş nizamlayıcı kimi çıxış edirdilər. 

Hüquqi  şüur  çox  vaxt  səmərəli  -  əxlaqi  qiymətə 

istiqamətlənir. Əxlaq və hüquq arasında sıx əlaqə var: hüququn 

öz-özlüyündə əxlaqi mənası var. İstər əxlaqi, istərsə də hüquqi 

şüur  -  insan  və  cəmiyyətin  vahid  -  tam  mənəvi  həyatının 

müxtəlif  hədləridir  və  öz  əkslərini  dildə  tapmışlar.  Onlar 

arasındakı  fərq  təmiz  əxlaqi  vəziyyət  və  normaların 

qeyri-məhdud  və  hüquqi  tələbləri  ilə  məhdud  olmasındadır. 

Hüququ 


müvafiq 

qanunlarla 

hüququ 

cəhətdən 



möhkəmləndirilmiş “minimum əxlaq” kimi qəbul etmək olar. 

Əxlaqi  başlanğıcın  mənbəyi  insanın  vicdanı,  onun  xoş 

məramhlığıdır. Başqa sözlə desək, hüquq müəyyən xeyirxahlıq 

minimumunun və ya qaydaların həyata keçirilməsinin məcburi 

tələbidir,  pis  işlərin  təzahürünə  yol  verməməkdir.  Bu  iki 

məqsəd:  şəxsi  azadlıq  və  ümumi  fıravanhğa  çatmağı  təmin 

edir.  Kim  əqlə  və  vicdana  söykənərsə  o  hüquq  və  qanun 

əsasında  yaşayır.  Əgər  əxlaqın  yüksək  səviyyəsi  və  hüququ 

şüur  mədəniyyəti  sıravi  vətəndaşlar  üçün  zəruridirsə,  dövlət 

hakimiyyəti üçün bundan da yüksək səviyyə vacibdir. 



343 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə