Gülsüm Hüseynova.
Tat dilinin leksikası
dilində ilkin anlamını saxlamışdır. Yaxşı-yaman antonim
cütündəki
yaman
bəzən müsbət anlamda işlənir. Eyni
xüsusiyyət tat dilində də özünü eyni sözlərdə (məsələn,
yamon)
göstərir.
Antonim cütlükdəki sözlərdən eyni sözdüzəltmə yolu ilə
əmələ gələn yeni sözlər də antonim olur. Məsələn:
xıtb-
xəra b ^xıtb i -x ə ra b i
(«yaxşı-pis» —►
«yaxşılıq-pislik»),
Antonim cütü təşkil edən sözlərin mənşəyindən asılı
olaraq onları üç əsas qrupa ayırmaq olar: 1) hər ikisi tat dilinə
məxsus olan antonimlər; 2) biri əsl tat sözü, digəri alınma söz
olan antonimlər; 3) hər ikisi alınma söz olan antonimlər.
1. Dilin özünə məxsus sözləri əsasında formalaşan
antonim cütlər:
isbi - siyə
(«ağ», «qara»);
xııb - bəd
(«yaxşı»,
«pis»);
vərmorən - firm or ən
(«qalxmaq», «düşmək»);
təng -
firə
(«dar», «enli») və s.
2. Biri tat, digəri alınma söz olan antonimlər:
av or ə
(tat)
-
işgüzar
(al.) («avara-işgüzar»);
div on ə, gic
(tat.) -
əğüllü
(al.) («divanə, gic-ağıllı»);
xisrə
(tat.) -
nyağ
(al.) («yatmış-
oyaq»);
nadan
(tat.) -
alim alim
(al.) («nadan-alim»);
lağar
(tat.) -
kük
(al.) («arıq-kök»);
zu-zu
(tat.) -
yovoş-yovoş
(al.)
(«tez-tez, yavaş-yavaş»);
şagıım şağıım
(tat.) -
səbəh
(al.)
(«axşam-səhər»);
bəstə
(tat.) -
əçuğ
(al.),
rahə
(tat.) («bağlı,
örtülü», «bağlı-açıq»);
baho
(tat.) -
iicuz
(al.) («baha-ucuz»);
niməkar
(tat.) -
bitou//biitoii
(al.) («yarımçıq-bütöv»);
tie
(tat.)
-
küt
(al.) («iti-küt») və s.
T.Əhmədov tat dilində fellərin antonim cütlər əmələ
gətirməsi prosesində alınma sözün iştirak etməsi ilə bağlı dilin
özünə məxsus və alınma sözlərlə dilin öz felləri ilə təmsil
olunan antonimləri ayrıca qrupda birləşdirmişdir. Məsələn:
xisrən - ayılmiş birən
(«yatmaq-ayılmaq»);
cirə saxtənllcnrə
saxtən - birləşdirmiş saxtən
(«ayırmaq-birləşdirmək»);
lağar
birən - kuk birən
(«arıqlamaq-kökəlmək»);
xiiş küftən - barıtş
127
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
birən
(«küsmək-barışmaq») (47, 241);
varastən - boşləmiş
saxtən//boşdəmiş saxtən
(«qurtarmaq-başlamaq»). Göründüyü
kimi,
alınma
sözlərlə tat
dilinin
köməkçi
fellərinin
birləşməsindən əmələ gələn mürəkkəb fellər (antonimlər) də
müəyyən qrup təşkil edir:
ağarmiş birən - qaralmiş birən
(«ağarmaq-qaralmaq»);
azalmiş birən - çaxalmiş birən
,
artmiş
birən
(«azalmaq-çoxalmaq, artmaq»);
alçalmiş birən -
yüksəlmiş birən
(«alçalmaq-yüksəlmək»);
qazanc saxtən - xərc
saxtən
(«qazanmaq-xərcləmək»);
düzəlmiş birən - puzulmuş
birən
(«düzəlmək-pozulmaq»);
geyinmiş birən//geymiş birən -
suyummuş birən
(«geyinmək-soyunmaq») və s.
3.
Ancaq alınma sözlər hesabına yaranan antonimlər:
məs.:
əvam-mədənv, ağo-nükər, alxış-qarğış
;
alici-satici
;
amonat-xəyanət, artuğ-əksik, arxəlü-kımsəsiiz\ axmağ-əğıdlır,
ax ir-ə vəl əvvəl', axirimci-əvvəlimci', əciz-dirboş\ varlü-kosib',
bitişik-ayri',
bul-qit',
«bol-qıt»;
qarxağ-qaççağ',
dəvo-
sülhllsülh
;
dayimi / / daimi-müvəğğəti', daxili-xarici
;
məğrib-
məşricp zıdmət-işiğ\ çalışğan//tənbəl, yeylağ-qişlağ
«yaylaq-
qışlaq» və s.
Tat dilində antonimlik spesifik sözlər, ümumiran mənşəli
sözlər və alınmalar hesabına yaranır. Bəzən eyni əksmənalılıq
müxtəlif antonim cütlərlə ifadə olunur. Amma yaddan
çıxarmaq olmaz ki, ümumiran mənşəli sözlərdə tat dildinin
özünə məxsus olan sözdür. Tat dilinin lüğət tərkibinə daxil
olan
daşman duşmon
sözü də ümumiran mənşəlidir.
Tat dilində
dost-daşman
antonim cütü ilə ekvivalent olan
başqa cüt də qeydə alınır:
kund-duşman.
Abşeron tatlarının
dilində «kund biran» söz birləşməsi «yaxın olmaq» mənasında
işlənir. Bu cütün birinci elementi olan
künd
sözü tat dilinin
spesifik leksik layına aiddir. Bu söz həm də çoxmənalıdır.
Onun ifadə etdiyi digər məna «yaxın» mənasıdır. «Dost»
mənasının «yaxın» mənası əsasında formalaşması şübhə
128
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
doğurmur.
Antonim sözlərdən eyni sözdüzəltmə üsulu ilə əmələ
gələn törəmə sözlər də əks mənaları ifadə edir. Məsələn:
d u s ti
(«dostluq») -
d u ş m a n i
(«düşmənçilik»). Maraqlıdır ki,
Azərbaycan dilində belə qarşılaşma zamanı sözdüzəldici
vasitələrdə
dəyişiklik
müşahidə
edilir:
d o s t+ lu q
-
d iiş m ə n + ç ilik
və s.
T ü n iik -q ə lin
«nazik-qalın». Tat dilinin Abşeron şivəsində
tiin iik
«nazik» mənasında işlənir. Bu söz eyni mənada
Azərbaycan dilinin Bakı dialektində də qeydə alınmışdır (131,
195).
Tünük//tünık.
Bu antonim cütdəki hər iki söz tat dilinin
Abşeron şivəsində qeydə alınır.
G.Vəliyeva
tiin iik
sözünün
a d a m
sözü ilə birləşərək,
məcazi məna qazanması və «həssas adam» anlamında istifadə
edilməsini qeyd etmişdir (144, 41).
İ.Tahirov «tünük» sözünün tarixi-etimoloji inkişaf yoluna
nəzər salmış və belə bir qənaətə gəlmişdir: «Göründüyü kimi,
İran və, eləcə də, hind-Avropa dillərinin çox böyük bir
arealında işlənən bu sözün hind-Avropa mənşəli olmasına
şübhə ola bilməz və (onun) dialektlərimizin leksikasına İran
dillərindən keçməsi şübhəsizdir» (137, 70-71).
M.Hacıyev
tiim ik
sözünün tat dilində həm də «sıyıq
(xörək)» mənasında işlənməsini qeyd etmişdir (60, 108).
Antonimlər çoxmənalılıq və sinonimlik hadisələri ilə sıx
bağlıdır. Belə ki, çoxmənalı sözün həm əsas mənası, həm də
başqa mənalarının müxtəlif antonimləri olur. Dildə eyni bir
sözün müxtəlif antonimləri ola bilər. Bu cəhət sözün
çoxmənalılığından irəli gəlir (44, 201). Bu özünü tat dilində də
göstərir:
y a x ş ı- p is , y a x ş ı- y a m a n , q ıs a -u z u n , u z u n - g ö d ə k
və s.
Nəticədə dildə eyni bir sözün müxtəlif antonimləri ola bilər.
Bu cəhət sözün çoxmənalılığından irəli gəlir və özünü tat
129
Dostları ilə paylaş: |