Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə100/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   96   97   98   99   100   101   102   103   ...   168

 

339 


“Bakı” simfoniyasının ədəbi planı 

 

1-ci hissə 



Keçmişdə albanlar, farslar, ərəblər, ruslar, xəzərlər Bakıda 

yaşamış və Xəzər dənizində olmuşlar.  

Simfoniya şəhərin inkişafı problemini qoyur. Beləliklə, türk 

öz doğma ölkəsi haqqında mahnı oxuyur.  

Zərdüştlük dövründə cəmiyyətin quruluşu: 

1) din xadimləri; 2) hərbi aristokratiya; 3) əkinçilər. 

İranda kommunist hərəkatı. 

19 əsrdə Bakının görünüşü. Yanan məbəd. 

Qız qalası və onun haqqında əfsanə.  

Köhnə məscidlərin köhnə və digər qədim memarlıq abidələ-

rinin görünüşü... Toy yürüşü (şəkil). 

Bakı. Bakı-neft. 

 

2-ci hissə 



Bakının sənaye əhəmiyyətinin yüksəlişi və tərəqqisi, inqilabi 

həyəcanlar elə buradan başlamışdır.  

Gizli təşkilatlar və partiyalar.  

Sinfi mübarizənin güclənməsi. 

Vətəndaş müharibəsi, yanğınlar. 

Müsavat və Aprel inqilabı. 

Yanan buruq fontanları, yanğın həyəcanı, atışmalar, sakitlik: 

Suraxanıdakı ölən neft fəvvarəsindən təəssüratlar.  

Aprel inqilabının təzahürünü göstərmək.  

 

3-cü hissə 



Zığdan qayıdış; Bakı dumana bürünmüşdür. Zavodların, fab-

riklərin, qüllələrin siluetləri və bütün körfəz görünür.  

Beşillik qəhrəmanlarının adlı siyahısı.  

Bakının rəşadəti – (Bakı oyanır) – rəşadət – deməli romantika. 

 

Ümumi qeydlər 



Yer təkinin, zavodların, mədənlərin, dəniz və dalğaların – 

uğultusu.  




 

340


Küləyin 

 vıyıltısı. 



Dəmirçi sexində, atəşpərəstlər məbədində 

 od.  



Bakı elektrik enerjisi dənizində üzür (dəniz tərəfdən)  əbədi 

atəşlər.  

 

Mübarizə və inkişaf 



Beynəlxalq-tarixi  əhəmiyyəti nəzərdə tutulur, sonra sovet 

simfonizminin problemi qoyulur.  

Nəzərdə tutulan ideyanın məzmunu forması müəyyən edilir.  

Nəyi nəzərdə tutmaq lazımdır: 

1. Ştrasserlə söhbət; 

2. Klassik simfonizmin möhürünü və onun texnikasının yek-

nəsəqliyi; 

3. Əvəzində hissələrin kontrastlılığını gücləndirmək və bun-

dan istifadə etmək; 

4. Müasir qərb bəstəkarlarının nəfis harmoniyasını; 

5. Milli türk musiqi məktəbinin üslubunu; 

6. Bütövlükdə dramatizmin lirikasını;  

7. Marksizm-leninizm metologiyasını; 

8. Sovet bəstəkarlarının təcrübəsini; 

9. Ədəbi köhnəliyin əvəzinə hər bir hissənin  lakonik adını; 

10. … 


Aidada ölüm (trambon). 

Yeraltı uğultu – tam-tam, tuba. 

Valtornada və tubada dodaq treli (zəngulə) – itlərin ulaşması. 

Bakının təbiətinin dəyişkənliyi. 

Bakının inkişafında həlledici rolu neft oynamışdır, deməli, 

bunun ardınca getmək lazımdır. 

1. Xalq mahnılarının işlənməsi 

 nümunə kimi. 



2. … 

“Formal həll: 

1) türk musiqisinin öyrənilməsindən (Bakıda); 

2) Avropa irsinin öyrənilməsindən; 

3) Melodiyada, harmoniyada, orkestrovkada kvadratlılığın 

açılması dövrünün öyrənilməsindən üzə çıxır ki, bu da yaradıcı-

lıq üçün aydın perspektivlər açır. 



 

341 


Yaradıcılıq düşüncəsini alətlərin maraqlarına uyğunlaşdır-

maq – orkestrdə səslənməyə nail olmağın yeganə yolu budur. 

Simfoniyada yaradıcılıq düşüncəsinin daha qiymətli üsulla-

rından istifadə etmək, məsələn, Çaykovskinin Altıncı simfoniya-

sının 1-ci hissəsinin sonu. 

Simfoniyanın ideologiyası və məzmunu onun formasını açıb 

deyəcək”. 

“Mən burada Avropa texniki nailiyyətlərini açmaq mədəniy-

yətini və öz istedadımı göstərəcəyəm”. 

“Oktyabra mücərrəd tarixi hadisə kimi baxmaq olmaz, onun 

əsl mənası oktyabrqabağı tarixi sarsıntıları  və ictimai qaydanı 

təhlil edərkən aydın olacaq”.

1

 

Həyatını dəyişəndə Asəf Zeynallının cəmi 23 yaşı var idi. Bu 



yaşda musiqi sənətində belə zəngin irs və iz qoymaq hər bəstə-

kara nəsib olmur. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                 

1

 Şərifova V. “Asəf Zeynallı”. A.Zeynallının simfoniyaya dair ədəbi plan 



və yazıları. “Azərbaycan bəstəkarları”, Bakı, 1986, s. 191-193. 


 

342


 

 

IX HİSSƏ 

 

1930-1940-cı İLLƏRDƏ AZƏRBAYCANIN MUSİQİ 



MƏDƏNİYYƏTİ 

 

XX əsrin 1930-1940-cı illəri Azərbaycan mədəniyyətinin bü-

tün sahələrində səmərəli inkişafla əlamətdardır. Məhz bu illərdə 

geniş maarifçilik və Avropa dəyərlərinə meyil ideyalarından ay-

rılmaz olan nəhəng təşəbbüslər öz real bəhrəsini verdi. Sovet ha-

kimiyyətinin elan etdiyi ümumi savad və pulsuz təhsil  şüarları 

bu yolda güclü təkan oldu. Bu dövrdə yalnız yeni tip mədəniyyət 

deyil, həm də onu yaratmaq ideyasına mübtəla olmuş ziyalılar 

meydana gəlirdi.  Ədəbiyyat, teatr və musiqinin inkişafı dövlət 

tərəfindən güclü maliyyələşdirilən müvafiq mədəniyyət müəssi-

sələrinin fəaliyyətilə birgə idi. Dövlətin mədəniyyət sahəsində 

siyasəti, bir tərəfdən, Avropa mədəniyyətinin geniş  təbliğatına, 

rus dilində təhsilə, digər tərəfdən isə gənc istedadlı azərbaycanlı-

ların fəal surətdə irəli çəkilməsinə, yaradıcı fəaliyyətlərinin təş-

viqinə yönəlmişdi. O illərdə  əsasən Bakıda cəmləşmiş  mədəni 

həyat çeşidli teatr-konsert panoramı ilə  təmsil olunurdu. Dram 

teatrlarının repertuarını  əsasən  Şekspir, Molyer, Ostrovskinin 

pyesləri təşkil edirdi. Eyni zamanda məhz o illərdə S.Vurğun 

(“Vaqif”, “Xanlar”), M.İbrahimov (“Həyat”, “Madrid”), S.Rüs-

təm (“Qaçaq Nəbi”) öz dram əsərləri ilə ilk dəfə çıxış edirdilər. 

Teatrların səhnəsində  Cəfər Cabbarlının (“1905-ci il”, “Sevil”, 

“Yaşar”, “Od gəlini”) pyesləri, S.Rəhmanın (“Toy”, “Xoşbəxt-

lər”) komediyaları tamaşaya qoyulurdu. 30-cu illərdə istedadlı 

gənc rəssam və heykəltaraşlar: T.Haqverdiyev, T.Tağıyev, K.Xan-

larov, F.Əbdülrəhmanov və b. yaradıcı  həyata qədəm qoyur-

dular. P.Sabsay mühüm əsərlər yaradırdı, onlardan M.F.Axun-

dovun abidəsini göstərmək olar. Ölkə kinomatoqrafiyası da inki-

şaf etməyə başlayırdı.  İlk filmlərdən “Lətif” (rej. Mixayılov), 

“Yeni üfüq” (rej. A.Quliyev, T.Braginski) əsərlərinin adlarını 

çəkmək olar. Teatr-dekor sənəti də uğurla inkişaf edirdi. “Kor-




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə