Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə102/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   98   99   100   101   102   103   104   105   ...   168

 

346


ta nəsil bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quli-

yev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Səid Rüstəmov, Cahan-

gir Cahangirov idi.  

O illərin musiqi təhsili sistemi nəhəng bir ölkənin hüdudla-

rında fəaliyyət göstərən sistemə yönəlmişdi. 30-cu illərdə Bakı-

da iki texnikum fəaliyyət göstərirdi. Biri Bakı xalq təhsili şöbəsi 

nəzdində (BXTŞ), digəri xalq təhsil komitəsi nəzdində; 1932-ci 

ildə onlar musiqi məktəbində birləşdilər.  Əsas professionallıq 

ocağı isə Azərbaycan konservatoriyası idi. Bu müəssisənin di-

rektoru müxtəlif illərdə A.Əbdürəhmanov (1929-1933), Z.Səfə-

rov (1938-1939), Ü.Hacıbəyov (Hacıbəyli) (1939-1948) və baş-

qaları olmuşdur. Professor-müəllim heyəti Rusiyanın müxtəlif 

şəhərlərindən dəvət olunmuş mütəxəssislər idi. Nəzəriyyə kafed-

rasına yüksək erudisiyalı musiqiçi, konservatoriyada M.İppoli-

tov-İvanovun kompozisiya sinfini bitirmiş (kontrapunkt və for-

maların təhlilini Taneyevin sinfində keçmişdir) L.Rudolf 1932-

ci ildən 1938-ci ilə qədər rəhbərlik etmişdir. Rudolf eyni zaman-

da Bakıda musiqi nəşriyyatının redaktoru olmuşdur.  İndiyə  qə-

dər, tələbələrin stolüstü kitabı olan harmoniya üzrə  dərslik də 

onun qələminin məhsuludur. Qara Qarayev, Cövdət Hacıyev, 

Zaxar Stelnik, Əhəd İsrafilzadə, Məmmədsaleh İsmayılov, Vla-

dimir Xrustalyov, Yevgeniya Perevertaylo, Ella Nikamorova 

Rudolfun sinfini bitirmişlər. 1938-ci ildə Rudolfun vəfatından 

sonra Bakıya Leninqrad Konservatoriyasının məzunu Boris 

Zeydman dəvət edildi və kompozisiya kafedrası  təşkil olundu. 

O, bu kafedraya 1939-cu ildən 1950-ci ilə qədər rəhbərlik etmiş-

dir. Fikrət  Əmirov, Soltan Hacıbəyov,  Əşrəf Abbasov, Süley-

man  Ələsgərov, Azər və  Həsən Rzayevlər, Ağabacı Rzayeva, 

Adilə Hüseynzadə, Elmira Nəzirova Zeydmanın tələbələri ol-

muşlar. Leninqradda musiqi məktəbində  Əfrasiyab Bədəlbəyli 

ondan dərs almışdır. 

30-cu illərin ortalarında Azərbaycan konservatoriyasının ilk 

məzunları: konservatoriyanı iki ixtisas üzrə: pianoçu və nəzəriy-

yəçi kimi bitirmiş musiqişünas X.Ağayeva, fortepiano üzrə Şa-

royevin sinfini bitirmiş, ancaq lap əvvəldən musiqi tarixi sahə-

sində ixtisaslaşmış D.Danilov; konservatoriyanı Şaroyevin sinfi 




 

347 


üzrə, sonra isə MDK nəzdində aspiranturanı bitirmiş pianoçu 

K.Səfərəliyeva pedaqoji fəaliyyətə başladılar.  

O illərdə geniş maarifçilik istiqaməti musiqi məktəbləri  şə-

bəkəsinin təşkilində ifadə olunurdu. Onlar “xüsusi təhsil siste-

mində ilk halqadan daha çox uşaqların kütləvi bədii-estetik tər-

biyəsinin müvəqqəti forması kimi nəzərdən keçirilirdi”.

1

 

Konservatoriya nəzdində 1-ci dərəcəli məktəbdə 1930-cu il-



də 220 nəfər təhsil alırdı və uşaqlarla məhsuldar iş aparılırdı. Bu 

məktəb bağlandıqrdan sonra 1931-ci ildən 1936-cı ilə qədər fəa-

liyyət göstərmiş  uşaq musiqi qrupu açıldı. 1934-cü ildə ondan 

“Gənc istedadlar qrupu” ayrıldı. Burada konservatoriyanın mü-

əllimləri: L.Rudolf, N.Çumakov, E.Nikomarova, K.Səfərəliyeva 

dərs deyirdilər.  Şagirdlər arasında Bella Davidoviçi, Məmməd 

Orucovu, Rauf Atakişiyevi, Tamara Qusevanı, Elmira Nəzirova-

nı, Çingiz Sadıxovu (fortepiano sinfi), Yefim Barştakı, Vladimr 

Puzanovu, Sabir Sədiyevi (skripka sinfi), Viktor Razumovskini 

(violançel sinfi) qeyd edə bilərik. Bu qrupa sonralar görkəmli 

musiqişünas-alimlər olmuş Əminə Eldarova və İzabella Abezqa-

uz da gəlirdi. Dövlətin fəal yardımı sayəsində, fəhlə mühitindən 

şagirdlər cəlb etmək məqsədilə o illərdə konservatoriya nəzdin-

də fəhlə fakültəsi yaradıldı. ADK fəhlə fakültəsinin quruluşu və 

tədris planının əsasını MDK-nın müvafiq plan və quruluşu təşkil 

edirdi. Maraqlıdır ki, Azərbaycanda fəhlə fakültəsi ali musiqi 

məktəbinin “şagirdlərin proletar tərkibi vasitəsilə siyasi nailiyyət 

qazanmaq funkisiyasını yerinə yetirməyə deyil,”

2

 istedadlı Azər-



baycan gənclərini professional musiqi təhsilinə cəlb olunmasına 

yardım edirdi. Qara Qarayev 1931-ci ildən 1935-ci ilə qədər xü-

susi fortepiano sinfində  əvvəlcə V.V.Tolstolujskinin, sonra isə 

Q.Q.Şaroyevin tələbəsi olmuşdur. Skripkaçı kimi (əvvəlcə 

N.İ.Tsimberovun, sonra isə S.L.Bretonitskinin sinfində) gələcək 

bəstəkar Cövdət Hacıyev öz musiqi təhsilini fəhlə fakültəsində 

başlamışdır. İ.S.Aysberqin xüsusi fortepiano sinfində Tofiq Qu-

liyev, bəstəkar və nəzəriyyəçi Zakir Bağırov, bəstəkar Adilə Hü-

                                                 

1

   Azərbaycan Dövlət Konservatoriyası. Bakı, 1972, s. 67. 



2

   Yenə orada, s. 71. 




 

348


seynzadə  təhsil almışlar. Məşhur “Cücələrim” uşaq mahnısının 

gələcək müəllifi Qəmbər Hüseynli fəhlə fakültəsində A.S.Şvart-

sın violançel sinfində oxumuşdur. Nuxadan (Şəkidən) fəhlə fa-

kültəsinə Tsimberovun skripka sinfində oxumaq üçün Azərbay-

can ənənəvi musiqisinin gələcək nəzəriyyəçisi Məhəmmədsaleh 

İsmayılov göndərildi. 

1937-38-ci tədris ilində Moskva və Leninqrad konservatori-

yaları nəzdində yaradılmış musiqi məktəbləri kimi Bakıda Mər-

kəzi uşaq musiqi məktəbi təşkil olundu. Sonralar o xüsusi onillik 

orta məktəb adını aldı (indiki Bülbül adına məktəb). 1951-ci ilə 

qədər bu vəzifədə qalmış məktəbin ilk direktoru Köykəb xanım 

Səfərəliyeva tədris prosesinin yüksək səviyyədə  təşkilində bö-

yük rol oynamışdır. Bülbül adına onillik məktəb K.Səfərəliyeva-

nın  əməyinin bəhrəsi sayıla bilər.  Şagirdlər üçün “Fortepiano 

çalma məktəbi” kitabını yaratmış R.Siroviç və L.Yeqorova kimi 

pedaqoqlar uşaqların tərbiyəsi ilə məşğul olurdular. Azərbaycan 

musiqisindən çoxlu nümunələrin olduğu bu məcmuə indiyə qə-

dər yeni başlayan musiqiçilər üçün əsaslı vəsaitdir. 

Azərbaycanda cəmiyyətin Avropa musiqi mədəniyyətinin 

nüfuz dairəsinə cəlb olunması prosesi daha qədim ənənəyə malik 

milli monodiyadan nəinki imtina edilməsinə  gətirib çıxarmadı, 

hətta onun inkişafına yeni təkan verdi. 1931-ci ildə Üzeyir Hacı-

bəyli xalq çalğı alətlərinin ilk notlu orkestrini yaradır və onun 

bədii rəhbəri və dirijoru olur. Daimi fəaliyyətdə olan xor kollek-

tivi müvafiq janrların inkişafına təkan verdiyi kimi, notlu xalq 

çalğı alətləri orkestri də ənənəvi musiqi ifaçılarının Avropa klas-

sik musiqisinə uyğunlaşmasında və məhz bu tərkib üçün nəzərdə 

tutulmuş çoxlu müəllif  əsərlərinin meydana gəlməsində böyük 

rol oynadı. Bu janrın klassik nümunəsi 30-cu illərin ortalarında 

Üzeyir Hacıbəylinin yaratdığı iki fantaziya “Şur” və “Çahargah” 

oldu. 

Bu illərdə klassik muğam sənəti onun parlaq nümayəndələri, 



tarzənlər: B.Mansurov, A.Bakıxanov, kamança ifaçısı M.Mirzə-

liyev, xanəndələr C.Qaryağdıoğlu, S.Şuşinskinin  şəxsində inki-

şaf etməkdə davam edir. Sonuncular nəinki Azərbaycanda, onun 

hüdudlarından kənarda da tanınmışdılar.  




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə