Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə104/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   100   101   102   103   104   105   106   107   ...   168

 

352


 

 

X HİSSƏ  

 

ƏFRASİYAB BƏDƏLBƏYLİ  

 

(1907-1976) 

 

 

 

I fəsil 

 

Həyat və yaradıcılığı 

 

Üzeyir Hacıbəyli və Müslüm Maqomayevdən sonra yaradıcı-



lığa başlayan bəstəkar, dirijor, ictimai xadimlərdən biri də Əfra-

siyab Bədəlbəyli idi (1907-1976). 

Bəstəkar, dirijor, publisist Əfrasiyab Bədəlbəyli dünya klas-

sikası  ənənələrinin fəal davamçısı olmuş, Üzeyir Hacıbəylinin 

mütərəqqi mövqeyinə riayət edərək, milli musiqi mədəniyyəti-

mizin inkişafına çalışmışdır. Gənc yaşlarından (20-30-cu illər) 




 

353 


Azərbaycanın musiqi həyatında baş verən böyük dəyişikliklərin 

şahidi olan Əfrasiyab Bədəlbəyli yeni musiqi mədəniyyətinin 

qurucuları olan yaşlı nəslin xalqa xidmətə və bəşəriyyətin işıqlı 

ideyalarının qələbəsinə yönəlmiş incəsənət uğrunda mübarizəsi-

nə qoşuldu. 20-ci illərdə Bakıda milli musiqi mədəniyyətinin in-

kişaf yolları barədə qızışan coşqun mübahisələr və müzakirələr-

də Əfrasiyab Bədəlbəyli inamla və fəal surətdə qabaqcıl incəsə-

nət xadimlərinin mövqeyində duraraq, onların ideyalarını həyata 

keçirmişdir.  

Geniş xalq kütlələrinə xidmət edən vətənpərvərlik, incəsənə-

tin düzgün yolla inkişafı uğrunda mübarizə ideyaları həmişə Əf-

rasiyab Bədəlbəyli üçün həyat kredosu, ömrünün sonuna qədər 

sədaqətlə qulluq etdiyi xalqı qarşısında vəzifə borcu olmuşdur. 

Musiqidə öz yoluna Üzeyir Hacıbəyli, M.Maqomayev və başqa 

mədəniyyət xadimlərinin mütərəqqi təşəbbüslərini müdafiə edən 

kiçik məqalələr nəşr etdirməklə başlayan Əfrasiyab Bədəlbəyli, 

sonralar ölkənin mədəniyyətinə çoxlu güc sərf edərək dram ta-

maşalarının musiqi tərtibatçısı dirijor və  nəhayət, operalar və 

milli musiqi sənətində mühüm yer tutmuş baletin müəllifi kimi 

yaradıcılıq işinə qoşuldu. 

Bir bəstəkar kimi Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk 

milli balet olan “Qız qalası” baleti tamaşaya qoyulduqdan sonra 

daha da məşhurlaşdı. Bu tamaşaya qədər o, dinləyicilərə dram 

tamaşalarının musiqi tərtibatçısı kimi tanış idi. O, “Od gəlini”, 

“1905-ci il”, “Hacı Qara”, “Sevil” və başqa pyeslərə musiqi yaz-

mışdır.  

Bir neçə simfonik əsərin, teatr tamaşalarına yazılmış musiqi-

nin, “Tərlan” adlı  uşaq baletinin müəllifi olan Ə.Bədəlbəyli 

Azərbaycan musiqi sənəti tarixinə  hər  şeydən  əvvəl indi də 

uğurla tamaşaya qoyulan ilk “Qız qalası” baletinin müəllifi kimi 

daxil olmuşdur. 

Opera və balet teatrında bir çox balet tamaşalarının  əvəzsiz 

dirijoru olan bəstəkar Ə.Bədəlbəyli bir publisist, musiqi tənqid-

çisi, milli musiqi sənətinin təbliğatçısı kimi məşhurlaşmış, milli 

musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. 



 

354


Əfrasiyab Bədəlbəylinin xüsusi və dövri mətbuatda çap 

olunmuş çoxlu əsərləri onun ölkənin musiqi sənətinin problem-

ləri, həyatını həsr etdiyi doğma opera və balet teatrının fəaliyyəti 

ilə  sıx  əlaqəsinin sübutudur. Təsadüfi deyil ki, səhnə musiqisi, 

opera və balet tamaşaları daim Ə.Bədəlbəylinin diqqət mərkə-

zində olmuşdur. O, bu sahədə də Azərbaycan tamaşaçısını, bö-

yüməkdə olan nəsli tərbiyə edən mütərəqqi teatr sənətinə  cəlb 

etmək məqsədi güdən, klassiklərin  ən yaxşı  ənənələrini davam 

etdirən təşviqatçı olmuşdur.  

Ə.Bədəlbəyli milli incəsənətdə həm də bir çox opera və ba-

letlərin libretto müəllifi, bu librettoların tərcüməçisi, musiqi təh-

sili, bəzi musiqi janrlarının təşəkkülü və inkişafı məsələləri üzrə 

kitabçaların tərcüməçisi kimi müəyyən xidmətlərə malikdir. 

“Sevilya bərbəri”, “İolanta”, “Daisi” operaların mətnlərinin 

Azərbaycan dilinə ekviritmik tərcümələri ona məxsusdur. Əfra-

siyab Bədəlbəylinin maraqlarının çoxcəhətliliyi ona bəstəkarlıq, 

dirijorluq fəaliyyətində, təbii ki, kömək etmişdir.  

Ə.Bədəlbəylinin xidmətləri partiya və hökümət tərəfindən 

dəfələrlə qeyd olunmuşdur. O, əməkdar incəsənət xadimi (1940), 

Respublikanın Xalq artisti (1967) kimi fəxri adlara layiq gö-

rülmüş, iki “Şərəf nişanı” ordeni (1946, 1967), “Qırmızı Əmək 

bayrağı” ordeni (1959), “Qafqazın müdafiəsi uğrunda” (1945), 

“1941-45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə 

görə” medalları, Az. SSR Ali Sovetinin fəxri fərmanları” (1958, 

1969) ilə təltif edilmişdir.  

“Musiqi barədə söhbətlər”, “Qurban Pirimov”, “Azərbaycan 

dövlət opera teatrı” (Q.Qasımovla müştərək) kitabları Ə.Bədəl-

bəyli qələminə məxsusdur.  

Onun Azərbaycanda ilk dəfə olaraq tərtib etdiyi 1956-cı ildə 

çap olunmuş “Musiqi terminləri lüğəti” əhəmiyyət kəsb edir. Bu 

lüğət Ə.Bədəlbəylinin əsaslı elmi əsəri olan “İzahlı monoqrafik 

musiqi lüğəti”ndən əvvəl çapdan çıxmışdır. Onun üzərində apa-

rılan iş “İzahlı monoqrafik musiqi lüğəti” elmi əsərinin 1969-cu 

ildə işıq üzü görməsi üçün hazırlıq idi. 

 

* * * 



 

355 


Ə.Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakıda, ziyalı ailəsində 

anadan olmuşdur. 

Bəstəkarın anası Qacar nəslindən idi, fars və ərəb dillərini bi-

lirdi. O, şairə Xurşud Banu ilə sıx ünsiyyətdə idi, onun təşkil et-

diyi musiqi dərnəyində  fəal iştirak edərdi, orada klassik Şərq 

poeziyasından müxtəlif parçalarla çıxış edərdi. 

Şuşada anadan olmuş atası  Bədəlbəy uşaq vaxtından Azər-

baycan musiqisini, muğamları dinləyirdi, bu sənətin bütün incə-

liklərini bilir, onları gözəl ifa edirdi. Sonralar, o, ictimai həyatda 

fəal iştirak edərək, ümumtəhsil ideyasını müdafiə etdi. Uzun il-

lər o, 6 saylı rus-müsəlman məktəbinə rəhbərlik etmişdi, sonra-

lar bu məktəb xalq arasında “Bədəlbəy məktəbi” adlanırdı. Hə-

yati müdrikliyə malik olan Bədəlbəy uşaqlarında əməyə məhəb-

bət aşılaya bilmiş, onlara layiqli təhsil vermişdir. 

Bədəlbəylilər ailəsi bir çox ədəbiyyat və incəsənət xadimləri 

ilə ünsiyyət saxlayırdı. Təbiidir ki, H.Cavid, S.S.Axundov, Ü.Ha-

cıbəyli kimi şəxsiyyətlərlə tanışlıq gənc  Əfrasiyabın dünya-

görüşü və qavrayışına təsir göstərməyə bilməzdi. Gələcək sənət 

seçkisi də təsadüfi deyildi. Bədəlbəyli ailəsinin böyüməkdə olan, 

həyata atılan gənc üzvləri yaşlı  nəslin mütərəqqi niyyətlərinə 

hüsn-rəğbət göstərməyə, teatrla, ədəbiyyatla maraqlanmaya bil-

məzdi. Təsadüfi deyil ki, Əfrasiyab artıq lap gənc yaşlarından 

humanitar elmlərə və musiqiyə meyil göstərirdi. Artıq altı yaşın-

da o, tarda çalmağı öyrənmişdi, doqquz yaşında isə atasının rəh-

bərlik etdiyi rus-müsəlman məktəbinin şağirdi olarkən onu Bakı-

da yeni açılmış musiqi məktəbinə, skripka sinfinə qoydular. 

Qeyri-adi musiqi qabiliyəti, xalq mahnılarını, muğamı bilməsi 

onu yaşıdlarından fərqləndirirdi. 1923-cü ildən 1926-cı ilə qədər 

Ə.Bədəlbəyli Bakıda  Ş.Məmmədovanın təşkil etdiyi teatr tex-

nikumunun dinləyicisi olmuşdur. Orada Fatma Muxtarova kimi 

görkəmli aktyorlar, yazıçı Abdulla Şaiq, dramaturq Abbas bəy 

Haqverdiyev və b. dərs deyirdi. Təbiidir ki, onlarla tanışlıq, bir 

sıra hallarda bəziləri ilə dostluq gənc Ə.Bədəlbəyliyə təsir etmiş, 

onda klassik ədəbiyyat və müasir yazıçı və şairlərin əsərləri ilə 

daha dərindən tanış olmaq həvəsi oyatmışdı. 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə