343
oğlu” operasının, “Vaqif” dramının (R.Mustafayev) tərtibatı, gənc
teatr rəssamları N.Fətullayev, İ.Seyidov, S.Şərifzadə tərəfindən
həyata keçirilmiş digər tamaşalar ümumittifaq nüfuzu qazandı.
1936-cı ildə Dövlət filarmoniyası təşkil olundu. 1920-ci ilin
iyulunda M.Çernyaxovskinin rəhbərliyi altında yaradılmış sim-
fonik orkestr onun himayəsi altında öz inkişafını davam etdirir.
Bu kollektivin yaradıcılıq inkişafı A.Orlov, M.Şteynberq, A.Pav-
lov-Arbenin, S.Stolerman kimi dirijorların fəaliyyəti ilə bağlıdır.
1932-ci ildə Azərbaycan radiosunun simfonik orkestri yara-
dıldı. Onun çıxışları müntəzəm olaraq radio ilə efirə verilirdi.
Repertuarda dünya klassiklərinin və gənc ölkə müəlliflərinin
əsərləri idi. Uzun müddət bu orkestrə Azərbaycan konservatori-
yasında təhsil almış dirijor Ə.Həsənov rəhbərlik edirdi. Bu or-
kestrlə bir neçə il avstriyalı dirijor S.Ştrasser işləmişdir. Üçüncü
simfonik orkestr Opera teatrının orkestri idi. Ancaq üç simfonik
orkestri əvəzçilərsiz tam komplektləşdirmək mümkün deyildi,
eyni musiqiçilər, xüsusilə də nəfəs alətləri ifaçıları (1-ci səslər)
çox vaxt opera, filarmoniya və radio orkestrlərində çalırdılar.
20-30-cu illərdə dünyada məşhur dirijorlarla konsertlər keçirilər-
kən orkestr yığma olurdu, opera musiqiçilərinin, radio komitəsi-
nin orkestri, həmçinin konservatoriya müəllimləri və tələbələri
hesabına doldurulurdu.
1
30-cu illərdə Bakının konsert həyatında çoxsaylı qastrolçular
üstünlük təşkil edirdi. Simfonik konsert proqramları çeşidliliyi
ilə fərqlənir və Avropanın məşhur klassik əsərlərindən ibarət
olurdu. Bakıya Moskva və Leninqrad filarmoniyalarının dirijor-
ları Maks Reyter və Georq Sebastiyan, Oskar Frid, A.Qauk,
N.Qolovanov və başqalarının rəhbərlik etdiyi orkestrlər qastrola
gəlirdilər. Solistlər arasında V.Qorovist, E.Petri, Q.Neyqauz,
L.Oborin, D.Oystrax, M.Yudin olurdu. Hələ əsrin əvvəlində əsa-
sı qoyulmuş tematik simfonik konsert ənənələri davam edirdi.
A.Puşkinin (1937), Şota Rustavelinin (1936) xatirəsinə həsr
olunmuş gecələr keçirilirdi. Əlamətdar haldır ki, simfonik kon-
sert proqramlarına tədricən Azərbaycan bəstəkarlarının ilk sim-
1
Abdullayev A. “Avropa tipli nəfəs alətlərində ifaçılıq tarixi” oçerki, s. 84.
344
fonik əsərləri daxil edilirdi. Məsələn, Ü.Hacıbəylinin “Təntənəli
marş”ı, M.Maqomayevin “RV 8 marşı” Ə.Bədəlbəylinin “28
Aprel”, “Bütün hakimiyyət sovetlərə” marşları, A.Zeynallının
“Fraqmentlər” marşı, dirijor pultu arxasında Azərbaycan dirijor-
ları Niyazi, Ə.Bədəlbəyli, Ə.Həsənov özlərini sınaqdan çıxarırdılar.
1938-ci ildə daimi əsaslı Azərbaycan Dövlət orkestrinin ya-
radılması barədə məsələ qaldırıldı. Bu məqsədlə Moskvadan ta-
nınmış dirijor N.Anosov (dirijor K.Rojdestvenskinin atası) dəvət
olundu. Bu təcrübəli musiqiçinin rəhbərliyi altında simli və nə-
fəs alətlərində ilk Azərbaycan ifaçıları əla məktəb keçdilər. Or-
kestr Vətən müharibəsi başlayana qədər fəaliyyət göstərdi. O
1944-cü ildə Zaqafqaziya respublikalarının Tbilisidə Böyük Və-
tən müharibəsinə həsr olunmuş Ongünlük keçirmək üçün yeni-
dən yaradıldı. 1945-ci ildə 1948-ci ilə qədər orkestrə L.Ginzburq
rəhbərlik etmişdir.
1936-cı ildə filarmoniyanın himayəsi altında Azərbaycan
türk xoru təşkil olundu. Onun bədii rəhbəri və mahiyyət etibarilə
ilk Azərbaycan xormeysteri Üzeyir Hacıbəyli oldu. Məlum ol-
duğu kimi, azərbaycanlıların xor sahəsində iştirakı bəstəkarın
hələ “Leyli və Məcnun” operasını yaratdığı vaxtdan başlanmış-
dı. Burada xor hadisələrinin şərhçisi rolunda çıxış edirdi. O za-
man, XX əsrin əvvəlində ilk Azərbaycan operasının yaradıcıları-
na professional xor yığmaq çox çətin idi. Və indi, 30-cu illərin
ortasında daim fəaliyyət göstərən filarmoniya xor kollektivinin
təşkili, bir tərəfdən, dünya xor musiqisi üçün güclü təbliğat vasi-
təsi, digər tərəfdən, gənc Azərbaycan müəlliflərinin xor əsərləri-
nin yaradılması üçün bir təkan idi. Təsadüfi deyil ki, bu vaxt
xalq mahnılarının çoxu xor üçün işlənib hazırlanırdı. Monumen-
tal xor janrlarına, yəni kantata və oratoriyalara gəldikdə isə onla-
rın meydana gəlməsi irəlidə idi. Söhbət hakimiyyətin “xalqın
xoşbəxtliyi” barədə təşviq etdiyi monumental xor əsərlərindən
gedir. Rəsul Rzanın sözlərinə xor, orkestr və rəqs ansamblı üçün
gənc Qara Qarayevin yazdığı “Ürək mahnısı” kantatasını bu mə-
nada qeyd etmək lazımdır. Üzeyir Hacıbəylinin “Firdosinin
1000 illiyinə kantatası” (1934) da kantata janrının ilk nümunələ-
rindəndir.
345
Elə həmin 1936-cı ildə filarmoniya nəzdində xalq rəqs an-
samblı öz işinə başladı.
Opera teatrının fəaliyyəti həmçinin şərq və Avropa ənənələ-
rinin qarşılıqlı təsiri ilə müəyyən olunur. Teatrın yaradıcı siması-
nı İ.Hidayətzadə, A.İsgəndərov, S.Dadaşov kimi rejissorlar, Bül-
bül, Ş.Məmmədova, H.Sarabski, X.Terequlov, L.Terequlova,
M.Bədirov, H.Hacıbababəyov, B.Mustafayev və b. müğənnilər
müəyyən edir. Rus və xarici repertuar üzərində dirijorlar:
A.Alevladov, A.Klibson, rejissorlar: İ.Prostorov, N.Boqolyubov,
İ.Tvoretski, müğənnilər: V.Nikolski, R.Lonatin, F.Muxtarova iş-
ləyirdilər. Teatrın səhnəsində rus klassik repertuarı geniş təmsil
olunurdu, məsələn, Çaykovskinin “Yevgeni Onegin”, “Qaratox-
maq qadın”, “Çereviçki”, “Mazepa”, Rimski-Korsakovun “Çar
gəlini” tamaşaya qoyulur.
Əvvəlki illərdən fərqli olaraq, bu illərdə respublikanın musiqi
həyatı daha geniş işıqlandırılır. Azərbaycan bəstəkarlarının yaradı-
cılığını səciyyələndirən xüsusi musiqişünaslıq ədəbiyyatı yaranır.
Ü.Hacıbəyli barədə ilk monoqrafiyanı görkəmli sovet musiqişünası
V.Vinoqradov yazmışdır (Ü.Hacıbəyov və Azərbaycan musiqisi.
M., 1939). Ü.Hacıbəyli, Ə.Bədəlbəyli, Q.Qasımov, X.Ağayeva və b.
öz publisistik fəaliyyətlərini davam etdirirlər.
1933-cü ildə Balet məktəbi açılır. Onun ilk məzunları gələ-
cəkdə Opera və balet teatrının aparıcı solistləri K.Bataşov və
Q.Almaszadə olur.
1939-cu ildə Respublika xalq yaradıcılığı evinin yaradılması
o dövrün mühüm maarifçilik təşəbbüsü oldu. Bu, milli mühitdən
istedadlı gənclərin aşkara çıxarılması və onların professional
fəaliyyətə cəlb edilməsinə imkan yaratdı. Məlumdur ki, Üzeyir
Hacıbəyli bu istiqamətdə nə qədər əmək sərf etmiş, azərbaycan-
lıların Avropa musiqi təhsilinə cəlb olunması üçün mübarizə
aparmış, bu məqsədlə hansı konkret addımlar atmış, Asəf Zey-
nallı, Səid Rüstəmov, Cövdət Hacıyev və milli incəsənətin digər
gələcək korifeylərinə xeyir-dua vermişdir.
Məhz 30-cu illərdə Azərbaycan Dövlət konservatoriyasında
ölkə incəsənətinin inkişafına gələcəkdə dəyərli töhfələr verəcək
görkəmli musiqiçilər professional musiqi təhsili almışlar. Bu, or-
Dostları ilə paylaş: |