368
Yalnız 1995-ci ildə bu səhnə əsərinin yeni variantı bəstəkar
M.Mirzəyev və quruluşçu rejissor F.Bədəlbəyli tərəfindən qoyuldu.
Baletin yeni variantında süjetin əsası dəyişdi, müəlliflər mü-
naqişənin ictimai tərəfinə diqqəti artırdılar. Gülyanaq xalqın
içindən çıxmış qız, onun sevib-seçdiyi gənc oğlan Polad və ona
qarşı qoyulan, gənc Gülyanağın məhəbbətini qazanmağı çalışan
Cahangir xan.
Librettodaki vurğuların dəyişdirilməsi ilə əlaqədar olaraq bə-
zi səhnələr baletdən çıxarıldı. Məsələn, Müqəddimə və iştirakçı-
lardan Gülyanağın anası Aypəri tamamilə çıxarıldı. Cahangir xa-
nın xarakteristikasına (onun leytmotivinə) dramaturji inkişafda
daha təsirli səciyyə verdilər.
Yenidən harmonizasiya edilmiş və orkestrləşdirilmiş balet te-
atrının səhnəsində həyata yeni vəsiqə alaraq daha təravətli səsləndi.
* * *
Üç pərdə, müqəddimə və epiloqdan ibarət olan balet tamami-
lə klassik balet sənətinin qanunlarına uyğundur.
Müqəddimədə Cahangir xan, onun arvadı mövzusunun bir
sıra əsas musiqili obrazları və Gülyanağın leytmotiv əhəmiyyəti
kəsb edən ilk musiqili xarakteristikasının ilk cizgiləri verilir.
Birinci pərdə əsas qəhrəman obrazlarının nümayişidir. Eyni
zamanda burada gənc sevgililərin zəhmli Cahangir xanla əsas
münaqişəsi başlayır.
İkinci pərdədə klassik balet ənənələrinə əsasən qadın qəhrə-
manın arzuları səhnəsi təqdim olunmuşdur. Əsərin süjeti ilə əla-
dur. Ancaq bu da xana təsir etmir. Sarsılmış Aypəri qonaqlardan kömək istə-
yir, ancaq xan onu danışmağa qoymur və öldürür. Qonaqlar sürətlə dağılışır-
lar. Xan tək qalır. O, çıxışa doğru atılır, qalaya tərəf gedir, ancaq kandarda
Poladla üzləşir. Rəqiblərin döyüşü xanın ölümü ilə nəticələnir. Polad qalaya
tərəf atılır ki, sevgilisini xilas etsin. Epiloq. Gülyanaq ümidsizlik içində qala-
nın yuxarı meydançasında vurnuxur, qaçmaq üçün yol axtarır. Kiminsə tələ-
sik ayaq səsləri gəlir. Nifrət etdiyi Cahangir xanın gəldiyini güman edən Gül-
yanaq qətiyyətlə qalanın kənarına qaçır və özünü dənizə atır. Meydançada
peyda olan Polad sevgilisinin yalnız daş çıxıntıya ilişmiş küləyin titrətdiyi
şərfini tapır.
369
qədar müəllif xəyallar səhnəsinə dramatik epizod əlavə edərək,
xeyirin şərlə toqquşmasını göstərə bilmişdir – qəhrəmanlar səh-
nədə xanla üzləşirlər.
Üçüncü pərdə münaqişənin sonrakı inkişafı və faciənin ən
yüksək nöqtəsidir – qalada Poladın xanla mübarizəsi, şiddətli
toqquşma və xanın ölümü.
Epiloq – dramın faciəvi sonluğu – qızın intiharı – zülmkarlı-
ğa qarşı üsyan.
Baletin kompozisiya planının əsasında hər pərdəni tamamla-
yan baş qəhrəmanların xanla qarşıdurması, toqquşması prinsipi
durur. Kütləvi səhnələr hər bir pərdənin sonuna (baş qəhrəman-
ların çarpışması) qarşı qoyulur.
Təzadlı qarşıdurma prinsipi balet qəhrəmanlarının obrazları
ilə əlaqədar olan kütləvi səhnələrin də əsasını təşkil edir.
Belə ki, birinci pərdədə xalqın həyatı, şən toy mərasiminə
qarşı bu səhnəni tamamlayan zəhmli xanın gəlməsi və onun Po-
ladla toqquşması qoyulur. Gülyanağın qəribə yuxusu xanla tə-
zadlı səhnə ilə yarımçıq qalır, üçüncü pərdədə isə faciəyə qonaq-
ların axışıb gəlməsi qarşı qoyulur.
Təzad prinsipi yalnız hər pərdənin daxilində deyil, həm də
balet obrazlarının, onların musiqili xarakteristikalarının qarşı-
qarşıya qoyulmasında istifadə olunmuşdur.
Qəhrəman obrazlarının açılmasında hər dəfə qəhrəmanların
səhnədə görünməsini müşayiət edən leytmotivlər böyük rol oy-
nayır. Qəhrəmanların şəxsiyyəti və onların hissləri həm solo,
həm də ansambl nömrələrində açılır.
Gülyanaq obrazı daha çoxcəhətli və realistcəsinə inandırıcı
təsvir edilmişdir (şıltaq, Poladla səhnəsində zərif qız obrazından
sonda faciəvi obraza qədər).
I pərdədə Poladla toyu ərəfəsində Gülyanaq şıltaq, vurğun
bir qız kimi təsvir edilmişdir.
370
Sonralar, Cahangir xanın hökmü altında əzilmiş Poladın hə-
yatını xilas etmək istəyən Gülyanaq ümidsiz və məyusdur.
Gülyanağın Bayatı-Kürddə (Andante) leytmotivi gələcək faci-
əvi hadisələr barədə xəbər verir. O, pərdənin dönüş anlarında –
onun Cahangir xanla toqquşması zamanı səslənir.
Aşağı yönəlmiş, axıcı kədərli musiqi qəhrəmanın həsrət his-
sini və iztirablarını əks etdirir, ritmik, harmonik və yeni tembr
çalarlarında dəyişərək Gülyanağın faciəvi taleyini vurğulayır.
Məhvə məhkum olmuş qız obrazı epiloqda ruh düşkünlüyü,
ümidsizlik çizgiləri ilə dolğunlaşır.
Gülyanağın faciəvi taleyini açan təsirli rəqslərdən biri də
onun qalanın üst meydançasındakı son rəqsidir.
Qala mövzusu baletdə aşağı tembrli alətlərdə bir neçə dəfə
səslənir.
371
Gülyanaqla Poladın məhəbbəti təsvir olunan epizodlarda,
eləcə də Gülyanağa və onun rəfiqələrinə həsr olunmuş epizod-
larda müəllif işıqlı, şən mövzulara müraciət edir. I pərdənin poe-
tik adajiosunda Gülyanaqla Poladın hisslər dünyası açılır. Bale-
tin ən yaxşı musiqili səhifələrindən biri məhəbbət leytmotivi ro-
lunu oynayaraq, sonda məhəbbət apofeozu kimi səslənir.