359
jorluq və bəstəkarlıq məktəbi oldu. Ə.Bədəlbəyliyə orkestr ilə iş
də kömək etdi. Onda böyük orkestr əsərlərinin yaradılmasına
maraq oyatdı.
Azərbaycanda Sovet hakimiyyətinin 10 illik yubileyinə
Ə.Bədəlbəyli böyük tərkibli orkestr üçün ilk orkestr əsərlərini:
“Bütün hakimiyyət Sovetlərə”, təntənəli “28 aprel” marşı, 1931-
ci ildə isə müəllifin rəhbərliyi altında ifa olunan “Miniatürlər”i
yaratdı.
1930-cu ildə Ə.Bədəlbəyli opera və balet teatrında işləməyə
başlayır və “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”,
“Aşiq Qərib” kimi milli operalara dirijorluq edir.
Ə.Bədəlbəyli başa düşürdü ki, aldığı musiqi təhsili kifayət
deyil və o, Moskva Dövlət Konservatoriyasında oxumaq üçün
Moskvaya gedir. Burada o, professor K.Saracovun sinfində diri-
jorluqla məşğul olur. Opera tamaşalarına, simfonik orkestr kon-
sertlərinə getmək, operalarda dirijorları müşahidə etmək, dirijor-
luq bacarığını artırmaq üçün yaxşı məktəb olur. Ancaq təəssüf
ki, Moskvada təhsilini yarımçıq qoymağa məcbur olur (Ə.Bədəl-
bəyli M.Qliyerin “Şahsənəm” operasının tamaşasında iştirak et-
mək üçün Bakıya çağırılır)
1
. Ancaq bu, ona musiqi təhsilini da-
vam etdirməyə mane olmur. 1934-cü ildə o, Leninqrada gedir və
bir müddət Kirov adına Opera və balet teatrının baş dirijoru
V.Dranişnikovun assistenti işləyir.
Bir qədər sonra Ə.Bədəlbəyli Rimski-Korsakov adına Lenin-
qrad konservatoriyası nəzdində musiqi məktəbinin bəstəkarlıq
şöbəsində B.İ.Zeydmanın kompozisiya sinfində təhsilinə başla-
yır və 1938-ci ildə onu bitirir. Bakıya qayıdan Ə.Bədəlbəyli te-
atrdakı işini davam etdirir, opera və balet teatrında balet tamaşa-
larında dirijorluq edir.
Bu illərin iş təcrübəsi Ə.Bədəlbəylini çoxdan arzusunda ol-
duğu balet üzərində işə hazırladı. Bundan bir qədər əvvəl mək-
təb məzunları üçün yazılmış və Q.Almaszadə tərəfindən tamaşa-
1
“Azərbaycan bəstəkarları” kitabının müəlliflərinin yazdığına görə, bu
operanın Azərbaycan mətninin ekviritmik tərcüməsi Ə.Bədəlbəyliyə məxsus-
dur və bu iş üçün o, Az. MİK-nın “Fəxri fərmanı” ilə təltif olunmuşdur.
360
ya qoyulmuş “Tərlan” xoreoqrafik nağılı bəstəkar üçün yaxşı
təcrübə oldu.
Bəstəkar üçün simfonik orkestrin müşayiəti ilə “Koroğlu”
operasından rəqslərin ifası da təcrübə idi. Klassik balet nümunə-
ləri olmasalar da, onlar xoreoqrafiyanı (xalq tipində olsa belə)
səhnəyə çıxarmağın mümkün olduğunu göstərdi.
1941-ci ildə başlamış müharibə bütün xalqın həyatında dəyi-
şikliklər etdi. Bir çox incəsənət xadimləri kimi Ə.Bədəlbəyli də
musiqi kollektivləri, mədəni-maarif təşkilatlarında rəhbər-təşki-
latçı kimi fəal iş aparır, arxa cəbhədə çətin iş yerinə yetirirdi.
Keçmiş İttifaqın bütün xadimləri, Azərbaycan musiqiçiləri
müharibənin ilk günlərindən cəbhəyə kömək etməyə çalışaraq
müharibə hadisələrinə fəal surətdə öz münasibətlərini bildirdilər.
Bəstəkarlar öz yaradıcı fəaliyyətlərini müharibə vaxtının vəzifə-
lərinə tabe etdirdilər. Artıq 1941-ci ilin noyabr-dekabr aylarında
iki birhissəli opera: M.Vaynşteyn və M.Kriştulun “Siqnal”, Əf-
rasiyab Bədəlbəyli və B.Zeydmanın “Xalqın qəzəbi” operaları
yazıldı. Bu operalar müharibə dövrünün hadisələrinə canlı əks-
səda idi. Hələ mükəmməl olmayan bu operalar ölkənin mübari-
zəsinə musiqi xadimlərinin canlı reaksiyası idi.
1943-cü ildən etibarən Əfrasiyab Bədəlbəyli filarmoniyanın
direktoru və bədii rəhbəri vəzifəsini tutmuş və kollektivlərlə işə
çoxlu güc və diqqət yetirmişdir. Filarmoniyada cəmləşən “Mah-
nı və rəqs ansamblı”, “Xalq çalğı alətləri orkestri” və digərləri
şəhər və rayonlarda çıxış edir, bəzən cəbhədəki hissələrdə çıxış
etməyə yola düşürdülər. Bu illərdə filarmoniyanın fəaliyyəti nə-
inki dayandırılmadı, o daha da səmərəli oldu. Filarmoniyada
müntəzəm olaraq qastrollara gələn solistlərin, kollektivlərin kon-
sertləri keçirilirdi.
Bu illərdə Bakıda gürcü mahnı və rəqs ansamblının, Lvovun
xor kapellasının, Böyük teatrın simli kvartetinin qastrolları oldu.
Səhnədə A.Qoldenveyzer, L.Oborin, E.Qilels, D.Oystrax, S.Rix-
terin konsertləri gedirdi. S.Prokofyevin müəllif konsertləri də bir
hadisəyə çevrilmişdi.
1945-ci ildə qurtaran Böyük Vətən müharibəsi keçmiş İttifa-
qın bütün xalqlarını dinc həyata, yaradıcı əməyə qaytardı.
361
Dinc həyat şəraiti, mənəvi mədəniyyətinin inkişafı incəsənət
işçilərinə müharibə hadisələrindən uzaq mövzulara diqqət yetir-
məyə imkan verdi. Müharibədən sonrakı illərdə milli incəsənətin
bütün janrlarında mövzuların yeniləşməsi açıq-aşkar idi. Rəs-
samlıq, dramaturgiya yeniləşir, yeni romanlar, povestlər, şeirlər,
pyeslər meydana gəlirdi. Vətənimizin tarixinə, poeziya və incə-
sənətinə marağın artması müşahidə olunurdu. Azərbaycanda mü-
haribədən sonrakı illərin musiqi sənəti janr çeşidliyi ilə əlamət-
dar idi. Incəsənətin məzmununun ideya-bədii cəhətdən geniş-
lənməsi, yeni obraz, yeni mövzuların təcəssümü müəllifləri təbii
olaraq janrları yeniləşdirməyə, yeni, əvvəllər milli səhnədə möv-
cud olmayan opera əsərlərinin yaradılmasına gətirib çıxardı.
Bəstəkarların marağı məzmun və xarakterinə görə iki ziddiy-
yətli mövzu üzərində cəmləşmişdi – yaxın müasir dövr, adi dinc
əmək adamlarının həyatı və ölkənin tarixi keçmişi, qəhrəmanların,
görkəmli poeziya və incəsənət xadimlərinin obrazları. Bu cür bir
çox mövzular teatr, kino səhnəsində meydana gəlirdi. Bir çox tari-
xi, qəhrəmani – vətənpərvərlik mövzuları yeni tərzdə həyata keçiri-
lirdi. Nizami, Vaqif və digər böyük ədəbiyyat xadimlərinin obraz-
ları yazıçılar, şairlər və musiqiçilərdə xüsusi maraq doğururdu.
Bir çox musiqi sənəti xadimləri kimi Əfrasiyab Bədəlbəyli
də müharibədən sonra dinc həyata qayıtdı, müharibə illərində
yarımçıq qalmış yaradıcılıqla məşğul olmağa başladı.
Əfrasiyab Bədəlbəylini tanınmış yazıçı Məmməd Səid Ordu-
badinin “Qılınc və qələm” romanı dərindən maraqlandırırdı. Bu-
rada mütəfəkkir, filosof Nizami obrazı Gəncədəki tarixi hadisə-
lər fonunda açılır. Müxtəlif siyasi və ictimai qüvvələrin toqquş-
ması, güclü hökmdarların maraqları yazıçı tərəfindən yavaş-ya-
vaş inkişaf edən hekayət şəklində verilib.
Nizami poeziyasını dərindən sevən Əfrasiyab Bədəlbəyli ar-
tıq uzun illərdi ki, “Leyli və Məcnun”, “Xosrov və Şirin” və di-
gər böyük poemaların yaradıcısının həyat və yaradıcılığı ilə bağ-
lı olan məsələlər üzərində düşünürdü.
Onu xüsusilə “Leyli və Məcnun” poeması – sevgililərin faci-
əsi və buna feodal əsrinin reaksiyası – şairin həyatında baş verən
hadisələr maraqlandırırdı. Baxmayaraq ki, müharibədən sonra
Dostları ilə paylaş: |