365
1922-ci ildə Bakıda xüsusi balet studiyası açıldı, buna qədər
isə Peterburqlu balet artisti İ.S.Novikovun təşkil etdiyi şəxsi
məktəb var idi. 1923-cü ildən Dövlət türk məktəbi açıldı. Burada
musiqili dram teatrları üçün mütəxəssislər hazırlayır, həmçinin
xoreoqrafiyanı da öyrədirdilər.
Azərbaycan Dövlət filarmoniyası nəzdində xalq rəqs ansamb-
lının təşkili ilə milli rəqs folkloru yeni həyat qazandı, xalq rəqs-
ləri isə yeni konsert təfsiri kəsb etdi.
Xoreoqrafiyanın inkişafı, milli baletlərin yaradılması və nüma-
yişi üçün “Koroğlu” operasından səhnələrin böyük əhəmiyyəti var
idi. Burada geniş rəqs epizodları səhnə əhvalatlarına əlavə edilirdi
1
.
Beləliklə, klassik rus xoreoqrafiyasının nailiyyətlərinə yiyə-
lənərək, peşəkar rəqqaslar yetişdirərək, Azərbaycan xoreoqrafi-
yası teatr üçün işləmiş rəqs folklorundan istifadə etməklə çox-
pərdəli süjetli tamaşanın yaradılması mərhələsinə gəlib çıxdı.
1940-cı ildə bəstəkar Əfrasiyab Bədəlbəyli quruluşçu xore-
oqrafla birgə tam xoreoqrafik təqdimatda milli balet yaratmağa
nail oldu. Baletin premyerası 1940-cı il aprelin 19-da opera və
balet teatrının səhnəsində olmuşdur.
Ilk balet tərtibatçılarının qarşısında duran vəzifə çətin idi. Bu
janra alışmamış dinləyici – tamaşaçını tamaşanın yeni tipinə
cəlb etmək lazım idi. Xoreoqrafiyada xalq melodiyalarından ge-
niş istifadə olunması ilk baleti tamaşaçıya yaxınlaşdırmağa kö-
mək etdi.
Əfrasiyab Bədəlbəyli öz baleti üçün süjet kimi Azərbaycanda
Xəzər dənizinin sahilindəki qəribə Qala barədə məşhur əfsanə-
nin variantlarından birini seçdi. İnşası XII əsrə aid edilən bu qala
barədə xalq arasında çoxlu əfsanələr gəzir.
1
Məlum olduğu kimi, xalq rəqsinin teatr-səhnə təcəssümünün ilk nümu-
nələri Ü.Hacıbəyli və M.Maqomayevin ilk operalarında rast gəlinir. Burada
onların rolu məişət səhnələrinin nümayişi ilə məhdudlaşırdı. Ancaq artıq
Ü.Hacıbəyovun “O olmasın, bu olsun”, həmçinin “Arşın mal alan” musiqili
komediyalarında rəqs kupletlərin əsasını təşkil edir, onların mahiyyətini nəzə-
rə çarpdırır, musiqili komediyaların dramaturgiyasına əlavə olunaraq, qəhrə-
manların müstəqil obrazlı xarakteristikalarına çevrilirdi.
366
Uzun illər bu orta əsr qalası tarixçilərin, şair və yazıçıların
diqqət mərkəzində olmuşdur. Onun meydana gəlməsi, orta əsr
memarları tərəfindən inşa olunması barədə çoxlu ehtimallar var.
Onlardan biri onun inşasının şəhərin işğalçılardan müdafiəsi ilə
bağlı idi, digər rəvayətə görə nəhəng qəribə qala yadelli işğalçı-
ları şirnikləndirən şərq gözəlləri üçün sığınacaq idi. Ən inandırı-
cı, geniş yayılmış əfsanə sevgilisindən ayrı düşmüş və özünü qa-
ladan dənizə atmış qız haqqındadır. Bu rəvayət xalq arasında ge-
niş yayılmışdı.
Qəddar xanın xoşuna gəlmiş qız onu nişanlısından ayırmağa
hazır olan xanın qəzəbindən sevgilisini xilas etmək üçün xana
ərə getməyə razılıq verir. Xan dənizin ortasında qala tikməli
olur. Beləliklə, Qız qalası tikilir. Zorla ərə verilən ümidsiz qız
toy günü özünü dənizə atır.
Əfsanənin bu variantını süjetin əsası kimi götürən Əfrasiyab
Bədəlbəyli çox maraqlı şairanə bir libretto tərtib etdi. Burada bü-
tün epizodlar, səhnələr, hadisələrin gedişi tamaşanın əsas süjet
xətti ilə məntiqi cəhətdən bağlı idi. Müstəqillik, sevmək hüququ,
kiçik sadə adamların şər qüvvələrlə mübarizəsi baletin əsas ide-
yası idi. Baletin mərkəzində gənc sevgililərin obrazı, onların
dramı və faciəvi sonluq durur. Gülyanaqla sevgilisi Poladın tale-
yi müstəqilliyə can atan, istibdada, qəddarlığa qarşı duran bir
çox gənclərin taleyidir. Bu, sevməyə və sevilməyə cəhddir. Sadə
qız olan Gülyanaq və onun sevgilisi Polad zalım xana qarşı du-
rurlar. Gülyanağın ölümü, onun zülmkarın iradəsinə tabe olmaq
istəməməsi və qətiyyətlə dənizə atılması, ölümə tabe olması, an-
caq xanın iradəsinə boyun əyməməsi cəmiyyətin aşağı təbəqələ-
rində böyüməkdə olan yenilməz qələbə iradəsi, müqavimət gü-
cünün artmasının başlanğıcıdır. Sevmədiyi xana boyun əymək-
dənsə, ölümə üstünlük vermək – Gülyanağın qərarı belədir.
Qəhrəmanın obrazında bədii ədəbiyyatda, yazıçı, şair, musiqiçi-
lərin səhnə obrazlarında meydana gələn yeni tip qadın obrazının
təmayülləri təşəkkül tapır. Gülyanaq sonralar Azərbaycan səhnə-
sində meydana gəlmiş obrazlar qalereyasına daxil olur. Bu, Nər-
giz, Nigar, Şahsənəm, daha sonra Sevil və başqalarıdır.
367
Səhnə formasının müfəssəl işlənməsi, əhvalatın inkişaf vəh-
dəti, sadəlik bu lirik-dramatik tamaşanın fərqləndirici xüsusiy-
yətləridir.
Süjeti, melodizmi, xalq sənətinə istinad etməsi ilə diqqəti cəlb
edən bu baletin ikinci redaksiyası 1959-cu ildə Moskvadakı On-
günlük üçün Qəmər Almaszadə, rejissor İ.Hidayətzadə, V.Vron-
ski və rəssam F.Qusak tərəfindən hazırlanmış və əsrin sonuna qə-
dər səhnədə qalmışdır
1
.
1
Birinci pərdə. On yeddi il keçir. Dəniz kənarında yerləşən kənddə Gül-
yanaq adlı gözəl bir qız böyüyüb boya-başa çatır. O, burada analığı Aypəri ilə
yaşayır. Toya hazırlıq gedir. Bir dəstə şən qız Gülyanaq başda olmaqla rəqs
edirlər. Rəqsə qapılan Gülyanağın bilərziyi qolundan düşür. Qızlar onunla
maraqlanırlar, ancaq Gülyanaq bilərziyin mənşəyini izah edə bilmir. Gülya-
nağın nişanlısı Polad peyda olur. Sevgilisini görən qız hər şeyi unudub onun-
la rəqs edir. Yavaş-yavaş qonaqlar toplaşır, şadyanalıq başlayır. Qəfildən Ca-
hangir xan öz dəstəsi ilə gəlir. Donub qalmış kəndlilərə acıqlı baxışla göz
gəzdirən xan gözəl qızları onun hərəmi üçün seçməyi əmr edir. Gülyanaq
onun xüsusilə xoşuna gəlir. O, onun arvadı olmalıdır. Polad xanla mübarizə
etməyə hazırdır. Kəndlilər onu qoymurlar və xana yalvarırlar ki, sevgililəri
ayırmasın, axı onların artıq kəbinləri kəsilib. Ancaq xan amansızdır – Gülya-
naq onun olmalıdır. Polad ölüm təhlükəsi qarşısındadır. Gülyanaq Poladı xi-
las etmək üçün xanın arvadı olmağa razılıq verir, ancaq şərti bu olur ki, xan
onun üçün dənizdə Poladın hədiyyəsi olan xalçada toxunmuş qala kimi hün-
dür bir qala ucaltsın. Gülyanağı saraya aparırlar. Xan kəndlilərə qalanı tikmə-
yi əmr edir. İkinci pərdə. Keşikçilər tərəfindən tutulmuş Polad zindandadır.
Sevgilisi ilə faciəvi ayrılıq onun gözləri önündədir. Tədricən onu yuxu aparır.
O, yuxuda sehirli İrəm bağını və onun gözəl sakinləri arasında rəfiqələrinin
əhatəsində Gülyanağı görür. Onlar qədim alətlərdə çalaraq rəqs edirlər. Po-
ladla Gülyanaq da rəqsə qoşulurlar. Qəfildən Gülyanaqla Poladın xoşbəxtliyi-
ni məhv edən şər Şəddad peyda olur. Şəddadın simasında Polada Cahangir
xanın cizgiləri görünür. Polad əcinnə ilə mübarizəyə başlayır və ona qalib gə-
lir. Ancaq təəssüf ki, xəyallar qəmli gerçəkliklə əvəz olunur. Polad zindanda
oyanır. Birdən o, yuxarıdan asılmış kəndiri görür – Poladın dostları onun qa-
çışını təşkil edirlər. Üçüncü pərdə. Xan sarayında bayramdır. Qala ucaldıl-
mışdır. Xan toya hazırlaşır. Şeypur səsləri gəlinin gəlişini bildirir. Onun kə-
dərli siması təntənəli abu-havaya uyğun gəlmir. Yalnız xanın acıqlı baxışları
altında o, rəqs etməyə başlayır, ancaq rəqsi bitirməmiş taqətsiz halda saray
adamlarının qolları üstünə yıxılır. Aypəri zala girir. Gülyanaq ona doğru ge-
dir və yalvarır ki, onu xilas etsin. Özünü itirən xan Aypərini bayıra çıxarma-
ğı, Gülyanağı isə qalaya aparmağı əmr edir. Aypəri ona dəhşətli bir sirr açır –
onun ehtirası cinayətdir – Gülyanaq onun doğma qızıdır, bilərzik buna sübut-
Dostları ilə paylaş: |