377
Qeyd etmək lazımdır ki, divertisment süitaları ilə təqdim
olunan kütləvi səhnələr baletin dramaturgiyasına müəyyən sabit-
lik gətirir, ancaq buna baxmayaraq, müəllif orkestr vasitələri ilə
lazımi obrazlar yarada bilir. I pərdədəki qadın rəqsi aydın or-
kestr səslənməsi “Şalaxo” kişi rəqsinə qarşı qoyulmuşdur. II pər-
dənin süitasında gözəllərin oyunlarının şəffaf orkestrləşdirmə
onların yüngüllüyünü nəzərə çarpdırır. III pərdə milli-səciyyəvi
rəqslərin əlvan qalereyasıdır. Onların orkestrləşdirilməsi bu rəqslərin
milli mənsubiyyətini xüsusi qeyd edir.
Baletdə ənənəvi, məşhur klassik baletlərin təcrübəsi ilə bağlı
çox şey var. Xalq əfsanəsinə müraciətin özü ənənədən xəbər ve-
rir (Çaykovskinin baletlərini, Adanın “Jizel” baletini xatırlayaq).
Şirin xəyallar səhnəsi, qonaqların – müxtəlif millətlərdən
olan nümayəndələrin pərdəyə daxil edilməsi ənənəvidir. Valsın
baletə daxil olunması da ənənəyə riayət edilməsindən xəbər ve-
rir. Valsda müxtəlif şəkil və məqamlarda təqdim olunan mövzu
parçaları xəbərdarlıq kimi səslənir.
Adagio və daha təsirli rəqs olan “Pas d`action” da ənənəvi-
dir. Qeyd etmək lazımdır ki, belə bir rəqsin baletə daxil edilməsi
Ə.Bədəlbəylinin klassik balet ənənələrinə sadiq qalmasının gös-
təricisidir. Partiturada hətta “Adajio” nömrəsinin olması da ənə-
nəvi idi. Bu barədə artıq danışılmışdır. Adajioda mövzunun inki-
şafı belə ənənəvi idi. Adajio baletdə mərkəzi epizoddur. Burada
adətən qəhrəmanların məhəbbəti açılır. Bu nömrə hisslərin inki-
şafını, qəhrəmanların öz məhəbbətinə inamını nümayiş etdirir.
Demək olar ki, Adajio özünəməxsus məhəbbət poeması, məhəb-
378
bət himnidir. Adajioda mövzunun inkişafı adətən tədrici inkişaf
prinsipinə əsasən olur və parlaq, qalibiyyətlə səslənən finala yö-
nəldir. Bu sxematik inkişaf formasına “Qız qalası” baletinin mü-
əllifi Ə.Bədəlbəyli də “Adagio”da riayət etmişdir.
Adagioda incə, ifadəli mövzu ingilis sümsüyündə simli alət-
lər fonunda səslənir. İntensiv inkişaf edərək, onu tembrcə zən-
ginləşdirən (diapazonunu genişləndirən) polifonik səslərlə zən-
ginləşərək – qalibiyyətli işıqlı səslənməyə gətirib çıxarır.
Keçən əsrlərin balet ənənəsinə görə Ə.Bədəlbəyli baletə qo-
naqların rəqsini daxil etmişdir. Gürcü, fars, özbək qonaqların
rəqsləri belələrindəndir. Qonaqlarla səhnə baletdə işıqlı, bayram-
sayağı şən koloriti ilə seçilən süitalardan biridir.
Yürüş marşı
qonaqların toplanmasını müşayiət edən ənənə-
vi saray nömrəsidir.
Təmtəraqla səslənən melodiya (rast üstündə) vəziyyətin tən-
tənəli olduğunu nəzərə çarpdırır.
Süita saray əhlinin rəqsi ilə başlayır (Allegro moderato). Sa-
ray xanımları rəqs edir. Onların hərəkətləri rəvan, səlisdir.
Bəstəkar onları rast üstündə həqiqi xalq mövzusu – rənglərlə
xarakterizə edir, rəqs edənlərin yüngül, zərif hərəkətlərini səlis
melodiya ilə verir. Ritmik quruluş qaval və ucadan səslənən üç-
379
bucağın tembri ilə seçilir. Rəqslər bir-birini əvəz edərək, xanı və
onun qonaqlarını əyləndirir.
Gürcü qonaqların rəqsi xoreoqrafiyanın xalq tiplərini təqdim
edərək, milli rəqs formalarının müxtəlif növlərini əhatə edir.
Lirik qadın rəqslərinin ruhunda səslənən asta giriş bölməsi
(Andante h-moll) möhtəşəm, əzəmətli, eyni zamanda incə, zərifdir,
Moderato bölməsində daha cəld rəqsə keçir, burada kişilər çıxış
edir və tədricən sürətin artması bütün iştirakçıların qızğın, ehtiraslı
presto com brio rəqsinə gətirib çıxarır. Rəqqasların iti hərəkəti taxta
və simli alətlər qruplarının yuxarı registri və milli musiqi koloritini
yaradan kvarta-kvinta səslənmələri, bas faqotların, kontrabasların,
trombonların ostinant müsayiəti ilə ruhlandırılır.
Fars qonaqların rəqsi (b-moll) iki hissədən – yavaş və cəld
hissələrdən ibarətdir.
380
Birinci bölmə (Andante) zərif şərq gözəllərinin rəqsləri ru-
hunda “Çahargah” məqamındadır. “Çahargah” muğamının artı-
rılmış 2-li intonasiyası rəqs edənlərin ehtiraslı xasiyyətnaməsini
orqan punktunun fonunda gedən valehedici melodiya ilə xüsusi
qeyd edir. Ingilis sümsüyünün tembri, müşayiətin ostinantlığı
geniş yayılmış İran melodiyalarını xatırladır. Oxşarlıq rəqsin
ikinci bölməsi, daha cevik Moderato-da – əsl fars rənginə “Ça-
hargah” muğamına əsaslanan hissəsində daha da artır.
Xalq aləti tarın orkestrə əlavə edilməsi və onun simlilərin pit-
sicatosu və kiçik təbilin dəqiq ritmik quruluş ilə birgə səslənməsi
əsl fars xalq melodiyaları ilə bənzərliyini bir daha nəzərə çarpdırır.
Rəqsin səslənməsini əsl xalq melodiyalarına yaxınlaşdırmaq cəh-
dini “qonaqların özbək rəqsində” (Allego g-moll) görmək olar. Bi-
rinci kişi epizodu cəld rəqs, ikinci qadın rəqsi bir qədər asta, səlisdir.
Özbək rəqsində əhəmiyyətli rol zərb alətləri qrupuna verilir. Nağara-
lar, hərbi təbil və sinclərdə (I h.) ostinant ritmik şəkilli parça səslənir.
Musiqi canlandıqca o, böyük ritmik kəskinlik kəsb edir.
“Qız qalası”nda xalq-rəqs musiqisinin elementləri (ilk redak-
siyalarda) baletdə klassik xoreoqrafik formalardan üstün idi, bax-
mayaraq ki bu, sırf balet səhnələrinin əhəmiyyətini azaltmırdı.
R.Fərhadova “Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti”
kitabında yazdığı kimi, “milli rəqslə klassik xoreoqrafiyanın təs-
bit olunmuş ənənələrinin nisbəti müəllifin üzərində səylə işlədiyi
ən vacib və prinsipial problemdir. Xalq rəqslərinin ruhunu qoru-
yub saxlayarkən fotoqrafik dəqiqliklə başqa şəhərlərin opera te-
Dostları ilə paylaş: |