385
Asafyev, Çaykovskinin baletlərində, Q.Qarayevin “İldırımlı
yollarla”, A.Məlikovun “Məhəbbət əfsanəsi” (Şirin) baletlərin-
dəki obrazları ifadəlidir.
Leyla Vəkilova “Qız qalası” baletində
386
III fəsil
“Nizami” operası
1948-ci ildə opera teatrı Ə.Bədəlbəylinin “Nizami” operasını
tamaşaya qoydu. Operanın ilk tamaşası dekabrın 12-də böyük
şair-mütəffəkir Nizami Gəncəvinin 800 illiyinin qeyd olunduğu
günlərdə oldu.
Məlum olduğu kimi, 1945-ci ildə bitmiş Böyük Vətən mühari-
bəsi Azərbaycan xalqina dinc yaradıcı əməyə qayıtmaq imkanı ver-
di. Təbiidir ki, müharibədən sonrakı dinc həyatın yeni şəraitində ədə-
bi-bədii əsərlərin və incəsənətin bütün növlərinin məzmun və möv-
zuları gözəçarpacaq dərəcədə yeniləşdi. Bir çox janrlarda əsərlərin
müəlliflərini tarixlə, tarixi keçmişin əlamətdar hadisələri, ədəbiyyat
abidələri və xalqın bütün mədəni irsi ilə bağlı mövzular cəlb edir.
Yeni mövzular, yeni obrazlar incəsənətin bu və ya digər sa-
həsində yaradıcılıq diapozonunu genişləndirən yeni janr, forma,
ifadə vasitələri axtarışlarına gətirib çıxarır.
Opera yaradıcılığı sahəsində ideya-mövzu, obraz-janr diapo-
zonu genişlənməsinin əlamətlərindən biri də opera və balet teat-
rının səhnəsində “Nizami” operasının milli səhnə üçün yeni
janrda tamaşaya qoyulması oldu.
Operanın müəllifi ilk dəfə olaraq qarşısına tarixi şəxsiyyət –
şair, filosof obrazını milli operada hələ təqdim olunmamış janr-
da yaratmaq, beləliklə də, operanı onun yeni növü ilə zənginləş-
dirmək vəzifəsini qoydu. Qarşısına böyük şairi musiqidə tərən-
nüm etmək vəzifəsini qoyan Ə.Bədəlbəyli ilk dəfə olaraq xalqın
yaddaşında yaşamış və bəşəriyyətdə yaxşı nə varsa onu təcəs-
süm etdirən insanın canlı obrazını səhnəyə çıxardı.
Bəstəkar operada tanınmış yazıçı M.S.Ordubadinin “Qılınc
və qələm” romanının məzmununa əsaslanır. “Dumanlı Təbriz”,
“Gizli Bakı”, “Döyüşən şəhər” kimi bir sıra romanların müəllifi
olan yazıçı “Qılınc və qələm” romanı üçün süjeti aramla inkişaf
edən epik nəql formasını seçir. Hadisələrin iştirakçılarının taleyi
387
ictimai və siyasi münaqişələr fonunda baş verir. Burada müba-
rizə, iztirab xəyanətlə, məhəbbət nifrətlə, qətl və saray fitnə-fa-
sadı ilə bir-birinə qarışır. Hadisə XII əsrdə Gəncədə baş verir.
Məzmunun əsasını xalqın həyatından götürülmüş ictimai-sosial
hadisələr və şair Nizaminin şəxsi həyatı təşkil edir. Romanın
qəhrəmanı böyük şair Nizami onun şəxsi həyatına və yaradıcılı-
ğına mənfi təsir göstərmiş bir çox hadisələrin şahidi olmuşdur.
Ə.Bədəlbəylinin operası 5 pərdə və 6 şəkildən ibarətdir”
1
.
1
Gəncədə mülayim bahar günü. Nizami şairlərin əhatəsində öz yeni şeirlərini
oxuyur. Elə buradaca bağda saray şairi Kəmaləddinin müşayiəti ilə Gəncə hakimi
gəzir. Şeypur səsləri Qızıl Arslanın elçisinin gəldiyini bildirir. O, hökmdara və Ni-
zamiyə məktublar təqdim edir. Qızıl Arslan Nizamini sarayına dəvət edir və ona ye-
ni poema yazmağı tapşırır. Hökmdar isə qəzəblidir – Qızıl Arslan onu fitnəkarlıqda
günahlandırır və intiqam alacağı ilə hədələyir. Uzaqdan qızların mahnısı eşidilir –
bu, müsəlman xəlifəliyinin canişini Əmin Xarisinin qızı gözəl Əzradır. Hökmdar
Əzraya vurulmuşdur, ancaq qız qaşqabaqlıdır və ehtiraslı sevgi etiraflarına cavab
vermir, onun ürəyi başqasına məxsusdur. Əzranın dəstəsində gənc qız Rəna var.
Rəna Nizamiyə olan sevgisi barədə oxuyur. Yaxınlaşmaqda olan Nizaminin cavab
mahnısı eşidilir. O, Rənaya qarşılıqlı etirafı ilə cavab verir. Əzra bu səhnəni görür
və qəzəbli halda qızı təhqir edir. Əzraya yarınmaq üçün hökmdar Rənanı Bağdada
xəlifənin sarayına göndəriləcək kənizlər siyahısına salmağı əmr edir. İkinci pərdə.
Gəncə hökmdarı qiymətli hədiyyələrlə Əmir Xarisin sarayına Əzraya elçi gəlir. Sa-
ray şairləri hörmətli qonağı vəsf edirlər, qonaqlığa dəvətlilər arasında Nizami də
var. Sarayın sahibi ona hökmdarı vəsf etməyi təklif edir, ancaq bunun əvəzində şair
öz sənətini mədh edən “Fəxriyyə”ni oxuyur. Əzranın gəlişi ümumi canlanma ya-
radır. Hökmdar onu istəmək üçün gəldiyini bildirir, ancaq Əzra yenə də onu rədd
edir və etiraf edir ki, Nizamini sevir. Nizamidən intiqam almaq üçün hökmdar Rə-
nanı damğalamağı əmr edir. Nizami qıza havadar çıxaraq, eyni zamanda Əzranın
məhəbbətini rədd edir. Üçüncü pərdə. Qızıl Arslan Nizamini hörmətlə qarşılayır.
Nizami öz yeni poeması “Xosrov və Şirin”i ona təqdim edir. O, inanır ki, Qızıl Ars-
lan ölkənin firavanlığının qayğısına qalan ədalətli hökmdardır. Bayırdan eşidilən
fəryad səsləri söhbəti kəsir. Nizami səs-küyün səbəbi ilə maraqlanır. Bu zaman ke-
şikçilər gənc bir oğlanı gətirirlər. Qızıl Arslanın əmri ilə onun indicə dilini kəsmiş-
lər. Baş vermiş hadisədən sarsılmış Nizami sarayı tərk edir və vətəninə qayıdır.
Dördüncü pərdə. Birinci şəkil. Tək qalan Əzra sevmədiyi hökmdarla baş tutma-
yan evliliyindən şikayət edir və Nizamidən intiqam almaq istəyir. Xalqın böyük
sevgisini qazanmış Nizamidən intiqam almaq çətindir. Ancaq çıxış yolu tapılır: on-
lar razılaşırlar ki, Rənanı öldürüb, onu sevən şairə zərbə endirsinlər. İkinci şəkil.
Hökmdar bahalı hədiyyələr, tərif, hətta təhdidlə Nizamini xalqın maraqlarına zidd
getməyə məcbur etməyə çalışır. O, qarışıqlıqdan şikayət edərək, sarayı tərk etmək
istəyir və qəfildən Rənanın fəryadını eşidir. Beşinci pərdə. Gəncə Qızıl Arslanın