411
nik orkestri ilə yaradıcılıq ünsiyyəti şəraitində keçirdi. Niyazinin
konsertlərində rus və Qərbi Avropa klassiklərinin, habelə müasir
bəstəkarların məşhur əsərləri səsləndirildi. O, D.Oystrax, V.Sof-
ronitski, N.Şpiller, M.Bem, Z.Doluxanova ilə birlikdə çıxış etdi.
Həmin ilin oktyabr ayında Moskva konservatoriyasının bö-
yük salonunda Ümumittifaq radiosunun böyük simfonik orkestri
Niyazinin idarəsilə Cənubi Qafqaz respublikaları bəstəkarlarının
əsərlərini ifa etdi. A.Xaçaturyanın skripka ilə orkestr üçün kon-
serti (solist L.Koqan), Z.Paliaşvilinin “Daisi” və “Abesalom və
Eteri” operalarından ariyalar (solistlər N.Mikeladze, Ş.Kiknad-
ze), Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasından ariyalar
(solist Bülbül), Q.Qarayevin “Yeddi gözəl” baletindən süita,
A.Sultanovanın səs ilə orkestr üçün “Azərbaycan” balladası (so-
list Bülbül) bu konsertin repertuarına daxil edilmişdi.
1952-ci ilin sonlarında Niyazi Q.Qarayevin “Alban rapsodi-
yası”nı ilk dəfə olaraq uğurla ifa etdi. Q.Qarayevin “Alban” rap-
sodiyası”nın ilk ifası əlamətdar hadisə idi, çünki bəstəkar bu
əsərini Üzeyir bəy Hacıbəyovun adına Azərbaycan Dövlət sim-
fonik orkestrinin kollektivinə həsr etmişdi. Bu haqda Q.Qaraye-
vin partiturasının titul vərəqində xüsusi qeydi var. Bu qeyd ilə
bəstəkar həm simfonik orkestrin, onun rəhbərinin fəaliyyətinə
şəxsi münasibətini, həm də Azərbaycanda bəstəkar yaradıcılığı
ilə ifaçılıq sənətinin qarşılıqlı təsiri prosesinin fəallığını göstərir-
di. Bu nöqteyi nəzərdən Niyazi yaradıcılığının önəmli xüsusiy-
yətlərindən biri də onun yetkin sənətkarlarla yanaşı gənc ifaçı və
bəstəkarlarının fəaliyyətinə də diqqət yetirməsi idi. Məsələn,
1953-cü ildə Niyazi gənc Azərbaycan bəstəkarlarının bir sıra ye-
ni partituralarını ifaya hazırladı. R.Hacıyevin skripka ilə orkestr
üçün konserti buna misal ola bilər. Həmin ilin birinci yarısında
Niyazi görkəmli sovet musiqiçiləri S.Rixter, E.Gilels, Y.Zak,
Q.Neyqauz və Q.Barinova ilə çox çıxışlar edir. Niyazinin kon-
sertlərinin proqramlarına nisbətən az ifa olunan P.Çaykovskinin
İkinci simfoniyası və “1812-ci il” təntənəli uvertürası da daxil idi.
1954-cü ilin may ayında Azərbaycan Dövlət Filarmoniyasın-
da Niyazi Çex klassik musiqisinin banilərindən biri olmuş, An-
tonin Dvorjakın xatirəsinə həsr edilmiş təntənəli yığıncaqda bəs-
412
təkarın Doqquzuncu simfoniyasına (“Yeni dünyadan”) yüksək
səviyyədə dirijorluq etmiş və sonra Çexoslovakiya Bəstəkarlar
İttifaqının xahişi ilə görkəmli çex bəstəkarı haqqında məqalə
yazmışdı. Niyazinin “Böyük sənətkar ölməz” adlı məqaləsi Pra-
qada nəşr edilən yubiley məcmuəsinə daxil edilmişdi.
1954-cü ilin avqust-sentyabr aylarında Niyazi Rumıniya Sosia-
list Respublikasında məzmunlu bir proqramla çıxış etdi. Rumıniya-
nın bir çox musiqi xadimləri, Azərbaycan dirijorunun məharətini,
onun görkəmli rumın bəstəkarı J.Eneskunun “Rumın rapsodiya-
sı”nın ifasını xüsusilə qeyd etmişlər. Həmin fakt illər sonra J.Enes-
kunun Buxarestdəki ev-muzeyində öz əksini tapmışdır: bəstəkarın
əsərlərinin musiqi aləmində ən yaxşı üç dirijor ifaçılarının portret-
ləri asılıb, bunlar dünya şöhrətli amerikalı L.Stokovski, italiyalı
A.Toskanini ilə yanaşı azərbaycanlı dirijor Niyazinin portretidir!
Niyazi Buxarestdən qayıtdıqdan sonra Azərbaycan Bəstəkar-
lar İttifaqı idarə heyətinin növbəti, VII plenumunun konsertlə-
rində respublikanın bir sıra yeni musiqi əsərlərini (o cümlədən,
S.Ələsgərovun İkinci simfoniyasını, E.Nəzirovanın fortepiano
konsertini, B.Zeydmanın “Rapsodiya”sını, Ə.Hüseynzadənin “Sül-
hün səsi” kantatasını, Ə.Abbasovun “Vals-rapsodiya”sını, S.Hacı-
bəyovun “Ukraynaya salam” mahnısını və C.Cahangirovun “Dost-
luq mahnısı” süitasını) hazırlamış və uğurla ifa etmişdi.
1954-cü ilin sonlarında Niyazi bədii rəhbər kimi xormeyster
A.Yurlovla birgə Azərbaycanda ilk “Mahnı bayramı”na hazırlıq
sahəsində böyük iş aparmış və həmin tədbirlərin yekun konser-
tində V.Muradelinin, A.Novikovun mahnılarını və Q.Qarayevin
“Dəniz neftçiləri haqqında mahnı”sını ifa edən çoxsaylı xora di-
rijorluq etmişdi.
Həmin dövrdə Niyazinin ifaçılıq tərzi yetkinliyi ilə, təfsirləri
emosional təsirliliyi, intonasiya ifadəliliyi ilə fərqlənirdi. İste-
dadlı dirijor əsərlərin yozumunda müəllif və bir ifaçı kimi öz fi-
kirlərinin vəhdətinə nail olurdu. Bunu Niyazinin 1955-ci ildə
Sverdlovskda, Bakıda keçirilmiş konsertləri və həmin ilin sonla-
rında Bakıda keçirilmiş sovet musiqisi festivalında çıxışları da
sübut etmişdir. Bu konsertlərdə o, C.Eneskunun “Rumın rapso-
diyası”nı, P.Çaykovskinin Dördüncü simfoniyasını, A.Dvorjakın
413
Doqquzuncu simfoniyasını (“Yeni dünyadan”), B.Smetananın
“Satılmış gəlin” operasının uvertürasını, A.Xaçaturyanın “Qaya-
ne” baletindən süitanı, A.Dvorjakın violonçel ilə orkestr üçün
konsertini, Q.Koppelin fortepiano konsertini (solistlər E.Benqs-
ston və Q.Koppel, Danimarka), S.Prokofyevin Yeddinci simfo-
niyasını, C.Hacıyevin Dördüncü simfoniyasını, M.Musorqski-
nin, N.Borodinin, R.Vaqnerin, H.Berliozun, J.Bizenin, M.Rave-
lin, N.Myaskovskinin, D.Kabalevskinin və bir çox başqa xarici
və Azərbaycan bəstəkarlarının əsərlərini məhz belə üzvi bağlılıq
halında dinləyicilərə uğurla çatdırmışdır. Qeyd edək ki, Niyazi
dəfələrlə ifa edilmiş əsərləri də müəyyən dərəcədə yeni yozumla
ifa etməyə çalışırdı.
Keçən əsrin 50-ci illərində Niyazi bir sıra yeni əsərlər bəstə-
ləmişdi, bunlardan “Konsert valsı”, “Tərəkəmə” simfonik pyesi,
uşaq xoru və simfonik orkestr üçün süita, “Arzu” mahnısının
adını çəkmək olar. Həmin əsərləri, habelə simfonik orkestr üçün
ustalıqla işlədiyi “Çal oyna”, “Xumar oldum”, “Qaragilə” kimi
Azərbaycan xalq mahnılarını konsertlərində tez-tez səsləndirirdi.
1955-ci ildə Niyazi Azərbaycan SSR Xalq artisti kimi
yüksək ada layiq görüldü.
1956-cı ildə Niyazi Azərbaycan bəstəkarlarının birinci qurul-
tayının konsert proqramına daxil olan həm tanınmış, həm də yeni
yazılmış simfonik əsərlərin hazırlanmasına xeyli əmək sərf etdi.
Dirijor Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının uvertürası-
nı, Q.Qarayevin “Leyli və Məcnun” simfonik poemasını, F.Əmi-
rovun “Kürd-ovşarı” simfonik muğamını, C.Hacıyevin Dördüncü
simfoniyasını, C.Cahangirovun “Dostluq mahnısı” süitasını,
R.Hacıyevin “Gənclər simfoniyası”nı, özünün “Rast” simfonik
muğamını, S.Hacıbəyovun simfonik orkestr üçün “Uvertüra”sını,
N.Əliverdibəyovun “Balet süitası”nı, H.Rzayevin “Babək” simfo-
niyasını, A.Rzayevin skripka ilə orkestr üçün Birinci konsertini,
E.Nəzirovanın fortepiano konsertini özünəməxsus coşğunluqla və
yeni yozum “rəngləri” ilə ifa etdi.
Qurultayda iştirak etmiş bəstəkar D.Şostakoviç və musiqişü-
nas V.Vinoqradov Niyazini “Sovet simfonik musiqisinin həssas
təfsirçisi və yorulmaz təbliğatçısı” adlandırmış və qeyd etmişlər
Dostları ilə paylaş: |