414
ki, “bu, simfoniya kimi mürəkkəb janrda milli müəlliflərin fəal
işləməsinə imkan verir”
1
.
1956-cı ildə Niyazi Üzeyir Hacıbəyov adına Azərbaycan
Dövlət simfonik orkestri ilə birlikdə Dağıstan MSSR Bəstəkarlar
İttifaqı idarə heyətinin ikinci plenumunun konsert proqramları-
nın hazırlanması üçün böyük iş aparmışdır. Həmin proqramlara
Q.Həsənovun, N.Dagirovun, S.Ağababovun, M.Kajlayevin və
digər Dağıstan bəstəkarlarının əsərləri daxil idi.
1956-cı ilin sonlarında Niyazi yenidən Çexoslovakiyaya səfər
etdi. Ölkənin paytaxtı Praqada və digər şəhərlərdə P.Çaykovski-
nin Beşinci və Altıncı simfoniyalarını, N.Rimski-Korsakovun
“Şəhrizad” simfonik süitasını, M.Ravelin “Bolero” əsərini, P.Dü-
kanın “Sehrbazın şagirdi” simfonik poemasını, N.Myaskovskinin
İyirmi yeddinci simfoniyasını, C.Hacıyevin “Sülh uğrunda” sim-
fonik poemasını ifa etdi. Qeyd edək ki, sonrakı illərdə də Niyazi
Çexoslovakiyada qastrol səfərlərində olmuş və uğurlu konsertlər
vermişdi. Məsələn, 1970-ci ildə dirijorun Bratislavada və Karlovı
Varıda verdiyi konsertlər böyük dinləyici auditoriyasının marağı-
na səbəb oldu. 1956-cı ildə isə Azərbaycanlı dirijor Çexoslovaki-
yada sırf simfonik orkestr üçün yazılmış əsərlərlə bərabər beynəl-
xalq müsabiqələrin laureatları skripkaçı N.Şkolnikova və pianoçu
D.Başkirov ilə V.A.Motsartın skripka ilə orkestr üçün konsertini
və N.Skryabinin fortepiano ilə orkestr üçün konsertlərini böyük
uğurla səsləndirdi.
Niyazi pianoçu D.Başkirov ilə 1957-ci ilin əvvəllərində Azər-
baycan Dövlət Filarmoniyasında da V.A.Motsartın və N.Skrya-
binin fortepiano konsertlərini ifa etmişdi. Həmin konsertdə bey-
nəlxalq müsabiqələrin digər laureatı pianoçu V.Merjanov P.Çay-
kovskinin fortepiano ilə orkestr üçün Birinci konsertini ifa etdi.
Qeyd etmək vacibdir ki, Niyazi həmişə Azərbaycan musiqi-
sini müxtəlif vasitələrlə təbliğ etməyə və yaymağa çalışırdı. O,
Azərbaycanın dövlət orkestri ilə yanaşı dünyanın bir çox simfo-
nik orkestrləri və xarici ölkələrin solist musiqiçiləri ilə Azərbay-
can bəstəkarlarının əsərlərini ifa edir, musiqi mədəniyyətimiz
1
Kərimov S. Niyazi. B., 1982, s. 42.
415
haqqında məlumat verirdi. Məsələn, həmin ilin mart ayında
Moskva Konservatoriyasının böyük salonunda Moskva filarmo-
niyasının simfonik orkestri Niyazinin idarəsilə C.Hacıyevin
Dördüncü simfoniyasını ifa etdi. Bir müddət sonra isə Niyazi
SSRİ Bəstəkarlarının II qurultayında Azərbaycan musiqisinin
uğurları və inkişafı
haqqında ətraflı məruzə ilə çıxış etdi.
Niyazi Azərbaycan bəstəkarlarının yeni önəmli əsərlərinin
ilk ifaçısı idi. 1957-ci ildə “Azərbaycan musiqisinin ongünlüyü”
tədbirində Niyazi ilk dəfə olaraq Q.Qarayevin “İldırımlı yollar-
la” baletindən süitanı, E.Nəzirovanın və F.Əmirovun ərəb möv-
zusunda fortepiano konsertini (solist E.Nəzirova), R.Hacıyevin
“Oratoriya”sını, Ə.Abbasovun “Poemasını” və M.Əhmədovun
“Uşaq süitasını” yüksək ustalıqla ifa etdi. Niyazi Q.Qarayevin
“İldırımlı yollarla” baletindən süitanı P.Çaykovskinin əsərləri ilə
birlikdə 1958-ci ildə Moskvada təşkil edilən konsertlərdə də səs-
ləndirdi. Bununla yanaşı alman bəstəkarı R.Vaqnerin xatirəsinə
həsr olunmuş konsertdə onun əsərlərinin (“Tangeyzer” və “Ri-
yentsi” operalarının uvertüraları, “Loenqrin” operasının üçüncü
pərdəsinin müqəddiməsi və antraktı, “Valkiriya” operasından
“Valkirilərin uçuşu” simfonik lövhəsi) Niyazi tərəfindən təqdim
edilmiş təfsiri dirijorun kamil ifa yaradıcılığının örnəklərindən-
dir. Niyazinin yetkin ifaçılıq məharəti “Zaqafqaziya baharı” mu-
siqi festivalının Bakıda keçirilən birinci dövrəsinin konsertlərin-
də də parlaq şəkildə nümayiş olundu.
1958-ci ilin iyun-iyul aylarında Niyazinin rəhbərlik etdiyi
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri Türk-
mənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tacikistan res-
publikalarına konsert səfəri zamanı Qərbi Avropa klassikası, rus
və Azərbaycan musiqisindən ibarət iyirmi konsert verdi. Həmin
günlərdə şair M.Tursunzadə, bəstəkarlar Z.Şahidi və SSRİ Xalq
artisti M.Əşrəfi, dirijor Q.Duqaşov yaradıcılıq əlaqələrinin əhə-
miyyətindən bəhs etmişlər.
1958-ci ildə Azərbaycan Dövlət simfonik orkestrinin kollek-
tivi Moskvada Böyük teatrın orkestrinin musiqiçiləri ilə görüş-
dü. Həmin görüş konsertlə başa çatdı. Konsertdə Üzeyir bəy Ha-
cıbəylinin “Koroğlu” operasının uvertürası, S.Hacıbəyovun
416
“Karvan” simfonik lövhəsi, Niyazinin “Rast” simfonik muğamı,
Q.Qarayevin “İldırımlı yollarla” baletindən süita səsləndi.
1958-ci ilin sonlarında, Moskvada II Azərbaycan incəsənti
və ədəbiyyatı dekadasından bir qədər öncə Niyazi ikinci bir mə-
suliyyətli işə – M.F.Axundov adına Azərbaycan Dövlət Opera
və Balet teatrının baş dirijoru təyin edildi. Onun başlıca vəzifəsi
dekada üçün Ü.Hacıbəylinin “Koroğlu”, F.Əmirovun “Sevil” və
Q.Qarayevin “Yeddi gözəl” tamaşalarını hazırlamaqdan ibarət idi.
Niyazi
kamil sənətkar kimi Azərbaycan musiqisinin şah əsəri
Ü.Hacıbəylinin “Koroğlu” operasının təfsirindən başladı. Bu ye-
ni ifa dramaturji bütövlüyü, psixoloji inandırıcılığı, emosional
ifadəliliyi ilə fərqlənirdi. Niyazi bu əsərin ideya-emosional məz-
mununu bütün dərinliyi ilə açıb göstərdi. O, “Koroğlu” operası-
nın musiqisinin mürəkkəb quruluşunun qəhrəmanlıq, təsirli liri-
ka kimi gözəl xüsusiyyətlərini yüksək sənətkarlıqla təqdim etdi.
F.Əmirovun “Sevil” operasında Niyazi dərindən düşünülmüş ifa
tərzi əsasında, əsərin bütün inkişafının dəqiq xəttini cızmağa, tə-
zadlı hissələrin dinamikliyinə və təsirliyinə nail olmuşdu. Niya-
zinin təfsirində Q.Qarayevin “Yeddi gözəl” baletinin partiturası
böyük emosional qüvvəyə və canlı ritmik ahəngə malik idi. Ni-
yazi həmin əsəri çoxtəbəqəli teatr hadisəsi, simfonik hal kimi
açır, ayrı-ayrı epizodların və səhnələrin dramatizmini və lirizmi-
ni qabarıq şəkildə təqdim edir, təzad təşkil edən obrazları göstə-
rir, diqqəti ən mühüm emosional psixoloji kulminasiyalara yö-
nəldirdi
1
. Baletin musiqisi yeni parlaq rənglərlə təqdim edilmiş-
dir. Azərbaycan dirijoru Moskva dekadası zamanı yüksək ifaçı-
lıq məharətini bir daha nümayiş etdirdi. Həmin günlərdə Niyazi
musiqi sənətinin inkişafında görkəmli xidmətlərinə görə SSRİ
Xalq artisti kimi yüksək ada layiq görüldü və Azərbaycan SSR
Ali Sovetinin deputatı seçildi.
1959-cu ilin sonunda Niyazi orkestri ilə birlikdə Latviyada
on beş gün ərzində çıxış etdi. Latviyanın görkəmli bəstəkarları,
musiqişünasları Niyazinin məharətini, orkestrin yüksək bədii
keyfiyyətlərini qeyd etdilər.
1
Kərimov S. Niyazi. Bakı, 1982, s. 47.
Dostları ilə paylaş: |