408
etmiş, öz təfsirlərini dərinləşdirmiş və cilalamışdır. O, öz reper-
tuarını M.Balakirevin “Tamara” simfonik poeması, A.Borodinin
“Bahadır simfoniyası” və A.Skryabinin “Ekstaz poeması” kimi
mürəkkəb əsərlərlə zənginləşdirmişdir.
Niyazinin 1949-cu ilin sonlarında verdiyi konsertlər onun
ifaçılıq tərcümeyi-halının və Azərbaycanın musiqi həyatının par-
laq faktlarına çevrildi. Konsertlərdə L.Bethovenin Doqquzuncu
simfoniyası, N.Myaskovskinin İyirmi yeddinci simfoniyası və
D.Şostakoviçin “Meşələr haqqında nəğmə” oratoriyası ifa edildi.
Azərbaycan Dövlət Filarmoniyasında A.S.Puşkinin anadan ol-
masının 150 illiyi münasibətilə verilmiş konsertdə N.Rimski-
Korsakovun “Qızıl xoruz” operasının konsert versiyasının ifası
dirijorun yaradıcılıq uğurlarından biri idi.
Həmin dövrdə Niyazi M.Balakirevin nadir hallarda ifa olu-
nan musiqi əsərlərindən “İslamey” və “Tamara” simfonik poe-
malarını öncə Bakıda, sonra isə Moskvada Dövlət Filarmoniya-
sında səsləndirmişdi.
Sovet musiqiçisi, SSRİ Xalq artisti A.Qoldenveyzer Niyazi
ilə birlikdə E.Qriqin fortepiano ilə orkestr üçün konsertini ifa et-
mişdi. A.Qoldenveyzer həmin illərdə yazmışdı: “Mən Üzeyir
bəy Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrini də-
fələrlə dinləmişəm. Orkestr istər texniki, istərsə də bədii cəhət-
dən mənə həmişə ən yaxşı təsir bağışlamışdır. Bu kollektivlə və
xüsusən Sizinlə birlikdə ifam mənə dərin bədii zövq vermişdir
və bunu uzun müddət unutmayacam…”.
1950-ci ilin aprel ayında Niyazi Tbilisidə uğurla çıxış etdi.
O, rus və Qərbi Avropa klassikası ilə yanaşı Üzeyir bəy Hacı-
bəylinin əsərlərini – “Koroğlu” operasından Nigarın ariyasını,
N.Valatsinin ifasında eyniadlı, natamam operadan Firuzənin ari-
yasını, Q.Qarayevin “Yeddi gözəl” baletindən süitanı və özünün
“Rast” simfonik muğamını ifa etdi. Gürcüstanın musiqi tənqid-
çiləri, bəstəkarlar öz rəylərində onun “yetkin professional mə-
harətini”, “yüksək musiqi mədəniyyətini”, “müəllifin fikrini tut-
maq bacarığını” qeyd etmiş, Niyazinin “Rast” simfonik muğa-
mını Azərbaycan xalq musiqisinin nikbin ruhu ilə aşılanmış mo-
numental əsər” adlandırmışdılar.
409
1950-ci ilin sonlarında (noyabr-dekabr aylarında) Moskvada
Azərbaycan ədəbiyyatı və incəsənəti dekadası keçirildi. Niyazi
bu tədbirlərdə C.Cahangirovun “Arazın o tayında” vokal simfo-
nik poemasından, F.Əmirovun “Kürd-ovşarı” simfonik muğa-
mından, Q.Qarayevin “Yeddi gözəl” baletindən süitadan, özü-
nün “Rast” simfonik muğamından və digər əsərlərdən tərtib
olunmuş proqramla çıxış etdi, 25 illik musiqi-təbliğat fəaliyyəti-
nə yekun vurdu.
1951-ci ilin əvvəllərində o, səmərəli ifaçılıq fəaliyyətinə görə
SSRİ Dövlət mükafatına layiq görüldü.
“Praqa baharı” Altıncı Beynəlxalq Yaz Musiqi festivalında
iştirak etmək üçün 1951-ci ilin may ayında Niyazi Çexiyaya sə-
fər etdi. Festival, xalqların sülh uğrunda mübarizədə birləşməsi-
nə yardım edən musiqi şüarı altında keçirilirdi. “Praqa baharı –
1951” festivalının konsertləri böyük maraq doğururdu. P.Çay-
kovskinin Dördüncü simfoniyası və “Romeo və Cülyetta” uver-
türa-fantaziyası, S.Raxmaninovun “Paqanini mövzusunda rapso-
diya” əsəri (solist Y.Zak), N.Myaskovskinin İyirmi yeddinci
simfoniyası, R.Qliyerin səs ilə simfonik orkestr üçün konserti
(solist N.Yemelyanova), N.Peykonun “Moldav mövzularında
süita”sı, S.Ryazovun “Medeqmaşa” operasından süita Niyazinin
bu festival proqramlarına daxil idi. Festivalda Q.Qarayevin
“Yeddi gözəl” baletindən süita və Niyazinin “Rast” simfonik
muğamı da səsləndirildi.
Çexoslovakiya (hal-hazırda Çexiya və Slovakiya) mətbuatın-
da Niyazinin konsertlərinə dair bir sıra müsbət rəylər dərc edildi.
Çexiya Filarmoniyasının simfonik orkestri ilə birgə P.Çaykov-
skinin Dördüncü simfoniyasını, Q.Qarayevin “Yeddi gözəl” ba-
letindən süitanı və özünün “Rast” simfonik muğamını vala yaz-
dırmağa dəvət edildi və əla ifa yazıldı. “Praqa baharı – 1951”
beynəlxalq festivalında Niyazi böyük uğurla çıxış etdi və dünya-
nın bir çox görkəmli musiqiçiləri ilə yaradıcılıq əlaqələri qurdu.
Praqa festivalından qayıtdıqdan sonra Niyazi M.F.Axundov adı-
na Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində bəs-
təkar S.Hacıbəyovun müasir mövzuya həsr edilən “Gülşən” baleti-
nin tamaşaya hazırlanmasında iştirak etdi. Bu əsərin tamaşaya qo-
410
yulması böyük mədəni hadisəyə çevrildi və tamaşanın yaradıcıları –
bəstəkar, baletmeyster, dirijor və əsas rolların ifaçıları – SSRİ Döv-
lət mükafatı kimi yüksək mükafata layiq görüldülər.
Niyazinin ifaçılıq istedadının daha bir xüsusiyyəti – musiqili
xoreoqrafiya əsərinin spesifikasını dərindən duymaq baletin par-
titurasının musiqi təfsirində özünü göstərir. Təsadüfi deyildir ki,
tənqidçilər Niyazinin həm orkestrin ifadəli səslənməsinə, həm
də səhnədə əla ansambl yaranmasına imkan verən yüksək peşə-
karlığını qeyd etmişlər.
Niyazinin digər böyük işi B.Smetananın “Satılmış gəlin”
operası həmin dövrdə M.F.Axundov adına Azərbaycan Dövlət
Opera və Balet teatrında nümayiş etdirilmişdir.
Niyazinin təfsirində B.Smetananın partiturası musiqinin milli
özünəməxsusluğunun parlaq şəkildə açılması, dramatik kulmi-
nasiyaların dəqiq nəzərə çatdırılması ilə fərqlənir. Orkestr Niya-
zinin idarəsilə operanın çox çətin uvertürasını, onun koloritli
janr-xarakter epizodlarını əla ifa etmiş: xor ahəngdar və sərrast
səslənmişdi. Operanın əsas partiyalarının ifaçılarının uğurla se-
çilməsində Niyazinin böyük xidməti var idi.
Niyazinin Azərbaycan simfonik musiqisinin inkişafı prose-
sində fəal mövqeyi yenə də nəzərə çarpırdı. 1952-ci ilin əvvəllə-
rində Niyazi ilk dəfə olaraq C.Hacıyevin “Sülh uğrunda” simfo-
nik poemasını səsləndirdi və sonra onu Moskvada – “Vətənimi-
zin musiqisi” silsiləsində təqdim olunan konsertlərdə proqrama
daxil etdi.
Həmin ilin mart-aprel aylarında Niyazi Moskvada Ümumitti-
faq radiosunun təşkil etdiyi xarici musiqi konsertlərində özü
üçün yeni olan bir neçə əsəri (o cümlədən, C.Eneskunun “Rumı-
niya rapsodiayası”nı) uğurla ifa etdi.
O, Kiyevdə P.Çaykovskinin Dördüncü simfoniyasından və
“Romeo və Cülyetta” uvertüra-fantaziyasından, G.Raxmanino-
vun fortepiano ilə orkestr üçün konsertindən (solist Y.Boqorod-
ski), Q.Qarayevin “Leyil və Məcnun” simfonik poemasından və
“Yeddi gözəl” baletinin süitasından ibarət repertuarla iki kon-
sertdə çıxış etdi. Niyazi 1952-ci ilin bütün yay fəslini Kislo-
vodskda gözəl kollektivlə – Leninqrad filarmoniyasının simfo-
Dostları ilə paylaş: |