405
“Bitməmiş” simfoniyasının, F.Listin “Prelüdlər”inin, H.Berlio-
zun “Fantastik simfoniya”sının, R.Vaqnerin “Riyentsi”, “Loen-
qrin”, “Tangeyzer” opera uvertüralarının, M.Ravelin “Bolero”
uvertürasının, P.Dükanın “Sehirbazın şagirdi” simfonik poema-
sının, rus və Qərbi Avropa bəstəkarlarının instrumental konsert-
lərinin ifaçılıq baxımından dərk olunması prosesi bəstəkar-diri-
jor Niyazi üçün gərgin əmək şəraitində keçirdi.
Bu məqsədyönlü və ciddi iş öz gözəl nəticəsini verdi. 1946-
cı ilin iyul ayında Niyazi Leninqradda (Sankt-Peterburqda) diri-
jorların ümumittifaq baxışında uğur qazandı. Həmin baxış sovet
ifaçılıq mədəniyyətinin inkişafına yeni təkan verməli (dirijorla-
rın 1938-ci ildə keçirilmiş I ümumittifaq müsabiqəsinin ardınca)
idi. Bu baxış şərtlərinin mürəkkəbliyini və D.Şostakoviçin başçı-
lıq etdiyi münsiflər heyətinin tələbkarlığını belə bir fakt təsdiq
edir ki, müsabiqənin ikinci (yekun) dövrəsində çıxış etmək hü-
ququnu 40 dirijordan yalnız səkkiz nəfəri qazanmışdı. Niyazinin
ifaçılıq məharəti yüksək qiymətləndirildi. O, dirijorların II
ümumittifaq baxışının laureatı adını aldı.
Niyazi 1947-ci il sentyabr aynının 27-də Azərbaycan Dövlət
Filarmoniyasında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gən-
cəvinin 800 illiyi münasibətilə respublika bəstəkarlarının yarat-
dıqları yeni əsərlərə – Üzeyir bəy Hacıbəylinin “Kantatası”na,
Q.Qarayevin “Leyli və Məcnun” simfonik poemasına və F.Əmi-
rovun “Nizami” simli simfoniyasına yüksək səviyyədə dirijorluq
etdi.
Bu dövrdə Niyazinin rəhbərliyi altında onun “Xosrov və Şi-
rin” lirik-dramatik operası M.F.Axundov adına Azərbaycan
Dövlət Opera və Balet teatrının səhnəsində yeni il tamaşası oldu.
Qeyd edək ki, Niyazi Q.Qarayevin “Leyli və Məcnun” sim-
fonik poeması yarandığı vaxtdan bəri bəstəkarın bütün sonrakı
simfonik əsərlərinin ilk və ən yaxşı təfsirçisi olmuşdur. Niyazi
və Q.Qarayev yaradıcılıq yolunda əsl həmfikirlərə çevrilmişdi-
lər. Halbuki bədii yaradıcılıqla məşğul olan iki böyük sima gö-
rüşəndə artıq fərdi dünya görüşünə malik fərqli şəxsiyyət kimi
formalaşmışdılar. Onların “qarşılıqlı anlaşması və rəğbəti” başlı-
ca – estetik görüşlərində və təfəkkür bənzərliyində olmuşdu.
406
1947-ci ilin sonlarında Niyazi yeni əsərlərlə (C.Hacıyevin
Üçüncü simfoniyası, M.Əhmədovun “Simfonietta”sı, Ə.Abbaso-
vun fortepiano ilə orkestr üçün konserti, F.Əmirovun “Şur” və
“Kürd ovşarı” simfonik muğamları) çıxış etdi.
Niyazi həmin dövrdə SSRİ-nin digər şəhərlərində konsertlər-
lə çıxış etdi. Moskva, Sankt-Peterburq, Tbilisi, Yerevan, Daş-
kənd, Kislovodsk, Qaqra, Soçi şəhərlərində rus və Qərbi Avropa
klassiklərinin, rus sovet və Azərbaycan bəstəkarlarının əsərlərini
ifa edir, görkəmli sovet musiqiçiləri ilə birgə çıxış edir, cəsarətli
və orijinal təfsirçi kimi öz şöhrətini artırırdı.
1948-ci ilin aprel ayının 23-də Niyazi İttifaqlar evinin Sütun-
lu salonunda SSRİ Bəstəkarlarının qurultayının proqram kon-
sertlərində Moskvanın musiqi ictimaiyyətini və dinləyicilərini
Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Üzeyir bəy
Hacıbəylinin eyniadlı (tamamlanmamış) operasından Firuzənin
ariyası, özünün “Xosrov və Şirin” operasından Şirinin ariyası ilə
tanış etdi.
1948-ci ilin may ayında Niyazi Daşkəndə səfər etdi. Dirijo-
run konsertlərində sovet bəstəkarlarının simfonik əsərləri səslən-
di. Həmin konsertlərin birində bəstəkar R.M.Qliyer Niyaziyə
özünün “Fərqanə bayramı” adlı uvertürasının partiturasını təq-
407
dim etmiş və onun üzərində bu sözləri yazmışdı: “Əziz Niyazi-
yə. Bu əsərin əla ifası üçün səmimi minnətdarlıq hissilə”.
1949-cu ilin mart ayının 12-də Niyazi Moskva konservatori-
yasının böyük salonunda P.Çaykovskinin “Romeo və Cülyetta”
uvertüra-fantaziyasının və F.Əmirovun “Kürd-ovşarı” simfonik
muğamının ifasına dirijorluq etdi. Martın 15-də isə görkəmli
violonçel ifaçısı S.Knuşevitski və SSRİ Dövlət simfonik orkestri
ilə birgə D.Kabalevskinin violonçel ilə orkestr üçün konsertini
ilk dəfə səsləndirdi.
1949-cu ilin sentyabr və oktyabr aylarında Niyazi Azərbaycan
bəstəkarlarının yaradıcılığına baxış günlərində son dərəcə mü-
rəkkəb, gərgin və ağır bir iş apardı. O, M.Əhmədovun “26 Bakı
komissarının xatirəsi” simfoniyasını, S.Ələsgərovun “Vətən” sim-
foniyasını, C.Hacıyevin “Oratoriya”sını, F.Əmirovun “Şur” və
“Kürd-ovşarı” simfonik muğamlarını, Q.Qarayevin “Leyli və
Məcnun” simfonik poemasını, S.Hacıbəyovun “Gülşən” baletin-
dən süitanı, C.Cahangirovun “Arazın o tayında” vokal-simfonik
poemasını, A.Babayevin “Uvertüra”sını, Ə.Abbasovun “Konserti-
no”sunu, B.Zeydmanın violonçel ilə orkestr üçün konsertini usta-
lıqla, ilhamla ifa etdi. Baxışın konsertlərində ilk dəfə olaraq Niya-
zinin “Rast” simfonik muğamı da səsləndirildi. Bu əsərdə o, qə-
dim muğamın epik cəhətdən silsilə formasında, bütün hissələrini
səsləndirdi.
1949-cu ilin noyabr ayında Niyazi yenidən Moskvada çıxış
etdi. SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin Üçüncü plenumu-
nun konsertlərində o, öz çıxışının proqramına Q.Qarayevin
“Yeddi gözəl” baletindən süitanı, C.Cahangirovun “Arazın o ta-
yında” vokal-simfonik poemasını və özünün “Rast” simfonik
muğamını daxil etdi.
Niyazi Moskva Dövlət Filarmoniyasının abonement konsert-
lərində T.Xrennikovun İkinci simfoniyasını, A.Rubinşteynin
fortepiano ilə orkestr üçün konsertini (solist P.Serebryakov) və
F.Blümenfeldin səs ilə simfonik orkestr üçün “Bahar” süitasını
(solist A.Aleksandroviç) səsləndirdi.
1949-cu ilin sonlarında və 1950-ci ilin əvvəllərində Niyazi
gərgin iş aparmış, əvvəllər ifa etdiyi simfonik əsərlərə müraciət
Dostları ilə paylaş: |