396
diqqəti cəlb edir. Burada müəllif musiqidə melodiya, təksəslilik,
çoxsəslilik və s. kimi anlayışları işıqlandırır, öz izahatlarını Azər-
baycan, rus, Avropa bəstəkarlarının əsərlərindən, həmçinin folk-
lordan nümunələrlə əsaslandırır. Onun Azərbaycan mədəniyyətinin
mühüm problemləri barədə məqalələri maraqlıdır. Bu məqalələr
aşağıdakılardır: “Azərbaycan musiqisinin inkişafı haqqında”, “Mu-
siqi mədəniyyətimiz yeni vəzifələr qarşısında” və s.
“Azərb. SSR EA Xəbərləri”ndə çapdan çıxmış (1945, № 9)
“Leyli və Məcnun”un Azərbaycan operası tarixində yeri” məqaləsi
diqqəti cəlb edir. Burada o, Üzeyir Hacıbəylinin Azərbaycan ope-
rasının yaradılmasında xüsusi rolunu qeyd edir. “Elm və həyat” jur-
nalının redaksiya heyətinin üzvü kimi o, çoxlu rəylər, xatirələr, tən-
qidi məqalələr, oçerklər yazmışdır. Onun Çaykovski, Rimski-Kor-
sakov, Musorqski, Prokofyev kimi bəstəkarların opera tamaşalarına
jurnalın səhifələrində verdiyi qiymət əsas məsələ ilə yanaşı, oxucu-
ları bu müəlliflərin dahi əsərləri ilə tanış etmək məqsədi güdürdü.
Onun Motsart haqqında məqaləsində müşahidələri maraqlıdır. Üze-
yir Hacıbəyli tərəfindən Motsartın irsinə verilən yüksək qiyməti
qeyd edən müəllif eyni zamanda Motsart sonatasının (c-dur № 15)
xalq orkestri üçün musiqisinin ilk nümunələrinə, Üzeyir Hacıbəyli-
nin “Çargah” və “Şur” fantaziyalarına təsirinə də toxunmuşdur. Əs-
rin üçdə iki hissəsini (70 il) yaşamış Əfrasiyab Bədəlbəyli həyatı-
nın yarısından çoxunu musiqiyə sərf etmişdir. Onun bir bəstəkar,
dirijor, musiqişünas, mühazirəçi, publisist kimi çoxcəhətli fəaliyyə-
ti yaradıcı şəxsiyyətin böyük istedadından xəbər verir.
Onun televiziya ilə musiqi haqda söhbətləri, musiqinin müx-
təlif problemlərinə həsr edilmiş çıxışlari geniş tamaşaçılar tərə-
findən böyük marağa səbəb olmuşdur.
***
Azərbaycan musiqisində ilk balet (“Qız qalası”) janrının
banisi Əfrasiyab Bədəlbəylidən sonra, bu janrda artıq başqa
xalqın (hind yazıçısı Rabindranat Taqorun eyniadlı poemasının
motivləri əsasında) mövzusuna müraciət etmiş məşhur bəstəkar
və dirijor, “Çitra” baletinin müəllifi Niyazinin həyat və yaradıcı-
lığının xasiyyətnaməsinə keçid alırıq.
397
XI HİSSƏ
NİYAZİ
(1912-1984)
I fəsil
Həyat və yaradıcılığı
Azərbaycan musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli
rolu olmuş görkəmli sənətkarlardan biri də dirijor və bəstəkar
Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadədir (1912-1984).
Onun yaradıcı fərdiliyi özündə ali dirijorluq və bəstəkarlıq iste-
dadını üzvi şəkildə birləşdirməsindədir. Niyazinin həyatı və ya-
radıcılıq yolu fitri istedad və fədakar əməklə səciyyəvidir. Diri-
jorluq sənəti ifaçılığın ən yüksək zirvələrindən biri kimi qəbul
olunur. Niyazinin ifaçi kimi istifadə etdiyi, daha doğrusu idarə
etdiyi musiqi aləti nəhəng, çoxsəsli simfonik orkestrdir. Bir mu-
siqi ifaçısı kimi müxtəlif ölkələrdə təqdim etdiyi konsertlər, ope-
398
ra və balet tamaşaları, ifa etdiyi simfonik əsərlər Niyazinin hə-
yatının önəmli hissəsini təşkil edir. Məhz buna görə də onun di-
rijorluq fəaliyyətinin təqdimatı bir çox hallarda xronoloji şəkildə
sıralanan konsertlərin təsvirindən ibarət olur. Azərbaycan mu-
siqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazinin
milli simfonizmin təşəkkülü və inkişafında mühüm rolu olmuş-
dur. Niyazi kimi böyük şəxsiyyətin fəaliyyətini dürüst dəyərlən-
dirmək üçün onun ifa etdiyi əsərlərin, qastrol səfərlərinin sada-
lanması kifayət etmir. Niyazinin yaradıcılığı ayrıca geniş, çoxşa-
xəli tədqiqat movzusudur. Bu araşdırma prosesində bir çox amil-
lərin nəzərə alınması zəruridir. Həmin amillərin arasında aşa-
ğıdakılar diqqəti cəlb edir: 1. Dirijorun repertuarının təşkili və
əsərlərin seçilməsində əsas meyarların müəyyənləşdirilməsi. 2.
Azərbaycan bəstəkarlarının əsərlərinin ifası və təbliği. 3. Əsər-
lərin təfsiri, yozumu məsələsi. 4. Qastrol səfərləri. 5. Niyazinin
musiqili tamaşaların bədii rəhbəri kimi fəaliyyəti. 6. Bəstəkarlıq
yaradıcılığı. 7. Sənətkarın maarifçilik və içtimai fəaliyyəti. 8. İn-
cəsənət dünyasında sənətkarın yeri, onun musiqi sənəti haqqında
düşüncələri və s.
Təqdim etdiyimiz yazıda Niyazinın həyatının və yaradıcılığı-
nın bir neçə əsas cəhəti işıqlandırılır.
***
Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə 1912-ci il avqust
ayının 20-də Tiflis şəhərində anadan olmuşdur. O dövrdə, 1911-
1912-ci illərdə, Niyazinin atası Zülfüqar Hacıbəyov (1884-1950) –
teatr xadimi, “Aşıq Qərib” və bir neçə operettaların müəllifi, XX
əsr Azərbaycan musiqi mədəniyyətinin qurucusu dahi Üzeyir Hacı-
bəylinin qardaşı və həmkarı – Tiflisdə Azərbaycan opera truppası-
nın çıxışlarına başçılıq edirdi.
Zülfüqar Hacıbəyovun Bakı şəhərindəki evi uzun müddət ər-
zində Azərbaycanın görkəmli ziyalılarının görüş yeri olmuşdur.
Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Ə.Haqverdiyev,
C.Məmmədquluzadə, N.Vəzirov, H.Cavid, S.Axundov, A.Şaiq,
S.Qənizadə, H.Ərəblinski, C.Zeynalov, A.Şərifzadə, M.Əliyev,