388
Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə kütləvi səh-
nələrin çoxluğu, tamaşanın effektli-dekorativ olması (V pərdədə
fuqato şəklində yanğın səhnəsini, yaxud döyüş səhnəsini xatırla-
maq kifayətdir), sarayda təmtəraqlı səhnələr, Avropanın “Böyük
opera” (Grand opera) opera janrını bir qədər xatırladan xüsusiy-
yətləridir.
Operada hadisələr Gəncədə baş verir. O zaman o, müxtəlif
dövlətlər, qüvvələr, partiyaların cəmləşdiyi yer idi. Operanın iş-
tirakçıları – Nizami və mənəviyyatca ona yaxın adamlar – cə-
miyyətin müxtəlif təbəqələrindən olan, doğma şəhərin taleyi ilə
maraqlananlar özləri üçün xeyir güdənlərə və hakimiyyət həris-
lərinə qarşı durmağa can atırlar.
Ancaq operanın librettosunda (bəstəkarın özünə məxsusdur)
qarşıya qoyulmuş ilkin vəzifəni yerinə yetirmək mümkün olma-
dı. Romanın ictimai münaqişəsi librettoda məntiqi əksini tapma-
dı. Gəncədə baş verən hadisələr mahiyyət etibarilə saray fitnə-
fəsadının ifadəsinə gətirib çıxardı. Baş qəhrəman obrazı da lib-
rettoda hərtərəfli planda həll olunmamışdı, obraz bir qədər statik
idi və şairin fəlsəfi baxışları lazımı səviyyədə açılmamışdır.
Nizami dövrünün hadisələri mücərrəd mühakimələrdə işıq-
landırılırdı, operanın qəhrəmanı səhnədə baş verən hadisələrdə
iştirak etməyərək, onlar barədə yalnız mühakimə yürüdürdü.
Operada şairi nəcib, öz xalqını, öz doğma şəhərini sevən bir
insan kimi ariya, ariozolarda təqdim edən Nizami partiyası onun
öz doğma şəhərinə, öz xalqına məhəbbətinin ifadəsi idi. Onun
IV pərdədəki ariyası belədir
1
.
Şairin iftixarı, yüksək şairlik istedadına mədhiyyə “Fəxriy-
yə”də səslənir. Bu ariyada Nizami öz şeirlərini oxuyur.
qoşunları ilə əhatə olunmuşdur. Müharibənin əldən saldığı şəhər sakinləri şairin evi
qarşısında toplaşırlar. Əmir Xaris və hökmdar görünür. Hökmdar əmr edir ki, Niza-
mi onunla Qızıl Arslan arasında vasitəçi olsun, ancaq şair rədd edir. Qəzəblənən
hökmdar əmr edir ki, şəhəri yandırsınlar. Qızıl Arslanın qoşunları Gəncəyə girir.
Nizami baş vermişlərdən sarsılır. Sevimli şairi əhatə edən xalq onu sakitləşdirməyə
və ədalətin qələbə çalacağına inandırmağa çalışır.
1
Nizami partiyasını Bülbül çox gözəl ifa etmişdir, bu da dəfələrlə mətbu-
atda qeyd olunmuşdur.
389
Xalq mahnılarına əsaslanan bəstəkar ariyaya muğam xüsu-
siyyətləri gətirir. Məhz muğam intonasiyaları ilə (yuxarı registr-
də başlayaraq) şair həyəcanla öz heyranlığını ifadə edir (muğam-
larda olduğu kimi, melodiya tədricən pillələrlə sekvensiya şək-
lində mayeyə doğru enir).
390
Digər qadın qəhrəman Nizaminin sevgilisi incə, səmimi Rə-
na bəstəkar tərəfindən, klassik opera repertuarına yaxın lirik me-
lodiya ilə xarakterizə olunur. Onun əsas xarakteristikası – Balla-
da – kinli rəqibi tərəfindən zəhərlənən incə, vəfalı qız obrazını
açır. Bəstəkar Balladada Nizaminin özünün həqiqi şeir mətnləri-
nə əsaslanır, beləliklə Rənaya öz münasibətini, onun şair obrazı-
na yaxınlığını xüsusilə qeyd edir.
Balladanın lirik nağıl xarakteri xalq musiqisi üçün səciyyəvi
olan 6/8 metrli ölçüdə musiqini xalq mahnısı ilə yaxınlaşdırır,
ona səmimiyyət, qəlb təmizliyi bəxş edir.
Operada yeni tip qadın obrazı Əmir Xarisin qızı Əzranın par-
tiyasında əks olunmuşdur. İlk dəfə olaraq “Nizami” operasında
qadın səsi metso soprano registrində səsləndi. Bu, milli operada
yenilik idi
1
.
1
Azərbaycanda qədimdən yüksək kişi və yuxarı qadın səsi dəb idi. Məhz
buna görə də Əfrasiyab Bədəlbəyliyə qədər operalara aşağı kişi, eləcə də
qadın səsləri cəlb olunmurdu.
391
Amiranə, kinli Əzra operada incə, cəsarətsiz Rənaya qarşı
qoyulur.
Əzranın əsas ariozası qəddar təbiətli, ehtiraslı, Nizamiyə də-
licəsinə aşiq olmuş qadını təsvir edir. Əzranın düşüncələri onu
məftun edən hiss ətrafında cəmləşmişdir. O, cavabsız məhəbbə-
tindən əziyyət çəkir, taleyindən şikayətlənir.
İlk taktların ritm-intonasiyasının gərgin ostinant təkrarı, bü-
tün ariozo boyu təkrar olunan ritmik quruluş onun öz düşüncələ-
rinə daldığını nəzərə çarpdırır.
Ariozonun sürəti, aşağı registr, melodiyanın kiçik diapazonu,
metroritmik ostinato, bütün bunlar ariyada ifadə olunmuş hissi
392
dərinləşdirir. Əzranın cavabsız məhəbbəti səbəbindən iztirabları-
nın dərinliyini nəzərə çarpdırır.
Ə.Bədəlbəyli “Nizami” operasında xor sənətinin inkişafı
probleminə əsaslı surətdə yaxınlaşdı. “Koroğlu”dakı geniş xor
səhnələri Azərbaycan bəstəkarlarının operalarda polifonik for-
malara müraciətinə təkan verdi. Bu, Ə.Bədəlbəyliyə də müəyyən
dərəcədə təsir etdi. Belə ki, “Nizami” operasının son pərdəsində
yanğın səhnəsi xorun iştirakı ilə fuqato şəklində təqdim olun-
muşdur. Operada xorlardan son səhnələri bitirmək bəzən isə əh-
vali-ruhiyyəni, qəlb sarsıntılarını, qəhrəmanların iztirablarını
qüvvətləndirmək üçün istifadə olunur.
Rənanın Əzra tərəfindən zəhərlənməsi səhnəsindəki qadın
xoru, Nizamini dinləməyə toplaşmış şairlər səhnəsində kişi xoru
və s. belədir.
“Nizami” operası səhnədən nisbətən tez düşdü. Ancaq opera-
nın musiqisində məharətlə yazılmış, öz qeyri-adi melodizmi ilə
fərqlənən bəzi nömrələr var. Ona görə də təsadüfi deyil ki, bu
keyfiyyətlərə malik olan opera nömrələri konsertlərdə ifa olunur
və dinləyicilərin rəğbətini qazanır. O, Azərbaycan opera sənəti-
nin inkişafında daha bir pillə oldu.
“Nizami” operası ilə Azərbaycan opera yaradıcılığının tema-
tik-janr diapazonunun yeniləşməsi faktının özü, obrazlı-təzadlı
qüvvələrdən (və səslərdən) geniş istifadə olunması opera janrın-
da məzmun yeniliyi süjetlə yanaşı, təbii ki, opera sənəti qarşısın-
da duran məsələlərin həllinə gedən yolda müsbət bir təcrübə ki-
mi diqqəti cəlb etdi.
1
1
“Söyüdlər ağlamaz”. 50-ci illərdə Əfrasiyab Bədəlbəyli “Söyüdlər ağ-
lamaz” operasını yazmaq fikrinə düşür. Operadan çox əvvəl yazılmış libretto
SSRİ Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının təşkil etdiyi Ümumitti-
faq müsabiqədə ikinci mükafat almışdı. Müsabiqənin bütün tələblərinə cavab
verən libretto, 1975-ci ildə tamaşaya qoyulan və dövri mətbuatda iz buraxmış
operanın əsasını təşkil etdi. “Söyüdlər ağlamaz” müharibə mövzusuna həsr
olunmuş Q.Qarayev və C.Hacıyevin “Vətən” operasından sonra ikinci opera-
dır. Dinc vaxtı və müharibə dövründə müasirlərimizin həyatı ilə bağlı olan
operanın məzmunu bu musiqi tablosunu iki hissəyə
–
qəhrəmanların mühari-
bədən əvvəlki və müharibə dövründəki həyatına bölür.
Dostları ilə paylaş: |