381
atrlarının səhnələrindəki balet tamaşalarında olduğu kimi xalq
rəqslərini canlandırmaq mümkün deyildi”
1
.
Gülyanağın qüssəsi, ürəyinin ağrısı, kədərli asta rəqsdə (g-moll)
öz ifadəsini tapmışdır.
Rəqsin əsasına qoyulmuş “Bayatı şiraz rəngi”nin qəmli xa-
rakteri qızın həsrət və ümüdsizliyini əks etdirir. Azərbaycan mu-
siqisində tez-tez rast gələn vals ritmi təbii olaraq Gülyanağın
səhnə hərəkətlərilə qovuşur. O, öz qəmli fikirlərinin ağırlığı al-
tında dayanaraq, səhnədə yavaş-yavaş hərəkət edir. Ümidsizlik
ona öz təbii hərəkətini cəmləməyə imkan vermir, başına gələn
bədbəxtliyə tab gətirə bilmir. Xalq rənginin qəmli fikirlər doğu-
ran həzin melodiyası camaat arasında çox populyardır. Ə.Bədəl-
bəyli həm xalq melodiyasının xarakterini həssaslıqla duymuş,
həm də onu səhnədə baş verən gərgin vəziyyətə uyğunlaşdırmış-
dır. Rəqsin xarakteri orkestr müşayiəti ilə qabardılır – ingilis
1
Fərhadova R. Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti. B., 1962, s. 72-73.
382
sümsüsü, alt, arfa, simli alətlər qəmli həsrət atmosferi yaradaraq,
melodiyanı müşayiət edirlər.
Bütün keçmiş İttifaqda bu dövrdə milli respublikalarda (Öz-
bəkistan, Başgirdistan, Tatarstan) ilk baletlər yaradılırdı. Yalnız
A.Balançivadzenin SSRİ Xalq artisti V.Çabukiani tərəfindən
səhnələşdirilmiş “Dağların ürəyi” baletinin meydana gəlməsi ilə
klassik xoreoqrafiyanı xalq rəqsləri ilə üzvi surətdə uyğunlaşdır-
maq cəhdi baş tutdu.
V.Çabukiani sübut etdi ki, etnoqrafik gerçəklikdən xilas ol-
maq və xalq rəqslərini klassik xoreoqrafiya ənənələri ilə zəngin-
ləşdirərək və xalq rəqslərinin milli ruhunu qoruyub saxlayaraq
onları dəyişdirmək olar.
Həyat göstərirdi ki, Ə.Bədəlbəyli və “Qız qalası” baletinin
quruluşçusu təbii etnoqrafik mənbədən uzaqlaşaraq, xalq rəqslə-
rini dəyişdirərək, onları klassik ənənələr ilə zənginləşdirmək və
xoreoqrafik klassik rəqslərlə birləşdirməyi bacarıblar.
Beləliklə, Ə.Bədəlbəyli milli zəmində ilk baleti yaradaraq,
Azərbaycan musiqi sənətində yeni səhifə açdı.
Bakı səhnəsində “Qız qalası”nın tamaşaya qoyulması açıq-
aşkar göstərdi ki, Respublikada rəqs sənətində mürəkkəb məsə-
lələri həll etməyə qadir olan istedadlı milli kadrlar var. Ilk milli
balet yeni mövzunun balet teatrı tərəfindən mənimsənilməsində
bir cığır açdı, göstərdi ki, Azərbaycan truppası klassik irsə yiyə-
lənmək vasitəsilə mühüm məsələyə – özünəməxsus milli tama-
şanın yaradılmasına nail olmuşdur. Azərbaycan səhnəsində ilk
dəfə olaraq klassik rəqsin xalq rəqs elementli milli plastika ilə
sintezinə cəhd edildi.
Azərbaycan balet sənətinin ilk səhifəsi “Qız qalası” ilə açılır.
Sonralar yaradılmış S.Hacıbəyovun “Gülşən”, Q.Qarayevin “Yeddi
gözəl”, “İldırımlı yollarla”, F.Əmirovun “Min bir gecə” baletləri
balet sənətinin inkişafında mühüm rol oynadı.
383
Baletin tamaşaya qoyulması barədə
Baletin ilk tamaşası M.F.Axundov adına opera və balet teat-
rının səhnəsində respublikanın Xalq artisti İ.Hidayətzadə və ba-
letmeysterlər RSFSR əməkdar artisti S.İ.Qevorkov və S.İ.Vron-
ski tərəfindən qoyulmuşdur. Tamaşanın rəssamı Az. SSR əmək-
dar incəsənət xadimi F.Qusak idi. Baletin musiqisi quruluşçu
rejissora, xüsusilə də baletmeysterə böyük imkanlar açdı.
Baletin musiqisi tamaşanın əsas xarakterini müəyyən edərək,
quruluşçu və baletmeysterlərə tamaşanın mərkəzi süjet xətti ilə
məntiqi surətdə bağlı olan bir sıra dramatik toqquşmalar yarat-
mağa imkan verdi.
Bundan əlavə, “Musiqi bizə Azərbaycan xalq rəqsinin ele-
mentlərini müasir xoreoqrafiya sənətinin texniki nailiyyətləri ilə
uyğunlaşdırmağa imkan verdi”
1
. Quruluşçuların yazdığına görə,
onlar diqqətlə, ştamplardan, saxta xalq rəqslərindən çəkinərək,
bəstəkarın partiturada göstərdiyi çərçivələrdən kənara çıxmaya-
raq, xoreoqrafik vasitələrlə xalq əfsanəsinin bədii, realist nüma-
yişinə cəhd edirdilər
2
.
Tamaşanın ilk ifaçıları Q.Almaszadə – Gülyanaq, A.Urvant-
sev – Cahangir xan, L.Vəkilova – Gülyanaq, K.Bataşov və
M.Məmmədov – Polad rolunda idilər.
İlk Azərbaycan balerinası Qəmər Hacıağa qızı Almaszadəni
(10.03.1919) xüsusilə qeyd etmək lazımdır. O, 1924-cü ildə balet
studiyasına daxil olub, 1930-cu ildə oranı bitirmiş, teatra qəbul
olunmuşdur. Öz təhsilini mükəmməlləşdirmək arzusu onu 1932-
ci ildə Moskva balet məktəbinə gətirmiş, burada o, M.M.Le-
ontyeva, A.İ.Çekrıgindən klassik rəqs dərsi almışdır.
1934-cü ildə Bakıya qayıdaraq Qliyerin “Şahsənəm” opera-
sında fars rəqsini və vakxanaliyanı böyük uğurla ifa etmişdir.
Həmin ildə o, yenidən Leninqrada öz təhsilini davam etdirməyə
1
Şıxlinskaya L. “Azərbaycan baletinin xoreoqrafik əfsanə naxışları” (rus
dilində). Bakı, 1996, s. 67.
2
“Bakinski raboçi” qəzeti 17.04.1940. “Qız qalası” baletindəki rəqslər
barədə. RSFSR-in Əməkdar artisti K.Qevorkov və V.Vronskinin məqaləsi
(rus dilində).
384
getmiş, “böyük balerina P.S.Ulanovanın anası M.F.Romanova-
nın” sinfində oxumuşdur.
Balerinanın yaradıcılıq tərcümeyi-halında onun xalq rəqs an-
samblında işi əhəmiyyətli rol oynamışdır.
Xalq rəqsinin özünəməxsusluğunu və zəngim imkanlarını dərk
etmək üçün Almaszadə musiqiçilərlə birgə respublikanın rayonları-
na gedirdi. “Bu səfər onun ifa ustalığını zənginləşdirən və onun
yalnız balerina kimi deyil, həm də gələcək baletmeyster kimi yara-
dıcılıq fəaliyyətinə təsir edən yeni xalq rəqs məktəbi oldu”
1
.
Klassik rəqs məktəbinə yiyələnmiş Q.Almaszadə rəqs folklo-
runa daha incə, nəfis çalar gətirdi. “Koroğlu” operasının II pər-
dəsindən, B.Asafyevin “Baxçasaray fəvvarəsi” baletindən qadın
rəqsləri balerinanın ifasında unudulmazdır. Q.Almaszadə özünü
lirik-dramatik rəqqasə kimi göstərmişdir. Onun çoxcəhətli iste-
dadı ən mürəkkəb partiyalardan birində – Çaykovskinin “Qu gö-
lü” baletində – Odetta-İdiliyada özünü göstərmişdir. O, həmçi-
nin Ə.Abbasovun “Qaraca qız” (1965), F.Əmirovun “Şur”
(1968) və b. baletlərdə baş rolların ifaçısıdır. Onun baletlərdə ifa
etdiyi qəhrəman partiyaları həmişə özünün lirizmi səhnə tempe-
ramenti ilə fərqlənmişdir.
1936-cı ildən xoreoqrafiya məktəbinin bədii rəhbəri və peda-
qoqu olan Q.Almaszadə, L.Vəkilova, Q.Hacıyeva, Z.Abasova və
b. istedadlı balerinalar yetişdirmişdir.
1959-cu ildə Q.Almaszadə SSRİ Xalq artisti adına layiq gö-
rülmüşdür.
Gülyanaq rolunun digər ifaçısı SSRİ Xalq artisti Leyla Mə-
hət qızı Vəkilovadır
(29.01.1927). 1943-cü ildə Bakı Xoreoqra-
fiya məktəbini bitirən L.Vəkilova 1945-1946-cı illərdə öz ustalı-
ğını Moskvada təkmilləşdirir. 1943-cü ildən M.F.Axundov adına
opera və balet teatrının solistidir. 1953-cü ildən xoreoqrafiya
məktəbində müəllimdir. Milli baletdə yaratdığı obrazlar klassik
rəqs texnikası ilə Azərbaycan xalq rəqsinin xüsusiyyətlərini
özündə birləşdirmişdir.
1
Şıxlinskaya L. “Azərbaycan baletinin xoreoqrafik əfsanə naxışları”. Bakı,
1996, s. 46.
Dostları ilə paylaş: |