420
munəsi idi. Dirijor bu operanın musiqisinin dramatik təzadlarını, psi-
xoloji çalarları və təsirli lirizmini ən dolğun şəkildə dinləyicilərə çat-
dırdı. P.Çaykovskinin “Yatmış gözəl” baletinin partiturasını da Ni-
yazi böyük ilhamla açmışdı. O, baletin əsasına qoyulan folklordan
qaynaqlanan nağılın ideya dərinliyini, lirikasını və fantastikasını,
onun yüksək əxlaqi məzmununu aşkar etmişdi. Bu baletin yeni ta-
maşası Niyazinin təfsirində özünün əla təcəssümünü tapmışdı.
1962-ci ilin iyul ayının 1-də Niyazi Leninqrad (Sankt-Peter-
burq) Dövlət Akademik Opera və Balet teatrının balet truppası ilə
birlikdə A.Məlikovun “Məhəbbət əfsanəsi” baletini Moskvada ke-
çirilən Leninqrad incəsənəti günlərində Kremlin Qurultaylar sarayı-
nın səhnəsində böyük uğurla nümayiş etdirdi. Həmin ildə Niyazi
görkəmli violonçel ifaçısı S.Knuşevitski və pianoçu E.Malinin ilə
birlikdə Çin Xalq Respublikasında Y.Qlinkanın, P.Çaykovskinin,
S.Raxmaninovun, L.Bethovenin, A.Dvorjakın, A.Xaçaturyanın,
Q.Qarayevin əsərlərindən ibarət olan səkkiz konsert verdi.
421
1963-cü il Niyazinin Türkiyə bəstəkarları və ifaçıları ilə sıx ya-
radıcılıq və dostluq əlaqələrinin bağlanması ilə səciyyələnmişdir
1
.
Əhməd Adnan Sayqun (1907-1991) və Ülvi Cemal Erkinin (1906-
1972) Bakıda keçirilən konsertlərinin ardından 1963-cü ilin sonla-
rında Niyazi Türkiyə Cümhuriyyətinə səfər etdi, Ankara Dövlət
simfonik orkestrinin, opera teatrının kollektivləri ilə uzunmüddətli
yaradıcılıq ünsiyyətində oldu. Həmin ilin iyul-avqust aylarında Ni-
yazi böyük hazırlıq işlərindən sonra M.F.Axundov adına Azərbay-
can Dövlət Opera və Balet teatrının Tbilisidə qastrolları proqramı-
na daxil olan “Koroğlu”, “Sevil”, “İldırımlı yollarla”, “Yeddi gö-
zəl” və “Məhəbbət əfsanəsi” tamaşalarına dirijorluq edir.
1964-cü ilin ərzində Niyazi Moskvada Azərbaycan musiqisin-
dən ibarət bir neçə konsert proqramları ilə çıxış edir. Burada o,
F.Əmirovun yenidən redaktə etdiyi “Sevil” operasını Ümumittifaq
radiosu solistlərinin, xorunun və simfonik orkestrinin ifasında rus
dilində səsləndirir. Qastrol proqramlarına Q.Qarayevin “Yeddi gö-
zəl”, A.Məlikovun “Məhəbbət əfsanəsi”, Ə.Bədəlbəylinin “Qız qa-
lası” baletləri də daxil olmuşdur. Dünya şöhrətli balerina Maya Pli-
setskaya bu konsertləri “böyük sənətkarın məharəti ilə fərəhli, hə-
yəcanlı görüş” kimi adlandırdı
2
. Həmin ilin sentyabr ayında Leyp-
siq konqreslər sarayında Niyazinin idarəsilə Leypsiq radiosunun
simfonik orkestri L.Bethovenin Birinci simfoniyasını, P.Çaykov-
skinin Altıncı simfoniyasını və Q.Qarayevin “İldırımlı yollarla”
baletindən süitanı səsləndirdi. Bir neçə gün sonra isə P.Çaykov-
skinin Altıncı simfoniyası, L.Bethovenin skripka konserti (solist
Georq Qaray) və Q.Qarayevin “İldırımlı yollarla” baletindən süita
ifa olundu. L.Bethovenin musiqisi Niyazinin təfsirində melodik
xəttin ifadəliliyi, lazımi ritm və tembr nöqtələrinin seçilməsi, obraz
müxtəlifliyi və digər mürəkkəb xüsusiyyətlərin həqiqi ustalıqla ye-
rinə yetirilməsi baxımından xüsusi qeyd edilməlidir. Böyük uğurla
keçən konsertlərdən sonra Leypsiq radiosunun rəhbərliyinin xahişi
ilə Niyazi P.Çaykovskinin Altıncı simfoniyasının ifasını yazdırdı.
Almaniyanın müxtəlif şəhərlərində qastrol səfərində olduğu zaman
1
Bu mövzuya ayrı bir bölüm həsr olunub (bax: s. 32).
2
“Правда” qəzeti, 1964, 7 iyun.
422
Niyazi ölkənin musiqi mədəniyyəti ilə yaxından maraqlandı. O,
İ.S.Baxın əlyazmaları ilə tanış oldu, L.Bethovenin “Fidelio” ope-
rasını, R.Vaqnerin “Tristan və İzolda” və “Nürnberq meyster-
zingerləri” operalarını dinlədi. Veymar şəhərində Niyazi məşhur
bəstəkar F.Listin, alman şair və mütəfəkkirləri İ.Götenin, F.Şillerin
evlərini ziyarət etdi. Karl-Marks-Ştadt şəhərində isə Niyazi, şəhər
opera teatrında P.Çaykovskinin Altıncı simfoniyasını, Motsartın
Skripka konsertini (solist Karl Zuske) və özünün “Rast” simfonik
muğamını səsləndirdi. Səmərəli fəaliyyətinə görə Niyaziyə Karl-
Marks-Ştadt şəhərinin fəxri medalı təqdim edildi.
Gərgin qastrol səfərindən Bakıya qayıtdıqdan sonra Niyazi
həmişə olduğu kimi yenə də yorulmadan fəal işləyir. O, əvvəllər
çalınmış bəzi əsərlərin fərqli yozumu üzərində orkestr ilə məşq-
lər aparır, Azərbaycan bəstəkarlarının yeni əsərləri üzərində ça-
lışır. İstedadlı dirijorun simfonik orkestrin bütün ifadə imkanla-
rının istifadə etmə qabiliyyəti, müxtəlif ifaçı qrupları, solistləri
və nəhayət bütün orkestri yaradıcılıq təşəbbüsünə sövq etmək
və eyni zamanda istiqamətləndirmək bacarığı əsərlərin həm
emosional, həm də intellektual səslənməsini təmin edirdi. Buna
örnək olaraq Niyazi tərəfindən Q.Qarayevin “Don Kixot” simfo-
nik qravürlərinin ifasını ustalıq nümunəsi kimi göstərmək müm-
kündür. Sənətkar müxtəlif səciyyəvi musiqi obrazlarını təqdim
edərkən valehedici əyaniliyə nail olmuşdu. Dirijor ən incə ifa-
çılıq üsullarını məharətlə istifadə edirdi. 1965-ci il mart ayının
11-də Niyazi F.Əmirovun müəllif konsertində də bəstəkarın mu-
siqisinin məzmununu dərindən dərk edərək əsərlərin fərqlən-
dirici xüsusiyyətlərini yüksək səviyyədə üzə çıxarmışdı. Həmin
konsertdə “Kürd-ovşarı” simfonik muğamı, “Azərbaycan kapriç-
çiosu” və “Sevil” operasından parçalar ifa olunmuşdu.
Niyazi həmin dövrdə Fransa pianoçusu Monik De Lya Brü-
şolri ilə birgə çıxış etdi. Onlar Bakıda ilk dəfə səslənən K.Sen-
Sansın 5 №-li və V.A.Motsartın 20 №-li konsertlərini ifa etdilər.
1965-ci ilin iyun ayında Niyazi “Zaqafqaziya baharı” festivalı-
nın açılışında mürəkkəb və zəngin bir proqramla çıxış etdi. O, Üze-
yir bəy Hacıbəylinin “Koroğlu” operasının uvertürasını, Q.Qaraye-
vin “Don Kixot” simfonik qravürlərini, F.Əmirovun “Azərbaycan