356
Məlum olduğu kimi, 20-ci illərdə Azərbaycan ictimaiyyətini
yeni sosial-ictimai şəraitdə milli incəsənətin inkişaf problemləri
narahat edirdi. O dövrdə professional musiqi yalnız Ü.Hacıbəyli,
Z.Hacıbəyov, M.Maqomayevin ilk operaları ilə təmsil olunduğu
üçün təbiidir ki, mübahisə və müzakirələrdə iştirak edənlərin
bir-birinə tamamilə zidd fikirləri opera sənəti ətrafında cəmləş-
mişdi. Müzakirələrin bütün materialları qəzet və jurnal səhifələ-
rində çap olunurdu (1924-cü ildə “Kommunist” və 1928-ci ildə
“Bakinski raboçi” qəzetlərində). Musiqi sənətinin inkişaf yolları
barədə mübahisə-müzakirələrdə Ü.Hacıbəyli, M.Maqomayev,
Xalq Maarif naziri Mustafa Quliyev (Samit təxəllüsü altında çap
olunan) və bir çox başqaları iştirak edirdilər.
Publisist fəaliyyətinə yenicə başlamış Ə.Bədəlbəyli də bu
qızğın mübahisələrin iştirakçılarına qoşuldu
1
.
1924-cü ildə “Kommunist” qəzetinin səhifələrində musiqiçi-
nin ictimaiyyətin diqqətini cəlb edən ilk məqalələrindən biri
olan “Türk musiqisi və operası barədə” çap olundu. Ə.Bədəlbəy-
linin dövri mətbuatda çoxillik fəaliyyətinin başlanğıcı bu məqalə
ilə qoyuldu.
Ü.Hacıbəyli, M.Maqomayev kimi, onu da o illərdə çoxsaylı
mübahisə və müzakirələrdə toxunulmuş milli incəsənətin inkişaf
yollarının seçilməsi barədə məsələlər narahat edirdi. Mütərəqqi
incəsənət xadimləri qarşısında duran bu mühüm problem bir sıra
digər zəruri məsələlərə də toxunurdu. Doğma incəsənətin taleyi-
nə ürəyi yanan musiqi xadimləri onlara biganə qala bilməzdi.
Müzakirələrdə qaldırılan mühüm məsələlərdən biri də ifaçılıqda
xalq aləti tarın rolu idi. “Tar üzərində hökm” məqaləsində Əfra-
siyab Bədəlbəyli Üzeyir Hacıbəylinin bu alətin bərpası barədə
fikrini cəsarətlə müdafiə edərək, tarın milli ifaçılıq (instrumental)
musiqisində mühüm rolunu qeyd etmişdir. Bu barədə Üzeyir
Hacıbəyli də dəfələrlə danışmışdı. Milli professional musiqinin
sonrakı illərdə inkişafı mütərəqqi xadimlərin musiqi sənəti prob-
lemləri barədə mülahizələrinin doğru olduğunu sübut etdi və bir
1
Təhsil illərində Ə.Bədəlbəyli “Kommunist” qəzeti (azərb. dilində) re-
daksiyasında tərcüməçi işləyirdi. Ə.Bədəlbəyli “Azərbaycan bəstəkarları” ki-
tabında I c., İşıq, Bakı, 1986.
357
sıra simfonik əsərlərin partituralarının tərkibində getdikcə daha
böyük əhəmiyyət kəsb edən xalq çalğı aləti tarın əhəmiyyətini
təsdiq etdi.
Humanitar elmlərə meyil Əfrasiyab Bədəlbəylini Azərbay-
can Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsinə gə-
tirib çıxardı. O, 1924-cü ildə ora daxil olmuş və 1930-cu ildə
oranı bitirmişdir. Elə həmin illərdə o, eyni zamanda musiqi mək-
təbində oxuyur, öz musiqi təhsilini davam etdirirdi. Beləliklə,
bütün təhsil illərində və əmək fəaliyyətinin başlanğıcında Əfra-
siyab Bədəlbəyli musiqi, teatr və ədəbiyyatla məşğul olurdu.
Daim oxuduğu kitablar, müstəqil surətdə öz üzərində çalışması
gənc Əfrasiyabın dünyagörüşünü genişləndirirdi.
Türk musiqi məktəbində təhsil alarkən Ə. Bədəlbəyli, şagirdlə-
rin öz gücüylə hazırladıqları “Arşın mal alan” operettasının tamaşa-
sında iştirak edirdi. Bu dövrdə o, konsertmeyster kimi xalq çalğı
alətləri ansamblı ilə Moskva və Minskdə qastrol səfərlərində ol-
muşdur. Universitetdə təhsil alarkən Ə.Bədəlbəyli C.Cabbarlı pyes-
lərinin tamaşaya qoyulduğu dram dərnəyində fəal iştirak edirdi.
Bəstəkar burada yazıçı ilə tanış oldu, tanışlıq tezliklə onların yara-
dıcılıq fəaliyyətində müəyyən rol oynayıb möhkəm dostluğa çevril-
di. Bəstəkarın diqqətini cəlb edən C.Cabbarlı pyesləri onu bu pyes-
lərə musiqi yazmağa həvəsləndirdi. Ə.Bədəlbəyli Azərbaycan
dram teatrında musiqi bölməsinin müdiri işləyirdi. Yazıçının yara-
dıcılığı Ə.Bədəlbəyliyə bir musiqiçi, incəsənət xadimi kimi böyük
təsir göstərmişdi. Müxtəlif illərdə Ə.Bədəlbəyli “Od gəlini” (1927),
“Sevil” (1928), “Almaz” (1929), “1905-ci il” (1931), “Aydın” və b.
pyeslərinin tamaşalarına musiqi yazır. O, həmçinin H.Cavidin “Si-
yavuş” pyesinə (1932) də musiqi bəstələyir.
Məlum olduğu kimi, o zaman dram teatrında pyesləri tama-
şaya qoyarkən musiqi montajı, yaxud folklor materialı ilə məh-
dudlaşırdılar. Musiqi montajının müəllifləri isə çox vaxt musiqi-
yə, bəstəkarlıq fəaliyyətinə heç bir dəxli olmayan “musiqi böl-
məsinin müdirləri” olurdular.
1928-ci ildə C.Cabbarlının “Od gəlini” pyesi tamaşaya qo-
yuldu. Teatr afişalarında, müəllifin, səhnə quruluşçusunun adları
ilə yanaşı, ilk dəfə bəstəkar Əfrasiyab Bədəlbəylinin adı da var
358
idi. Pyesə yazılan musiqi tamaşaçıların diqqətini cəlb etdi və o,
məşhurlaşdı
1
. Ə.Bədəlbəylinin Azərbaycan dram teatrı üçün ya-
ratdığı musiqinin fərqləndirici xüsusiyyəti pyesin ideyası ilə bə-
dii vəhdətdə olması idi və ona görə də böyük uğur qazanmışdı.
O, bu və ya digər əsərin ideya-bədii məsələlərinin açılmasında
dramaturq, tərtibatçı və ifaçıların müttəfiqi olaraq tamaşanı zən-
ginləşdirdi. O, melodikliyi ilə fərqlənirdi”
2
.
Tamaşalarda xalq musiqi janrlarından geniş istifadə olun-
muşdur. Məsələn, “Od gəlini” pyesinə “Heyratı” (döyüş səhnəsi-
nə) və bəzi səhnələrə “azan” daxil edilmişdi.
Qadın qəhrəmanın əsas xasiyyətnaməsini verən mahnının
musiqi tərtibatına daxil edilməsi uğurlu təcrübə oldu. Tamaşa-
larda səslənən və portret səciyyəsi daşıyan belə mahnılar sonra-
lar populyarlaşdı və pyesdən kənarda ifa olunmağa başladı. “Od
gəlini” pyesinin tamaşasından sonra əsərin qəhrəmanı Solmazın
mahnısı, “1905-ci il” pyesindən Sonanın mahnısı da populyar-
laşmışdı və s.
40-cı illərdə Əfrasiyab Bədəlbəyli S.Vurğunun “Fərhad və
Şirin”, M.İbrahimovun “Xanlar” pyeslərinə musiqi yazmışdır.
Əsərlər dram teatrında tamaşaya qoyuldu və uğur qazandı.
C.Cabbarlı ilə ünsiyyətdə olduğu üçün Ə.Bədəlbəyli, təbii ki,
onun “Qız qalası” poeması ilə tanış idi. Ola bilər ki, C.Cabbar-
lının Qala barədə əfsanəni tamaşaçılara romantikcəsinə təqdim
edən bu əsəri bəstəkarı maraqlandırmış və onda əfsanəni, dəniz
kənarındakı Qalaya öz adını vermiş qızın taleyini bir daha mu-
siqidə dünyaya xatırlatmaq istəyi oyatmışdı.
M.F.Axundov adına Azərbaycan dövlət opera və balet teat-
rında 1930-cu ildə musiqi rəhbəri işləməsi onun üçün yaxşı diri-
1
Pyesdə Azərbaycan xalqının ərəb işğalçılarına qarşı mübarizəsinin tari-
xi dövrü (XI əsr) əhatə olunur. Xalq arasından çıxmış qəhrəman Elxan (Ba-
bək) mübarizəyə rəhbərlik edir, ancaq məğlub olur və edam edilir. Ancaq El-
xanın müqavimət əzmi, azadlıq ideyasına inamı və sədaqəti insanı heyran
edir. Pyesin tamaşasının əsas vəzifəsi yazıçı ideyasını tamaşaçılara inandırıcı
surətdə çatdırmaq idi. “Od gəlini” pyesindən başlamış yaradıcılıq əməkdaşlı-
ğı sonralar da davam etdi. Ə.Bədəlbəylinin pyesdəki yaradıcılıq tapıntıları
onun sonrakı işlərində də uğur qazandı.
2
Azərbaycan bəstəkarları. I cild, 1986, s. 206.
Dostları ilə paylaş: |