Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə99/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   95   96   97   98   99   100   101   102   ...   168

 

336


Hər şeydən əvvəl ən müxtəlif tərzlərdə və müxtəlif ifadə təs-

virilikdir. Və bu təsviriliyi yaratmaq üçün bəstəkar rəngarəng 

harmoniyanın bütün imkanlarından, orkestrin çalarlarından ilk 

dəfə olaraq istifadə edir. Bütün bunlar həqiqi peşəkarlıqla və bö-

yük zövqlə təsviriliyə həmçinin həmin əsərin proqramlılığına da 

kömək edir. Bundan başqa, parcaların pərakəndəliyinə baxma-

yaraq, təzadlı hissələrin növbələşməsində daim daxili məntiq, ət-

raflı düşünmə hiss olunur. Bununla belə, təzadlılıq finalla kulmi-

nasiyanın inkişafındakı vahid xəttə mane olmur. Bütün bunlar 

A.Zeynallının yığcamlılığa və bütövlülüyə can atmasından xəbər 

verir.  

Bəlkə  də mükəmməlliliyə iddia etməyən “Fraqmentlər”in 

Azərbaycanda ilk iri simfonik əsər kimi yol açan bir başlanğıc 

olduğunu nəzərə alsaq, sadalanan müsbət xüsusiyyətlərin dəyəri 

bir qədər artar.  

Zeynallının simfonik orkestr üçün dramatik tamaşalara yazıl-

mış musiqidən ibarət daha bir suitası “Fraqmentlər” adlanır. 

“Fraqmentlər” adlı ikinci suita ziddiyyətli epizodların qarşılaşdı-

rılması əsasında yaranan birhissəli əsərdir. Süita mis nəfəsli alət-

lərin güclü səslənməsilə verilən orkestr tuttisinin fonunda təntə-

nəli yürüş mövzusu ilə başlıyır. Tədricən səs dinləyicini yeni 

epizoda hazırlayaraq yavaşıyır.  

Növbəti fraqmentin ifadəli melodiyası (d-moll) “Hindistan 

qızı” dramatik tamaşanın mövzusuna əsaslanmışdır.  

Növbəti epizod klarnetlərdə, ardınca isə skripkalarda keçən 

sakit mövzu ilə başlayır. Dalğalanan fon, melodiyanın kiçik dia-

pazonu, məqamın kvinta pərdəsinin oxunması müəyyən dərəcə-

də laylanı xatırladır. Tədricən h-moll epizodu simli qrupun ifa-

sında səslənən Lento

 

(e-moll) tematizminə keçir. Süitanı tamam-



layan maestoso, g-moll epizodunda qəhrəmanlıq cizgiləri inkişaf 

zamanı yerini lirik intonasiyalara verir. Bu isə başlanğıcla obraz-

lı – assosiativ paralel yaradır və bununla da əsərin kompozisiya-

sının tamlığı təmin edilir. 

 “Fraqmentlər”in musiqisində Asəf Zeynallı yaradıcılığı üçün 

xarakterik olan hər şey: onun Azərbaycan xalq musiqisinin mə-

qam-intonasiya aləmi ilə  məhsuldar  əlaqəsi, onun peşəkar bəs-



 

337 


təkar təcrübəsi ilə yaranıb təkmilləşmiş musiqi ifadəliliyinin 

üsul və vasitələrini mənimsəməyə can atması, kompozisiyanın 

həmahəngliyinə və tamlığına qayğıda yaranan əsərin formasına 

dəqiq, həssas münasibəti daha aydın  əks olunmuşdur. Hər iki 

süitanın partiturasında obrazlı məzmunun konkretliyini və asan-

lıqla tanınmasını təmin edən xeyli təsviri detallar vardır. “Fraq-

mentlər”in ayrı-ayrı epizodları  bəstəkarın harmonik dili və or-

kestrovka sahəsində uğurlu tapıntılara nail olduğunu deməyə im-

kan verir”.

1

 Asəf Zeynallının orkestrlə səs üçün yazılan əsərləri-



ni də həmçinin onun simfonik yaradıcılığına aid etmək olar. Bu, 

hər  şeydən  əvvəl simfonik orkestrin müşayiətilə xor üçün “Şi-

kəstə”dir.

2

 



 

Bu əsərdə bəstəkar muğamın məqam-intonasiya xüsusiyyət-

lərini peşəkar yaradıcılıq formaları ilə birləşdirməyə çalışır. Bu 

bəstədə  “Şikəstə”nin formasını möhkəmləndirən və  əsərə tam 

vahid struktur verən eyni tematik materiala əsaslanan giriş  və 

nəticə vardır.  

“Bəstəkarın lirik istedadının müxtəlif tərəflərini açan “Şikəs-

tə” mövzuları xüsusilə onların ayrı-ayrı orkestr səslərilə təfsirin-

də uğurludur. Bəstəkar orkestr müşayiətində nəfəsli ağac alətlə-

rinin (fleyta, qoboy, klarnet) solosunun tembrlərindən bacarıqla 

istifadə etməsi hesabına  əsərə “kamera” səslənməsi vermişdir. 

Ayrı-ayrı hallarda, orkestrdə simli alətlərin səsləndiyi zaman, 

bəstəkar musiqi məzmununu köməkçi səslərlə  əlvan boyayır, 

ona xüsusi səslənmə ifadəliliyi verir”.

3

  

“Asəf Zeynallının simfonik yaradıcılığını xarakterizə edərkən, 



qısa da olsa onun böyük miqyaslı monumental əsərini, bəstəkarın 

öz təxəyyülündə canlandırdığı “Bakı” simfoniyasını yaratmaq 

planlarının üstündə dayanmamaq nöqsan olardı”.

4

 A.Zeynallı bu 



                                                 

1

 Şərifova V. “Asəf Zeynallı”// “Azərbaycan bəstəkarları”. Bakı: “İşıq”, 



1986, s. 189.  

2

 Şikəstə – xalq vokal-instrumental yaradıcılığının janrlarından biri. 



3

 Şərifova V. Göstərilən məqaləsi. Həmin müəllif hesab edir ki, simfonik 

orkestr üçün əsərlərin siyahısına ayrı-ayrı orkestr müşayiəti ilə romanslarını 

aid etmək olar. Burada “Ölkəm” və “Seyran”, “Sərhədçi” nəzərdə tutulur.   

4

 Həmin məqalə, s. 190. 




 

338


əsərlə İnqilabın 15 illiyini qeyd etməyə hazırlaşırdı. Baxmayaraq 

ki, bəstəkara öz niyyətini həyata keçirmək müyəssər olmamışdı, 

bununla belə böyük hazırlıq işləri həyata keçirilmişdi. 

Tədqiqatçının qeyd etdiyi kimi, Zeynallı öz vətəninin tarixi 

keçmişini və bugününü yaxından öyrənmək məqsədilə dəfələrlə 

Bakının neft mədənlərini, fabrikləri, zavodları  gəzmiş, Azər-

baycan tarixi ilə bağlı yazılı  sənədlərlə tanış olmuş, həmçinin 

kənd rayonlarına səfər etmişdi. Bəstəkarın şəxsi arxivindən belə 

bir yazı tapılmışdır: “Simfoniya – dövrün sənədidir, onun tarixi 

dəyəri məhz bundadır, deməli, dövrünün oğlu olmaq, başqa söz-

lə, onu parlaq tanımaq və hiss etmək lazımdır. Mən iki dövrün: 

məhv olan kapitalizmin və qurulmaqda olan sosializmin sər-

həddində yaşayıram. Simfoniyanın vəzifəsi 

 həyatı, mübarizəni, 



əhval-ruhiyyəni, mənim də nümayəndəsi olduğum həmin ictimai 

təbəqənin psixologiyasını  əks etdirməkdir” 

 deyə A.Zeynallı 



yazırdı.

1

 Təbiətcə ünsiyyətli və səmimi olan bəstəkar adətən öz 



yaradıcılıq planlarını gizlətmirdi. A.Zeynallı dostları ilə simfoni-

ya ilə bağlı düşüncələrini bölüşərkən, onlara onda artıq bütün 

əsərin aydın və ardıcıl planının yarandığını, əsərin bütün musiqi 

obrazlarının xarakteri barədə  dəqiq təsəvvürü olduğunu və yal-

nız bütün bunları musiqiyə köçürməyin qaldığını deyirdi.

2

 



Ü.Ha-

cıbəyli Asəf Zeynallının simfoniya üzərində  işləməsini xatırla-

yaraq deyirdi: “Asəf açıq işləyirdi, özünün və başqalarının kom-

pozisiyaları haqda daim bölüşürdü. Müxtəlif musiqi mövzuları 

ətrafinda həvəslə söhbət aparırdı. ... Asəf amansız xəstəliyə tu-

tulmamışdan əvvəl mənimlə söhbətində dedi ki, başı xalq musi-

qisinin müxtəlif sahələrinin müşahidəsi nəticəsində yaranan ən 

qəribə səslər silsiləsilə doludur. O, bütün bunları bədii cəhətdən 

formalaşdırmağa və nəzərdə tutduğu simfoniyada istifadə etmə-

yə çalışırdı”.

3

 

Zeynallının arxivində simfoniyaya dair ədəbi plan 



və yazılar saxlanılır.  

Onlardan bəzilərini aşağıda misal gətirək:  

                                                 

1

 Şərifova V. Asəf Zeynallı //Azərbaycan bəstəkarları . – Bakı, s. 191. 



2

 Yenə orada. “Bunu bəstəkarın ölümündən sonra onun dostu A.Həsənov 

təsdiq etmişdir”.  

3

 



Yenə orada. X.Məlikovun “Asəf Zeynallı” broşüründən sitat gətirilir.  


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə