Filologiya
məsələləri, №4, 2017
119
müqayisə yaranır. Məsələn,-Ağzında “Ayrım qızı” deyirsən, necə
keçinəcəyik, itlə pişik kimi. (A. Şaiq).
“Əşi, o, Nadiri taxtda görüb, Şah Abbası bələkdə” (S. Qədirzadə).
Yuxarıdakı misallardan da göründüyü kimi frazeoloji vahidlərin
kommunikativ funksiyası ünsiyyət və yaxud məlumat ötürmə vasitəsi kimi
xidmət etmə bacarığından ibarətdir. Ünsiyyət fikrin qarşılıqlı mübadiləsinə,
məlumat isə oxucunun və yaxud dinləyicinin əlaqəsi olmadan məlumat
ötürməyə xidmət edir. Frazeoloji vahidin kommunikativ funksiyası sözlə
ifadə etmənin mədəni eyniliyidir. Frazeoloji vahidlərin digər bir funksiyası
nominativ funksiyadır. Nominativ funksiya real aləmdə cisimlərlə əlaqədir,
buraya müəyyən situasiyalar və həmçinin bu cisimlərin danışıq fəaliyyətində
frazeoloji adlandırılmaları da daxildir. Dilin leksik sistemindəki boşluqların
doldurulması frazeoloji vahidlərin nominativ funksiyasının səciyyəvi
xüsusiyyətidir. Bu funksiya frazeoloji vahidlərin böyük əksəriyyətinə xasdır,
belə ki, adətən onların leksik sinonimi olmur. Nominativ funksiya da öz
növbəsində neytral-nominativ və nominativ funksiyaları əhatə edir. Neytral-
nominativ funksiya frazeoloji vahidlərin əsas funksiyasıdır. Ünsiyyətdə belə
ifadələrin işlənilməsi üçün cismin təsvir olunma faktı ifadənin stilistik
istifadəsindən daha vacibdir. Misal üçün brown paper ifadəsini göstərmək
olar. Nominativ funksiya da həmçinin frazeoloji vahidlərin mənaca
ötürülməsini xarakterizə edir, lakin o, neytral deyil, stilistik cəhətdən
vurğulanmış olur. Məsələn, evin sirrini vermək – to tell tales out of school,
yalançı göz yaşları – crocodile tears və s.Nominativ funksya ilə sıx əlaqədar
olan funksiya onların dərk olunmasına imkan yaradaraq, idrakla vasitələn-
dirilmiş real aləmin cisimlərinin ictimai müəyyənləşdirilmiş inikası olan
idrak funksiyasıdır. Ictimai müəyyən olunma o faktla göstərilir ki,
baxmayaraq ki, frazeoloji vahidlərin əsas hissəsi ayrı-ayrı fərdlər tərəfindən
yaradılmışdır, bu fərdlər cəmiyyətin üzvüdür və onlar tərəfinədən idrak
funksiyasının həyata keçirilməsi yalnız öncəki və yaxud şüuraltı biliklər
əsasında mümkündür. Bütün digər funksiyalar da verilən funksiya daxilində
həyata keçirilır. Idrak və nominativ funksiyalar kommunikativ funksiyanın
hüdudları daxilində reallaşır. Semantik funksiyalara şüurluluq, deiktik, nəticə
və s. funksiyalar daxildir. Şüurluluq funksiyası arzu və istəklərin ifadəsi
funksiyasıdır. Məsələn, “wish smb well” ifadəsi bir kəsə ugur, müvəffəqiyyət
arzulamaq mənasında işlənir. Deiktik funksiya bu və yaxud digər nitq
situasiyasına uyğun olan, istinad olunan hərəktin və yaxud hadisənin məkan
və zamanca yerləşməsinin göstəricisindən ibarətdir. Bundan başqa şəxs, yer
və ya vaxt istinad kimi götürülə bilər. Misal üçün “Time and tide wait for no
man – Hər aşıqin dövranı var; It is too late to lock the stable door when the
horse is stolen – Daldan atılan daş topuğa dəyər. Strike while the iron is hot.”
– Dəmiri isti ikən döyərlər və s. ıfadələri göstərmək olar.
Filologiya məsələləri, №4, 2017
120
Nəticə funksiyası frazeoloji vahidin ifadə etdiyi hərəkət və ya vəziyyətlə
nəticələnən səbəbin təsvir olunmasından ibarətdir. Məsələn, “come a
cropper” “müvəffəqiyyətsizliyə uğramış bir insan haqqında”: I wanted to
make money and I've come an absolute cropper (W.S. Maugham). özünü
güdaza vermək – to break one’s neck; biabır olmaq – to get into a scrape;
boş çıxmaq – to go to pigs and whistles; əli hər şeydən çıxmaq – to go down
swinging və s. ifadələri missal göstərmək olar. Dilin istənilən vahidinin,
eləcə də, frazeoloji vahidlərin ən geniş funksiyası dil işarəsinin müraciət
olunan şəxsə məqsədli təsiri olan praqmatik funksiyasıdır. Praqmatik
müəyyənləşdirilmə mətndə istifadə olunmuş frazeoloji vahidlərə təsir edən
istənilən mətnə xasdır və onların mühüm praqmatik potensialından irəli gəlir.
Frazeoloji vahidlər mətnin və yaxud onun bir hissəsinin praqmatik
müəyyənləşdirilməsini gücləndirir. Bu nöqteyi-nəzərdən praqmatik funksiya
stilistik, kumulyativ, istiqamətləndirici, qiymətləndirici və yekunlaşdırıcı
funksiyalara bölünür. Stilistik funksiya ifadəetmənin neytral üsulları ilə
müqayisədə cümlənin ümumi intellektual məzmununu saxlamaqla stilistik
effektivliyə çatmaq üçün xüsusi məqsədyönlü dil vasitəsidir. Nitqdə
frazeoloji ifadələrin əlavə məna çalarları stilistik funksiya vasitəsilə həyata
keçirilir. Dildə yalnız stilistik rəngarənglik, çalarlar mövcuddur. Frazeoloji
vahidlərin müxtəlif söz birləşmələrinin prototipləri ilə müqayisəsi həmçinin
stilistik çalarları aşkarlamağa yardımçı olur. Funksional-semantik aspektdən
yanaşaraq frazeoloji ifadələrin ingilis dili üçün də xarakterik olan bir neçə
növünü də qeyd etmək olar: a) ekspressiv-təsviri funksiya (pull one's leg –
ayaqdan çəkmək; to begin at the wrong end of the ladder / to do things
topsy-turvy – tərs-məsəb etmək; b) emosional-ekspressiv funksiya (damn
your eyes! / drat you! – başına daş düşsün!; My foot! – buna bax!; Is it
really? / come off it! – bəs belə! Dilin emotiv funksiyasi frazeoloji
birləşmələrinin kəmiyyət və keyfiyyət etibarilə intensivləşdirilmiş şeir
mətnlərində özünü daha qabariq şəkildə göstərir. Emotiv funksiya, məlum
olduğu kimi, şeir müəllifi, onun subyektiv aləmi, şəxsi baxışları və təsvir
obyektinə fərdi baxışlari ilə əlaqədar meydana çıxır. Başqa sözlərlə desək,
söz sənətkarinin hiss və emosiyalarının onun nitq predmetinə, təsvir olunan
əşya və hadisəyə, ondan doğan təəssürata, bədii şəraitin doğurduğu əhvali-
ruhiyyəyə, şeirin mövzusuna müxtəlif səviyyələrdə münasibət şeir nitqində
emotiv funksiyanin məğzini təşkil edir. Ümumiyyətlə götürsək, bu funksiya
şeir müəllifinin özü ilə əlaqədardir.
c) bəzi komponentləri atmaqla nitqin yığcamlığı funksiyası (Don't teach
your grandmother to suck eggs! əvəzinə Don't teach your grandmother! –
Sərçəyə cib-cib öyrətməzlər. Atalar sözləri nitqin lokanikliyi funksiyasını
yerinə yetirir. Məsələn, give a dog a bad name and hang him ifadəsi “once
someone has acquired a bad reputation, it is almost impossible for him to