Filologiya məsələləri, №4, 2017
111
ifadə edir. Hacı Kərim zərgər. Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir
təqsir var ki, sənətindən bəhrayəb olmur, bəs sən niyə öz sənətindən
xoşgüzəran deyilsən? (5, s. 34).
Əsərin birinci məclisinin əvvəlində Molla İbrahimxəlil öz köməkçisi
Molla Həmidə sosial statusuna aid vəzifəsini bildirən molla sözü və adı ilə
müraciət edir: Molla İbrahimxəlil. Molla Həmid, Nuxudan yola düşən
adamlar Şeyx Salahın yazmağına görə, gərək bu gün ikinci çağı bura
yetişsinlər (5, s. 35).
Cavab müraciətində Molla Həmid ağa sözündən istifadə edir ki, bu
da onların arasındakı sosial asılılıq və böyük-kiçiklik münasibətləri haqqında
dəqiq məlumat verir: Molla Həmid. Bəli, ağa, dəxi tez (5, s. 35).
Molla İbrahimxəlil nuxululara öz süni qəzəbini izhar etmək üçün kişi
müraciətinə əl atır. İksirin zay olmaması üçün nuxululara meymunu yada
salmamağı bərk-bərk tapşırır. Onlar əvvəlcə bu tapşırığın asan olmasına
sevinirlər. Ancaq az keçməmiş nuxulu Ağa Zaman həkim qorxa-qorxa Molla
İbrahimxəlilə ağa sözü ilə müraciət edərək deyir:
“Ağa Zaman həkim. Ağa, bundan başqa çarə yoxdurmu?” (5, s. 42).
Molla Həmidin eyni sözlə müraciətindən fərqli olaraq, burada ağa
müracəti asılılıq münasibəti deyil, hörmət əlaməti ilə işlənmişdir və
möhtərəm zat mənasına uyğun gəlir.
Təbii ki, öz hiyləsinin baş tutduğunu görən Molla İbrahimxəlil
əvvəlcə özünü bilməzliyə vurur:
“Molla İbrahimxəlil. Nədən başqa?
Ağa Zaman həkim. Meymundan başqa” (5, s. 42).
Məhz bunu eşitdikdən sonra fırıldaqçı kimyagər qəzəblənərək təhqir
mənasını ehtiva edən kişi müraciətindən istifadə edir:
Molla İbrahimxəlil. Kişi, nə danışırsan? Nə söyləyirsən? Vaveyla!
Ağa zaman həkim. Axı necə eləyim, ağa? Meymunu yadımdan
çıxara bilmirəm (5, s. 41).
Molla İbrahimxəlil (darılmış və qeyzlənmiş). Kişi, kəs səsini!!! Unut
fikrindəkini (5, s. 42).
“Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah
cadükuni-məşhur” komediyasının ilk məclisində kiçik bacı böyük bacısına
ağabacı deyə müraciət edir. Yuxarıda nəzərdən keçirdiyimiz ağa mü-
raciətinin iki mənasından fərqli olaraq burada həmin kəlmə məhz böyük bacı
mənasını ifadə edir: “Gülçöhrə, Ağabacı, niyə ağlayırsan?” (5, s. 45).
Hövsələsi tükənmiş Şərəfnisə kiçik bacısına qadın-qız üçün mənfi
məna daşıyan ləktə sözü ilə müraciət edir:
“Şərəfnisə xanım (darılaraq onu bərk itələyib). İtil cəhənnəmə, ləktə,
əl çəkməz, qoymaz işimi tutam” (5, s. 46).
Filologiya məsələləri, №4, 2017
112
Fars dilində “ləkate” formasında işlənən bu söz ləçər, həyasız,
əxlaqsız qadın mənalarına uyğun gəlir (6, s.4).
Qeyd edək ki, ağabacı sözü danışıq dilində həmməhəlli söz kimi
böyük qardaş, dayı və başqa qohumların arvadlarına hörmət üçün verilən
addır.Şərəfnisə xanımın anası Şəhrəbanu xanım qızına ana-övlad arasında
geniş yayılmış və indi də istər şifahi, istərsə də yazılı nitqdə işlənən a qız
sözü ilə müraciət edir:
“Şəhrəbanu xanım. A qız, bu uşağı niyə itələyib yıxıbsan?” (5, s. 46).
Həm kiçik bacı Gülçöhrə, həm də böyük bacı Şərəfnisə Şəhrəbanu
xanıma “ana” deyə müraciət edirlər:
“Gülçöhrə. Ana, vallah, yalan deyir, heç yun daramırdı, elə hey
ağlayırdı. Şərəfnisə xanım. Vallah, ana ağlamırdım. (Gülçöhrədən bir çimdik
götürüb). A yerə girmiş, mən haçan ağlayırdım?” (5, s. 46).
Yuxarıda nəzərdən keçirdiyimiz ləktə, eləcə də bu dialoqdakı a yerə
girmiş müraciətləri onunla maraq doğurur ki, onlar əslində etiketdən kənar
ifadələrdir və müraciət etiketində yer tuta bilməzlər.
Əsərdəki müraciət etiketlərindən biri də qohumluq münasibəti
bildirən sözlərlə birlikdə müraciət obyektinin adının da çəkilməsidir.
Şəhrəbanu xanım kiçik qızı Gülçöhrəyə belə müraciət edir:
“Şəhrəbanu xanım (toxuduğu corabı yerə tullayaraq kiçik qızına üzün
tutub). A qız, Gülçöhrə, get Şahbazı o biri damdan bura çağır, görüm bu necə
sözdür” (5, s.47).
Komediyada maraq doğuran müraciət etiketlərindən biri də qiyabi
müraciət formasıdır. Belə ki, Hatəmxan ağa səhnədə iştirak etməsə də,
Şəhrəbanu xanım onun qarasınca deyinərkən sanki üzünü ona tutub müraciət
edir:“Şəhrəbanu xanım. Dedim, kişi, Hatəmxan ağa, bu uşaqların toyun tez
qurtar” (5, s. 47).
Burada kişi sözünün başqa bir məna çalarını görürük. Düzdür,
Şəhrəbanu xanımın müraciətində də bir giley-güzar var; amma Molla
İbrahimxəlildən fərqli olaraq, burada qəzəb və hiylə yoxdur. Başqa bir
tərəfdən, Hatəmxan ağa, doğrudan da evin kişisidir və xanımın müraciət
etiketi məhz bu sözün işlədilməsini tələb edir.
Şərəfnisə xanım Hatəmxan ağaya kişi deyə müraciət etdiyi kimi,
Hatəmxan ağa da etiketə uyğun olaraq ona arvad deyə müraciət edir:
“Hatəmxan ağa (içəri girir). Xeyir ola, arvad, nə var, tələsik məni
çağırıbsan?” (5, s. 49).
Şahbaz bəy Şərəfnisə xanıma qohumluq əlaqəsinin ifadəsi olan
əmidostu sözü ilə müraciət edir ki, bu da uyğun müraciət etiketinin tələbin-
dən irəli gəlir. Və bu gün də xalq arasında işləkdir:
Şahbaz bəy. Əmidostu, nə var, xeyir ola? (5, s. 47).
Filologiya məsələləri, №4, 2017
113
Təbii ki, Şəhrəbanu xanım da Şahbaz bəyə adı ilə müraciət edir və
etiketə görə, həm də acıqlı olduğu üçün sosial titul bildirən bəy sözünü
işlətməyi lazım bilmir:
“Şəhrəbanu xanım. Şahbaz, eşidirəm ki, Firəngə, Parijə gedirsən, bu
necə sözdür?” (5, s. 47)
Maraq doğruan müraciət etiketlərindən biri də Allaha müraciətdir ki,
çətin vəziyyətə düşən, özünə çıxış yolu tapa bilməyən Şərəfnisə xanım məhz
bu vasitəyə əl atır:
Şərəfnisə xanım (yerindən qalxıb): Bıy, Allah, torpaq başıma, arvad
nələr danışır! (5, s. 49).
Hatəmxan ağa yaşadığı dövrün və ölkənin etiketinə uyğun olaraq
qonağı Müsyö Jordana adı ilə deyil, həkim sahib sözləri ilə xitab edir:
Hatəmxan ağa. Həkim sahib, eşidirəm ki, bizim Şahbazı Firəngistana
aparırsan, bu necə sözdür? (5, s. 50).
Müsyö Jordan isə ev sahibinə adı ilə müraciət edir:
Müsyö Jordan. Bəli, Hatəmxan ağa, bu sözü mən özüm sizə
deyəcəkdim; çünki heyifdir Şahbaz bəy kimi cavan və zirək və sahibsavad
oğlan firəng dilini bilməyə (5, s. 50).
Sonrakı dialoq Hatəmxan ağa ilə Şahbaz bəy arasında baş verir və
müraciət tamamilə etiketə uyğundur:
“Hətəmxan ağa (üzünü Şahbaz bəyə tutub). Şahbaz, doğrudur ki,
Parijə getmək istəyirsən?”
Şahbaz bəy. Bəli, əmi, əgər sizin rüsxətiniz olsa, Müsyö Jordan ağa
ilə gedərəm, genə sonra özüm qayıdaram, gələrəm (5, s. 51).
Görünür, bu xəbərdən həyəcanlanan Hatəmxan ağanın Şahbaz bəyə
müraciət formaları daha məhrəm xarakter alaraq balam, əzizim kimi sözlərlə
ifadə olunur.
Hatəmxan ağa. Nədən ötrü, balam?
Şahbaz bəy. Firəng dilini öyrənməyə, əmi!
Hatəmxan ağa. Firəng dili nəyinə lazımdır, əzizim?
Şahbaz bəy. Əmi, firəng dili mənə çox lazımdır.
Hatəmxan ağa. Balam, sən hələ uşaqsan, bu zadlar tamam boşdur.
İnsana ağıl lazımdır (5, s. 51).
Hatəmxan ağa Şahbaz bəyə mane olmaq istədikdə o, daha mehriban
müraciət etiketinə - əmican formasına əl atır:
“Başına dönüm, əmican, rüxsət verin, Müsyö Jordan ilə gedim, əgər
mənim xoşbəxt olmağımı istəyirsinizsə, heç vaxt belə fürsət ələ düşməz” (5, s.
51). Şərəfnisə xanımın dayəsi Xanpəri öz sosial statusuna uyğun olaraq
Şəhrəbanuya xanım deyə müraciət edir:
“Xanpəri. Xanım, əlac odur ki, bayaq sənə deyirdim” (5, s. 55).
Dostları ilə paylaş: |