154
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Sosial-siyasi elmlər seriyası
2011
UOT 316.334:7; 316.334:008
MƏDƏNİYYƏT VƏ MENTALİTET DİALEKTİKASI:
SOSİAL-FƏLSƏFİ PROBLEM KİMİ
S.H.ƏLİYEVA
Bakı Dövlət Universiteti
sahibe_eliyeva@mail.ru
Mentalitetin sosial-fəlsəfi mahiyyətinin nəzəri-metodoloji tədqiqində mədəniyyət sosial
anlayış kimi araşdırılır. Bu məqalədə xalqların milli mədəniyyətin mental xüsusiyyətlərini əks
etdirən cizgiləri öz əksini tapmışdır.
Açar sözlər: Relyativizm, absoluyatizm, universalizm, introvert, innovasiya, kanonik
cəmiyyət
Mədəniyyət cəmiyyətə əqli, düşüncə tərzini müəyyən edən intellektual
modelləri təqdim edir, lakin bunlardan istifadə isə sosium üzvlərinin bacarıq
və imkanlarından asılıdır. Ən geniş mənada götürsək, mədəniyyət xalqın milli
varlığının təzahür faktorudur və bu faktor hər bir xalqın mentalitetini müəy-
yənləşdirməklə kifayətlənməyib, onun tarixi varlığının mahiyyətinə, bütün so-
sial-psixoloji reallıqlarına nüfuz edir. Daha dəqiq deyilsə, bunun sayəsində
xalqın, millətin mentalitetinin nüvəsini təşkil edən mədəni aləmin fenomeni
formalaşır. Məhz bu xarakterli mentaliteti dərk etmək üçün dövrün mədəni də-
yərlərini istehsal edən sosial institutların fəaliyyətini, ideya və əqidələrinin for-
malaşdırdığı psixoloji sosiomədəni mühiti öyrənmək lazımdır. Qeyd edək ki,
elmi ədəbiyyatda işlədilən «total tarix», yaxud da «total mədəniyyət» bütün
bəşər tarixi, ya da dünya mədəniyyəti anlayışını bildirmir. Məsələ bundadır ki,
qısa bir tarixi kəsim, yaxud konkret bir regionda formalaşmış mədəniyyət də
total xarakter kəsb edə bilər.
Daha dəqiq desək, bu totallıq müəyyən məkan və zamanda insanların hə-
yat fəaliyyətinin tarixçiyə və filosofa əlçatan olan bütün tərəflərini imkan daxi-
lində, müxtəlif müstəvilərdə müşahidə olunub başa düşülməsi prosesidir. İkin-
ci bir tərəfdən, «total» idrak insanların həyatını siyasi, təsərrüfat, dini sahələrə,
yaxud hansısa məxsusi tarixi dövrə bölmək prinsipini qəbul etmir. Belə yanaş-
manın funksiyası zəngin tarixi mənzərəni mümkün olan bütün səviyyələrində
tədqiq etməkdir. Bununla bağlı, ümumi şəkildə desək, L.Fevr hesab edir ki, so-
sial tarix, cəmiyyətin tərkibinin, onu təşkil edən siniflərinin, təbəqə və qrupla-
155
rının, münasibətlərinin təhlili mühüm əhəmiyyət kəsb etmir, əsas məsələ tarixi-
fəlsəfi idrak obyekti olan insanların tarixidir. Çünki tarixi inkişafın hərəkətverici
qüvvələri məhz psixikaya, fikirlərə, hisslərə malik olan insandır [5, 501].
Qeyd edək ki, öz funksional mahiyyətinə görə relyativizm idrakın, dün-
yagörüşü sistemlərinin, mədəniyyətin təhlili və şərhi prinsipi olan bu metodun
başlıca vəzifəsi hadisələrin keyfiyyət qeyri-sabitliyini, onların müxtəlif şərait-
lərdən və vəziyyətlərdən asılılığını mütləqləşdirməkdir [10, 263]. Dialektik
təfəkkürün mühüm çaları olan bu prinsip daxili ziddiyyəti ilə seçilir. Belə ki,
relyativizmə görə, o, eyni vaxtda hər bir elmi nəzəriyyənin, əxlaqi normanın,
yaxud mədəni ənənənin dəyişkənliyini və qeyri-təkmilliyini qeyd edir, başqa
tərəfdən, bu və ya digər sosial hadisənin öz dəyərliliyini təsdiqləyir. Lakin relya-
tivizmin mədəniyyətlər arasında fərqin olması ideyasına üstünlük verməsi ol-
duqca dəyərli cəhətdir, çünki bununla mədəniyyətlərin mental fərqlərin müm-
künlüyü mülahizəsi qeyd edilir. Bu baxımdan, Amerika sosioloqu R.Benediktin
mədəniyyətlərin konfiqurasiyası, yaxud mədəni relyativizm konsepsiyası dü-
şüncə mentallığı, intellektlə mental təcrübənin dialektikası baxımından maraq-
lıdır. Sosioloq tədqiqatlarında belə bir fikri əsaslandırmağa çalışır ki, mədəni
dəyərlərin məcmusu və şəxsiyyət eyniyyət təşkil edirlər, mədəniyyət cəmiyyə-
tin şəxsiyyətidir.
Absolyutizm, yaxud mədəni mütləqlik cərəyanının tərəfdarları isə mədə-
niyyətlər arasındakı oxşarlıqları mütləqləşdirir, başqa sözlə, onlar hər bir mə-
dəniyyət üçün səciyyəvi olan cəhətləri inkar edərək, mədəni dəyərlər arasın-
dakı mental fərqləri nəzərə almırlar. Məsələn, mentallığı öyrənmək baxımın-
dan belə bir maraqlı məqama diqqət yetirək: absolyuatistlərin fikrincə intellekt
kimi sosial psixoloji element də bütün mədəniyyətlərdə eynidir. Onlar burada
yalnız kəmiyyət fərqlərinin olduğunu israr edirlər. Daha dəqiq desək, onların
fikrincə mədəniyyətlər eynidir, lakin qavrayışda qeyri-bərabərdirlər. Başqa
sözlə, eyni bir mədəni fenomen müxtəlif mental müstəvisində qavranılır. La-
kin absolyuatizmin qüsuru bundadır ki, o bütün mədəniyyətlərə ABŞ və Qərbi
Avropa gerçəkliyinin dəyərləri baxımından yanaşaraq digər xalqların həyat
tərzilə təzad təşkil edən standartlara üstünlük verir. Bu istiqamət özünün zid-
diyyətli əksini «əks absolyutizm» təlimində tapmışdır. Amerika psixoloqu
M.Koulun fikrincə, mədəniyyətlər bərabər və eynidir, lakin fərqlərin səbəbini,
psixoloji hadisələrin mahiyyətində, onların daxili oxşarlığını üzə çıxaran me-
xanizmlərin təkmil olmamasında axtarmaq lazımdır.
Universalizm cərəyanının nümayəndələri isə israr edirlər ki, insan psixi-
kası mühüm xarici fərqlərlə kifayət qədər vəhdətdədir. Bu konsepsiyada belə
bir mülahizə əsaslandırılır ki, planetin hər yerində insanların düşüncə və dav-
ranışlarında təzahür edən sosial psixoloji proseslər mahiyyətcə eynidir. Başqa
sözlə, mədəniyyətlərin özləri bərabər əsaslarına görə eynidirlər, zahirən yalnız
müxtəlifdirlər. Sosial intellekt və mentallıq ölçülərində bir məsələ maraq
doğurur: mədəniyyət insanın daxili psixi aləminə nə dərəcədə və hansı
156
vasitələrlə təsir edir? Bu meyarları düzgün dərk etmək sayəsində tədqiqatçı
hansı psixoloji anlayışların həqiqətən universal olmasını və hər bir
mədəniyyətdə insanın davranışının təsvirində onlardan necə istifadə edilməsini
anlaya bilər.
Etiraf edək ki, müasir sosial psixologiya elminin anlayışlar aparatında
özünə yer tapmış «sosial qavrama» kateqoriyası daha çox metaforanı xatır-
ladır. Belə ki, həmin anlayışda təkcə sosial obyektlərin qavranılması prosesini
əks etdirmir, burada həm də təfəkkür elementləri, onların intensiv emosional
rəngarəngliyi də ehtiva olunmuşdur. Bu məsələyə tədqiqatçı N.Andreyevanın
«Sosial psixologiya» əsərində xüsusi diqqət yetirilir. Müəllif primitiv
insanlarla müasir insanların mentallığını təşkil edən təsəvvürlərin oxşarlığını
xüsusi vurğulayır [12, 1]. Eksperimental psixologiya sübut etmişdir ki, müasir
elmlərin fantastik miqdarda elmi biliklər toplamasına baxmayaraq, menta-
litetin nüvəsini təşkil edən sosial təsəvvürlər bu gün də subyektiv məzmun
daşıyır. Məsələ bundadır ki, sosial təsəvvürlərdə kök salmış xürafat, stereo-
tiplər, xülya baxışları insanlara müasir dünyanın bənzərsizliyini adekvat
qavramağa mane olur. Düşüncələrdə də bir çox təsəvvürlər mistik məzmundan
xilas ola bilməmişdir. Dini baxışların gerçəkliklə ziddiyyət təşkil etməsi
dediyimizə nəinki əyani sübutdur, həmçinin mentalitet probleminin daha
dərindən öyrənilməsi üçün mühüm stimuldur.
Təsadüfi deyildir ki, tarixçi və sosioloqlar 60-cı illərdə tarixi hadisələ-
rin mahiyyətinə aydınlıq gətirmək üçün orta əsr və yeni dövrün sakinlərinin
mədəniyyətini yeni metodologiya əsasında öyrənməyə başlamışlar. Bu işdə
fransız tarix fəlsəfəsinin görkəmli nümayəndələrinin əvəzsiz xidmətləri olmuş
Lüsyen Fevr və Mark Blok Erkən və Klassik orta əsrləri, İntibah dövrünü
öyrənərkən mentalitet kateqoriyasından mühüm metodoloji priyom kimi
istifadə etmişlər. Onların araşdırmalarında daha mürəkkəb və inkişaf etmiş
cəmiyyətlərin öyrənilməsində mentalitet anlayışından istifadə özünü tamamilə
doğrultmuşdu. Kulturoloqlar belə bir ideyadan çıxış edirlər ki, bütün
təbiətşünaslar, istər iqtisadçılar, tarixçilər, istərsə də sosial hərəkatları öyrənən
mütəxəssislər, etnoqraflar insanların düşüncə tərzinin mental xüsusiyyətləri ilə
məşğul olmalıdırlar.
Bir daha xatırladaq ki, M.Bloka, eləcə də L.Fevrə etnoloq Levi-Bryulun
«İbtidai təfəkkür» (1922) əsəri şəksiz təsir göstərmişdir. Hər iki nəzəriyyəçi
L.Bryulun düşüncə və mülahizələri ilə tam razı olmasalar da, hər halda onun
əsərindən bəhrələnmişlər. Onlar etiraf edirlər ki, mentalitet termininin
birmənalı təsnifini, dəqiq tərifini vermək çox çətindir. Fransız tarixşünasları
bunu «fikir yönümü», «ovqat», «kollektiv təsəvvürlər», «ağıl tərzi» və s. kimi
mənalarda təqdim edirlər. Bizcə, «dünya yönümü» anlamı həmin terminin
mənasını daha aydın açır. Mentalitet və mədəniyyət dialektikası bunu deməyə
əsas verir ki, insan cəmiyyətində, onun mədəni həyatında fərdi şüuru
strukturlaşdıran spesifik şərtlər sistemi üstünlük təşkil edir.
157
Beləliklə, mentalitet kateqoriyasının meydana gəlməsi tarixi-mədəni və
sosial-psixoloji məkanda və dəyişən zamanda insanların təbiətini, müxtəlif
cəmiyyətlərin mənəvi həyatının və onunla bağlı ənənəvi mədəni fəaliyyətini
öyrənməklə bağlı olmuşdur [6, 135]. Təbii ki, bu tərif əhatəli deyildir. Men-
talitetin sosial-fəlsəfi mahiyyətini dərk etmək üçün ictimai həyatın mühüm
cəhətlərini daha dərindən öyrənmək lazım gəlir. Məsələn, sosioloq A.Burdye
hesab edir ki, mentalitetdə sosial qrupun özü haqqında təsəvvürləri cəmlən-
mişdir [2, 271].
Bu konseptual mülahizələr mentaletin sosial-fəlsəfi məcrada öyrənilmə-
sini bir daha aktuallaşdırır. Bizcə, mentalitetin sosial-fəlsəfi aspektlərdə tədqi-
qi bu məcrada daha məqsədəuyğundur: ilkin mərhələdə cəmiyyət üzvlərinin və
sosial təbəqələrin ictimai əməyə, mülkiyyətə, var-dövlətə və yoxsulluğa
münasibəti, sosial bütövlüyün obrazı bu işdə siyasi-hüquqi biliklərin və milli
adətin təbiətini, hüququn sosial tənzimləmə funksiyasını öyrənmək, fərdin
dünyanın sosiomədəni mənzərəsinin strukturunda yerini müəyyənləşdirmək,
bununla da mentalitet və mədəniyyət dialektikasının real mahiyyətini başa
düşməkdir.
Bu gün mentalitetin mədəni-etnik səviyyədə öyrənilməsini aktual sayan
tədqiqatçılar insan və onun maddi həyatının və mədəni ənənənin, dünyanı
qavrama səviyyəsi ilə səbəblənən davranışının tədqiq olunmasını, yəni
mentalitetin müasir fəlsəfi ölçülərdə tədqiqini mədəni-tarixi antropologiya,
yaxud antropologiyaya yönəlmiş tarix elmlərinin elmi anlayışları aparatından
bəhrələnməyi, xalqların tarixi həyatının sosial, mədəni-dini və təbii, bioloji
aspektlərinin vəhdətdə öyrənilməsini ön plana çəkirlər. Bizim fikrimizcə,
mədəniyyətlə mentalitetin sosial fəlsəfi məsələlərinin tədqiqi konkret sosial
birliyin insanlarının həyat tərzini və təfəkkürünü öyrənməklə yanaşı, eyni
zamanda ictimai sistemin ayrılmaz komponenti kimi araşdırılması deməkdir.
Beləliklə, “Mədəniyyət-mentalitet” problematikasının mahiyyətini dərk
etmək baxımından belə nəticəyə gəlmək olur: etnik şüurun normal fəaliyyətini
təmin edən sosiomədəni mühit olmalıdır. Məhz belə bir şəraitdə həyat tərzi
pozitiv məzmun kəsb edə bilər. Məlum olduğu kimi sosiomədəni seçimin
müəyyənləşməsində və dəyişən sosial reallıqlarda öz identifikasiyasını dərindən
başa düşməsində məhz şəxsi identiklik (bir sabit amil kimi) aparıcı və
istiqamətləndirici şərtdir. Real təcrübədən göründüyü kimi, başlıca məsələ sosial
birliklərin transformasiyası şəraitində şəxsiyyət həmişə elə qrupla özünü
eyniləşdirir ki, burada o özünü bir mədəni varlıq kimi müəyyənləşdirmə, özü-
nütəsdiq problemini həll etsin, yəni bu identifikasiya adekvat dəyişən
reallıqlarda ona «Mən kiməm?» sulaına cavab tapmaqda yardımçı olsun. Bu
sualın cavabı ona öz həyat fəaliyyəti üzərində nəzarət etməyə kömək edər və
deməli, dəyişən dünyada insanın uyğunlaşmasına imkan verər. Bu isə son
dərəcə mürəkkəb sosiomədəni proses olduğundan fərd heç də həmişə buna arzu
etdiyi dərəcədə nail ola bilmir, daha doğrusu, o, həyatın təqdim etdiyi cəlbedici
158
dəyərlərin hamısını mənimsəyə bilmir. Şəxsiyyətin həyat tərzini, onun sosial
davranışlarını, son nəticədə mədəni inkişafının məhsulu olan mentalitetinin
məzmununu müəyyənləşdirən məhz həmin araşdırdığımız amillərdir.
Sosiomədəni praktikanın təkamülü və inkişafı prosesi hər bir millətin
ictimai şüurunda sosial yaddaşında kök salmış neqativ stereotiplərin aradan
qaldırılması, xalqın milli mənlik şüurunda sağlam mental xüsusiyyətlərin
təşəkkülü cəmiyyətin sosial təbəqələrinin ümumi səyi və bacarığından,
xüsusilə xalqın potensial enerjisini dövrün qlobal sosiomədəni problemlərinin
dərkinə və milli ideya naminə birləşdirməyə, cəmiyyətin sosial problemlərinin
həllinə səfərbər etməyə qadir ideologiyanın formalaşmasından xeyli asılıdır.
Siyasi mədəniyyətdə mentalitet sosial-siyasi qrupun, yaxud təşkilatın
üzvləri üçün ümumi, ətraf sosial-siyasi reallığı eyni cürə qavramağa, qiy-
mətləndirməyə, həmin gerçəklikdə təşəkkül tapmış normalara və darvanış
tərzinə uyğun davranışı birlikdə etməyə, lakin bir-birini adekvat başa düşməyə
imkan verən siyasi- psixoloji analyışdır. Belə halda mentalitet təşkil amili kimi
çıxış edərək insanların xüsusi siyasi-psixoloji və mədəni ümumiliyini yaradır.
Sosial-siyasi funksiyası baxımından bu və ya digər qrup üçün ümumi olan
mentalitet həmin qrupların mövcudluğunda varisliyi saxlamaq və buraya daxil
olanların davranışının sabitliyi mexanizmi kimi çıxış edir. Mentalitetin bu
«xidmətinə» nisbi sabitlik, xüsusilə böhran hallarında psixoloji ehtiyac du-
yulur. Böhran vəziyyətlərinin mentalitetə dağıdıcı təsiri onun bütövlüyünü və
insanların birləşdirici – unifikasiyalı xarakterini sarsıdıcı vəziyyətə salır.
Ekstremal situasiyalarda isə qrup üzvlərinin mentaliteti sabitsizliyə düçar olur,
sosial-psixoloji davranış rejimi parçalanır. Belə ki, neqativ sosial-mənəvi
şəraitində yaranmış belə bir psixoloji anomiya çoxlu formada kənaraçıxma
(deviant) davranışa və kəskin ruhi böhran vəziyyətinə gətirib çıxarır, qrupda
destruktiv siyasi davranışı meydana gətirir və beləliklə də, ümumiliyin
dağılması ilə nəticələnir.
Belə halda mədəni mühitdə «böhranlı mentalitet» yaranır, yaxud şüurun
inteqrativliyi itmiş olur, əvvəllər insanların sabit sosiomədəni davranışını yö-
nümləndirən sosial-siyasi birliklər şüurun sturkturunun, bütövlükdə psixika-
sının dağılmasını ifadə edir. Böhranaqədərki, kifayət qədər sabit və sturktur-
laşmış mentalitetdən fərqli olaraq, böhranlı mentalitet axınlı, qeyri-sabit xa-
rakter daşıyır. Belə tip mentalitet totalitarizmdən demokratiyaya keçid döv-
ründə özünü xüsusilə büruzə verir. Həmin mərhələdə sosial-siyasi plüralizm,
çoxukladlı iqtisadiyyat, çoxpartiyalılıq kimi fenomenlərin meydana gəlməsi
sovet mentalitetinin daşıyıcısı üçün yeni hadisələr, həmçinin qeyri-müəy-
yənliklər yaratmış olur. Bu isə «insan amili» problemində, cəmiyyətin ictimai
şüurunda, şəxsiyyətin mentalitetində yeni tipli münasibətin formalaşmasını
zəruri edir. Postsovet məkanında cərəyan edən transformasiya hadisələri sübut
edir ki, mentalitetin özünün dəyişməsi uzun sürən və ağrılı sosiomədəni pro-
sesdir. Bunun başlıca səbəbi köhnə psixoloji yükdən azad olmaq cəhdi yolun-
159
da köhnə mental xüsusiyyətlərin sərt müqavimət göstərməsidir. Məsələ bura-
sındadır ki, köhnənin müqavimətinin aradan qaldırılması prosesinin özü labüd
destruktiv halları meydana gətirir. İnsanların zorla yeni şəraitə (əslində hələ yeni
şərait yaranmamış və bu yeniliyi «yuxarıdan» həyata keçirilməsi ilə meydana
çıxan gərginliklər) uyğunlaşması, onların uzun sürən transformasiya proseslərinin
bir çox məqamlarına hazır olmaması bu günədək ictimai şüurun axıra kimi dərk
etmədiyi çətinliklər yaradır. Belə çətinliklər ona gətirib çıxarır ki, ictimai və
mədəni dəyişikliklər cəmiyyətin kütləvi mentaliteti tərəfindən dəstək almır və
sosiumun üzvlərinin psixologiyası əlavə müqavimətləri aradan qaldırmaq
prosesində mühüm sosial-siyasi və mədəni konfliktlərlə üzləşməli olur.
Müasir fəlsəfi, psixoloji, sosioloji, etnoloji ədəbiyyatda mentalitet anla-
yışı ilə mədəniyyətin qırılmaz əlaqəsi ətrafında müxtəlif mülahizələr və kon-
sepsiyalar irəli sürüldüyü faktına bir daha qayıdaraq qeyd edək ki, kulturoloq
P.S.Qureviçin fikrincə mentalitet dünyanın mənzərəsini yaradan və mədəni
ənənəni, yaxud hər hansı insan birliyini birləşdirən bütöv fikirlərin, etiqadla-
rın, ruhi vərdişqlərin məcmusudur. [5, 238]
Etnoloq S.V.Luryenin fikrincə,
mentalitet ənənənin maddiləşməyən tərkib hissəsidir. [7, 44] Müəllif kon-
sepsiyasını daha geniş açıqlayaraq mentaliteti eyni zamanda ənənəvi şüur
forması kimi təqdim edir, onu sosiallaşma prosesində ötürülən və konkret
şəraitdə mədəni davranış norma və modellərini özündə ehtiva edən, dünyanın
etnik mənzərəsini əks etdirən dünyagörüşü kimi qiymətləndirir [8, 228].
Mentalitet anlayışının siyasi aspektini işləyən tədqiqatçılar L.Y.Qozman,
E.B.Şestopal bu kateqoriyanı siyasi şüurun, siyasi psixologiyanın formalaş-
masındakı rolunu bütövlükdə siyasi mentalitet fenomenin öyrənilməsinin
vacibliyini xüsusi vurğulayırlar [3.s.132-146]. Ensiklopedik lüğətlərdə rast
gəlinən definisiyalara görə mentalitet anlayışı ən ümumi şəkildə müxtəlif psixi
xassə və keyfiyyətlərin, xüsusiyyətlərin və təzahürlərin özünəməxsus tərzi,
spesifik formada təşkili və məcmusudur [9, 174-176].
Tarix ədəbiyyatında «dünyanı qarvama» və «mənlik şüuru» anlayışları
mədəniyyətlə mentalitetin dialektikası kontekstində araşdırılır. Birinci anlayış
yalnız dünyanın mənzərəsini deyil, həmçinin dünya haqqında təsəvvürlərlə
şərtlənən subyektin hərəkətini özündə ehtiva edən fəal qavramanı nəzərdə
tutur. Başqa sözlə, «ikitərəfli» elementin daşıyıcısı kimi iştirak edir: dünya
insana təsir edir, o isə ətraf aləmin qavramasına uyğun olaraq həmin dünyada
özünün davranışını qurur. İkinci anlayışda isə ətraf aləmdə və cəmiyyətdə
insanın öz yerini və rolunu dərk etməsi ideyası ehtiva olunur [4, 3].
Bundan
əlavə, bu dialektik vəhdət eyni zamanda cəmiyyətin öz təşkilinin əsası, mədəni
ənənə üçün karkas rolunu oynayır. Obrazlı deyilsə, mentaliteti bir bina kimi
təsəvvür etsək, deyə bilərik ki, onun təməlini «kollektiv bitəəlşüur» sferası,
tavanını isə fərdin mənlik şüuru təşkil edir. Mentalitetin strukturunu «dünya-
nın mənzərəsi» və «davranış kodeksi» təşkil edir. Onların qovuşduğu sahə isə
«şüurun paradiqması» deyilən fenomendir [11, 4]. Ümumiyyətlə, tədqiqatçılar
160
etiraf edirlər ki, mentalitet kateqoriyası çox az öyrənildiyindən onun defi-
nisiyası barədə yekdil fikrə gəlmək mümkün olmur. Olur ki, mentalitet anla-
yışının metodoloji baxımdan əsaslandırılmamış tərifinə daha çox rast gəlmək
olar. Ən ümumi halda mentalitet deyilərkən həmişə psixikanın dərk olunmaz
və sabit qatı başa düşülür. Həmin psixi qata müəyyən fikir modelləri də ehtiva
edilir. Lakin bu cür dəyişməz fikir formaları hələ ki, sübut olunmayıb. Bu,
xüsusi elmi- eksperimental əsaslandırılma tələb edir. Deməli, belə nəticəyə
gəlmək olar ki, hələlik «mentalitet» anlayışının qənaətedici tərifi yoxdur.
Məlumdur ki, sosial psixologiyanın mühüm sahəsi sayılan milli psixolo-
giya sosiomədəni hadisədir. Şəxsiyyətin həyatına, cəmiyyətin sosial-mənəvi
təsir gücünə malikdir. Bu kontekstdə milli psixologiyanın əks təsiri reaksiyası-
nın proqnozlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Nəzərə alınmalıdır ki, mentalitetlə mədəniyyətin dialektikasının dolğun
alınmasında milli psixologiyanın tədqiqi metodologiyasının, onun ictimai
hadisələr sistemində funksiyasının mahiyyətini və struktur elementlərinin
öyrənilməsi vacib sosiomədəni problemlərdən biridir. Müasir sosiomədəni
transformasiya prosesləri ,millətin milli psixologiyasının təşəkkülü şəxsiyyətin
yeni mədəni mühitdə inkişafı üçün, eləcə də ortaya çıxan mədəni problemlərin
metodoloji baxımdan düzgün həlli üçün yeni imkanlar yaradır.
Fərdlərin həyatında təzahür edən milli fərqlər sosiomədəni təyinatına
görə, digər xalqların nümayəndələrinə nifrət, inamsızlıq mənbəyi olmamalıdır.
Xalqların yüksək və yaxud aşağı həyat səviyyəsinə malik olması onların mədə-
niyyətinə, irsi mənsubluğuna neqativ yanaşmağa əsas vermir. Buna görə milli
psixologiyanın sosial-tarixi səbəbləndirən obyektiv amilləri bir xalqın milli
xarakterinin digər xalqlara təsiri problemi araşdırılmasında mühüm yer tutur.
Xalqların mədəni inkişaf təcrübəsi göstərir ki, ictimai istehsalın, əmək
münasibətlərinin xarakteri, millətin həyatına, dünyagörüşünün mental xüsusiy-
yətlərinə, mənəvi simasına, başqa xalqlarla sosiomədəni ünsiyyətinə mühüm
təsir göstərir. Millətlər arasında münasibət və əlaqələr, məhsuldar qüvvələrin
inkişaf səviyyəsinə, əmək bölgüsünün dərəcəsinə əhəmiyyətli təsir edir. Lakin
təkcə bir millətin digər xalqlarla münasibəti deyil, bütövlükdə onun daxili
strukturu istehsalın inkişafı səviyyəsindən və onun daxili münasibətlərindən
asılıdır.
Ümumiyyətlə, milli psixologiyanın təhlilində mentalitet anlayışı ilə ya-
naşı milli mənlik şüuru məsələsi diskusiya xarakteri daşıyan problemlərdən bi-
ridir. Sosial-fəlsəfi tədqiqtalarda bir çox hallarda bu fenomen milli psixo-
logiyanın sturktur elementi kimi öyrənilirsə də, digər müəlliflər bu mövqe ilə
razılaşmırlar. Lakin tədqiqatçıların təhlili və çıxardığı nəticələr bizə belə bir
qənaətə gəlməyə əsas verir ki, mentalitetin mahiyyətinin açılmasında mühüm
metodoloji rol oynayan milli mənlik şüurunu milli psixologiyanın sturktur
elementi hesab etmək mümkündür. Milli mənlik şüurunun təşəkkülü xalqın
sosiomədəni inkişaf mərhələləri ilə sıx bağlıdır. Bəzi xalqlar üçün feodal
161
pərakəndəliyinə qarşı, digərlərindən ötrü kapitalizmə qarşı mübarizə, bir
başqalarının tarixində isə milli azadlıq hərəkatıdır. Bu tarixi inkişaf məqamları
xalqların həyatının bütün sahələrinin birləşməsinə, ümummilli mədəniyyətin,
ədəbiyyatın və incəsənətin inkişafına kömək edərək, son nəticədə mənlik
şüurunun formalaşmasına gətirib çıxarır. Belə bir nəticəyə gəlmək olur ki,
milli mənlik şüuru öz milli mənsubluğunu, millətin mənafeləri naminə öz
məsuliyyətini, ideyalar, ideoloqiya vasitəsilə sosial-etnik inkişaf prosesində öz
yerini dərk etməkdir.
Müasir mənbələrdə mentalitetin sosial mahiyyətinin təşəkkülündə milli
mənafelərin özünəməxsus dərki mühüm rol oynayır. Çünki psixoloji tələbatlar
mentalitetin mahiyyətini tam açmır. Bu sahədə millətin iqtisadi, siyasi
mənafeləri müstəsna rol oynayır. Milli mənafe obyektiv mövcuddur, onun
formalaşmasında millətin şüuru və iradəsinin yeri xüsusidir.
Göründüyü kimi, milli psixologiyanın mühüm elementi olan və eyni za-
manda onun formalaşmasında mühüm rol oynayan mentalitet mürəkkəb təbiə-
tə malikdir, onun təşəkkülünə çoxlu sayda amillərin təsiri danılmazdır. Bu pro-
sesdə milli psixologiyanın formalaşması və inkişafının ilkin sosiomədəni şərt-
lərinin təhlilində istifadə olunmuş metodoloji müddəalar və metodlar daha da
təkmilləşdirilməlidir.
Mühüm məsələlərdən biri azərbaycanlı mentalitetinin zaman və məkan-
da tarixi təşəkkülünün xüsusiyyətləri problemidir.
Millətin, onun mənəvi-psixoloji həyatının formalaşması obyektiv dina-
mik prosesdir. Bu baxımdan formalaşdığı təbii şəraitin, iqtisadi münasibətlərin
siyasi mübarizə formalarının, xüsusiyyətlərinin təhlili vacib məsələdir.
ƏDƏBİYYAT
1. Американская социология: перспективы, проблемы, методы, М.: Прогресс, 1972,
392 с.
2. Бурдье П. Социалогия политики. М.: Прогресс, 1993, с.271.
3. Гозман Л.Я., Шестопал Е.Б. Политическая психология. Ростов-на-Дону: Феникс,
1996, 448 с.
4. Горский А.А., Пушкарев Л.Н. Мировосприятие и самосознание русского общества
(XI-XX вв.). М.: Наука, 1994, 246 с.
5. Гуревич А.Я. Уроки Люсьена Февра // В приложении к работе. «Л.Февр, Бои за ис-
торию» М.: Наука, 1996, 300 с.
6. Лесная Л.В. Менталитет и ментальные основания общественной жизни // «Соц-
гуман. Знания», 2001, №21, с.133-146.
7. Лихачев Д.С. Нельзя уйти от самого себя «Историческое самосознание и культура
России»// Новый мир, 1994, № 6, с. 113-120.
8. Лурье С.В. Историческая этнология. М.: Аспект-Пресс 1998, 448 с.
9. Менталитет. Политология // Энциклопедический словарь. М.: Аспект Пресс, 1993,
431 с.
10. Современная Западная философия: Словарь. М.: Преспект, 1991, 414 с.
11. Усенко О.Г. К определению понятия «менталитет». М.: Аспект-Пресс, 1994, 296 с.
12. Яшбург Е.А. Педогогическая философия // Мир образования. 1996, № 6, с. 43-59.
162
13. Thurstone L.L. The nature of intelligenie. N. R. Harcont Brace and Company. Benedict R.
Rsychoanalysis and Antropogy: Culture, Persenality and Unconsehiour – New York.
1950 p. 3
«КУЛЬТУРА И МЕНТАЛИТЕТ» КАК
СОЦИАЛЬНО-ФИЛОСОФСКАЯ ПРОБЛЕМА
С.Г.АЛИЕВА
РЕЗЮМЕ
С целью выявить социально-философическую суть менталитета в теоретико-
методологическом контексте, рассматривается. «культура, как социальное понятие». В
данной статье исследованы ментальные черты народов отражаемые в национальных
культур.
Ключывые слова: релятивизм, абсолютизм, универсализм, интроверт, иннова-
ция, общество кононство
THE DIALECTİCS OF “CULTURE AND MENTALITY”
AS A SOCIAL AND PHILOSOPHICAL PROBLEM
S.H.ALIYEVA
SUMMARY
For the purpose of explaining social and philosophical essence of mentality, we consi-
der that it is very important to elucidate the problem of “culture as a social conception” which
is of great methodological importance. According to the investigation, we come to the
conclusion that the majority of mental signs that differentiate people from one another are
social and cultural elements playing adequate role in their cultural life.
Key words: absolutism, universalism, introvert, canonic society, innovation
Dostları ilə paylaş: |