Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
87
ğəmbərimiz 
 yaşlı əmisi Əbu Talibin üzərindəki yükü 
bir az da olsa azaltmaq məqsədilə digər əmisi Abbas ilə 
birlikdə onun evinə getmişdi. Əbu Talibə gəliş səbəblərini 
dedikdən sonra Peyğəmbərimiz Əlini, Abbas isə o günlərdə 
on beş yaşlarında olan Cəfəri himayəyə götürmüşdü.
84
 
Beş yaşlarında bir uşaq ikən Peyğəmbərimiz Əlini Hz. 
Xədicənin şəfqətli qucağına əmanət edərkən: 
“Ey Xədicə! 
Mən elə bir uşağı seçdim ki, Allah da onu mənim üçün 
seçmişdir.”- demişdi.
85
 
Nübuvvətdən əvvəl o evdə Xədicənin tərbiyəsini alan 
Əli, on yaşlarında iman ilə tanış olmuş, Hz. Xədicədən 
sonra iman etmə və namaz qılma şərəfinə nail olmuşdu.
86
Peyğəmbərimiz 
 açıq dəvətin ilk günlərində ən 
ya xın qohumlarını İslama dəvət edərkən on üç yaşlı Hz. 
Əli 
 da orada idi. Peyğəmbərimiz həmin gün ona gə-
lən qonaq la ra su və süd paylamaq vəzifəsini tapşırmışdı. 
Peyğəmbərimiz bu yeni dəvətin mesajlarını qohumlarına 
bildirərkən, ora da Hz İsanın fəryadı kimi
87
 
“Allaha gedən 
yolda mənə kim kömək edəcəkdi?” - deyə hayqırmağa 
başlayacaqdı. Peyğəmbərimiz 
 heç bir şeyə məhəl 
84.
 İbn İshaq, Sirə, c.1, s.262; İbn Hişam, Sirə, Təbəri, Tarixul-Uməm 
vəl-Muluk, c.2, s.213
85.
 Əbdülmaqsud Əbdülfəttah, İmam Əli ibn Əbi Talib, s.75 
86.
 Ənəs b. Malik rəvayət edir: “Hz. Muhamməd bazar ertəsi günü 
peyğəmbərlik vəzifəsini aldı. Çərşənbə axşamı isə Əli ilə birlikdə na-
maz qıldı.” Bax: Tirmizi, 3974
87.
 İbn Sad, Təbaqat, c.1, s.187; Təbəri, Tarixul-Uməm vəl-Muluk, 
c.2, s. 217, 218


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
88
qoymadan sözlərini dəfələrlə təkrar edəcək, ancaq hər 
dəfə dəvəti cavabsız qalacaqdı. Bundan sonra Hz. Əli 
əlindəki su qabını yerə qoyacaq və “mən” deyərək sağ 
əlini havaya qaldıracaqdı. O əl, həmin gün “mən” deyərək 
havaya qalxmış və o gündən sonra düz əlli il ərzində aşağı 
enməmişdi. Hz. Əlinin 
 “mən” deməsi, başda Əbu 
Ləhəb olmaqla, oradakıların istehzalı sözlərinə səbəb 
olacaqdı. Deyəcəklərdi ki: “Ey Muhamməd! Sənə bu uşaq 
kifayət edər, biz gedək artıq! Bu uşaq sənə bəsdi!” Onlar lağ 
etmişdilər... Ancaq tarix gös tərəcəkdir ki, həqiqətən də o 
uşaq Peyğəmbərimizə bəs edəcəkdi. O uşaq Quranın “oğlu” 
və risalətin “böyük qardaşı” olaraq bu iman mücadiləsinə 
bəs edəcəkdi. 
Həmin gün orada haqq üçün havaya qalxan əl bir 
daha yerə enməyəcəkdi. Hz. Əli iyirmi üç yaşlarında ikən 
Peyğəmbərimizə 
 hicrət  yolu görünmüşdü. Pey ğəm-
bərimiz sadiq dostu Hz. Əbu Bəkrlə o çətin səfərə çıxdıqda, 
öz yatağında yatmaq üçün Hz. Əlini seçəcəkdi. Həmin 
gün Peyğəmbərin yatağında uzanmaq isə, qalxmaq üçün 
deyil, ölmək üçün yatmaq deməkdi. Əli də məhz bunu 
bilə-bilə: “Baş üstə, ya Rasulullah!” - deyəcək və həmin ya-
taqda ölmək üçün yatacaqdır. Hz. Əli 
 bu hərəkəti ilə 
eynilə əcdadı Hz. İbrahimə oxşayırdı. Axı Hz. İbrahim də 
Nəmrudun yandırdığı ocağa yanmaq üçün atılmış, ancaq 
ocaq İbrahimə qarşı sərin və salamatlıq olmuşdu. Eynilə 
Hz. Əli də o yataqda ölmək üçün yatacaq, ancaq Allah 
Əlini qoruyacaqdı. Peyğəmbərimiz 
 Hz. Əbu Bəkrlə 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
89
Sevr dağına doğru yola çıxdıqda Məkkə müşrikləri Darun-
Nədvədə qəbul edilən qərara görə hər qəbilədən bir döyüş-
çü seçərək Peyğəmbərin evinə göndərmişdi. Hər qəbilənin 
iştirakını da ona görə təmin etmişdilər ki, bununla Haşim 
oğullarının qəzəbini minimuma endirsinlər.
88
 Evin ətrafın da 
əli qılınc tutan, ən mahir mizraq atan döyüşçülər varkən, Hz. 
Əli Peyğəmbərin yatağında çox rahat şəkildə yatmaqdadır. 
İllər sonra Hz. Əlidən həmin gecə haqda soruşacaqdı lar. 
Deyiləcəkdir ki: “Ey Əli! Sən hicrət gecəsində Peyğəmbə rin 
yatağında yatdıqda Məkkənin ən mahir qılınc oynadanla rı 
evin ətrafında dolaşır, içəriyə girib yataqda yatana hücum 
etməyə fürsət axtarırdılar. Sən onların danışıqlarını və 
mizraqlarının səsini eşidirdin. Allah xətrinə de görək, həmin 
gecə sən necə yata bildin?” Hz. Əli 
 bu suala belə ca-
vab verəcəkdi: “Vallahi, indi yaşım əllini haqlayıb, ancaq 
yenə də həmin gecəki yuxumu axtarıram.”
Bax, budur Hz. Əli 
, budur Əlinin sevdası və eşqi...
25 yaşlarındadır... Bədir meydanındadır... Utbə, Vəlid və 
Şeybə həmin meydanda qarşılarına çıxacaq rəqib axtarırlar. 
Peyğəmbərimiz 
 də onların qarşısına ənsardan üç igid 
çıxarır. Utbə gələnlərin mədinəli olduğunu gördükdə: “Ey 
Muhamməd! Biz bura mədinəli əkinçilərlə döyüşməyə 
gəlmədik. Bizə öz səviyyəmizdə olan döyüşçülər göndər!” 
- dedi. Peyğəmbərimiz Utbənin niyyətini başa düşmüş-
dü. Utbə Ümeyyə oğullarından idi. O, Haşim oğulları ilə 
döyüşmək istəyirdi. Elə isə qarşılarına Haşim oğullarından 
88.
 İbn Hişam, Sirə, c.2, s.124; İbn Sad, Təbaqat, c.3, s. 174


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
90
üç nəfər çıxartmalı idi. Peyğəmbərimiz: 
!ُةَدْيَبُع اي ْمُق !يلَع َاي ْمُق ! ُةزمَه َاي ْمُق “Qum, ya Həmzə! Qum, ya 
Əli! Qum, ya Ubeydə! (Qalx, ey Həmzə! Qalx, ey Əli! 
Qalx, ey Ubeydə!)”-dedi.
89
 
Onsuzda qalxmaq üçün can atan Əli dərhal irəli 
atıldı. Budur, Bədir meydanı bir əmi, iki də əmi oğlanları 
olan bu igidlərin qılınclarının səsi ilə lərzəyə gəlmişdi. 
Hz. Həmzə 
 ilə Hz. Əli 
 rəqiblərini məğlub 
etdilər. Ubeydə bin Haris isə yaralandı və daha sonra da 
şəhid oldu.
90
 
Bədirdən bir il sonra Uhudda Hz. Əli iyirmi altı 
yaşlarında idi. Döyüşdən əvvəl Əbdüddar oğulların-
dan Əbu Təlha qarşısına çıxacaq rəqib axtarırdı. Hz. 
Əli 
 sağa-sola baxmadan “mən” deyərək irəli atıldı. 
Peyğəmbərimiz 
 Əlini Uhudun döyüş meydanına 
doğru göndərirdi. Əlinin gedişi ilə təkbir səslərinin 
ucalması bir oldu. Hz. Əli düşməni yerə sərmiş, döyüş 
meydanında adına layiq qəhrəmanlıq göstərmişdi. 
İki il sonra Xəndək Qəzvəsində Hz. Əli 
 28 yaş-
larındadır. Müsəlmanlar Salman Farisinin 
 təklifi 
ilə xəndəklər qazmış, say baxımından onlardan çox olan 
düşmənə qarşı belə bir müdafiə üsulu seçmişdilər. Ancaq 
düşmən tərəfdə təcrübəli döyüşçülər vardı. Onlardan 
89.
 İbn Hişam, Sirə, c.2, s.277; Əhməd b. Hənbəl, Müsnəd, 1/177 
90.
 Ubeydə b. Harisin Peyğəmbərimizin əmisi uşaqları içində çox 
fərqli yeri vardı. Haqqında ətraflı məlumat üçün bax: Muhamməd 
Emin Yıldırım, Hz. Peyğəmbərin Albumu, s. 254, 255


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə