peyğəmbərimizi
Səhabə kimi Sevmək
91
bəziləri xəndəkləri keçmiş, o böyük çuxurların ortasına qə-
dər gəlmişdilər. Gələnlərdən biri də Amr bin Vud idi. Bu şəxs
güclü və adlı-sanlı döyüşçü idi. Hər kəs onu tanıyır və adını
eşitdikdə titrəyirdi. Çünki o, “min döyüşçüyə bərabərdir” -
deyə bilinir, heç kim onun qarşısına çıxmağa cürət etmirdi.
Amr bin Vud xəndəkləri keçib gəldikdə: “Ey müsəlmanlar!
Eşitdim siz deyirsiniz ki, biz öldükdə cəhənnəmə, siz isə
öldükdə cənnətə gedirsiniz?! Haydı, aranızdan biri gəlsin
və məni cəhənnəmə göndərsin, ya da özü cənnətə getsin!”-
deyirdi. Müsəlmanlar bu sözləri deyənin Amr olduğunu
gördükdə heç səs çıxarmadılar. Onun meydan oxumasına
yalnız bir nəfər cavab verdi...O da Hz Əli idi. Hz. Əli: “Mən,
ya Rəsullah!”-deyərək irəli atıldı. Peyğəmbərimiz
......
:
ْسِل ْجِإ
!ورْمَع ُهَّنِإ !يِلَع اي “İclis, ya Əli! İnnəhu Amr. (Otur, ey Əli! O,
Amrdır.)” - dedi. Hz. Əli
məcbur oturdu, çünki “otur”
deyən Peyğəmbərimiz idi. Amr gördü ki, müsəlmanlardan
səs çıxmır, sözlərini br də təkrar etdi və qarşısına çıxacaq
rəqib istədi. Müsəlmanlardan yenə səs çıxmadı. Bu
dəfə də Hz. Əli irəli atıldı: “Mən, ya Rasulullah!” - dedi.
Peyğəmbərimiz eyni sözlərlə ikinci dəfə Hz. Əliyə icazə
vermədi. Müsəlmanlardan səs çıxmadığını görən Amr bu
dəfə istehza ilə: “Nə oldu, qorxdunuzmu? Aranızda bir kişi
yoxdu, qarşıma çıxsın?!”-dedi. Müəslmanlar yenə səssizdi.
Hz. Əli irəli atıldı, “mən” - dedi. Peyğəmbərimiz
onu
göndərmək istəmirdi. Elə buna görə də Əliyə icazə vermə-
di. Ancaq bu dəfə Hz. Əli yerində oturmadı. Bəzən əmrə
tabe olmamaq da ədəbdəndir düşüncəsi ilə Hz. Əli dedi
peyğəmbərimizi
Səhabə kimi Sevmək
92
ki: “Ya Rasulullah! Əgər o min döyüşçüyə bərabər olan
Amrdırsa, mən də anamın verdiyi adla Heydəri-Kərraram
(səhraların aslanıyam). İcazə ver, mən ona həddini gös-
tərim.” Peyğəmbərimiz
Hz. Əlinin bu ürəkdən gələn
həvəsini görüb istəyini qəbul etdi. Əlini yanına çağırdı, əy-
nindəki xirqəsini çıxarıb ona geyindirdi. Başındakı sarığı
da Hz. Əlinin başına qoydu. Əlini kürəyinə vuraraq onu
Xəndək meydanına göndərdi. Hz. Əli qəhrəmanlıqla döyüş
meydanına girərkən Peyğəmbərimiz əllərini səmaya açdı
və:
“Ya Rəbbi! Uhudun meydanına əmim Həmzəni
göndərdim, geri gəlmədi. Sən Əlini mənə geri qaytar!”-
dedi.
91
Hz. Əlinin xəndəyə enməsi ilə toz dumana qarışdı, göz
gözü görmədi. Bir müddət sonra təkbir səsi eşidiləndə mü-
səlmanlar bildi ki, Əli Amrı yerə sərdi.
92
Eşq, sevda, sevgi
olmasaydı, belə bir qəhrəmanlıq olardımı?
Hz. Əlinin
həyat dəftərinin hansı səhifəsini və rə-
qləsəniz, eyni qəhrəmanlıqla rastlaşacaqsınız. Hər səhifədə
ilk gün havaya qaldırdığı o əlin məsuliyyətini yerinə
yetirmək üçün bir igidlik görəcəksiniz. Hudeybiyədə, Xey-
bərdə, Yəməndə, Məkkədə, Bəsrədə, Kufədə hər zaman bu
belədir. Çünki Əli “Yeddi yaşında necə idisə, yetmiş yaşında
da eynidir.” Çünki Əli, “Haqlı olmaq qədər, haqlı qalmaq
da əsasdır.” - sözünün sahibidir. Çünki Əli, bir istiqamət və
qətiyyət insanıdır.
91.
İbn Sad, Təbaqat, c.2, s.68; Vaqidi, Məğazi, c.2, s.271
92.
İbn Sad, Təbaqat, c.2, s.68
peyğəmbərimizi
Səhabə kimi Sevmək
93
Son dəfə o, Kufədə cəhalətin və təəssübün qurbanı olan
xain İbn Mülcəmin amansız qılıncı altında doğranarkən:
“Bismillah və billah və alə milləti Rasulillah. Fuztu bi
Rabbil-Kəbə (Allah adına, Allah ilə bərabər,Rasulullahın
milləti ilə birlikdə, Kəbənin Rəbbinə and olsun ki, indi mən
qazandım!)” - demişdi.
93
Hz. Əli şəhid olaraq bu dünyadan gedərkən qazanırdı.
Çünki o, çox gözəl bilirdi ki, əsl həyat yeni başlayacaqdı.
O, sevmiş, sevdiyinin yolunda yaşamış, nəhayət sevdiyinin
yolunda da canını və qanını fəda edərək gedirdi. Hz. Əlinin
sevdası bütün peyğəmbər sevdalılarına bu işin necə olacağı-
nı göstərən çox mühüm bir nümunədir. Əlidən danışdıqca
söz bitməyəcək, Əlidən bəhs etdikcə sevdasını anlatmağa
kəlmələr kifayət etməyəcək. Yaxşısı budur, gəlin bu qədərlə
kifayətlənək və Əlini Əli kimi böyüdüb boya başa çatdıran
Hz. Xədicə anamızın həyatına nəzər salaq.
• Risalətin anası olan Hz. Xədicənin Peyğəmbər sevdası
Hz. Xədicə
anamız Peyğəmbərimizin ilk hə-
yat yoldaşı idi. Peyğəmbərimiz onunla on beş il nübü-
vvətdən əvvəl, on il də nübüvvətdən sonra olmaqla düz
iyirmi beş il eyni yastığa baş qoymuşdu. Xədicə anamız
Peyğəmbərimizin İbrahim adlı oğlundan başqa bütün
93.
Muhamməd Emin Yıldırım, Nəbəvi Eyitim Modeli, Darul-Ərkam,
s.109
peyğəmbərimizi
Səhabə kimi Sevmək
94
övladlarının anası idi.
94
O, nübüvvətə ilk iman edib təsdiq
etmiş, ilk dəfə Peyğəmbərimizin
arxasında namaz
qılmış, mal-dövlətini, sərvətini, bir sözlə hər şeyini risalət
mücadiləsi uğrunda xərcləyərək, o mücadilənin anası
olmuşdu. Elə buna görə də biz Xədicə anamıza təkcə
övladlarının anası deyil, risalət mücadiləsinin anası gözü ilə
baxırıq.
Xədicə anamızın Peyğəmbərimizə
olan sevdası
ayrı bir sevda idi. O sevdanı bilənlər, digər sevdaları
yazmaqdan vaz keçərlər. Onların sevdaları həqiqi sevginin
nə demək olduğunu cahana öyrədən bir sevgi idi. O sevgi
vəfa, fədakarlıq, mərhəmət, ədəb, sədaqət və bir çox mühüm
xislətlərin necə olmasını göstərən bir sevda idi. Yalnız bir
nümunə verərək, bu sevginin necə olduğunu anlamağa
çalışaq. Qeyd etdiyimiz bu nümunə hələ nübüvvət
gəlmədən əvvəl yaşanmış bir hadisədir.
Hz. Xədicə
anamız ilə Peyğəmbərimizin
evliliklərinin ilk ayları idi. Peyğəmbərimizin əmisi Əbu
Talib birdən-birə çox narahat olmağa başlamışdı. Nara-
hatçılığının səbəbi isə bu idi: Xədicə zəngin və əsil-nə-
cabətli bir xanım, qardaşının oğlu Muhamməd isə yetim
və kasıb bir gəncdi. Birdən Xədicə malik olduğu zənginli yə
görə özünü qardaşı oğlu Muhamməddən üstün tutarsa?..
Zənginliyin verdiyi qürurla qardaşı oğlu Muhammədi
94.
İbrahimin anası misirli Mariyə anamızdır. Onun haqqında ətraflı
məlumat üçün bax: Muhamməd Emin Yıldırım, Hz. Peyğəmbərin
Albumu, s. 124, 125
Dostları ilə paylaş: |