peyğəmbərimizi
Səhabə kimi Sevmək
119
zədilərək qılınclar altında parçalanır... Məhz həmin anda
Uhud bir səs ilə silkələnir. İbn Kamia amansız qı lıncı ilə
doğradığı Musabı Peyğəmbərimiz
bilərək: “Mu-
hamməd öldü, Muhammədi öldürdüm”, - deyə qışqırır.
Bu səs bir anda Uhudu lərzəyə gətirir, neçə əldən qılınclar
düşür, neçə dizlərin taqəti kəsilir. Və bu səs dalğa-dalğa
yayılaraq Mədinəyə çatır. Qulaqları Uhuddan gələ cək bir
xəbərə şəklənən mədinəli qadınlar bu səs ilə sanki yıxılır,
nə edəcəklərini bilmirlər. Bu xəbər qarşısında sarsılan dağ-
lardan biri də Sümeyra anamız olur. Ancaq o bir anda xə-
bərin doğru olub olmadığını öyrənmək üçün əlində nə var-
sa hamısını bir kənara ataraq Uhudun döyüş meydanı na
doğru qaçır.
114
Döyüş meydanına yaxınlaşdığı bir vaxtda bəzi səhabələr
Sümeyra anamızı tanıyır və: “Sümeyra! Bax, burda yatan
atan Ubeyddir. O, Allah yolunda şəhid oldu”, - deyirlər.
Sümeyra anamız qanlar içərisində yerdə yatan atasına tərəf
yaxınlaşır və: “Allah atamın şəhadətini qəbul etsin. Siz mənə
Peyğəmbərimizdən xəbər verin! O necədir? Ona nəsə olub?”
Həmin vaxt Peyğəmbərimizin sağ olub olmadığından xəbə-
ri olmayanlar başlarını aşağı salır və heç bir söz demirdilər.
Sümeyra anamız Peyğəmbərimizdən xəbər almaq üçün onu
axtarmağa davam edirdi. Yenə bəzi səhabələr onu tanıyır
və onu həyat yoldaşı Harisin yerdə yatan cansız bədəninin
yanına gətirərək: “Sümeyra! Ərin Haris şəhid oldu”,-deyirlər.
Sümeyra anamız yenə eyni mətanətlə: “Allah şəhadətini
114.
Təbəri, Tarix, c.3, s.27
peyğəmbərimizi
Səhabə kimi Sevmək
120
qəbul etsin! Peyğəmbərimizdən bir xəbər varmı? Siz onun
haqqında mənə xəbər verin”, - deyir və onu axtarmağa gedir.
Bir az sonra başqa bir nəfər onu tanıyır və Sümeyra
anamızı iki oğlunun da yatdığı yerə aparır. Həmin an Sü-
meyra anamız bir ana üçün dözülməz mənzərə ilə qarşılaşır.
Bədirin aslanları olan Muaz ilə Muavvizin can sız bədənləri
yerdə qanlar içindədir. Orada olan hər kəs zənn edir ki,
Sümeyra anamız indi fəryad edəcək, bir ana şəfqəti ilə
ağı deyərək hər kəsin ürəyini sızladacaq... Ancaq o, bir
İslam anası idi. O, Peyğəmbərə aşiq bir ürəyin sahibi idi.
O, Peyğəmbər həqiqi mənada necə sevilməlidir, sualının
cavabını aləmə göstərəcək bir şəxsiyyət idi. Bir anlıq Sü-
meyra anamız oğullarının qanlı cəsədləri qarşısında da-
yandı: “Övladlarım! Sizə məhz bu yaraşırdı! Sizə Allah
yo lunda ölmək yaraşırdı. Sizə verdiyim süd halal olsun ki,
siz özünüzə yaraşanı etdiniz”, - dedi və gözündən axan yaş-
ları silərək yanındakılardan yenə eyni sualı soruşdu: “Pey-
ğəmbərimiz necədir? Ondan bir xəbər varmı?” Sualına
ca vab ala bilmədikdə, yenə də onu axtarmağa başladı. Bir
qədər axtardıqdan sonra, nəhayət yanında bir neçə səhabə
ilə birlikdə Peyğəmbərimizi Uhudun yamaclarında gördü.
Tez onalara tərəf qaçdı, Peyğəmbərimizin
qarşısında
dayandı, ətəyi ilə göz yaşlarını sildi və aləmi özünə heyran
qoyacaq bu cümlələri dedi:
!للها ُلوُسَر اَي ٌلَلَج َكَدْعَب ٍةَبْي ِصُم ُّلُك
“Kullu musibətin bəadəkə cələlun, ya Rasulullah! (Sən
hə yat dasansa, bütün müsibətlər mənə çox asan gəlir, ya
peyğəmbərimizi
Səhabə kimi Sevmək
121
Rasulullah!)”
115
Peyğəmbərimizi
Sümeyra kimi sevmək... Pey ğəm-
bərimizi həqiqi mənada sevmək... Sevginin isbatı ola biləcək
əməlləri göstərmək... Məhz Sümeyra anamız həyatı ilə bizə
bunu öyrədir. Onu biz, təkcə bu xatirələr ilə tanımırıq.
Onun bərəkətli həyatında hələ neçə-neçə xatirələr var...
Nəticə olaraq bir xüsusa diqqətinizi çəkmək istəyirəm.
Sümeyra anamızın səhabə arasındakı ləqəbi “Ümmü Sə-
batuş-Şühəda (Yeddi şəhid anası)” idi.
116
O, Haris bin
Ri faadan olan Avf, Muaz və Muavviz adlı üç övladını
Allah yolunda qurban vermişdi. Harisin Uhuddakı şə ha-
dətindən sonra Bukeyr bin Yaley əl-Qaysi adlı bir ənsar ilə
evlənmişdi. Allah bu evlilikdən də Sümeyra anamıza Aqil,
Amir, Xalid və İyas adlı dörd övlad vermişdi. Fəda etməyə,
qurban verməyə öyrəşən Sümeyra anamız bu dörd oğlunu
da Yəmamə, Yərmuk, Qadisiyə və başqa döyüşlər də qurban
vermişdi. Elə buna görə də “yeddi şəhid anası” - deyə ta-
nınmışdı. Səhabələrin əksəriyyəti onun duasını almaq üçün
can atırdılar. Sümeyra anamızın eşqi və sevdası ona belə bir
məqam qazandırmışdı.
117
115.
İbn Hişam, Sirə, c.3, s.133
116.
İbn Hacər, əl-İsabə, c.4, s.2579
117.
Haqqında ətraflı məlumat üçün bax: İbn Hacər, əl-İsabə, c.4,
s.2579; İbn Əsir, Usdul-Ğabə, c.7, s.194; İbn Sad, Təbaqat, c.10, s.225
peyğəmbərimizi
Səhabə kimi Sevmək
122
• Peyğəmbərimizi
Nəsibə kimi sevmək
Əsri-Səadətin şərəf timsalı olan qadınlarından biri də
Hz. Nəsibədir. Əsl adı Ümmü Ümarə binti Kabdır. An-
caq daha çox o Nəsibə adı ilə tanınır. Nəsibə nəsəb sö-
zündən gəlir, soy baxımından, xüsusən də atadan gələn
soydan əsil-nəcabətli deməkdir. Ancaq biz Nəsibəni təkcə
bu kəlmə mənası ilə başa düşmürük. Belə ki, Nəsibə iman
ilə daha da şərəflə nən, iman ilə şərəfi artan, əsil-nəcabəti
iman olub onunla üstün mərtəbəyə çatan bir şəxs olaraq
başa düşürük. Əgər iman olmasaydı və imandan irəli
gələn Peyğəmbərimizə bəslə nən o böyük eşq olmasaydı,
Nəsibə tarixdə təkcə Kabın qızı Nəsibə olaraq qalacaqdı. O
dövrdə yaşayıb unudulan bir nəfər olacaqdı. Ancaq iman
ilə Nəsibə həqiqi Nəsibə oldu? Yüz illərdir qadın-kişi hər
kəsə “Peyğəmbərimiz həqiqi mənada necə sevilməlidir?”
sualının cavabını öyrədən bir şəxsiyyət oldu.
Nəsibə
anamız mədinəlidir. Ənsardandır. Həzrəc
qəbiləsindən və Peyğəmbərimizin babası Əbdülmüttəlibin
anası Səlma binti Amrın və iki böyük əshabı Əsad bin Zü-
rarə ilə Əbu Əyyub əl-Ənsarinin qəbiləsi olan Nəccar oğul-
larındandır. Atası Mədinənin tanınmış şəxslərindən biri
olan Mazin bin Nəccar, anası Rəbab binti Abdullahdır.
Həyat yoldaşı Zeyd bin Asimdir. Bu evlilikdən Abdullah
və Həbib adlı iki övladı olmuşdur. Peyğəmbərimiz
Musabı Mədinəyə göndərdiyi zaman Nəsibə anamızın
yaşı əlliyə yaxın idi. Günlərin bir günü necə olmuşsa, o da
Dostları ilə paylaş: |