Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
107
mışdım ki, yenə də qılmaq istəyərdim...”
103
 
Son namaz... Asandırmı cəlladın qarşısında son namazı 
qılmaq?! Bu, ancaq Hubeyb kimi iman edənlərə, onun ki-
mi sevdalılara nəsib olan bir xüsusiyyətdir. Artıq edam 
vax tı gəlmişdi. Hubeyb, ona tamaşa edən hər kəsi sanki 
ofsunlayan bir hərəkətlə gülə-gülə ölümə doğru yeriyirdi. 
Həmin anda Əbu Süfyan insanlar üzərində yaranan təsiri 
yox etmək üçün Hubeybə belə bir təklif edir: “Ey Hubeyb! 
Gəl, sənə son dəfə bir şans verim. Bax, indi sən bu qədər 
əziyyət çəkərkən, Muhamməd Mədinədə rahat oturub. O, 
bilə-bilə sizi ölümə göndərdi. Bu qədər insanın qarşısında 
“Nə olar mənim yerimdə Muhamməd olardı” - de, səni azad 
edək.” 
Əbu Süfyanın bu təklifi oradakı insanların daha da 
marağına səbəb oldu. Hubeybdən tək bir söz istəyirdilər. 
O sözü deməklə həyatını xilas edə bilərdi. Bəs Hubeyb 
bu təklifə necə cavab verdi? Həmin ana qədər sevdasına 
zərrə qədər ləkə düşürməyən Hubeyb bu təklif qarşısında 
da sevgisinə heç bir ləkə salmayacaq və tarixə düşəcək o 
məhşur sözünü deyəcəkdi. Səsinin ən gur yeri ilə dedi ki: 
“Vallahi! Burada Muhammədin olması deyil, Onun ayağına 
bir tikan batmasına belə könlüm razı olmaz. Saçımın teli 
qədər başım olsa və hər gün biri kəsilsə, mən yenə də Ona   
heç bir şey olmasını istəmərəm.”
104
 
Bu eşq qarşısında Əbu Süfyanın da, oradakı bütün 
103.
 Təbəri, Tarix, c.3, s.31; İbn Kəsir, əl-Bidayə, c.4, s.63
104.
 İbn Hişam, Sirə, c.3, s. 246; Vaqidi, Məğazi,. c.1, s.360


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
108
məkkəlilərin də dilləri tutulmuşdu. Əbu Süfyan deyir ki: 
“Bu necə sevdadır? Onlarla hökmdar, onlarla dövlət baş-
çısı gördüm. Ancaq heç birinin tələbəsi Muhammədin 
səhabələri kimi deyildi.”
105
 
Peyğəmbər sevgisi necə olmalıdırsa, Hubeyb son an-
la rında belə onu hamıya bildirirdi. Səhabənin peyğəmbər 
sevdasının təkcə sözdə qalmadığını öyrədirdi. Bu sevda nın 
ölümünə bir sevda olduğunu göstərirdi. İmandan irəli gə lən 
bu sevdanın isbatını canı bahasına aləmə bəyan edirdi. 
Məkkəlilər Hubeybin qətiyyətini gördükdə onu bir 
an əvvəl edam etməyə tələsdilər. Həmin anda Hubeyb 
qarşısındakı insanların üzünə diqqətlə baxdı, sonra gözlərini 
səmaya dikdi və dedi ki: “Allahım! Mən Sənə doğru gəlirəm, 
ancaq mənim bu halımdan Mədinədəki peyğəmbərin xə-
bəri yoxdur. Nə olar, ey Rəbbim, Sən məmin salamımı Ona 
çatdır. Mənim bu halımı Ona bildir!”
Asim bin Sabitin duasını qəbul edən Allah Hubeybin 
də duasını qəbul edəcəkdi. Peyğəmbərimiz həmin 
anda məsciddə onlarla səhabə ilə oturmuşdu. Bir anlıq 
Peyğəmbərimiz oturuşunu düzəldəcək, mübarək əlini si-
nəsinə qoyacaq və hər kəsin eşidəcəyi bir şəkildə: م َلاَّسلا  َكْيَلَع َو
!بْيَبُخ َاي ُ “Və aleykəssələm, ya Hubeyb! (Və salam sənin üzərinə 
də olsun, ey Hubeyb!)” - deyəcəkdi. Nə baş verdiyindən 
xəbərsiz olan səhabələr təəccüblə Peyğəmbərimizə baxanda 

, olanları anladacaq və: “Qardaşınız Hubeyb şəhid 
105.
 İbn Sad, Təbaqat, c.2, s.56


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
109
oldu.”- deyəcəkdi.
106
Məhz səhabənin Peyğəmbər sevdası belə idi...
Məhz o sevgi yolunda fəda olarkən aləmə çox şey 
öyrədərək gedən iki qəhrəmanın həqiqi sevdası...
• İman paltarını geyinən Səvbanın 
Peyğəmbərimizə 
 qarşı bəslədiyi sevda
Peyğəmbərimizin nübuvvət süfrəsində oturma şə rə 
-
finə nail olanlardan biri də Səvban adlı yəmənli bir kö-
lədir.
107
 Səvban Yəməndən Mədinəyə gətirilmiş, orada kö-
lə bazarında satılarkən Peyğəmbərimiz 
 tərəfindən 
alı naraq azad edilmişdir. Həmin gündən sonra Səvban 
aləmlərin sultanını daha yaxından tanımaq istəmişdi. 
O da hər ürək kimi Peyğəmbərimizi tanıdıqca Ona aşiq 
olmuşdur. Günlərin bir günü Peyğəmbərimiz: “Ey Səvban! 
Artıq ailənin yanına qayıda bilərsən.” - dedikdə, sevinəcəyi-
ni güman etdiyi Səvban gözlərində yaş: “Ya Rasulullah! 
Mən sənsiz bir həyatı neyləyirəm?! Bir həyat ki, o həyatın 
içərisində sən yoxsan. Sənsiz mən necə yaşayaram?!” - de-
yərək Mədinədə qalacağını bildirmişdir. O gündən sonra 
Səvban Suffa əhlindən olmuşdu. Bir tərəfdən orada elm 
öyrənirkən, digər tərəfdən də Peyğəmbərimizə 
 xid-
106.
 Əbu Nuaym, Dəlail, c.2, s.508; Beyhəqi, Dəlail, c.3, s.326
107.
 Səvban haqqında ətraflı məlumat üçün bax: Muhamməd Emin 
Yıldırım, Hz. Peyğəmbərin Albumu, s. 406, 407


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
110
mət etmişdir.
108
 
Ərəblərin bir atalar sözündə belə deyilir: “Hər insana 
adından bir nəsib vardır”.  Yəni, insana verilən adın mənası 
həmin şəxsin üzərində müəyyən qədər təzahür edir. Səvban 
sözünün kəlmə mənası “paltarını geyinmiş” deməkdir. Biz, 
bu mənanı Səvban üçün belə başa düşürük ki, onun paltarı 
təqva və iman olmuşdur. O, iman etdikdən sonra daim iman 
paltarı ilə gəzən bir igid olmuşdur. O, Allah Rəsulunun 
   
sevgisini və sevdasını sanki içmiş, bütün hüceyrələrində bu 
eşqi hiss etmiş və belə yaşamışdır.
Məhz belə bir şəxs olan Səvban bir gün qaldığı evin 
qapısının qabağında oturmuş və belə düşünməyə baş-
lamışdı: “Mən burada Allah Rəsulunun yanında Mədinədə 
yaşamağıma baxmayaraq, Onu bir neçə saat görməsəm, 
dünyam qaralır, nə etdiyimi bilmirəm. Sanki suya susadığım 
kimi, Ona da susayıram. Bəs sabah axirətdə cənnətə girsəm 
belə, Peyğəmbərimiz bir peyğəmbər olduğu üçün orada 
digər nəbilərlə, siddiqlərlə və şəhidlərlə uca məqamlarda 
olacaq. Mən isə cənnətdə olsam belə, aşağı təbəqədə 
qalaraq Ondan məhrum olacağam. Əgər mən cənnətdə 
Peyğəmbərsiz qalacağamsa, neyləyirəm elə cənnəti?! Bir 
cənnət ki, orada Allah Rəsulunu 
 görməyəcəyəm. O 
cənnət mənə cəhənnəm kimi olmazmı?!” 
Səvban bu düşüncələrə dalar və bir anda göz yaşları sel 
olub axmağa başlayar. O, bu halda ikən Peyğəmbərimiz 
 
108.
 İbn Sad, Təbaqat, c.5, s.97, 98; İbn Hacər, əl-İsabə, c.1, s.231


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə