peyğəmbərimizi
Səhabə kimi Sevmək
111
də oradan keçirdi. Evinin qabağında oturub ağlayan Səvba-
nı görən Peyğəmbərimiz onunla maraqlanar və ağlamağı-
nın səbəbini soruşar: Səvban könül dünyasında qopan o
fırtınaları Peyğəmbər ilə bölüşər və nə üçün ağladığını de-
yər. Peyğəmbərimiz onun sözlərini eşidib təbəssüm edər və
hər dəfə deyildikdə səhabə üçün toy-bayram olan o böyük
müjdəsini bir daha təkrar edər:
“Ey Səvban! İnsan sevdi
yi ilə bərabərdir. Sən də mənimlə birlikdə olacaqsan.”
109
Səvban bu hədisi Peyğəmbərimizdən bir neçə dəfə eşitmiş-
di. Ancaq indi bu müjdə şəxsən ona verilirdi. Həmin anda
o, elə həyəcanlandı və sevindi ki, bir yandan göz yaşlarını
silir, bir yandan da belə deyirdi: “Ya Rasulullah! Yəni mən
səni cənnətdə burada gördüyüm kimi görə biləcəyəmmi?!”
Peyğəmbərimiz
:
“Bəli, ey Səvban! İnsan sevdiyi ilə
bərabərdir.” - sözünü təkrar edirdi. Səvban bu müjdəyə o
qədər sevinirdi ki, göz yaşlarına hakim ola bilmirdi.
Bu hadisədən çox keçməmiş səmanın qapılarından Mə-
dinənin küçələrinə bir ayə süzülürdü. Enən ayələr başda
Səvban olmaqla, bütün peyğəmbər aşiqlərinə böyük bir
müjdə verirdi. Rəbbimiz deyirdi ki:
“Allaha və Peyğəmbərə
itaət edənlər (axirətdə) Allahın nemət verdiyi nəbilər,
siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar.
Onlar necə də gözəl yoldaşlardır!”
110
Səvban Hz. Peyğəmbərə bəslədiyi sevda ilə belə mühüm
109.
Müslim,. Birr, 50; Əbu Davud, Ədəb, 113
110.
Nisa , 4/69
peyğəmbərimizi
Səhabə kimi Sevmək
112
bir müjdənin nazil olma səbəbi olmuşdu.
111
İmanın dadını
və nəfəsini özünə paltar seçmiş Səvban sonralar vəfat
edəcəyi Hicri 54 (Miladi 674)-cü ilə qədər də daim bu sev-
danın yolunda bir həyat yaşamışdır.
• Peyğəmbərimizi
Sümeyra kimi sevmək
Əsri-Səadətin igid xanımlarından biri olan Sümeyra
anamızın əsl adı Afra binti Ubeyddir. Ancaq o, daha çox Sümeyra
adı ilə tanınmışdır. Ənsardan olan bu qadın Ha ris bin Rifaa ilə
evlidir. Bu evlilikdən üç oğlu olmuşdur. Oğlanlarının adları
Afv, Muaz və Muavvizdir. Bu üç qardaş elə bir iş görəcəklər
ki, adları heç vaxt unudulmayacaq şəkildə tarixin şanlı
səhifələrinə yazılacaqdır.
Sümeyra anamız əksər mədinəli kimi Musab bin Umey-
rin vəsiləsi ilə iman etmiş, hələ Peyğəmbərimizi görmədən
Ona aşiq olmuşdur. İman etdikdən təxminən bir il sonra
Yəsrib Mədinə olma əsnasında Peyğəmbərimiz
də
Mədinəyə hicrət etmiş və hər bir mədinəli kimi Sümeyra
anamız üçün də həmin günlər toy-bayram olmuşdur.
Həmin günlərdə Sümeyra anamız öz-özünə belə bir
qərar vermişdi: “Mən, mədinəli olduğuma görə Peyğəmbə-
ri mizin on üç illik Məkkə həyatını bilmirəm. Yaxşısı budur,
Peyğəmbərimizin
bu həyatına dair məlumatları mək-
kəli qadınlardan öyrənim. Nə qədər Peyğəmbəri ta nısam,
o qədər də çox sevərəm.” Sümeyra anamız çox yaxşı bilirdi
111.
Vahidi, Əsbabun-Nuzul, s. 115
peyğəmbərimizi
Səhabə kimi Sevmək
113
ki, “məhəbbət mərifətlə olur”. Yəni, ancaq tanıdıqca həqiqi
mə nada sevmək olur. Buna görə də Sümeyra anamız bir ne-
çə mühacir qadının yanına gedər və onlarla belə bir ra zılığa
gələrdi: “Mən hər gün gəlim sizin ev işlərinizi görüm - qab-
qacaqları və paltarları yuyum, evinizi təmizləyim, siz də
bu xidmətimin qarşılığında mənə Peyğəmbərimizin
Məkkə həyatını danışın. Onun on üç illik həyatına dair nə
bilirsinizsə, mənimlə bölüşün.” Mühacir qadınlar da bu tək-
lifi qəbul edirdilər. Sümeyra anamız buna çox sevinir, hər
gün səhər tezdən o, mühacirlərin evinə gedir, görüləcək iş-
ləri görür, əvəzində də Peyğəmbərimizin Məkkə həyatına
aid məlumatlar alaraq geri qayıdırdı.
Evinə qaydır. Ancaq əsl işi də evə qayıtdıqdan sonra
baş layır. Belə ki, Sümeyra anamız bir ana məsuliyyəti ilə öy-
rəndiyi bütün məlumatları təkcə özündə saxlamaz, onları
əri və övladları ilə bölüşür. Bununla da bizə rəhbərlik edir.
Sümeyra anamız ərini və övladlarını qarşısında oturdub bir
moizə oxuyurmuş kimi, dərs keçirmiş kimi onlarla danış-
mır. Bəs nə edir?! Süfrənin ətrafında, yemək yeyərkən
həyatın təbii axarı içərisində o məlumatları onlara çatdırır.
Çünki Sümeyra anamız çox yaxşı dərk etmişdi ki, evin
süfrəsi, evin Suffasıdır. Suffa Peyğəmbərimizin
Mə-
dinədə təsis etdiyi məktəbin adıdır. Oradan necə igidlər,
necə alimlər, necə şəhidlər çıxmışdır. Səhabə Suffanı bir
model olaraq qavramış, hər biri də evlərində sanki Suffanın
bir şöbəsini açmışdılar. Məhz evlərdə açılan Suffalar, evlərdə
salınan süfrələrdi. Süfrə ətrafında həyatın təbii axarında
peyğəmbərimizi
Səhabə kimi Sevmək
114
edilən söhbətlər çox böyük insanların bir şəxsiyyət kimi
formalaşmasına səbəb olmuşdu. Söhbət səhabəni şəxsiyyət
kimi yetişdirən ən mühüm azuqədir. Söhbət səhabəni
səhabə edən ən mühüm vəsilə idi. Söhbət peyğəmbəri bir
ənənədir, bir qaydadır. Sümeyra anamız da bu ənənəni
evində tətbiq edən bir ana idi.
O evdə hər gün süfrənin ətrafında danışılan söhbətin
möv zusu Peyğəmbərimiz idi. Belə olduqda da o ailənin
bütün üzvləri Peyğəmbərimizə
ürəkdən sevdalı in-
sanlar olmuşdular. Belə ki, onlarda görmədikləri halda
Məkkə də Peyğəmbərimizə dəstək olan Əbu Talibə qarşı
hörmət, Əbu Ləhəbə və Əbu Cəhlə qarşı nifrət yaranmışdı.
Onlar, çox yaxşı başa düşürdülər ki, sevən sevdiyinin
sevdiklərini də sevər, sevdiyinin düşmən olduqlarına da
düşmən olar. Onlar da Peyğəmbərimizi ürəkdən sevən
qəhrəmanlar olaraq Onun dostlarına dost, düşmənlərinə
düşmən olmuşdular.
Günlər bir-birini əvəz edirdi. Hicrətin 2-ci ili idi. Bir
gün Mədinə küçələrində Bilalın səsi eşidildi. Bədir döyüşü
üçün əsgər yığırdılar. Sümeyranın evindən üç igid döyüşdə
iştirak etmək üçün evdən çıxdılar. Ataları Haris bin Rifaanın
Bədirə gedib getmədiyi dəqiq bilinmir. Ancaq evin üç oğlu
Avf, Muaz və Muavviz yaşlarının az olmasına baxmayaraq,
döyüşdə iştirak etmək istəyən digər həmyaşıdları kimi
barmaqlarının ucuna basaraq boylarını böyük göstərmiş və
orduya əsgər seçilməyi bacarmışdılar.
Bu üç qardaş analarından öyrəndikləri peyğəmbər sev-
Dostları ilə paylaş: |