peyğəmbərimizi
Səhabəni necə sevdi?
145
nıyırdılar. Bu şəxs üçüncü elçi olaraq Məkkə tərəfin dən
Hüdeybiyəyə göndərildi. Ürvə gəlib Peyğəmbərimiz
ilə görüşdükdən sonra Məkkəyə qayıtdı. Geri qayıtdıqda
məkkəlilərə dediyi söz belə idi: “Ey qövmüm! Vallahi,
mən bu günə qədər Kisranı, Qeysəri, Nəcaşini və bir çox
insanlar gördüm. Ancaq mən, Muhammədin əshabı qədər
ona aşiq olan başqa bir toplum görmədim. O danışdığı vaxt,
sanki başlarında bir quş varmış kimi Ona qulaq asırlar, əmr
etdikdə isə yerinə yetirmək üçün bir-biriləri ilə yarışırlar.
Tüpürdüyü zaman tüpürüyünün yerə düşməməsi üçün
ovuclarını açan, dəstəmaz aldıqda suyuna əl vurmaq üçün
can atan aşiqlərdir onun əshabı... Gəlin, Onun dediyini
qəbul edin. Əks halda siz Onunla və Onun əshabı ilə əsla
mübarizə apara bilməyəcəksiniz.”
146
Ürvəni heyrətləndirən əshabın Peyğəmbərimizə
qarşı bəslədiyi eşqdir. Əshaba bunu öyrədən isə, əlbəttə,
Peyğəmbərimizin
onlara qarşı olan dərin məhəbbəti,
sevgi və sevdası idi.
O sevdanı göstərən başqa bir misal da vermək istəyirəm.
Bu gün hədis və siyər kitablarına baxdıqda Peyğəmbərimi-
zin həyatında çox az bəddua etdiyinin şahidi oluruq. Bəl-
kə də iyirmi üç illik nübuvvət həyatında etdiyi bütün bəd-
duaların sayı bir əlin barmaqlarından artıq olmaz. Məsələn,
hə min bəddualardan birini Xəndək Qəzvəsi əsnasında na-
146.
İbn Hişam, Sirə, c.3, s.328; Əhməd bin Hənbəl, Müsnəd, 4/324;
Təbəri, Tarix, c.3, s.75
peyğəmbərimizi
Səhabə kimi Sevmək
146
maz qılmağı əngəlləyən düşmənləri üçün etmişdir.
147
Bəd
-dualardan birini də əmisi Əbu Ləhəbin oğlu Üteybə üçün
etmişdir.
148
Həmçinin bəddualardan biri də Biri Maunə
fəciəsində Quran müəllimlərini şəhid edənlər üçün idi.
Əvvəlki səhifələrdə başqa bir vəsilə ilə qeyd etdiyimiz
kimi hicrətin 4-cü ili səfər ayında Nəcid bölgəsindən bəzi
qəbilələr İslamı öyrənmək üçün müəllim isitmək məqsədilə
Peyğəmbərimizin yanına gəlirlər. Peyğəmbərimiz də ürə-
yində tərəddüd etməsinə baxmayaraq, həmin bölgəyə
Munzir bin Amrın
başçılığı ilə bir heyət, yəni Quran
müəllimi göndərir. O zalım, amansız və bədbəxt qəbilə
üzvləri qurduqları xain tələ ilə Quran müəllimlərinin bir
nəfərdən başqa hamısını şəhid edirlər. Onların əlindən xilas
olan Amr bin Ümeyyə olacaq, o da gəlib bu dəhşətli hadisəni
Peyğəmbərimizə xəbər verəcəkdi. Allah Rəsulu nun həmin
hadisəni eşitdikdən sonra nə hala düşdüyü nü təsəvvür edə
bilirsinizmi? Əshabından bir nəfərin ayağına tikan batması
Onu pərişan edərkən, indi qırx və ya yetmiş yoldaşı xain bir
tələnin qurbanı olaraq öldürülmüşdü. Peyğəmbərimiz bu
hadisədən sonra nə etdi, bilirsinizmi? İbn Abbas
bizə
belə nəql edir: “Hadisədən xəbər tu tan kimiRasulullah bir
ay günorta, ikindi, axşam, yatsı və sübh namazlarının son
147.
“Ey Kitabı nazil edən, buludları hərəkət etdirən Allahım! İslam
əleyhinə toplanan bu qrupları dağıt! Onları məğlub et! Onlara qarşı
bizə yardım et və zəfər qazandır. Onların çadırlarını başlarına uçurt
və onlara zərər ver!..” Bax: Buxari, Kitabul-Cihad vəs-Siyər, 60, 73;
Əhməd bin Hənbəl, Müsnəd, c.1, s.169
148.
Diyarbəkri, Tarixul-Xamis, c.1, s.169
peyğəmbərimizi
Səhabəni necə sevdi?
147
rükətində “Səmi Allahu limən-hami dəh!” deyərək rükudan
qalxıb Bəni Süleym, Rial, Zəkvan, Useyyə qəbilələrinə
bəddua oxudu, arxasındakı camaat da “amin” dedi.”
149
O, dualarının bəzilərində belə deyirdi: “Allahım! Vəlid
bin Vəlidi, Sələmə bin Hişamı, İyaş bin Əbi Rəbini və
möminlərdən zəif olanları qoru. Allahım! Mudar qəbiləsinə
təzyiqi artır! Onlara Yusif dövründəki kimi qıtlıq ver!”
150
Rəhmət Peyğəmbərini
bu qədər məyus edən, Onu
bu qədər bəddua etmək məcburiyyətində qoyan yalnız
və yalnız əshabına bəslədiyi dərin məhəbbət, onlara qarşı
olan sevgi və sevda idi. Gəlin bu sevdanı bəzi səhabələr dən
misallarla daha canlı görək.
• Peyəmbərimizin
Hz. Əbu Bəkrə olan sevgisi
Peyğəmbərimizin Hz. Əbu Bəkrə
olan sevgisini
an latmaq ən az Hz. Əbu Bəkrin Peyğəmbərimizə olan sev-
gisindən bəhs etmək qədər çətindir. Çünki həqiqətən Pey-
ğəmbərimiz bu sadiq dostunu çox sevmiş, ona qarşı ürə yin-
də daim ülvi hisslər daşımışdır. Peyğəmbərimiz
on
üç il Məkkənin ən çətin yollarını onunla birlikdə get miş,
hicrətdə isə onu özünə yol yoldaşı etmişdir.
Peyğəmbərimizin həyatında Hz. Əbu Bəkrin
necə
bir yeri olduğunu və onu necə sevdiyini Əbu Hureyrənin
rəvayət etdiyi bu hədisdən daha aydın başa düşürük. Pey-
149.
İbn Sad, Təbaqat, c.2, s.53; Əhməd bin Hənbəl, Müsnəd, 3/109
150.
Buxari, Kitabul-istisqa, 2, 3
peyğəmbərimizi
Səhabə kimi Sevmək
148
ğəmbərimiz buyurdu ki:
“Bizə kim bir yaxşılıq etmişsə,
mütləq qarşılığını vermişik, Əbu Bəkrdən başqa. Onun
bizə çox yaxşılığı toxunub. Onun mükafatını qiyamət
günündə Allah verəcəkdir. Çünki Əbu Bəkrin mal
dövlətinin mənə verdiyi fayda qədər heç kimsənin mal
dövləti mənə fayda verməmişdir. Əgər insanlar arasında
özümə bir dost seçsəydim, mütləq Əbu Bəkri seçərdim.
Çünki o, Allahın dostudur.”
151
Peyğəmbərimizin təkcə bu ifadələri belə Onun Hz. Əbu
Bəkri
necə bir sevgi ilə sevdiyini başa düşmək üçün
kifayətdir. Ancaq Peyğəmbərimiz
onlarla hədisi ilə
də ona qarşı olan sevgisini dilə gətirmişdir. Bu hədislərdən
birini də burada qeyd edəcəyik.
Bir gün Hz. Ömər ilə Hz. Əbu Bəkr
arasında
bir məsələ haqda mübahisə olur. Hadisə Peyğəmbərimizə
çatanda O
, məyus olur və Hz. Əbu Bəkrin fəzilətini
saymağa başlayır:
“Allah məni sizə peyğəmbər olaraq
göndərdikdə hamı məni yalanlayarkən, təkcə Əbu Bəkr
məni təsdiq edərək canı ilə, vardövləti ilə mənə kömək
etmişdi.” Sonra Peyğəmbərimiz sözlərinə belə davam edir:
؟يِبِحا َص يِل ٌكِراَت ْمُتْنَأ ْلَهَف “Fəhəl əntum tariqun li sahibi? (İn
di siz yoldaşımı mənə görə bağışlamayacaqsınızmı?)”
152
Təkcə bu son cümlə belə Peyğəmbərimizin Hz. Əbu
Bəkri
necə bir sevgi ilə sevdiyini bizə göstərən
151.
Tirmizi, 3661
152.
Buxari, Fədailu Əshab, 192
Dostları ilə paylaş: |